Məhkəmə qərarları › İş №e-16(3-6)-576/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-576/2026

17.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-576/2026 17.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçilər Əkbərov İman İslam oğlunun, ərizəçi3 və ərizəçi2 İman oğlunun müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinə dair iş üzrə (açar sözlər: müvəqqəti təminat tədbiri olaraq əmlakın özgəninkiləşdirilməsinin qadağan edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Ərizəçilər Əkbərov İman İslam oğlunun, ərizəçi3 və ərizəçi2 İman oğlunun müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinə dair iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin **(*-**)- ***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından maraqlı şəxs cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat Ərizəçilər Əkbərov İman İslam oğlu, X2 və ərizəçi2 İman oğlunun nümayəndəsi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi yaşayış sahəsi 133.2 kv.m olan fərdi yaşayış evinin özgəninkiləşdirilməsinin cavabdehlərə və üçüncü şəxslərə qadağan edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 2023-cü il tarixində pula ehtiyacı olduğundan, cavabdeh2 Hacı Mizə oğluna müraciət edərək ondan 38.000 (otuz səkkiz min) ABŞ dolları məbləğində borc almışlar. cavabdeh2 də borcun təminatı olaraq Əkbərov İman İslam oğlunun mülkiyyətində olan (birgə nikah dövründə əldə edildiyindən 1/2 hissədə ərizəçi3 mülkiyyət hüququ vardır) ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi yaşayış sahəsi 133.2 kv/m olan fərdi yaşayış evinin onun oğlu – cavabdeh1 adına keçirilməsi müqabilində borc verməyi qəbul etmişdir. Həmçinin aralarında 38.000 (otuz səkkiz min) ABŞ dolları məbləğində borc qaytarıldıqdan sonra sözügedən daşınmaz əmlakın yenidən İman Əkbərovun adına rəsmiləşdiriləcəyinə razılaşma əldə olunmuşdur. Bu razılaşma çərçivəsində aralarında ##.##.2023cü il tarixli, 4Ə-*** №-li daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanmışdır. Bu alğı-satqı müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi yaşayış sahəsi 133.2 kv/m olan fərdi yaşayış evinə dair cavabdeh1 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ##.##.2023-cü il tarixində ***************** reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Razılaşmaya uyğun olaraq tərəfindən 38.000 (otuz səkkiz min) ABŞ dolları məbləğində borca müqabil ödənişlər həyata keçirilmişdir. Qoşma olaraq əlavə etdiyi qəbzlərdən də göründüyü kimi, ##.##.2023-cü il tarixində 1200 manat (min iki yüz manat), ##.##.2023-cü il tarixində 5.000 manat (beş min manat) və eyni tarixdə əlavə olaraq 700 manat (yeddi yüz manat); ##.##.2025-ci il tarixində 4.950 manat (dörd min doqquz yüz əlli manat), eyni tarixdə əlavə olaraq 4.966 manat (dörd min doqquz yüz altmış altı manat), 5.000 manat (beş min manat), 5.000 manat (beş min manat); ##.##.2025-ci il tarixində 85 manat (səksən beş manat), ##.##.2025-ci il tarixində 4.000 manat (dörd min manat) və eyni tarixdə əlavə olaraq 3.400 manat (üç min dörd yüz manat), 1.100 manat (min yüz manat); ##.##.2025-ci il tarixində 120 manat (yüz iyirmi manat), ##.##.2025-ci il tarixində 1000 manat (min manat), ##.##.2025-ci il tarixində 500 manat (beş yüz manat), ##.##.2025-ci il tarixində 1000 manat (min manat), ##.##.2025-ci il tarixində 700 manat (yeddi yüz manat), ##.##.2025-ci il tarixində 310 manat (üç yüz on manat), ##.##.2025-ci il tarixində 450 manat (dörd yüz əlli manat), ##.##.2025-ci il tarixində 2550 manat (iki min beş yüz əlli manat) olmaqla müvafiq illər ərzində ümumilikdə 42.031 manat (qırx iki min otuz bir manat), əlbəəl olaraq isə 32.969 (otuz iki min doqquz yüz altmış doqquz manat) olmaqla, 38.000 (otuz səkkiz min) ABŞ dolları məbləğində borca müqabil ümumilikdə 75.000 (yetmiş beş min) manat ödənilmişdir. Belə ki 38.000 (otuz səkkiz min) ABŞ dolları məbləğində borca müqabil 75.000 (yetmiş beş min) manat pulu tam ödədikdən sonra razılaşmalarına uyğun olaraq cavabdeh2 daşınmaz əmlakın qaytarılmasını tələb etsələr də, o bundan imtina etmişdir. Halbuki razılaşmaya əsasən, cavabdeh2 mənzili yenidən İman Əkbərovun adına rəsmiləşdirməli idi. DƏDKR * saylı Abşeron Ərazi İdarəsinin ##.##.2026-cı il tarixli, 32132/2-****/** №-li cavab məktubundan da göründüyü kimi, ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi yaşayış sahəsi 133.2 kv/m olan fərdi yaşayış evinə dair cavabdeh1 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ##.##.2023-cü il tarixində ***************** reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Belə ki, aralarında bağlanmış olan alğı-satqı müqaviləsi aralarında olan borc münasibətinin təminatı olaraq bağlanmışdır, yəni ##.##.2023-cü il tarixli, 4Ə-*** №-li daşınmaz əmlakın alğı-satqı müqaviləsi yalan əqddir. Aralarında olan real münasibət əslində borc münasibətidir. Evin rəsmiləşdirilməsi sadəcə olaraq borcun təminatı olaraq göstərilmişdir. ##.##.2023-cü il tarixli, 4Ə-*** №-li daşınmaz əmlakın alğısatqı müqaviləsinin yalan əqd olduğunu, aralarında əslində borc münasibətinin olduğunu göstərən hallardan biri də qoşma olaraq əlavə etdikləri ödəniş qəbzləridir. Ödəniş qəbzlərindən də göründüyü kimi, aralarında müqavilə bağlandıqdan sonrakı tarixlərdə tərəflərindən mütəmadi olaraq cavabdeh2 ödənişlər həyata keçirilmişdir. Qeyd etdikləri kimi, bu alğı-satqı müqaviləsi aralarında olan borc münasibətinin təminatı olaraq bağlanmışdır, yəni yalan əqddir. Aralarında olan razılaşmaya əsasən, onlar öz öhdəliklərini icra edib, borclarını ödəsələr də, cavabdehlər öz öhdəliklərini icra etməmiş, daşınmaz əmlakı yenidən İman Əkbərovun adına rəsmiləşdirməmişdirlər. Məhz bu səbəbdən də, ##.##.2023-cü il tarixli, 4Ə-*** №-li daşınmaz əmlakın alğı-satqı müqaviləsi etibarsız hesab edilməli, ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi yaşayış sahəsi 133.2 kv/m olan fərdi yaşayış evinə dair cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində ##.##.2023-cü il tarixli, ***************** reyestr nömrəli qeydiyyat ləğv edilməlidir. Qeyd edilir ki, ##.##.2023-cü il tarixli, 4Ə- *** №-li daşınmaz əmlakın alğı-satqı müqaviləsi etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi yaşayış sahəsi 133.2 kv/m olan fərdi yaşayış evinə dair cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində ##.##.2023-cü il tarixli, ***************** reyestr nömrəli qeydiyyat ləğv edilməsinə dair iddia tələbi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət ediləcəkdir. Sözügedən iddia tələbi ilə bağlı məhkəmə prosesinin aylarla davam edəcəyini və iddia tələbinin təmin olunacağı təqdirdə onun icrasının çətinləşməsi və ya mümkünsüzlüyünün qarşısını almaq, həmçinin sözügedən əmlakın başqa şəxslərin adına özgəninkiləşdirilməsi riskini aradan qaldırmaq məqsədilə ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi yaşayış sahəsi 133.2 kv/m olan fərdi yaşayış evinin özgəninkiləşdirilməsi cavabdehlərə və üçüncü şəxslərə qadağan edilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin **(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə qismən təmin edilərək, ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi yaşayış sahəsi 133.2 kv.m olan fərdi yaşayış evinin özgəninkiləşdirilməsinin cavabdeh1, cavabdeh2 və digər şəxslərə qadağan edilməsi, qərardadın ##.##.2026-cı il tarixdə qüvvədən düşmüş hesab edilməsi, qərardadın dərhal icra olunması, ərizənin qalan hissədə təmin edilməməsi, qərardadın icrasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Mülki Prosessual Məcəllənin sadalanan maddələrinin tələblərini nəzərə alaraq və tərəflərin maraqları arasında ədalətli tarazlığı gözləyərək belə nəticəyə gəlir ki, ərizə qismən təmin edilməli, ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi yaşayış sahəsi 133.2 kv.m olan fərdi yaşayış evinin özgəninkiləşdirilməsi cavabdeh1, cavabdeh2 və digər şəxslərə qadağan edilməli, qərardad ##.##.2026-cı il tarixdə qüvvədən düşmüş hesab edilməlidir. Şikayətin dəlilləri, şikayətə qarşı etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin **(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından maraqlı şəxs cavabdeh1 şikayət verərək qərardadın ləğv edilməsini və ərizənin təmin edilməməsi barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ərizəçi Əkbərov İman İslam oğlu, X2 və ərizəçi2 İman oğlunun nümayəndəsi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi yaşayış sahəsi 133.2 kv.m olan fərdi yaşayış evinin özgəninkiləşdirilməsinin cavabdehlərə və üçüncü şəxslərə qadağan edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı ilə ərizə qismən təmin edilmiş cavabdeh ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi yaşayış sahəsi 133.2 kv.m olan fərdi yaşayış evinin özgəninkiləşdirilməsi cavabdeh1, cavabdeh2 və digər şəxslərə qadağan edilmişdir. Qeyd edir ki, ümumiyyətlə ərizəçinin ərizəsi əsassızdır və işin hallarına uyğun deyil. Həmçinin məhkəmə əmlakların özgəninkiləşdirilməsinə qadağa qoymaqla onun qanuni maraqlarına toxunmuşdur. Ərizəçinin iddia etdiyi borc münasibətləri atası cavabdeh2 arasında olduğu qeyd olunmuşdur ki, bunun onunla heç bir əlaqəsi yoxdur. Belə ki, o qanuni şəkildə ödəniş etməklə alğı-satqı əsasında qeyd olunan əmlakı əldə etmiş və bu səbəbdən ona məxsus əmlakın özgəninkiləşdirilməsinin qadağan edilməsi əsassızdır və onun qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Hesab edir ki, ərizəçi ona məxsus əmlakın yerləşdiyi ərazidən magistral yolun keçirilməsinin nəzərdə tutulduğunu və buna müvafiq kompensasiya ödəniləcəyini öyrəndikdən sonra, əsassız iddia irəli sürməklə əmlaka məhdudiyyət qoydurmaq və bundan maddi mənfəət əldə etmək məqsədi güdür. Alğı-satqı illər əvvəl olmuş və indi bu iddianın qaldırılması buna əsas verir ki, ərizəçinin əsas məqsədi kompensasiya ilə bağlı onun işini ləngitmək, maneələr törətməkdir və maddi mənfəət əldə etməkdir. Bu cür hərəkətlər hüququn sui-istifadəsi hallarına aid edilməli və məhkəmə tərəfindən nəzərə alınmalıdır. Ərizəçinin bu cür niyyətli əməllərinə yol verilməsi mülki dövriyyənin sabitliyi prinsipinə zidd olmaqla onu təhlükə altına alır, halbuki mülki dövriyyənin sabitliyinin qorunması qanunvericiliyin əsas vəzifələrindən biridir. MTT ərizəsi o halda təmin edilə bilər ki, iddia əsaslı olsun. Hesab edir ki, məhkəmə əsassız təminat tədbirlərini tətbiq etməklə onun mülkiyyət hüququnun pozulması ilə yanaşı mülki dövriyyənin sabitliyi prinsipinə zidd qərar qəbul etmişdir. Bu səbəbdən qərardad ləğv edilməli və ərizənin təmin edilməməsi barədə yeni qərardad çıxarılmalıdır. Mülkiyyət hüququ qanunla qorunur və həmin hüququn həyata keçirilməsinin məhkəmə tərəfindən qanuni əsaslar olmadan məhdudlaşdırılması yolverilməzdir. Məhkəmə tərəfindən onun qanuni hüquqları pozulmuşdur. Belə ki, qeyd olunan əmlakı qanuni şəkildə alğısatqı əsasında əldə etməyinə, vicdanlı alıcı olmağına və hüquqlarının dövlət qeydiyyatına alınmasına baxmayaraq ərizəçinin 3-cü şəxslə arasında borc mübahisəsinin olduğu iddia etməsi əsas götürülərək nəticədə əsassız qərardad qəbul olunmuşdur. Bununla da iddia olunan münasibətin ona heç bir aidiyyatının olmaması nəzərə alınmadan nəticədə onun mülkiyyət hüququ pozularaq əmlakı üzərində sərəncam vermək səlahiyyəti məhdudlaşdırılmışdır. Hesab edir ki, bu kimi hallar mülkiyyət hüququnun pozulması ilə yanaşı həmçinin mülki dövriyyənin sabitliyini də təhlükə altına alır. Bu səbəbdən qərardad ləğv edilməli və ərizənin təmin edilməməsi barədə yeni qərardad çıxarılmalıdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, məhkəmənin qərardadı qanuni və əsaslı olmalıdır. Lakin ərizəçi üçüncü şəxslə arasında borc münasibətlərin olduğunu iddia etmiş və bu münasibətin ona heç bir aidiyyatının olmaması nəzərə alınmadan nəticədə onun mülkiyyət hüququ pozularaq həmin əmlak üzərində sərəncam vermək səlahiyyəti məhdudlaşdırılmışdır. Belə ki, məhkəmə nəzərə almamışdır ki, o qeyd olunan əmlakı qanuni şəkildə ödəniş etməklə alğı-satqı əsasında əldə edib. Ona görə də Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadının ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə yeni qərardad çıxarılması xahiş olunur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin **(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadından maraqlı şəxs cavabdeh1 tərəfindən verilmiş şikayətin təmin edilməməsi və şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Şikayətə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Maddə 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. Maddə 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Maddə 157.3. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. Maddə 157.4. İddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə və ya arbitraj icraatı başlanarsa, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. Maddə 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: Maddə 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; Maddə 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Maddə 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Maddə 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Maddə 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1. cavabdehdə və ya arbitraj mübahisəsi tərəfində və ya digər şəxslərdə olan cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; 158.1.4. əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; 158.1.5. borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; 158.1.6. icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq; 158.1.7. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda debitor borcların xüsusi hesaba ödənilməsini və orada saxlanılmasını təmin etmək. Maddə 158.2. Məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər. Maddə 397.1. Bu Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Maddə 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin **(*-**)-***/**** nömrəli, ##.##.2026cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, təminat tədbirləri müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. İddia icraatından fərqli olaraq müvəqqəti təminat tədbirləri icraatında qəbul edilən qərarlar şəxslərə yekun hüquqlar vermir, hüquq münasibətlərinə yalnız müvəqqəti təsir edir. Çünki, bu icraatın məqsədi əsas iddia üzrə çıxarılacaq məhkəmə aktının qanuni qüvvəyə mindiyi günədək iddiaçının (ərizəçinin) subyektiv hüquqlarının qorunmasına təminat verilməsindən ibarətdir. Tədqiq olunan ilkin sübutlardan müəyyən olunur ki, ərizəçilər ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən ümumi yaşayış sahəsi 133.2 kv.m olan fərdi yaşayış evinə dair bağlanmış əqdi mübahisələndirlər. Konstitusiya Məhkəməsi Plenumunun müvəqqəti təminat tədbirləri ilə bağlı hüquqi mövqeyinə görə, iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Lakin iddianı təmin etmək haqqında ərizə ilə müraciət edən şəxsin üzərinə sübutların təqdim edilməsi ilə bağlı həddindən artıq vəzifə də qoyulmamalıdır. Sadəcə olaraq, hakim belə bir qənaətə gəlməlidir ki, işdə iştirak edən şəxsin ərizəsində göstərilən dəlillər belə tədbirlərin görülməsi üçün əsasların olmamasını deyil, daha çox mövcudluğunu sübut edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” ## #### 2018-ci il tarixli Qərar). Kollegiya qeyd edir ki, müvəqqəti təminat tədbirinin seçilməsinə dair ərizəni qismən təmin edən birinci instansiya məhkəməsi ərizəçilərin təqdim etdiyi ilkin sübutlar əsasında düzgün nəticəyə gəlmiş, şikayətin işə mahiyyəti üzrə baxılarkən araşdırılaraq sübut edilməli olan dəlilləri qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. İstinad olunanlara əsasən kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı və qanuni hesab edib, maraqlı şəxs tərəfindən mübahisələndirilən məhkəmə aktının şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayətin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadının isə dəyişdirilmədən saxlanması qənaətinə gəlir. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası qərara aldı Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin **(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar