Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-587/2026 19.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI müvəqqəti təminat tədbirinin görülməsinə dair ərizəçi “xxxx” ASC-nin ərizəsi üzrə (Açar sözlər: müvəqqəti təminat tədbiri, mütənasiblik prinsipi, iddia tələbinin əsaslılığına dair ilkin sübutlar) Hakimlər X5 (sədrlik edən və məruzəçi), X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadından ərizəçi “xxxx” ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq qərara aldılar. Birinci instansiya məhkəməsindəki icraat və qəbul olunmuş məhkəmə akt(lar)ı
1. Iddiaçı “xxxx” ASC cavabdehlər cavabdeh2 MMC, X2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh2 MMC-dən və cavabdeh1 iddiaçı “xxxx” ASC-nin xeyrinə ##.##.2023-cü il tarixli ****-ƏKM saylı əsas kredit müqaviləsinə əlavə olaraq bağlanılmış ##.##.2023-cü il tarixli ****-KQ saylı əlavə kredit müqaviləsi üzrə 96 656.38 manat əsas borc, 7026.79 manat faiz borcu, 1320.39 manat cərimə borcu olmaqla, cəmi 105 003.56 manat, ##.##.2023-cü il tarixli ****-ƏKM saylı əsas kredit müqaviləsinə əlavə olaraq bağlanılmış ##.##.2023-cü il tarixli ****-KQ saylı əlavə kredit müqaviləsi üzrə 169 749.04 manat əsas borc, 8191.60 manat faiz borcu, 1494.65 manat cərimə borcu olmaqla, cəmi 179 435.29 manat, ##.##.2023-cü il tarixli ****-ƏKM saylı əsas kredit müqaviləsinə əlavə olaraq bağlanılmış ##.##.2024-cü il tarixli ****-KQ saylı əlavə kredit müqaviləsi üzrə 24 016.44 manat əsas borc, 749.73 manat (müqavilə müddəti bitənədək) faiz borcu, 196.80 manat (müqavilə müddəti bitdikdən sonra) 5 faiz borcu, 646.19 manat cərimə borcu olmaqla, cəmi 25 609.16 manat olmaqla, ümumilikdə ##.##.2023-cü il tarixli 4962-ƏKMsaylı əsas kredit müqaviləsinə əlavə olaraq bağlanılmış ##.##.2023-cü il tarixli ****-KQ saylı əlavə kredit, ##.##.2023-cü il tarixli ****-ƏKM saylı əsas kredit müqaviləsinə əlavə olaraq bağlanılmış ##.##.2023-cü il tarixli ****-KQ saylı əlavə kredit və ##.##.2023-cü il tarixli ****-ƏKM saylı əsas kredit müqaviləsinə əlavə olaraq bağlanılmış ##.##.2024-cü il tarixli ****-KQ saylı əlavə kredit müqavilələri üzrə cəmi 310 048.01 manat pulun tutulması, tələbin ünvan 1 ünvanında mülkiyyətində olan 113.0 kv.m. ümumi sahədən ibarət qeyri yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə, açıq hərracdan satılması və onun satışından əldə olunmuş vəsaitin cavabdehlərin ##.##.2023-cü il tarixli ****-ƏKM saylı əsas kredit müqaviləsinə əlavə olaraq bağlanılmış ##.##.2023-cü il tarixli ****-KQ saylı əlavə kredit, ##.##.2023-cü il tarixli ****- ƏKM saylı əsas kredit müqaviləsinə əlavə olaraq bağlanılmış ##.##.2023-cü il tarixli ****-KQ saylı əlavə kredit və ##.##.2023-cü il tarixli ****-ƏKM saylı əsas kredit müqaviləsinə əlavə olaraq bağlanılmış ##.##.2024-cü il tarixli ****-KQ saylı əlavə kredit müqavilələri üzrə cəmi 310048.01 manat borcunun, ipoteka qoyulmuş əmlaklara tutmanın yönəldilməsinə dair bildirişlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən qeydiyyata alınmasına dair 136.28 manat dövlət rüsumunun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 691.12 manat və 1.04 manat xidmət haqqının ödənilməsinə yönəldilməsi, satışdan əldə olunacaq vəsait borc tələbini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər cavabdeh2 MMC-dən və cavabdeh1 ümumi qaydada tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməsi, cavabdehlər cavabdeh2 MMC-dən və cavabdeh1 iddiaçı “xxxx” ASCnin xeyrinə ##.##.2024-cü il tarixli ****-ODM saylı kredit müqaviləsi üzrə 84 914.44 manat əsas borc, 6125.29 manat faiz borcu, 28.30 manat cərimə borcu olmaqla, cəmi 91 068.03 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Qeyd edilən iş e-2-2(4-11)-5008/2026 nömrə ilə icraata qəbul edilmişdir.
3. Eyni zamanda ərizəçi “xxxx” ASC müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh2 MMC-yə, cavabdeh1 məxsus olan qiymətli kağızlarının, cavabdehin Azərbaycan Respublikasında olan müvafiq bank hesablarındakı pul vəsaitlərinin, valyuta sərvətlərinin, cavabdehin mülkiyyətində olan avtonəqliyyat vasitələrinin, daşınmaz əmlaklarının, avadanlıqlarının, digər əsas vəsaitlərinin, o cümlədən cavabdehlərə məxsus başqa şəxslərə verilmiş əmlaklarının üzərinə iddia məbləği həcmində (91 068.03 manat) həbs qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizənin verilməsi ödənilmiş 36,32 manat dövlət rüsumunun və 0.40 AZN bank xidmət haqqının cavabdehlərdən tutularaq “xxxx” ASC-yə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir.
5. “xxxx” ASC həmin qərardaddan şikayət verərək qərardadın ləğv olunması, ərizənin təmin olunması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəmənin ##.##.2026cı il tarixli e-**(*-**)-***/**** saylı qərardadı ilə ərizəçi “xxxx” ASC-nin cavabdehlər cavabdeh2 MMC-yə, cavabdeh1 qarşı müvəqqəti təminat tədbiri haqqqında ərizənin təmin olunmaması barədə qərardad qəbul edilmişdir. Məhkəmə tərəfindən təqdim olunmuş sənədlər araşdırılarkən müvəqqəti təminat tədbiri bəradə ərizədən və ona əlavə sənədlərdən müəyyən edilmişdir ki, “xxxx” ASC ilə “xxxx” MMC arasında kredit və əlavə kredit müqavilələri bağlanaraq sonuncuya kreditlər verilmiş, eləcə həmin kredit müqavilələrinin təminatı olaraq həm cavabdeh cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmış, həm də cavabdeh X2 məxsus ünvan 1 ünvanında mülkiyyətində olan 113.0 kv.m. ümumi sahədən ibarət qeyri yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Lakin məhkəmə müvəqqəti təminat tədbiri barədə ərizə üzrə təmin edilməli olan məbləğin ##.##.2024-cü il tarixli ****-ODM saylı kredit müqaviləsi üzrə olduğu nəzərə almamışdır. Belə ki, ##.##.2024-cü il tarixli ****-ODM saylı kredit müqaviləsinin təminatı kimi yalnız zaminlik müqaviləsi bağlanılmışdır. Hərçənd ki, müvəqqəti təminat tədbiri barədə ərizədə qeyd edilən hallar göstərilsə də, məhkəmə nəzərə almamış və müvəqqəti təminat tədbiri barədə ərizəni təmin etməmişdir. Bununla da, məhkəmə iş üzrə təqdim edilmiş sübutlara araşdırmadan qərar qəbul etmişdir. Beləliklə, Bakı Kommersiya Məhkəmənin ##.##.2026-cı il tarixli e-**(*-**)-***/**** saylı qərardadı ləğv edilməli və müvəqqəti təminat tədbiri barədə ərizə tam təmin edilməlidir. Göstərilənləri nəzərə alaraq Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı iltarixli, e-**(*-**)-***/**** saylı qərardadı ləğv edilməsi və ərizəçi “xxxx” ASC tərəfindən verilmiş müvəqqəti təminat tədbiri barədə ərizənin tam təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Apellyasiya şikayətinə etiraz
8. Şikayətə qarşı yazılı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
9. Maddə 157.1. Maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər.
10. Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir.
11. Maddə 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu.
12. Maddə 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.
13. Maddə 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir.
14. Maddə 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1. cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; 158.1.4. əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; 158.1.5. borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; 158.1.6. icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq.
15. Maddə 158.2. Məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər.
16. Maddə 264.0.5. Ayrıca akt şəklində qəbul edilən qərardadda məhkəmənin gəldiyi nəticələrin səbəbləri və məhkəmənin rəhbər tutduğu qanunlara istinad edilməsi göstərilməlidir.
17. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
Apellyasiya baxışının həddi
18. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
Işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
19. Qanunun mənasına görə müvəqqəti təminat tədbirləri, cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilən prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə müvəqqəti təminat tədbiri institutu, iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır.
20. Qanunverici tələb edir ki, müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair ərizə, mövcud vəziyyətin dəyişəcəyi halda ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi təhlükəsinin mövcud olduğuna dair dəlillər göstərilməklə, bu təhlükənin nələrdə ifadə olunduğu və ya oluna biləcəyi halları ilə əlaqələndirilib əsaslandırılmalıdır.
21. Qeyd olunmalıdır ki, ərizəçinin sadə, əsaslandırılmamış ərizəsi əsasında müvəqqəti təminat tədbirləri tətbiq edilə bilməz - ərizəçidən gözlənilən odur ki, o, hüquqlarının müdafiəsi üçün iddia icraatının nə üçün yetərli olmadığını, nəyə görə müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinə təcili ehtiyac yarandığını əsaslandırsın. Belə əsaslandırma məhkəmədə tam olmasa da, kifayət qədər elə bir qənaət formalaşdırmalıdır ki, mövcud vəziyyətin dəyişəcəyi halda ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər - ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır.Belə olan halda məhkəmədən gözlənilən odur ki, o, ərizəçinin təqdim (istinad) etdiyi sübutların onun iddia tələbinin əsaslılığına kifayət qədər dəlalət edib-etmədiyini aydınlaşdırsın və həmin araşdırma əsasında gəldiyi qənaət çərçivəsində müvafiq qərar versin.
22. Həmçinin qeyd olunmalıdır ki, müvəqqəti təminat tədbirləri tətbiq edilərkən ümumi hüquqi prinsip kimi mütənasiblik prinsipinin tələbləri də nəzərə alınmalıdır. MPM-in 157.6-cı maddəsindəki yeni tənzimləmələr tələb edir ki, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Bu yeni tənzimləmələr ona işarə edir ki, hətta digər əsaslara görə müvəqqəti təminat tədbirlərinin tətbiqi mümkün olsa belə, mütənasiblik prinsipi baxımından yol verilən hesab edilməyə bilər. Ona görə də, məhkəmələr belə ərizələr üzrə müvəqqəti təminat tədbirinin hansı növünün tətbiqi ilə bağlı seçim edərkən həmişə mütənasiblik prinsipinin tələblərini nəzərə almaqla qiymətləndirmə aparmalıdırlar. Mütənasiblik prinsipinə görə isə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüququ və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Bununla bağlı olaraq onu da nəzərə almaq lazımdır ki, "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2018-ci il ## #### tarixli qərarında da mütənasiblik prinsipinə xüsusi vurğu edilməklə belə bir hüquqi mövqe ifadə olunmuşdur ki, tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır və buna görə də, məhkəmələr belə ərizələrə baxarkən tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını yoxlamalı və müvafiq meyarlara istinadla qiymətləndirməlidirlər. Beləliklə, müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizələr o halda təmin oluna bilər ki, işə mahiyyəti üzrə baxılarkən qorunan mübahisə obyekti məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etməyə xidmət edə bilsin. Bu mənada kollegiyanın qənaətinə görə, ərizəçinin görülməsini istədiyi müvəqqəti təminat tədbiri, iddiasının təmin edilməsi halında qətnamənin icrasını təmin etmək, eləcə də onun icrasını gələcəkdə çətinləşdirən (qeyrimümkün23. edə bilən) halların aradan qaldırılması, yaxud hüquqlarının qorunması (təmin və ya bərpa edilməsinin) və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədinə xidmət edən tədbir kimi qiymətləndirilə bilməz.
24. Kollegiya hesab edir ki, məhkəmə şərh olunan meyarları və ərizəçinin dəlillərini araşdırmış, zəruri əsaslandırma apararaq müvafiq nəticəyə gəlmişdir.
25. Belə ki, iş materiallarından görünür ki, “xxxx” ASC ilə “xxxx” MMC arasında imzalanmış ##.##.2023-cü il tarixli ****-ƏKM saylı kredit xətti müqaviləsinə əsasən 60 (altmış) ay müddətinə 2000000 manat ekvivalenti məbləğində bərpa olunan kredit limiti ayrılmışdır.
26. “xxxx” ASC ilə cavabdeh2 MMC arasında bağlanmış ##.##.2023-cü il tarixli ****- ƏKM saylı əsas kredit müqaviləsinə əlavə olaraq bağlanılmış ##.##.2023-cü il tarixli ****-KQ saylı əlavə kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdeh2 MMC-yə illik faiz dərəcəsi 12.5 faiz olmaq şərti ilə 36 ay müddətinə (##.##.2026-cı il tarixinədək) 270000 manat məbləğində kredit verilmişdir.
27. “xxxx” ASC ilə cavabdeh2 MMC arasında bağlanmış ##.##.2023-cü il tarixli ****- ƏKM saylı əsas kredit müqaviləsinə əlavə olaraq bağlanılmış ##.##.2023-cü il tarixli ****-KQ saylı əlavə kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdeh2 MMC-yə illik faiz dərəcəsi 12.5 faiz olmaq şərti ilə 36 ay müddətinə (##.##.2026-cı il tarixinədək) 500000 manat məbləğində kredit verilmişdir.
28. “xxxx” ASC ilə cavabdeh2 MMC arasında bağlanmış ##.##.2024-cü il tarixli ****- ODM saylı kredit müqaviləsindən görünür ki, cavabdeh2 MMC-yə illik faiz dərəcəsi 16 faiz olmaq şərti ilə 36 ay müddətinə (##.##.2027-ci il tarixinədək) 140 000 manat məbləğində kredit verilmiş və ##.##.2024-cü il tarixli 4317- ODM saylı kredit müqaviləsinin təminatı kimi cavabdeh1 ilə “xxxx” ASC arasında bağlanılmış ##.##.2024-cü il tarixli ****-IZG/* saylı zaminlik müqaviləsinə əsasən cavabdeh2 MMC-yə illik faiz dərəcəsi 16 faiz olmaq şərti ilə 36 ay müddətinə 140 000 manat məbləğində kredit verilmişdir.
29. ##.##.2023-cü il tarixli, ****-IZG/* saylı zaminlik müqaviləsindən görünür ki, cavabdeh1 “xxxx” ASC arasında zaminlik müqaviləsi bağlanmış, sonuncu, cavabdeh cavabdeh2 MMC-yə zamin duraraq ##.##.2023-cü il tarixli, ****-ƏKM nömrəli əsas kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyi halda məsuliyyəti üzərinə götürmüşdür.
30. Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş “xxxx” ASC ilə X2 arasında imzalanmış ##.##.2023-cü il tarixli, ****-IZG/* nömrəli ipoteka müqaviləsindən görünür ki, X2 məxsus ünvan 1 ünvanında mülkiyyətində olan 113.0 kv.m. ümumi sahədən ibarət qeyri yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir.
31. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, X2 mülkiyyətində olan ünvan 1 ünvanında mülkiyyətində olan 113.0 kv.m. ümumi sahədən ibarət qeyri yaşayış sahəsi ##.##.2023-cü il tarixli, ****-ƏKM saylı kredit müqaviləsi üzrə “xxxx” ASC-nin xeyrinə yüklü edilmişdir.
32. “xxxx” ASC ilə cavabdeh2 MMC arasında bağlanmış ##.##.2023-cü il tarixli ****- ƏKM saylı əsas kredit müqaviləsinə əlavə olaraq bağlanılmış ##.##.2024-cü il tarixli ****-KQ saylı əlavə kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdeh2 MMC-yə illik faiz dərəcəsi 13 faiz olmaq şərti ilə 24 ay müddətinə (##.##.2026-cı il tarixinədək) 200000 manat məbləğində kredit verilmişdir.
33. ## #### 2026-cı il tarixli 4 ədəd maliyyə arayışlarına əsasən cavabdeh2 MMCnin; ##.##.2023-cü il tarixli ****-KQ saylı əlavə kredit müqaviləsi üzrə 96 656.38 manat əsas borc, 7026.79 manat faiz borcu, 1320.39 manat cərimə borcu olmaqla, cəmi 105 003.56 manat borcu; ##.##.2023-cü il tarixli ****-KQ saylı əlavə kredit müqaviləsi üzrə 169 749.04 manat əsas borc, 8191.60 manat faiz borcu, 1494.65 manat cərimə borcu olmaqla, cəmi 179 435.29 manat borcu; ##.##.2024-cü il tarixli ****-KQ saylı əlavə kredit müqaviləsi üzrə 24 016.44 manat əsas borc, 749.73 manat (müqavilə müddəti bitənədək) faiz borcu, 196.80 manat (müqavilə müddəti bitdikdən sonra) 5 faiz borcu, 646.19 manat cərimə borcu olmaqla, cəmi 25 609.16 manat borcu: ##.##.2024-cü il tarixli ****-ODM saylı kredit müqaviləsi üzrə 84 914.44 manat əsas borc, 6125.29 manat faiz borcu, 28.30 manat cərimə borcu olmaqla, cəmi 91 068.03 manat borcu mövcuddur.
34. Mülki-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normalarının məzmunundan göründüyü kimi, müvəqqəti təminat tədbirinin tətbiqi üçün yalnız iddia tələbinin mövcudluğu və ya borcun yaranması faktının olması kifayət etmir. Ərizəçi konkret olaraq əsaslandırmalıdır ki, tələb olunan müvəqqəti təminat tədbiri görülmədiyi təqdirdə cavabdehin və ya digər şəxslərin hərəkətləri nəticəsində mövcud vəziyyət dəyişə bilər və bunun nəticəsində gələcəkdə onun hüquqlarının müdafiəsi və ya qəbul ediləcək məhkəmə aktının icrası mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətinləşəcəkdir. Bununla yanaşı, tələb olunan tədbirin konkret iş üzrə zəruri və mütənasib olması da müəyyən edilməlidir.
35. Hazırki halda iddiaçının şikayətinin əsas dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi ##.##.2024-cü il tarixli ****-ODM saylı kredit müqaviləsinin təminatı kimi yalnız zaminlik müqaviləsinin bağlanıldığını və həmin kredit öhdəliyinin ipoteka ilə təmin olunmadığını nəzərə almamışdır.
36. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan dəlil birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas təşkil etmir.
37. Əvvəla, birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbirinin tətbiqindən imtina edərkən yalnız kredit öhdəliyinin ipoteka ilə təmin olunmasını əsas götürməmiş, ərizəçinin tələb etdiyi tədbirin MPM-in 157.2, 157.5 və 157.6-cı maddələrinin tələblərinə cavab verib-vermədiyini də qiymətləndirmişdir.
38. Kollegiya qeyd edir ki, iş materiallarından ##.##.2024-cü il tarixli ****-ODM saylı kredit müqaviləsi üzrə öhdəliyin ipoteka ilə təmin olunmadığı və həmin öhdəliyin zaminliklə təmin edildiyi müəyyən edilsə də, bu hal avtomatik olaraq cavabdehlərin bütün əmlakının və bank hesablarındakı pul vəsaitlərinin üzərinə 91 068,03 manat məbləğində həbs qoyulmasını zəruri etmir.
39. Belə ki, müvəqqəti təminat tədbirinin tətbiqi məsələsi həll edilərkən məhkəmə iddianın təmin olunacağı barədə qabaqcadan nəticə çıxarmamalı, eyni zamanda tələb olunan tədbirin gələcək məhkəmə aktının icrasının təmin edilməsi baxımından real zəruriliyini və mütənasibliyini qiymətləndirməlidir. Bu tədbirin məqsədi cavabdehi faktiki olaraq əmlakından istifadə imkanından məhrum etmək deyil, gələcəkdə qəbul edilə biləcək məhkəmə aktının icrasını təhlükə altına sala biləcək vəziyyətin yaranmasının qarşısını almaqdır.
40. Hazırkı halda isə apellyasiya şikayətində və müvəqqəti təminat tədbiri barədə ərizədə cavabdehlərin konkret olaraq hansı hərəkətləri etdikləri və ya etməyə hazırlaşdıqları, onların əmlakı və ya bank hesablarındakı pul vəsaitlərini özgəninkiləşdirmək, gizlətmək, digər şəxslərə vermək və ya gələcəkdə məhkəmə aktının icrasını mümkünsüz və ya əhəmiyyətli dərəcədə çətinləşdirəcək digər hərəkətlər etmək niyyətində olmalarını təsdiq edən konkret faktiki hallar göstərilməmişdir.
41. Digər tərəfdən, şikayətdə ##.##.2024-cü il tarixli, ****-ODM saylı kredit müqaviləsinin ipoteka ilə təmin olunmadığı xüsusi olaraq vurğulansa da, bu hal həmin müqavilə üzrə borcun məhkəmə aktı ilə tutulacağı təqdirdə onun icrasının mütləq şəkildə təhlükə altında olmasını göstərmir. Zaminlik institutunun mövcudluğu da iddiaçının gələcəkdə öz tələbinin təmin edilməsinə yönəlmiş hüquqi imkanlarının mövcud olduğunu göstərən hallardan biridir.
42. Beləliklə, hazırkı iş üzrə iddiaçı tərəfindən müvəqqəti təminat tədbiri tətbiq edilmədiyi halda gələcəkdə onun hüquqlarının qorunmasının və ya məhkəmə aktının icrasının mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi barədə konkret və inandırıcı ilkin sübutlar təqdim edilməmiş, həmçinin cavabdehlərin əmlakının və pul vəsaitlərinin özgəninkiləşdirilməsi və ya gizlədilməsi təhlükəsini təsdiq edən konkret faktiki hallar göstərilməmişdir.
43. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır.
44. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara a l d ı:
Ərizəçi “xxxx” ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.