Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-579/2026 11.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X9 (sədrlik edən və məruzəçi), X7 və X5 ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** saylı, qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı Ərizəçi - cavabdeh Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Iddia ərizəsi üzrə *(*-***)-****/**** saylı mülki iş Səbail Rayon Məhkəməsinin icraatındadır. Daha sonra ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirləri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin icraatında olan *(*-***)-****/**** saylı iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək, Cavabdeh mülkiyyətində olan “BYD QIN PLUS PLUG-IN HIBRID” markalı, **QL*** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında ##.##.2026-cı il tarixdə saat 16:55 radələrində BYD QIN PLUS PLUG-IN HIBRID markalı ** QL *** dövlət qeydiyyat nişanlı avtomobil X2 tərəfindən etibarnamə əsasında idarə olunan zaman avto-nəqliyyat hadisəsi baş vermiş, sözügedən avtomobil mülkiyyət hüququ ilə Cavabdeh məxsus olmuş, hadisə nəticəsində ərizəçinin “Hundai Sonata” markalı ** SU *** dövlət nömrə nişanlı avtomobilinə ciddi maddi ziyan dəymişdir. Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli protokola və ##.##.2026-cı il tarixli ******* nömrəli qərara əsasən, yol nəqliyyat hadisəsinin baş verməsində X3 tam təqsirli hesab edilmişdir. Hadisədən sonra avtomobilə dəymiş ziyanın müəyyənləşdirilməsi məqsədilə avtoservis şirkəti “X4” MMC tərəfindən baxış keçirilmiş və tərtib edilmiş qiymətləndirmə aktına əsasən, avtomobilin bərpası üçün zəruri olan xərclərin məbləği 7750 (yeddi min yeddi yüz əlli) manat təşkil etmişdir. Dəymiş ziyanın bir hissəsi 1514 (min beş yüz on dörd) manat “xxxx” sığorta şirkəti tərəfindən ödənilmiş, lakin qalan 6236 (altı min iki yüz otuz altı) manat zərər ödənilməmiş və cavabdeh tərəfindən könüllü ödənilməkdən imtina edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** saylı, qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır. Ərizəçi Ərizəçi tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** saylı, qərardadından verilmiş şikayət həmin məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə müvəqqəti təminat tədbirinin görülməməsi barədə qərar qəbul edərkən faktiki haları və potensial zərəri nəzərə almamışdır. Qərardadda guya ərizənin əsaslandırılmaması yazılmışdır. Halbuki ərizədə qeyd olunmuşdur ki, cavabdeh könülü olaraq dəymiş zərəri ödəməkdən imtina edir. Cavabdehin hazırda heç yerdə işləməməsi və bundan başqa əmlakının olmamasını nəzərə alaraq hesab edir ki, gələcəkdə cavabdehə məxsus əmlak üzərində hər hansı məhdudiyyətin qoyulmaması, məhkəmə qətnaməsi qəbul edildikdən sonra onun icrasının qeyri-mümkün olmasına və ya əhəmiyyətli dərəcədə çətinləşməsinə gətirib çıxaracaqdır. Tələbi kifayət qədər əsaslı ilkin sübutlara söykənir və cavabdehin əmlakının özgəninkiləşdirilməsi iddia üzrə gələcək qətnamənin icrasını şübhə altına alır. Qərardadda təminat tədbirinin rədd edilməsinin hüquqi əsasları və məntiqi izahı birmənalı olaraq göstərilməmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıdakılara əsasən şikayət təmin edilməli, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** saylı, qərardadı ləğv edilməli, ərizə təmin edilməlidir. Belə ki, ərizəçi cavabdeh Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 6236 manatın cavabdehdən tutulmasını xahiş etmiş, eyni zamanda müvəqqəti təminat tədbiri kimi cavabdehə məxsus “BYD QIN PLUS PLUG-IN HIBRID” markalı, **QL*** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsinin qadağan edilməsini xahiş etmişdir. Ərizənin təminindən itmina edən birinci instasniya məhkəməsi ərizəçinin “**QL***” dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsinin qadağan edilməsinə dair müvəqqəti təminat tədbirinin tətbiqinin zəruriliyini əsaslandırmamasına istinad etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra-MPM) 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. MPM-nin 157.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. MPM-nin 157.4-cü maddəsinə görə, iddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. MPM-nin 157.5, 157.5.1, 157.5.2-ci maddələrinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci il tarixli qərarına əsasən təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” ## #### 2018-ci il tarixli qərarında qeyd edilir ki, “...Qüvvədə olan Mülki Prosessual Məcəllənin şübhəsiz üstünlüklərindən biri məhz iddianı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasibliyi prinsipinin tətbiq edilməsidir. Mülki Prosessual Məcəllənin 158-ci maddəsində nəzərdə tutulmuş hansı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasib olması göstərilmir. Lakin həmin maddənin mənasından aydın olur ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər. Qüvvədə olan Mülki Prosessual Məcəllənin 158-ci maddəsində nəzərdə tutulmuş iddianı təmin etmə tədbirlərindən başqa məhkəmə iddianın təmin olunması üçün digər tədbirləri də görə bilər.... Konstitusiyanın 127-ci maddəsinin II hissəsinin, Mülki Prosessual Məcəllənin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir...” Kollegiya birinci instansiya məhkəməsinin mövqeyini əsassız hesab edərək qeyd edir ki, işin hallarından görünür ki, cavabdeh iddiaçının tələbini könüllü icra etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Işdən görünür ki, cavabdehə məxsus avtomobilin özgəninkiləşdirilməsi mövcud vəziyyətin daha da ağırlaşmasına, iddia tələbinin təmin edilməsi halında belə məhkəmə qərarının icrasının əhəmiyyətli dərəcədə çətinləşməsinə səbəb ola bilər Kollegiya hesab edir ki, tədbirin müvəqqəti xarakter daşıması, mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək qüvvədə olması və iddia tələbinin kifayət qədər əsaslı ilkin sübutlarla təsdiqlənməsi nəzərə alındıqda, MPM-nin 157.2 və 157.5-ci maddələrində nəzərdə tutulmuş şərtlərin mövcud olduğu qənaətinə gəlinir. Brinci instansiya məhkəməsi isə mübahisənin faktiki hallarını hərtərəfli qiymətləndirmədən, müvəqqəti təminat tədbirinin tətbiqi üçün MPM-nin 157.2 və 157.5-ci maddələrində nəzərdə tutulmuş qanuni əsasların və zərurətin varlığını nəzərə almadan, ərizəni təmin etməməklə prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** saylı, qərardadı ləğv edilməli, ərizə təmin edilməli, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin icraatında olan *(*-***)-****/**** saylı iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək, Cavabdeh mülkiyyətində olan “BYD QIN PLUS PLUG-IN HIBRID” markalı, **QL*** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsi Cavabdeh və üçüncü şəxslərə qadağan edilməli, qərardad dərhal icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.4-cü maddəsinə əsasən iddia təmin edildikdə müvəqqəti təminat tədbirləri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157,397.2, 398.0.3, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Ərizəçi Ərizəçi şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)- ***/**** saylı, qərardadı ləğv edilsin. Ərizə təmin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin icraatında olan *(*-***)-****/**** saylı iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək, Cavabdeh mülkiyyətində olan “BYD QIN PLUS PLUG- IN HIBRID” markalı, **QL*** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsi Cavabdeh və üçüncü şəxslərə qadağan edilsin. Qərardad dərhal icra edilsin. Qərardadın icrası Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsinə həvalə edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Günay Axundova Hakimlər Məhəmməd Rüstəmli Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-16(3-6)-579/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-579/2026
11.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver