Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-567/2026 10.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadından ərizəçilər ərizəçi2 və ərizəçi1 tərəfindən birgə şikayətinə, həmçinin Cavabdeh şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t di : İddiaçılar ərizəçi2 və ərizəçi1 cavabdeh Cavabdeh qarşı uşaqla ünsiyyətə yaradılmış maneələrin aradan qaldırılması və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ## ###### 2024-cü il tarixdə doğulmuş nəvələri X1 ilə ünsiyyətə cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, cavabdehin iştirakı olmadan hər həftə 2 (iki) gün olmaqla, şənbə günü saat 10:00-dan bazar ertəsi saat 10:00-dək yaşadıqları Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, Orxan İsmayılov küçəsi, ev 39 ünvanında ünsiyyət vaxtının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Eyni zamanda, müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə ərizə təqdim edərək iş mahiyyəti üzrə həll edilənədək ## ###### 2024-cü il tarixdə doğulmuş iddiaçıların nəvəsi X1 ilə cavabdehin iştirakı olmadan hər həftə 2 (iki) gün olmaqla, şənbə günü saat 10:00-dan bazar ertəsi saat 10:00-dək yaşadıqları Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, Orxan İsmayılov küçəsi, ev 39 ünvanda ünsiyyət vaxtının müəyyən edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-16(5-93)- ***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçılar (nümayəndəsi və vəkili Məmiyev İsa Haqverdi oğlu) həmin qərardaddan şikayət verərək ləğv edilməsini və müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizənin təmin edilməsini xahiş etmiş və şikayəti bununla əsaslandırmışlar ki, məhkəmə gəldiyi nəticənin əsası kimi Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci il tarixli qərarına istinad etmişdir. Həmin Qərara əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin 2-ci hissəsinin Azərbaycan Respublikası MPM-nin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianın təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülmüş dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olub-olmamasını yoxlamalı, tədbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Lakin məhkəmə məhz istinad etdiyi Qərarın tələblərini pozaraq ərizəçilərin mənafelərini nəzərə almamış və onların qanuni mənafelərinə zidd qərar qəbul etmişdir. Digər tərəfdən, məhkəmə Ailə Məcəlləsinin 50.1-ci maddəsinə istinad edərək uşağın valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malik olmasını qeyd etsə də, iddiaçıların ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslı olmasına xüsusi diqqət yetirməli olduğu halda, bu vəzifəni yerinə yetirməyərək Elçin Cəbrayılovun da qanunla qorunan mənafelərinə zidd qərar qəbul etmişdir. Bununla yanaşı, məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin «Valideyinlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Plenumunun qərarına istinad edərək qeyd etmişdir ki, həmin Qərarda məhkəmələrə izah edilmişdir ki, uşaqla ünsiyyətə dair iddialara baxılıb yekun qərar qəbul edilməsinədək keçən müddət ərzində ünsiyyətə dair iddia tələbini irəli sürmüş valideynlə uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədi ilə MPM-in 158.1.2 və 158.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş müvəqqəti təminat tədbirinin görülməsi mümkündür. Lakin məhkəmə valideynlə uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədi ilə MPM-nın 158.1.2 və 158.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş müvəqqəti təminat tədbirinin görülməsinin mümkünlüyünə istinad edərək, ərizəni təmin etməmişdir. Halbuki, qanunvericilik nəvəyə münasibətdə valideynlərlə yanaşı, babaları, nənələri, qardaşları, bacıları yaxın qohumlar sırasına aid etməklə, onların uşaqla ünsiyyət hüquqlarının eyni dərəcədə qorunduğunu müəyyən etmişdir. Lakin məhkəmə uşaqla ünsiyyətlə bağlı valideynlərlə baba və nənə arasında seçim aparmaqla yanlış nəticəyə gəlmişdir. Çünki uşaqla ünsiyyətə dair yekun qərar qəbul edilənədək keçən müddət ərzində baba və nənə ilə uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasına, habelə ünsiyyət bağlarının kəsilməsinə gətirib çıxara bilər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ilə (hakim Pərviz Məmmədov) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli e-**(*-**)-***/**** saylı qərardadından iddiaçılar ərizəçi2 və ərizəçi1 nümayəndəsi və eyni zamanda vəkili Məmiyev İsa Haqverdi oğlu tərəfindən verilmiş şikayətin təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli e-**(*- **)-***/**** saylı qərardadının ləğv edilməsi, iddiaçılar ərizəçi2 və ərizəçi1 nümayəndəsi və eyni zamanda vəkili Məmiyev İsa Haqverdi oğlunun müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə ərizəsinin qismən təmin edilməsi, ərizəçi2 və ərizəçi1 nəvələri ## ###### 2024-cü il təvəllüdlü X1 ilə hər həftənin şənbə günləri saat 10:00-dan 13:00-dək ünsiyyətinə edilən maneələrin cavabdeh Cavabdeh qadağan edilməsi, qərardadın dərhal icra edilməsi, qərardadın icrasının Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə həvalə edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi, müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə ərizə üzrə ödənilmiş dövlət rüsumunun ərizəçinin özünə aid edilməsi qərara alınmışdır. Həmin qərardaddan ərizəçilər ərizəçi2 və ərizəçi1 tərəfindən birgə, Cavabdeh tərəfindən isə ayrılıqda şikayətlər verilmişdir. Ərizəçilər ərizəçi2 və ərizəçi1 (nümayəndə və vəkil Məmiyev İsa Haqverdi oğlu) həmin qərardaddan birgə verdikləri və ərizəsi ilə eyni məzmunda əsaslandırdıqları şikayətdə qərardadın ləğv edilib müvəqqət təminat tədbiri barədə ərizənin tam təmin edilməsini xahiş etdilər. Cavabdeh isə həmin qərardadın ləğv edilməsini xahiş edib göstərir ki, müvəqqəti təminat tədbiri barədə ərizədə irəli sürülmüş tələb əsas iddia tələbi ilə eynidir. Müvəqqəti təminat tədbirinin hüquqi mahiyyəti mövcud vəziyyətin müvəqqəti qorunmasına xidmət etməkdən ibarətdir. MPM-in 157.7-ci maddəsinə görə, bu institut iş üzrə yekun hüquqi nəticəni qabaqcadan müəyyən etmək və ya tərəflərdən birinin əsas iddia üzrə tələbini əvvəlcədən təmin etmək məqsədi daşımır. Hazırkı qərardad isə azyaşlının ünsiyyət qaydasını müəyyən etməklə mahiyyət etibarilə əsas iddianın predmetini müvəqqəti deyil, faktiki olaraq əvvəlcədən həll etmiş olur. Bu isə müvəqqəti təminat tədbiri institutunun məqsəd və mahiyyətinə heç bir şəkildə uyğun gəlmir. Bundan əlavə, iş üzrə mövcud faktiki hallar da belə bir müvəqqəti təminat tədbirinin tətbiqini məqsədəuyğun etmir. İlk növbədə, cavabdeh həftəiçi tam iş rejimində çalışdığından azyaşlı ilə birlikdə keçirə bildiyi vaxt əsasən şənbə və bazar günləri ilə məhdudlaşır. Məhz bu səbəbdən şənbə gününün bir hissəsinin azyaşlının baba və nənəsinin yanında keçirilməsi cavabdehin övladı ilə ünsiyyət imkanlarını məhududlaşdırır. Digər tərəfdən, iddiaçıların hər ikisi yaşlı şəxslərdir və müxtəlif sağlamlıq problemlərindən əziyyət çəkirlər. Bu səbəbdən, azyaşlının gündəlik qayğısının lazımi səviyyədə təmin edilməsi imkanları xeyli məhduddur. Bununla yanaşı, iddiaçılar ərizələrində uşağın doğulduğu dövrdə baş vermiş hadisələri tam və obyektiv şəkildə təqdim etməmişlər. Azyaşlının doğulduğu vaxtdan etibarən onun saxlanılması, müalicəsi və digər bütün zəruri xərcləri tam şəkildə valideynləri tərəfindən qarşılanmışdır. Nəhayət, əsas narahatlığı ondan ibarətdir ki, iddiaçıların cavabdehə qarşı cavabdehin azyaşlının qayğısına qalmaq üçün qanununvericiliyin yaratdığı imkanlarla əldə etdiyi sosial ödənişlər, mərhum valideynə məxsus qızılların uşağın qeydinə qalınması adı altında iddiaçılar tərəfindən götürülməsi və digər şəxsi əsaslarda artıq ciddi münaqişə və münasibətlərin pozulması yaranmışdır. Belə şəraitdə azyaşlının mütəmadi olaraq həmin mühitdə olması səbəbindən onun psixoloji vəziyyətinə, tək valideyni ilə münasibətlərinə və mənafeyinə hər hansı təsir cavabdeh üçün qəbuledilməzdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər tərəfindən sübut, etiraz və ya izahat məhkəməyə təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının(təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Həmin Məcəllənin 158.1-ci və 158.1.1-ci, 158.1.2-ci və 158.1.3-cü maddələrinə əsasən, müvəqqəti təminat tədbirləri kimi cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək kimi müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər. Əvvəla, qanunun mənasına görə müvəqqəti təminat tədbirləri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə müvəqqəti təminat tədbirləri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, müvəqqəti təminat tədbirləri qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edən vəziyyətin əksinin qorunmasına xidmət edir və onun prosessualhüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Valideyni ilə yanaşı, digər qohumları ilə də ünsiyyətdə olmaq uşağın fiziki, psixi və mənəvi inkişafı üçün əhəmiyyətli amil olmaqla bərabər, həm də qanunla qorunan və təsbit edilən hüququdur. Uşağın yanında qalan valideyn isə fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən uşağın qohumları ilə də görüşməsinə maneə yaratmamalıdır. Bir sözlə, keçmiş olsa da qohumlar arasında olan şəxsi münasibətlər uşaqla qohumları arasındakı münasibətləri zədələməməlidir. Çünki bu qəbildən olan mübahisələri həll edərkən məhkəmənin mühüm tutduğu amil uşağın mənafeyidir. Uşağın baba və nənəsi ilə ünsiyyəti isə uşaq yanında qalan atanın hər hansı hüquqlarının lüzumsuz məhdudlaşdırılmasına səbəb olmur. İşdən bəlli olur ki, ərizəçilər, yəni nənə və baba uşaqdan ayrı yaşayırlar və bu, onların yekun məhkəmə aktı qəbul edilənədək onların nəvələri ilə ümumiyyətlə görüşməmələrinə əsas ola bilməzdi. Bununla yanaşı, 2 yaşına çatmamış uşağın müvəqqəti təminat tədbirinə dair ərizədə göstərilən müddətdə və qaydada ərizəçilərlə ünsiyyəti də hazırkı vəziyyətdə məqsədəmüvafiq hesab edilmir. Apellyasiya məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmənin müvəqqəti təminat tətdbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşısa da və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilməsə də, mütləq ki, onun məqsədlərinə uyğun olmalıdır. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətlər təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a ra a l d ı: Şikayətlər təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-16(3-6)-567/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-567/2026
10.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver