Məhkəmə qərarları › İş №e-16(3-6)-565/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-565/2026

27.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-565/2026 27.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızıvə X1 ibarət tərkibdə, **(*-***)-***/**** saylı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli qərardaddan iddiaçı Cavabdeh verdiyi şikayət üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh cavabdeh Ərizəçi və başqalarına qarşı “mənzildən istifadə hüququna xitam verilməsi tələbi barədə” iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdehlərdən Ərizəçi isə öz növbəsində iddiaçıya qarşı “yaşayış sahəsindən istifadə hüququna yaradılan maneənin aradan qaldırılması, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması tələbi barədə” qarşılıqlı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Ərizəçi eyni zamanda “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında” ərizə ilə həmin məhkəməyə müraciət edərək, yuxarıda qeyd edilən mülki iş üzrə qəbul edilə biləcək yekun qərar qüvvəyə minənədək, mübahisə predmeti olan və ünvan 1 (keçmiş ünvan: Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi 20) ünvanında yerləşən ümumi istifadədə olan həyətə giriş qapısını kilidləməklə və ya digər üsullarla onun həmin yaşayış sahəsinə faktiki giriş-çıxışına mane olan hərəkətlərin davam etdirilməsinə qadağa qoyulmasını xahiş etmişdir. “Müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla ərizənin təmin edilməsini qərara almışdır. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin həmin qərardaddan veriyi şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş materiallarını araşdıraraq hesab edir ki, şikayət üzrə apellyasiya icraatı qeyrimümkündür. Belə ki, Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardaddan verilmiş şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Halbuki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8 və 9cu maddələrinin tələblərinin mənasına görə, “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə” ərizənin həlli ilə bağlı birinci instansiya məhkəmələri tərəfindən qəbul edilmiş qərardadlardan şikayət verilərkən dövlət rüsumu ödənilməlidir. İddiaçı Cavabdeh dövlət rüsumunu ödəməkdən azad olunması ilə bağlı hər hansı sənəd (sənədlər) iş materiallarında və “Elektron Məhkəmə” İnformasiya Sistemində yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 363.1.2-ci maddəsinə görə, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin Rayon Məhkəməsi qərardaddan verilmiş şikayəti qaytarmamış, şikayətə baxmış, şikayəti təmin etməyərək, baxılması üçün şikayəti Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, şikayətə qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. MPM-in 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 366, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDI: Hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli qərardaddan Cavabdeh verdiyi şikayət üzrə apellyasiya qeyrimümkün hesab edilsin və sonrakı prosessual hərəkətin yerinə yetirilməsi üçün şikayət mülki işlə birlikdə həmin birinci instansiya məhkəməsinə göndərilsin. Cavabdeh hazırkı qərardaddan, qərardad ona rəsmi qaydada verildiyi gündən etibarən 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər. İş üzrə digər proses iştirakçıları hazırkı qərardaddan kassasiya şikayəti verə bilməzlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar