Məhkəmə qərarları › İş №e-16(3-6)-586/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-586/2026

03.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-586/2026 03.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X2 məruzəsi ilə, X4 və X3 ibarət tərkibdə, Ərizəçi Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi” barədə ərizə üzrə Bakı Kommersiya Məhkəməsinin ## #### 2026cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadından cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən e t d i: Ərizəçi Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyəti müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, müvəqqəti təminat tədbiri kimi: Cavabdeh MMC-yə məxsus bank hesablarındakı 774904 manat həcmində pul vəsaitlərinin üzərinə işçilərin əmək haqları və məcburi dövlət ödənişlərinin (vergi, sosial və s.) ödənilməsinə məhdudiyyət qoyulmadan həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadı ilə ərizə qismən təmin edilərək, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) banklarda olan hesablaşma hesablarında 324942,94 manat məbləğində pul vəsaiti üzərinə işçilərinin əmək haqlarının verilməsi, dövlət büdcəsinə zəruri ödənişlərin (vergi, sosial və s.) aparılmasına məhdudiyyət qoyulmadan həbs qoyulmuşdur. Qeyd edilən qərardaddan “AZEMİS” elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Cavabdeh MMC-nin nümayəndəsi və vəkili tərəfindən ## #### 2026-cı il tarixdə şikayət verilmiş və Bakı Kommersiya Məhkəməsinin ## #### 2026- cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin ## #### 2026cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadından elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Cavabdeh MMC-nin nümayəndəsi və vəkili tərəfindən şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, heç bir müddət ötürülməmişdir. ##.##.2026-cı il tarixə kimi Cavabdeh MMC elektron kabinetə əlavə edilməmiş, hər hansı bir bildiriş gəlməmişdir. Halbuki e-mehkeme də bildiriş gələrkən hansısa ərizənin və ya şikayətin yükləndiyi onlara məlum ola bilərdi. İddia ərizəsi verilərkən tərəf kimi əlavə edilməmişlər, qərardad barədə məlumatlar cavabdehə göndərilməmiş və ya hər hansı bir sms telefona gəlməmişdir. Ona görə də müddət ötürülə bilməz. Vəkil müraciəti ##.##.2026-cı il tarixdə əlavə edilmiş və bundan sonra həm vəkilə, həm də Cavabdeh MMC-yə smslər və bildirişlər gəlməyə başlamışdır. Bu barədə sübutlar məhkəməyə təqdim ediləcəkdir. Məsələ araşdırılması üçün E-mehkeme mərkəzinə sorğu göndərilə və məsələ kökündən qanuna müvafiq həll edilə bilərdi. Lakin məhkəmə heç bir araşdırma aparmadan yalnız özündə görünən məlumatlar əsasında birtərəfli qaydada qərardad çıxarmışdır. Məhkəmə nəzərə almamışdır ki, hazırda baş verən nasazlıqlar səbəbindən məhkəmənin yüklədiyi məlumatlar qarşı tərəfin e-mehkeme sisteminə yüklənməmişdir. Bütün bunlar onu deməyə əsas verir ki, bu məlumatlar məhkəmə tərəfindən düzgün araşdırılmamışdır. Ona görə də məhkəmənin şikayətin geri qaytarılması barədə gəldiyi nəticə əsassız olmuşdur. Odur ki, qərardad ləğv edilməli və şikayət qəbul olunaraq mahiyyəti üzrə baxılmalıdır. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin: 396.1-ci maddəsinə görə şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. 135.8-ci maddəsinə görə kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Faktiki hallar və hüquqi dəyərləndirmə: EMİS-dən çıxarışa əsasən müəyyən edilir ki, Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadı ##.##.2026-cı il tarixdə cavabdeh Cavabdeh MMC-nin (“elektron ünvan 1” elektron poçt ünvanı) “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmiş, cavabdeh tərəfindən həmin qərardaddan şikayət isə ##.##.2026-cı il tarixdə verilmişdir. Digər tərəfdən, EMİS-də öz əksini tapan iş üzrə aparılmış texniki əməliyyatlar bölməsindən görünür ki, “Elektron Məhkəmə” İnformasiya Sistemində əks olunan texniki əməliyyatlara əsasən, Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)- ***/**** saylı qərardadı ## #### 2026-cı il tarixində saat 20:26-da “Məhkəmə aktı üzrə əsas sənəd elektron imza ilə imzalandı!” statusu ilə sistemə daxil edilmişdir. Saat 20:29-da cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti sistemə əlavə edilmiş, saat 20:31 və 20:32-də isə həmin məhkəmə aktı üzrə sənədin istiqamətinin elektron imza ilə imzalanmasına dair məlumatlar sistemdə qeydə alınmışdır. Göstərilən halların və şikayətdə istinad olunan dəlillərin araşdırılması məqsədilə Məhkəmə-X1 Rəqəmsal ədalət və innovativ inkişaf şöbəsinin İnformasiya texnologiyalarının tətbiqi sektoruna sorğu verilmiş, ## ###### 2026-cı il tarixli, *-*/*-****/**** saylı cavab məktubunda göstərilmişdir ki, e-**(*-*)-***/**** nömrəli iş üzrə ##.##.2026-cı il tarixli qərardad cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin elektron kabinetinə ##.##.2026-cı il tarixdə yerləşdirilsə də, yaranmış xəta səbəbindən bununla bağlı cavabdehə bildiriş göndərilməmişdir. Beləliklə, qeyd olunan hallar nəzərə alınmaqla, hazırkı halda Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadından cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətin qanunla müəyyən edilmiş 10 günlük müddət ötürülməklə verildiyi qənaətinə gəlmək üçün əsas yoxdur. Başqa sözlə, cavabdeh tərəfindən həmin qərardaddan şikayət verilməsi üçün nəzərdə tutulmuş 10 günlük müddət buraxılmamışdır. Odur ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadından cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş şikayətin AR Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi ## #### 2026-cı il tarixli qərardadı ləğv edilsin. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadından cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş şikayətin AR Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Leyla Əliyeva Təranə Mahmudova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar