Azərbaycan̈Respublikası̈adından Qərardad Bakı̈şəhəri İş̈№̈e-16(3-6)-578/2026 14.08.2026 BAKÏAPELLYASIYÄMƏHKƏMƏSI ƏrizəçïƏrizəçïmüvəqqətïtəminaẗtədbirinin̈tətbiqïbarədə ərizəsinə̈dair̈iş̈üzrə Bakı̈ApellyasiyäMəhkəməsinin̈MülkïKollegiyası hakimlər̈X4̈(sədrlik̈edən̈və̈məruzəçi),̈X2̈və̈X3̈ibarəẗtərkibdə, ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinə dair iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrəli qərardadından maraqlı şəxslər Maraqlı şəxs və Cavabdeh tərəfindən ayrı – ayrılıqda verilmiş şikayətlərə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti məhəllə **** nömrəli ünvanda tikilmiş binanın “A1” blokunun 21-ci mərtəbəsindəki ümumi sahəsi 9,2 kv.m olan yaşayış sahəsi və Bakı şəhəri, Nəsimi rayonu, 756-cı məhəllə C.Hacıbəyli, N.Şahbazov (keçmiş Dağıstan küçəsi), Kaveroçkin və M.Qaşqay küçələrinin kəsişməsindəki tikilən çoxmənzilli yeni yaşayış binasının, * nömrəli binanın 3-cü mərtəbəsində yerləşən 1 otaqdan ibarət ümumi sahəsi 55 kv.m olan ***B nömrəli mənzilin Cavabdeh və üçüncü şəxslərə özgəninkiləşdirilməsinin qadağan olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir.
2. Müvəqqəti təminat tədbiri barədə ərizəsi onunla əsaslandırılmışdır ki, Ərizəçi Cavabdeh ilə ##.##.2024-cü il tarixdə rəsmi qaydada nikaha daxil olmaqla ailə qurmuşlar. Belə ki, ilk əvvəllər münasibəti yaxşı olsa da, sonralar ailə münasibəti pozulmuş və narazılıqlar heç bir formada öz həllini tapmamışdır. Nikah dövründə birgə daşınmaz əmlaklar əldə etmişlər. Belə ki, qeyd olunan daşınmaz əmlaklar aşağıdakılardır: Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti məhəllə **** nömrəli ünvanda tikilmiş binanın “A1” blokunun 21-ci mərtəbəsindəki ümumi sahəsi 9,2 kv.m olan yaşayış sahəsi, Bakı şəhəri, Nəsimi rayonu, 756- cı məhəllə C.Hacıbəyli, N.Şahbazov (keçmiş Dağıstan küçəsi), Kaveroçkin və M.Qaşqay küçələrinin kəsişməsindəki tikilən çoxmənzilli yeni yaşayış binasının, * nömrəli binanın 3-cü mərtəbəsində yerləşən 1 otaqdan ibarət ümumi sahəsi 55 kv.metr olan ***B nömrəli mənzil. Hazırda nikahın pozulması və birgə nikah dövründə əldə olunan əmlakların bölünməsi tələbi barədə mediasiya təşkilatına ərizə ilə müraciət olunmuşdur. Işə mahiyyət üzrə baxılana qədər həmin əmlakların özgəninkiləşdirilməsi Cavabdeḧvə̈üçüncü̈şəxslərə̈qadağan̈edilməlidir.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)- ***/**** nömrəli qərardadına əsasən ərizə təmin edilərək Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti məhəllə **** nömrəli ünvanda tikilmiş binanın “A1” blokunun 21-ci mərtəbəsindəki ümumi sahəsi 9,2 kv.m olan yaşayış sahəsi və Bakı şəhəri, Nəsimi rayonu, 756-cı məhəllə C.Hacıbəyli, N.Şahbazov (keçmiş Dağıstan küçəsi), Kaveroçkin və M.Qaşqay küçələrinin kəsişməsindəki tikilən çoxmənzilli yeni yaşayış binasının, * nömrəli binanın 3-cü mərtəbəsində yerləşən 1 otaqdan ibarət ümumi sahəsi 55 kv.metr olan ***B nömrəli mənzilin özgəninkiləşdirilməsi Cavabdeh və digər şəxslərə qadağan edilmişdir.̈̈
4. Qərardad onunla əsaslandırılmışdır ki, ərizəçi tərəflər arasında birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü barədə iddia qaldırmaq niyyətindədir. Ərizəçinin istinad etdiyi hal ondan ibarətdir ki, məhkəmə prosesi başlayana qədər cavabdeh əmlakı özgəninkiləşdirə bilər. Əmlaklara dair müvafiq hüquq müəyyənedici sənədlər ərizəçi tərəfindən təqdim edilmişdir. Məhkəmə hesab edir ki, ərizəçinin gələcəkdəki iddiasının uğurlu olması ehtimalına münasibətdə sözügedən əmlakların hüquqi müstəvidə sabitliyinin təmin edilməsi üçün özgəninkiləşdirilməsi qadağan edilməlidir, bu növdə təminat tədbirinin seçilməsi ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almağäkifayəẗedir.
5. Maraqlı şəxs Maraqlı şəxs qərardaddan şikayət verərək qərardadın Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti məhəllə **** nömrəli ünvanda tikilmiş binanın “A1” blokunun 21-ci mərtəbəsindəki ümumi sahəsi 9,2 m olan yaşayış sahəsi olan mənzilin özgəninkiləşdirilməsinin qadağan olunması hissəsində ləğv edilməsini və həmin hissədə ərizənin̈təmin̈olunmamasını̈xahiş̈etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, ərizəçinin özgəninkiləşdirilməsinin qadağan edilməsini xahiş etdiyi Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti məhəllə **** nömrəli ünvanda tikilmiş binanın “A1” blokunun 21-ci mərtəbəsindəki ümumi sahəsi 9.2 kv.m olan yaşayış sahəsi olan mənzil onunla "xxxx" MMC arasında bağlanmış ## ###### 2026-cı il tarixli çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqaviləyə əsasən ona məxsusdur. "xxxx" MMC-nin həmin tarixli arayışı ilə mübahisəli mənzilin mənə məxsus olması və dəyərinin mənim tərəfimdən tam ödənilməsi təsdiq edilmişdir. Həmin mənzilin nə Cavabdehlə, nə də Ərizəçi ilə, o cümlədən onların nikahları ilə heç bir əlaqə və bağlılığı yoxdur. Lakin məhkəmənin haqsız yerə mənim mənzilim üzərinə qadağa qoyulması barədə qərardad qəbul etməsi əmlakım üzərində sərəncam vermək hüquqlarımı̈əsassız̈yerə̈və̈kobud̈şəkildə̈məhdudlaşdırır.̈
7. Maraqlı şəxs Cavabdeh qərardaddan şikayət verərək ləğv edilməsini və ərizənin təmin̈olunmamasını̈xahiş̈etmişdir.
8. Cavabdeh şikayəti onunla əsaslandırılmışdır ki, ##.##.2024-cü il tarixdə Ərizəçi ilə nikaha daxil olsa da, nikah sadəcə sənəd üzərində olmuş, formal xarakter daşımışdır. Ərizəçi ilə heç bir zaman ailə münasibəti olmamış, birgə təsərrüfat aparmamış və ayrı yaşamışlar. Ərizəçi guya ailə münasibətimizin mövcud olması və birgə əmlak əldə etməyimiz kimi uydurmalarla məhkəmədə səhv fikir formalaşdırmağa çalışsa da, bu mülahizələr həqiqətə uyğun deyildir. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 756-cı məhəllə C.Hacıbəyli, N.Şahbazov, Kaveroçkin və M.Qaşqay küçələrinin kəsişməsindəki tikilən çoxmərtəbəli yaşayış binasında olan 55 kv.m sahəsi olan mənzil yalnız mənim tərəfimdən əldə edilmişdir və həmin əmlakın alınmasında ərizəçinin hər hansı iştirakı olmamışdır. Belə ki, ## #### 2025-ci il tarixində mənimlə «X1 Bank» arasında 532000 AED kreditgötürülməsi barədə müqavilə bağlanmışdır. Həmin kredit vəsaiti hesabına pul əldə etdikdən sonra mənzil almaq üçün Azərbaycana gəlmiş, bir neçə mənzillərə baxmış və nəhayət ## ###### 2025-ci ildə sözügedən mənzilin alınması ilə müqavilə bağlamışdır. Mənzilin dəyəri onun tərəfindən həmin kredit hesabına ödənilmişdir. Həmin kredit borcu hazırda onun tərəfindən ödənilir. Çox təəssüf ki, ərizəçi bu halları məhkəmədən gizli saxlamış, tərəflərin formal nikah münasibətlərini, “ailə münasibəti” kimi təqdim etməyə çalışmışdır. Bundan başqa, ərizəçinin onunla və istinad etdiyi nikahla heç bir əlaqəsi olmayan, anası X7 məxsus olan və dəyəri onun tərəfimdən tam ödənilmiş mənzilə dair tələb irəli sürməklə və heç bir hüquqi qüvvəsi olmayan sənədləri məhkəməyə təqdim etməklə birinci instansiya məhkəməsinin səhv və qanunsuz qərar qəbul etməsinə səbəb olmuşdur. Belə ki, ərizəçinin özgəninkiləşdirilməsinin qadağan edilməsini xahiş etdiyi Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, məhəllə **** nömrəli ünvanda tikilmiş binanın “A1” blokunun 21-ci mərtəbəsindəki ümumi sahəsi 9,2 kv.m olan yaşayış sahəsi olan mənzil X7 ilə "xxxx" MMC arasında bağlanmış ## ###### 2026-cı il tarixli Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqaviləyə əsasən ona satılmışdır. "xxxx" MMC-nin həmin tarixli arayışı ilə mübahisəli mənzilin Xanməmmədovaya məxsus olması və dəyərinin onun tərəfindən tam ödənilməsi təsdiq edilmişdir. Sözügedən mənzilin nə onunla, nə də Ərizəçi ilə, o cümlədən “nikah” münasibəti ilə heç bir əlaqə və bağlılığı yoxdur. Lakin məhkəmənin haqsız yerə onun mənzili üzərinə qadağa qoyulması barədə qərardad qəbul etməsi əmlakı üzərində sərəncam vermək hüquqlarını əsassız yerə və kobud şəkildə məhdudlaşdırır. Qərardadda ifadə olunan məhkəmənin mövqeyi yalnız cavabdehin gələcəkdə əmlakı özgəninkiləşdirə biləcəyi barədə ehtimala əsaslanmışdır. Halbuki, cavabdehin hər hansı daşınmaz əmlakı satmaq, bağışlamaq və ya digər formada özgəninkiləşdirmək niyyətində olduğunu təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Iş materiallarına əlavə olunmuş sənədlər yalnız cavabdeh tərəfindən Bakı şəhəri,Nəsimi rayonu, 756-cı məhəllə C.Hacıbəyli, N.Şahbazov, Kaveroçkin və M.Qaşqay küçələrinin kəsişməsindəki tikilən çoxmərtəbəli yaşayış binasında olan 55 kv.m sahəsi olan mənzilin əldə olunmasını təsdiq etsə də, həmin sənədlər mübahisəli əmlakın tərəflərin ümumi birgə mülkiyyəti olmasını, ərizəçinin həmin əmlakın əldə edilməsində iştirakını və ya əmlakın birgə alınmasını sübut etmir. Habelə, özgəninkiləşdirilməsi qadağan olunan dgər mənzilə münasibətdə təqdim olunan sənəd̈isə̈ümumiyyətlə̈mövcud̈deyil̈və̈hüquqïqüvvəsïyoxdur.̈
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)- ***/**** nömrəli qərardadı ilə şikayətlər təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı̈ApellyasiyäMəhkəməsinə̈göndərilmişdir.
Tətbiq edilən hüquq
10.̈Azərbaycan̈Respublikasının̈MülkïProsessual̈Məcəlləsï(MPM): Maddə 157.1. Maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin̈tətbiqïbarədə̈qərardad̈qəbul̈edə̈bilər. Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətlïdərəcədə̈çətinləşəcəyinin̈qarşısını̈almaq̈məqsədilə̈tətbiq̈edilir; Maddə 157.3. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər; Maddə 157.4. Iddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin̈tətbiqïbarədə̈qərardad̈qəbul̈edə̈bilər; Maddə 157.7. məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Maddə̈158.1.̈Aşağıdakı̈müvəqqətïtəminaẗtədbirlərïtətbiq̈edilə̈bilər: 158.1.2.̈müəyyən̈hərəkətlərïetməyïcavabdehə̈qadağan̈etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə̈qadağan̈etmək; Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə̈aşağıdakıları̈etmək̈hüquqüvardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Bu kontekstdə müvəqqəti təminat tədbirləri tətbiq edilərkən o mövqedən çıxış edilməlidir ki, baxılan mübahisə ilə həmin tədbir arasında əlaqə mövcud olsun, görülən tədbir məhz ərizəçinin hüquqlarının qorunmasının təmin edilməsinə yönəlsin. Bu tədbirin görülməsi üçün ərizə ilə pozulmuş və ya mübahisəli hüququn mövcudluğunu təsdiq edən sübut məhkəməyə təqdim olunmalıdır. Müvəqqəti təminat tədbirinin tətbiqinin zəruriliyi üçün irəli sürülən dəlillərə qiymət verilərkən həmin dəlillərin ağlabatan olması və əsaslılığı, bu tədbir görülmədikdə ərizəçinin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalı və işdə iştirak edən digər şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməsi nəzərə alınır. Odur ki, müvəqqəti təminat tədbirləri yalnız cavabdehin (digər şəxslərin) hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilməli, bunun üçün də, birincisi, müvəqqəti təminat tədbiri tətbiq edilmədən ərizəçinin hüquqlarının qorunması mümkün olmamalı və iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcud olması məhkəmə araşdırması ilə təsdiqini tapmalı, ikincisi, bu tədbir istinad olunan məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının̈lüzumsuz̈məhdudlaşdırılması̈ilə̈nəticələnməməlidir.̈
12. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında qərardadın müvəqqəti xarakter daşıması onunla izah olunur ki, həmin qərardadın sonrakı hüquqi taleyi mübahisənin mahiyyəti üzrə yekun həllinin nəticəsindən asılıdır. Belə ki, müvəqqəti təminat tədbirlərinin görülməsi zamanı əsas tutulan iddianın əsaslılığı prezumpsiyası mübahisənin mahiyyətcə yekun həllinin nəticəsi ilə aradan qaldırıldıqda, yəni iddia rədd edildikdə, iddianı təmin etmə tədbirləri yalnız qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır.̈
13. Birinci instansiya məhkəməsi şikayətlərə münasibətdə düzgün olaraq qeyd etmişdir ki, barəsində müvəqqəti təminat tədbiri tətbiq edilmiş əmlakların ümumi birgə mülkiyyət olmaması barədə dəlillər işə mahiyyəti üzrə baxılan zaman araşdırılmalı məsələlərdir, hazırkı mərhələdə bu halları dəqiqliklə yoxlamaq mümkün deyil və müvəqqəti təminat tədbiri institunun mahiyyətinə ziddir. Nəzərə alınmalıdır ki, mübahisənin obyektini 2 mənzil təşkil edir və hər iki mənzilə dair cavabdehin adına rəsmiləşdirilmiş müvafiq müqavilələr təqdim edilmişdir, bu isə həmin əmlakların özgəninkiləşdirilməsinin qadağan edilməsi üçün yetərlidir. X7 şikayəti ilə bağlı isə qeyd edilmişdir ki, şikayətin dəlilləri qərardadın ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Çünki, şikayətə əlavə edilmiş mənzilə dair müqavilə ərizəçi tərəfindən ərizəyə əlavə edilmiş eyni mənzilə dair cavabdehin adına rəsmiləşdirilmiş müqavilə ilə ziddiyyət təşkil edir. Yəni, hazırkı halda, iş materiallarında eyni mənzilə dair, eyni tarixli 2 fərqli müqavilə mövcuddur ki, bu özü mənzilin mübahisəli olduğunu və onun hüquqi müstəvidə sabitliyinin̈təmin̈edilməsinin̈zərurïolduğunütəsdiq̈edir.
14. Birinci instansiya məhkəməsi tərəfindən şikayətin dəlillərinə düzgün qiymət verilərək əsaslı nəticəyə gəlindiyindən məhkəmə kollegiyası əlavə əsaslandırma və qiymətləndirmə̈aparılmasınäzərurəẗgörmür.
15. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayətlərin dəlilləri qərardadın ləğvinə əsas vermədiyi üçün, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayətlər̈təmin̈olunmamalıdır.
16. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq,̈məhkəmə̈kollegiyası̈qəraräaldı:
Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)- ***/**** nömrəli qərardadından Maraqlı şəxs və Cavabdeh tərəfindən ayrı – ayrılıqda verilmiş̈şikayətlər̈təmin̈edilməsin.̈ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)- ***/****̈nömrəlïqərardadı̈dəyişdirilmədən̈saxlanılsın. Qərardad̈çıxarıldığı̈andan̈qanunïqüvvəyə̈minir. Qərardaddan̈kassasiyäşikayətïverilə̈bilməz.