Məhkəmə qərarları › İş №e-16(3-6)-582/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-582/2026

19.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-582/2026 19.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı Ərizəçi Nazim qızının müvəqqəti təminat tədbirinin tətbiqi ilə bağlı ərizəsi üzrə (Açar sözlər: uşaqla ünsiyyət) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X4 (sədrlik edən və məruzəçi), X2 və X5 ibarət tərkibdə, Iddiaçı Ərizəçi Nazim qızının müvəqqəti təminat tədbirinin tətbiqi ilə bağlı Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. Birinci instansiya məhkəməsində icraat

1. Ərizəçi Ərizəçi Nazim qızı "müvəqqəti təminat tədbiri" barədə ərizə ilə müraciət edərək, Iddiaçı Ərizəçi Nazim qızının ##.##.2016-cı il təvəllüdlü X1 ilə həftənin hər günü saat 18.00-19.00-dək telefon, sosial şəbəkələr vasitəsi ilə, həftənin 3-5 ci günləri atanın iştirakı olmadan sərbəst qaydada saat 17.00-21.00-a kimi, şənbə günü saat 15.00dan bazar günü saat 15.00-a kimi ananın yanında qalmaqla Bakı şəhərində müvəqqəti ünsiyyət hüququnun müəyyən edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Ağdam rayonu kökənli olmaqla azərbaycanlıdır, lakin ailəsinin Ukraynada yaşaması ilə əlaqəar Ukraynada anadan olub və Ukrayna vətəndaşıdır. Cavabdehlə birgə nikahdan 2 uşaqları vardır. Uzun illər məişət zorakılığından əziyyət çəkən cavabdeh ailənin dağılamaması üçün valideynlərinə və hüquq mühafizə orqanlarına baş verən hadisələr barədə tam məlumatlandırmamış, müraciətlər etməmiş, sonuncu dəfə döyülməsi səbəbi ilə Sabunçu Polis idarəsində araşdırma da olmuşdur. Hazırda * saylı Bakı ASAN xidmət mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən ##.##.2016-cı il tarixdə Məmmədhüseynova Ayşən ilə cavabdeh Cavabdeh arasında 104 № ilə qeydə alınmış nikahın pozulmasına, ##.##.2016-cı il təvəllüdlü X1 və ##.##.2020- ci il təvəllüdlü X3 Məmmədhüseynova Ayşənin himayəsinə verilməsi, X1 və X3 üçün iddiçının xeyrinə cavabdeh X1 həray hər bir uşağa görə 500 manat sabit pul məbləğində alimentin tutulmasına dair iddia icraatda olsa iddiaçıya qarşı olan süründürmçiliyə görə bu günədək qəyyumluq rəyi verilməmişdir. Süründürməçilik dövründə məhkəmə qərardadı ilə uşaqlarla ünsiyyət yaradan cavabdeh ##.##.2016-cı il təvəllüdlü X1 evdən qaçması üçün hazırlayaraq ##.##.2026-cı il tarixdə səhər tezdən qapını uşağa açdıraraq uşağı evdən ayaqqabısız, paltarsız aparmışdır, hazırda ərizəçi ilə ünsiyyətdən məhrum edir.

3. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-16(5- 101)-286/2026 nömrəli qərardadı ilə ərizə qismən təmin edilmiş, *(***)-****/**** saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək Ərizəçi Nazim qızının ##.##.2016-cı il təvəllüdlü X1 ilə həftənin şənbə günü cavabdehin iştirakı olmadan saat 15:00-dan 19:00-dək ünsiyyətdə olmasının təmin edilməsi, ərizənin qalan hissədə təmin olunmaması qərara alınmışdır.

4. Qərardaddan narazı qalan cavabdeh Cavabdeh şikayət verərək onun ləğv edilməsini və ərizənin qismən təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-16(5- 101)-286/2026 nömrəli qərardadı ilə şikayət təmin edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-**(*-***)-***/**** nömrəli ##.##.2026-cı tarixli qərardadının ləğv edilməsi, ərizəçi Ərizəçi Nazim qızının "müvəqqəti təminat tədbiri" barədə ərizəsinin qismən təmin edilməsi, *(***)-****/**** saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək Ərizəçi Nazim qızının ##.##.2016-cı il təvəllüdlü X1 ilə həftənin şənbə günü cavabdehin iştirakı ilə saat 15:00-dan 19:00-dək ünsiyyətdə olmasının təmin edilməsi qərara alınmışdır.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

6. Iddiaçı həmin qərardaddan şikayət verərək qərardadın qismən - cavabdehin iştirakı hissəsində ləğv edilməsini xahiş etmişdir.

7. Şikayət onunla əsaslandırılmışdır ki, ilkin olaraq iddiaçı döyülərək işgəncə verilərək evdən çıxarılmışdır. Sübutlar təqdim edilib. Evdə olarkən cavabdeh, qaynana və qaynata iddiaçıya işgəncə vermək növü olaraq uşaqları həftələrlə digər otaqlarda təcrid edilmiş şəraitdə saxlamışlar. Məhkəmə nədənsə bunu müəyyən edə bilməmişdir. Sonradan iddiaçı MTT tədbiri olaraq icra şöbəsində deyil, məhz uşaqların olduğu evə gedərək uşaqlarla ünsiyyətdə olmuş, uşaqlarla gəzintiyə çıxdıqda uşaqlar onları evə qaytarmamağı, qaytarsa evdə döyüləcəklərini və təkidlə anaları ilə getmək istədiklərini bildirmişlər. Belə olan təqdirdə uşaqların himayəyə verilməsi barədə qərar olmadığından iddiaçı uşaqları özünün yaşadığı evə gətirmişdir. Amma nədənsə məhkəmə bunu da müəyyən etməmişdir. Daha sonra cavabdeh ünsiyyət barədə qərardad almış və icra şöbəsində uşaqları zorla görüşə gətizdirərək ünsiyyət yaratmaq istəmişdir, lakin cavabdehdən qorxan uşaqlar birmənalı bundan imtina etmişlər. Bu faktlar icra şöbəsində dəfələrlə aktlaşdırılmışdır. Məhkəmə nədənsə bunu da müəyyən etməmişdir. Məhkəməyə bu kifayət etməmiş, həftədə 2 gün qeyri-iş günü var, həmin günün birini səhərdən axşama cavabdehə, digər günü nənəbabaya görüş vermişdir. Özü də ananın iştirakı olmadan. Məhkəmə bunu da müəyyən etməmişdir. Icra şöbəsində həftədə 2 gün ananın iştirakı olmadan görüşən nənə-baba və cavabdeh böyük yaşlı uşağı həftələrlə öyrədərək səhər saat 6 radələrində ayağı yalın, yataq paltarından içəridən qapını açaraq evdən qaçmasını təşkil etmişlər. Necəsə olub məhz uşaq evdən qaçanda cavabdeh həyətdə uşağı görüb telefona çəkib və müəyyən edib ki, ana uşağa baxmaması nəticəsində uşaq evdən qaçmışdır. Məhkəmə bunu da müəyyən edə bilməmişdir. MTT qərardadı ilə uşaqların zəruri geyim və dərs vəsaitlərinin iddiaçıya verilməsi qərardadı bu günədək icra edilməmiş, uşaqlar geyimsiz, dərs vəsaiti olmadan oktyabr ayından bu günədək yaya gəlib çıxmışlar. Məhkəmə bunu da müəyyən edə bilməmişdir. Bütün bunlar müəyyən edilmədiyi halda məhkəmə necə olur ki, uşaqlarından məhrum edilən ananın uşaqlarını təhlükəsiz şəraitdə yaşamasını qaçırtma kimi müəyyən etdi. Bu günədək məhkəmə nikahın pozulması işinə mahiyəti üzrə baxa bilmədiyi halda, belə çıxır iddiaçı bu günədək uaqları ilə ünsiyyətdə olmamalı idi. Cavabdeh ##.##.2026-cı il tarixdən qəbul edilən MTT barədə qəradadı icra etməmişdir. Ancaq bu qərardaddan verilən şikayəti məhkəmə qəbul edərək məhz atanın iştirakı ilə ünsiyyət müəyyən etmişdir. Səbəb isə məhkəmə ananın uşağı qaçırtmasını qeyd edir.

8. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

9. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

10. Cavabdeh şikayətə qarşı yazılı etiraz verərək bildirmişdir ki, əvvəla iddiaçı məhkəmədə iddia qaldırarkən uşaqlar atanın himayəsində olmuş, iddiaçı MTT barədə ərizə verərək uşaqlarla ünsiyyət hüququ tələb etmişdir. Sabunçu Rayon Məhkəməsinin **(***)- ***/**** saylı, ##.##.2025-ci il tarixli Qərardadı ilə Ərizəçi Nazim qızının ##.##.2020-ci il təvəllüdlü X3 və ##.##.2016 cı il təvəllüdlü X1 ilə həftənin hər günü saat 18.00-19.00-dək telefon, sosial şəbəkələr vasitəsi ilə, həftənin bazar günü atanın iştirakı olmadan sərbəst qaydada saat 12:00-dan 19:00-dək ünsiyyətdə olması təmin edilmişdir. Iddaçı isə uşaqlarla görüşərkən ünsiyyət qaydalarını pozaraq onları məcburi qaydada yanında saxlamaqla atasına qaytarmaqdan imtina etmiş və uşaqları atasına göstərməmişdir. Bu müddətlər ərzində uşaqları atasına qarşı qoymuş, onlara psixoloji təsirlər edərək şiddət göstərmişdir və döymüşdür. Ata məcbur olub MTT barədə ərizə ilə məhkəməyə müraciət edərək uşaqlarla ünsiyyət hüquqlarını təmin etmişdir. Ərizəçi uşaqlar onun yanında qaldığı zaman ##.##.2016-cı il təvəlüdlü X1 və ##.##.2020 ci il təvəlüdlü X3 şiddət göstərərək uşaqların hər istəyində atasına qarşı isti münasibətinə görə onları incitmiş və hətta döymüşdür. ##.##.2016-cı il təvəlüdlü X1 bu şiddətə və təzyiqlərə dözməyərək anasından qaçıb atasının yanına gəlmişdir. Hazırda ##.##.2016-cı il təvəllüdlü X1 10 yaşına çatmış və öz fikrini bildirməkdə sərbəstdir və Fuad anası ilə görüşməkdən qorxur, anasını görmək belə istəmir. Belə ki, uşaq anasından hər dəfə bir şey istədikdə anası “get atan versin” deyə ona qarşı şiddət göstərmiş və döymüşdür. Belə ki, iş materialarına əlavə olunmuş Sabunçu Rayon Icra Şöbəsinin Xətai RPI-nə ünvanladığı ##.##.2025-ci il tarixli məktubdan görünür ki Sabunçu Rayon Məhkəməsinin e-**(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli icra sənədinə əsasən Ərizəçi Nazim qızının ##.##.2020-ci il təvəllüdlü X3 və ##.##.2016-cı il təvəlüdlü X1 ilə həftənin hər günü saat 18.00-19.00-dək telefon, sosial şəbəkələr vasitəsi ilə, həftənin bazar günü atanın iştirakı olmadan sərbəst qaydada saat 12:00-dan 19:00-dək ünsiyyətdə olması təmin edilmişdir. Tələbkar Ərizəçi Nazim qızına uşaqlar ##.##.2025-ci il tarixində saat 12:00-da təhvil verilib, həmin gün saat 19:00-da qaytarmalı olduğu halda məhkəmə aktının tələblərini pozaraq uşaqların geri qaytarılmasını təmin etməmişdir. Uşaqların atasına qaytarılmasında köməklik edilməsini xahiş etmişlər. Beləliklə, ##.##.2016-cı il təvəlüdlü X1 anasının yanından heç bir müdaxilə olmadan özü sərbəst qaçaraq atasının yanında qalmasını tələb etmiş və anasından qorxduğundan onunla görüşmək istəməmişdir. Belə olan halda ata uşağın yalvarıcı istəyini geri çevirə bilməmişdir. Hazırda ##.##.2016-cı il təvəllüdlü X1 anası ilə görüşdən qəti şəkildə imtina edir və atasından onu anası ilə təklikdə görüşməyinə imkan verməməyi tələb edir. Lakin Sabunçu rayon məhkəməsinin iş № **(008)-368/2025 saylı, ##.##.2025-ci il tarixli Qərardadı ilə Ərizəçi Nazim qızının ##.##.2020-ci il təvəlüdlü X3 və ##.##.2016 cı il təvə lüdlü X1 ilə həftənin hər günü saat 18.00-19.00-dək telefon, sosial şəbəkələr vasitəsi ilə, həftənin bazar günü atanın iştirakı olmadan sərbəst qaydada saat 12:00-dan 19:00-dək ünsiyyətdə olması təmin edilmişdir. Halbuki, Sabunçu rayon məhkəməsi bu qərardadı qəbul edərkən iddia tələbi üzrə tərəflərin qarşılıqlı vəziyyəti barədə məlumatlı olmuş, ərizəçinin məhkəmə qərardadında göstərilən ünsiyyət qaydalarını pozaraq bu uşaqla müəyyən edilmiş qaydada ünsiyyətdə olduqdan sonra uşağı atasına qaytarmaması kimi xüsusatlardan xəbərdar olmuşdur. Bununla da məhkəmə işin nəticələrinə təsir edən iş üzrə tərəflərin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Bütün bu halları nəzərə alaraq hesab edir ki, məhkəmənin hazırki qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Istər atanın uşaqlarla ünsiyyət hüququ, istərsə də baba və nənənin ünsiyyət hüquqları barədə çıxarılmış qərardadın hər ikisində də tək böyük uşaqla deyil, hər iki uşaqla birlikdə ananın iştirakı ilə təmin edilmişdir. Bununla iddiaçı məhkəməyə yalan məlumat verməklə əsasız qərardadın qəbul edilməsinə cəhd edir ki, bu da yolverilməzdir.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 157.1 Maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Maddə 157.2 Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Maddə 157.3 Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. Maddə 157.7 Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir.

12. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2016-cı il tarixli, *- */**** nömrəli qərarı Bənd 7.1. Məhkəmələrə izah edilsin ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı iddialara baxılıb yekun qərarın qəbul edilməsinədək keçən müddət ərzində, yanında uşaq olmayan tərəfin vəsatətinə əsasən onunla uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş iddianın təmin tədbirinin görülməsi mümkündür. Mübahisənin həllinədək müvəqqəti olaraq uşaq yanında olan tərəfə digər tərəfin uşağı (uşaqları) ilə məhkəmənin müəyyən etdiyi minimal həddə ünsiyyətinə edilən maneələrin qadağan edilməsindən ibarət iddianın təmin tədbirinin görülməsinə dair vəsatətə baxılarkən uşağı tələb edən valideynə aid və uşağın mənafeyinə zidd ola biləcək açıq-aydın halların olub-olmamasına qiymət verilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

13. Məhkəmə kollegiyası şikayətin və ona qarşı verilmiş etirazın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

14. Belə ki, hazırda tərəflər arasında yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı məhkəmənin icraatında mübahisə var və belə vəziyyətdə müvəqqəti təminat tədbirinin tətbiqi valideyn ilə uşağın ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir.

15. Kollegiya onu da qeyd edir ki, mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardad müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir.

16. Məhkəmə kollegiyası hesab edir ki, gələcəkdə həmin uşağa münasibətdə valideynlik hüquqlarından sui-istifadə edilməsinin qarşısını almaq məqsədilə Ərizəçi ##.##.2016-cı il təvəllüdlü X1 ilə ünsiyyəti atanın, yəni Cavabdeh iştirakı ilə həyata keçirilməlidir.

17. Belə ki, iş materiallarına əsasən əvvəllər qəbul edilmiş müvəqqəti təminat tədbirinə əsasən tərəflərin uşaqlarla ünsiyyət qaydası müəyyən edilsə də, həmin tədbirin icrası zamanı ana tərəfindən uşaqların görüş yerindən aparılması (qaçırılması) halları baş vermiş, nəticədə müəyyən edilmiş görüş qaydasının icrası pozulmuş və uşaqların hər iki valideynlə maneəsiz ünsiyyət hüququnun təmin edilməsi çətinləşmişdir.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.

19. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar