Məhkəmə qərarları › İş №e-16(3-6)-581/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-581/2026

10.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-581/2026 10.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadından ərizəçi Cavabdeh şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t di : İddiaçı Cavabdeh cavabdeh Ərizəçi qarşı nikahın pozulması və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla Ərizəçi arasında ## ##### 2017-ci il tarixdə Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsində bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahlarından olan ##.##.2018-ci il təvəllüdlü X2, ##.##.2022-ci il təvəllüdlü X1 və ##.##.2025-ci il təvəllüdlü X3 onun himayəsində saxlanılması, birgə nikahdan olan uşaqları ## #### 2018-ci il təvəllüdlü X2, ##.##.2022-ci il təvəllüdlü X1 və ##.##.2025-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər uşağa 264 manat olmaqla, cəmi 792 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Ərizəçi (nümayəndəsi və vəkili Vəkil) müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan e-2(5- **)-****/**** saylı iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək hər həftənin şənbə və bazar günləri uşaqların anaları ilə ünsiyyətdə olması üçün uşaqların bazar ertəsinə kimi analarının yanında qalması və hər həftənin bazar ertəsi günü saat 10:00-da atalarına təhvil verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir (sonradan tələb ərizəçinin nümayəndəsi və vəkili tərəfindən dəqiqləşdirilmişdir). Ərizədə göstərib ki, Nərimanov Rayon Məhkəməsinin icraatında tərəflər arasında nikahın pozulması, azyaşlı uşaqların yaşayış yerinin müəyyən edilməsi, valideyn hüquqlarının həyata keçirilməsi və aliment tələblərinə dair mülki işə baxılır. Tərəflərin birgə nikahlarından ##.##.2018-ci il təvəllüdlü X2, ##.##.2022-ci il təvəllüdlü X1 və ##.##.2025-ci il təvəllüdlü X3 adlı üç azyaşlı övladları vardır. Hazırda azyaşlı uşaqlar cavabdeh Cavabdeh yanında saxlanılır və cavabdeh tərəfindən uşaqların onunla ünsiyyətinə, telefon əlaqəsinə və görüşlərinə sistemli şəkildə maneələr yaradılmaqla uşaqlar ondan faktiki olaraq təcrid olunur. Bundan əlavə, cavabdeh uşaqların faktiki yaşayış yerini məhkəmənin razılığı olmadan dəyişdirərək onları Bakı şəhərindən Kürdəmir rayonuna aparmış, nəticədə məktəb yaşında olan uşağın təhsil prosesində davamiyyəti pozulmuş və onun Konstitusiya ilə qorunan təhsil hüququ məhdudlaşdırılmışdır. ##.##.2025-ci il təvəllüdlü uşaq isə körpə yaşda olmaqla, xüsusi qayğıya, ana ilə daimi emosional və fiziki təmasa ehtiyac duyan həssas inkişaf mərhələsindədir. Mövcud vəziyyət uşaqların üstün mənafeyinin ciddi şəkildə pozulmasına, onların ana ilə psixoloji və emosional bağlarının zədələnməsinə, eyni zamanda gələcək məhkəmə qətnaməsinin icrasının çətinləşməsi və ya qeyri-mümkün olması riskinə səbəb olur. Uşaqların yaşayış yerinin qeyri-müəyyən və məhkəmə nəzarətindən kənar şəkildə dəyişdirilməsi, onların faktiki olaraq gizlədilməsi və ana ilə əlaqələrinin kəsilməsi Mülki Prosessual Məcəllənin iddianın təmin edilməsi tədbirlərinə dair müddəalarında nəzərdə tutulan real və aktual riskləri yaradır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ilə (hakim Şəbnur Əzizova) ərizənin qismən təmin edilərək məhkəmənin icraatında olan e-*(*-**)-****/**** saylı mülki iş üzrə yekun məhkəmə aktı qüvvəsini alanadək Ərizəçi övladları ##.##.2018-ci il təvəllüdlü X2, ##.##.2022-ci il təvəllüdlü X1 və ##.##.2025ci il təvəllüdlü X3 ilə hər həftənin bazar günü saat 12:00-dan saat 17:00-a qədər görüş vaxtının müəyyən edilməsi və Ərizəçi maraqlı şəxs Cavabdeh iştirakı olmadan övladları ilə ünsiyyət hüququnun təmin edilməsi üçün uşaqlar himayəsində olan atanın faktiki yaşayış yerində hər həftənin bazar günü saat 12:00-da Cavabdeh tərəfindən Ərizəçi, həmin gün saat 17:00-da isə eyni ünvanda Ərizəçi tərəfindən Cavabdeh təhvil verilməsi, ərizənin qalan hissədə təmin edilməməsi, qərardadın dərhal icra edilməsi qərara alınmışdır. Ərizəçi Cavabdeh (nümayəndəsi və vəkili Vəkil/Nümayəndə) həmin qərardaddan verdiyi şikayətdə ləğv edilib ərizənin təmin edilməməsini xahiş edib. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər tərəfindən sübut, etiraz və ya izahat məhkəməyə təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının(təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Həmin Məcəllənin 158.1-ci və 158.1.1-ci, 158.1.2-ci və 158.1.3-cü maddələrinə əsasən, müvəqqəti təminat tədbirləri kimi cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək kimi müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər. Birinci instansiya məhkəməsi ərizəni təmin edərkən nəticəsi əsassız olmayıb. Çünki ərizənin məzmunundan da görünür ki, ərizəçi ünsiyyət istədiyi uşaqlarından ayrı yaşayır və onlarla görüşmək istəyir. Şikayətdə göstərilən dəlillər açıq-aşkar əsassız olmasa da onun bu hüququnun təmin edilməməsi üçün əsas ola bilməz. Anası ilə ünsiyyətdə olmaq uşaqların fiziki və psixi inkişafı üçün əhəmiyyətli amil olmaqla bərabər, həm də qanunla qorunan və təsbit edilən hüququdur. Uşaq yanında qalan valideyn isə fiziki və psixi sağlamlığına zərər yetirməyən anası ilə uşaqların görüşməsinə maneə yaratmamalıdır. Bir sözlə, valideynlər arasında olan şəxsi münasibətlər uşaqla ana arasındakı münasibətləri zədələməməlidir. Çünki bu qəbildən olan mübahisələri həll edərkən məhkəmənin mühüm tutduğu amil uşaqların mənafeyidir. Uşaqların anası ilə görüşməsi isə digər valideynin (uşaqlar yanında olan atanın) hər hansı hüquqlarının lüzumsuz məhdudlaşdırılmasına səbəb olmur. Bundan başqa, Mülki Prosessual Məcəllənin 157.7-ci maddəsinə əsasən, məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşısa və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilməsə də, əks tərəfin lüzümsuz olaraq hüquqlarının məhdudlaşdırılması ilə nəticələnmir. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətlər təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a ra a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar