Məhkəmə qərarları › İş №e-16(3-6)-595/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-595/2026

20.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-595/2026 20.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Seydimov İsmayıl Qüdrət oğlunun müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinə dair iş üzrə (açar sözlər: müvəqqəti təminat tədbirinin seçilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Ərizəçi Seydimov İsmayıl Qüdrət oğlunun müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinə dair iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026cı il tarixli qərardadından maraqlı şəxs cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat İddiaçı Seydimov İsmayıl Qüdrət oğlu cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı 32.600 manat dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadı ilə həmin iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilərək icraata qəbul edilmişdir. İddiaçı Seydimov İsmayıl Qüdrət oğlu əlavə olaraq müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, hazırda iddiaçı Seydimov İsmayıl Qüdrət oğlunun cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatındadır. Vəkil sorğusu əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsindən əldə etdikləri məlumata görə, cavabdeh cavabdeh1 adında “Changan Qıyuan Q07 Plug-İn Hibrid minik” markalı **QZ*** dövlət qeydiyyat nişanlı (buraxılış ili 2025, rəngi: qara metallik, mühərrik: SFPAD114535, ban: LS6BME2P8SA747145, M.İ.H: 1497) avtomobil qeydiyyatdadır. Digər cavabdeh cavabdeh2 adında isə “Mıtsubıshı Pajero minik” markalı **HE*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2000, rəngi: ağ mirvari (ban: H77W-0203979, M.İ.H: 2000) avtomobil və “Changan Qıyuan Q07 Plug-İn Hibrid minik” markalı **OE*** dövlət qeydiyyat nişanlı (buraxılış ili 2025, rəngi: qara metallik, mühərrik: SFNAQ078987, ban: LS6BME2P1SA764059, M.İ.H: 1497) avtomobil qeydiyyatdadır. Cavabdehlər polisə etdiyi şikayətlə bağlı verdikləri izahat zamanı, eyni zamanda cavabdehlərin nümayəndəsi və vəkili məhkəmə baxışı zamanı verdiyi izahat zamanı iddianı qismən etiraf etmişlər. Onda olan məlumata görə, cavabdehlər mülkiyyətlərində olan yuxarıda qeyd etdiyi avtomobilləri özgəninkiləşdirmək istəyir. Göstərilənlərə əsasən ərizəçi cavabdeh cavabdeh1 mülkiyyətində olan: “Changan Qıyuan Q07 PLUG-İN Hibrid minik” markalı **QZ*** dövlət qeydiyyat nişanlı (buraxılış ili 2025, rəngi: qara metallik, mühərrik: SFPAD114535, ban: LS6BME2P8SA747145, M.İ.H: 1497); cavabdeh cavabdeh2 mülkiyyətində olan: “Mıtsubıshı Pajero minik” markalı **HE*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2000, rəngi: ağ mirvari (ban: H77W-0203979, M.İ.H: 2000) və “Changan Qıyuan Q07 Plug-İn Hibrid minik” markalı **OE*** dövlət qeydiyyat nişanlı (buraxılış ili 2025, rəngi: qara metallik, mühərrik: SFNAQ078987, ban: LS6BME2P1SA764059, M.İ.H: 1497) avtomobillərin özgəninkiləşdirilməsinə qadağa qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilərək, cavabdeh1 mülkiyyətində olan “Changan Qıyuan Q07 Plug-İN Hibrid minik” markalı **QZ*** dövlət qeydiyyat nişanlı (buraxılış ili 2025, rəngi: qara metallik, mühərrik: SFPAD114535, ban: LS6BME2P8SA747145, M.İ.H: 1497), cavabdeh2 mülkiyyətində olan: “Mıtsubıshı Pajero minik” markalı **HE*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2000, rəngi: ağ mirvari (ban: H77W-0203979, M.İ.H: 2000) və “Changan Qıyuan Q07 Plug-in Hibrid minik” markalı **OE*** dövlət qeydiyyat nişanlı (buraxılış ili 2025, rəngi: qara metallik, mühərrik: SFNAQ078987, ban: LS6BME2P1SA764059, M.İ.H: 1497) avtomobillərin özgəninkiləşdirilməsinin qadağan edilməsi, qərardadın icrasının Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə həvalə edilməsi, qərardadın dərhal icra edilməsi qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə ** saylı vəkil bürosunun vəkili E.Xasiyevin sorğusuna əsasən Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş cavab məktubundan müəyyən olunur ki, “Changan Qıyuan Q07 Plug-in Hibrid minik” markalı **QZ*** dövlət qeydiyyat nişanlı (buraxılış ili 2025, rəngi: qara metallik, mühərrik: SFPAD114535, ban: LS6BME2P8SA747145, M.İ.H: 1497); avtomobil cavabdeh2, “Mıtsubıshı Pajero minik” markalı **HE*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2000, rəngi: ağ mirvari (ban: H77W-0203979, M.İ.H: 2000) və “Changan Qıyuan Q07 Plug-in Hibrid minik” markalı **OE*** dövlət qeydiyyat nişanlı (buraxılış ili 2025, rəngi: qara metallik, mühərrik: SFNAQ078987, ban: LS6BME2P1SA764059, M.İ.H: 1497) avtomobillər isə cavabdeh2 mülkiyyətindədir. Müvəqqəti təminat tədbiri müvəqqəti xarakter daşıdığından və işi mahiyyəti üzrə həll etmədiyindən, belə tədbirlərin tətbiq edilməsi, gələcəkdə qaldırılan iddianın təmin olunacağı təqdirdə çıxarılacaq qətnamənin icrasını kifayət qədər real olmasının təminatıdır. İddiaçının tələbi 32.600 manat məbləğində maddi və mənəvi ziyanın əvəzi olaraq cavabdehlərdən həmin məbləğdə pul vəsaitinin tutulması ilə əlaqədar olduğundan, gələcəkdə iddianın təmin olunması şəraitində tutmanın daşınar əmlak kimi qeyd edilən avtomobillərə yönəldilməsi mümkünlüyünü, nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməli və müvəqqəti təminat tədbiri kimi ərizədə göstərilən nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsinin qadağan edilməlidir. Şikayətin dəlilləri, şikayətə qarşı etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından maraqlı şəxs cavabdeh1 şikayət verərək qərardadın ləğv edilməsini, əks təqdirdə işin baxılması üçün apellyasiya instansiyasına göndərilməsini, ödənilmiş 50 manat rüsumun iddiaçıdan tutulmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin **(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizənin təmin edilməsi qərara alınmış, cavabdeh1 mülkiyyətində olan “Changan Qıyuanq 07 Plug-in Hibrid minik” markalı 99QZ70 dövlət qeydiyyat nişanlı (buraxılış ili 2025, rəngi: qara metallik, mühərrik: SFPAD114535, ban: LS6BME2P8SA747145, M.İ.H 1497), cavabdeh2 mülkiyyətində olan: “Mıtsubıshı Pajero minik” markalı **HE*** dövlət qeydiyy nişanlı, buraxılış ili 2000, rəngi: ağ mirvari (ban: H77W-0203979, M.İ.H: 2000) və “Changan Qıyuan Q07 Plug-in Hibrid minik” markalı **OE*** dövlət qeydiyyat nişanlı (buraxılış ili 2025, rəngi: qara metallik, mühərrik: SFNAQ078987, ban: LS6BME2P1SA764059, M.İ.H: 1497) avtomobillərin özgəninkiləşdirilməsi qadağan edilmişdir. Əsas olaraq qeyd edilmişdir ki, müvəqqəti təminat tədbiri müvəqqəti xarakter daşıdığından və işi mahiyyəti üzrə həll etmədiyindən, belə tədbirlərin tətbiq edilməsi, gələcəkdə qaldırılan iddianın təmin olunacağı təqdirdə çıxarılacaq qətnamənin icrasını kifayət qədər real olmasının təminatıdır. İddiaçının tələbi 32.600 manat məbləğində maddi və mənəvi ziyanın əvəzi olaraq cavabdehlərdən həmin məbləğdə pul vəsaitinin tutulması ilə əlaqədar olduğundan, gələcəkdə iddianın təmin olunması şəraitində tutmanın daşınar əmlak kimi qeyd edilən avtomobillərə yönəldilməsi mümkünlüyünü nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməli və müvəqqəti təminat tədbiri kimi ərizədə göstərilən nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi qadağan edilməlidir. Hesab edir ki, hakimin qeydləri çox səhvdir, işdən heç bir məlumatı olmayan hakimin özündən qeydlər etməsinin nəticəsində həm cavabdehin həm üçüncü şəxslərin mənafeyinə qərardad qəbul edilmişdir. Qeyd edir ki, cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı 32.600 manat dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda eyni iş üzrə qarşılıqlı iddia üzrə iddiaçılar cavabdeh1 və cavabdeh2 məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, Seydimov İsmayılın ilkin iddiasının rədd edilməsi, cavabdehin vurduğu bütün maddi ziyanın – ipoteka üçün ilkin ödəniş olaraq 3.000 manat, ev alqısatqısı zamanı yaranmış xərclər 2.500 manat, Mingəçevirdə torpaq alqı-satqısından qalan borc 300 manat, sələm borcu üçün götürülmüş kreditdən qalıq borc 1.500 manat, övladı üçün verilən pulun mənimsənilməsinə görə 1000 manat, ailəsinin təminat xərclərinə görə 3.350 manat, özü olmadığı müddətdə ödənilən kredit ödənişlərinə görə 2.655 manat, əldən çıxmış faydaya görə 23.200 manat olmaqla, bu kreditə görə üzləşdiyi aylıq yol xərclərinə görə - 11.600 manat, sağlamlığa vurulmuş ziyan üçün təzminata görə 5.000 manat olmaqla, ümumilikdə cəmi 54.105 manat pulun Seydimov İsmayıl Qüdrət oğlundan tutularaq ona qaytarılması və mübahisələndirilən ipoteka ilə alınan evin cavabdeh Seydimov İsmayıl Qüdrət oğlunun öz adına keçirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd edir ki, cavabdeh1 mülkiyyətində “Changanqıyuan Q07 Plug-in Hibrid minik” mark ** QZ *** dövlət qeydiyyat nişanlı (buraxılış ili 2025, rəngi: qara metallik, mühərrik: SFPAD114535, ban: LS6BME2P8SA747145, M.İ.H: 1497) nəqliyyat vasitəsi yoxdur. Hakim bu barədə qeyd etmir, üçüncü şəxsin adında olan əmlaka məhdudiyyət qoyur. Changan Qıyuan Q07 Plug-in Hibrid minik markalı **QZ*** dövlət qeydiyyat nişanlı (buraxılış ili 2025, rəngi: qara metallik, mühərrik: SFPAD114535, ban: LS6BME2P8SA747145, M.İ.H: 1497) nəqliyyat vasitəsi olmadığı halda üçüncü şəxslərin əmlakına məhdudiyyət qoyulub. İddiaçı 32.600 manat tələb edir, qarşılqılı iddiaçı isə iki dəfə artıq 54.105 manat pul tələb edir. Seydimov İsmayıl Qüdrət oğlunun borcu tələbindən iki dəfə az olduğu halda əmlakına məhdudiyyət qoyulması əsaslandırılmamışdır. Beləliklə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin **(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsini, əks təqdirdə işin baxılması üçün apellyasiya instansiyasına göndərilməsini, ödənilmiş 50 manat rüsumun iddiaçıdan tutularaq vəkil Yusif İsmayılovun bank hesabına ödənilməsi xahiş olunur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə Bakı şəhər Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** saylı qərardadından cavabdeh1 Kamil oğlunun nümayəndəsi və vəkili İsmayılov Yusif Yaşar oğlu tərəfindən verilmiş şikayət ərizəsinin əsassız olduğundan təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Ərizəçi Seydimov İsmayıl Qüdrət oğlunun şikayətə qarşı etirazı onunla əsaslandırılır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə e-2(5-102)-64/2026 iş nömrəli iş üzrə iddia tələbi qismən təmin edilmiş və 22.040 (iyirmi iki min qırx) manat vəsaitin cavabdehlər cavabdeh1 və atası cavabdeh2 tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Hazırda Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadından cavabdeh cavabdeh1 tərəfindən verilmiş şikayət ərizəsi Bakı Apellyasiya Məhkəməsinin icraatındadır (iş nömrəsi: e- 16(5-102)-132/2026). Bildirir ki, cavabdeh cavabdeh1 apellyasiya şikayətində göstərilən dəlillər qanuni əsaslardan məhrumdur və şikayət qərardadın ləğv edilməsi üçün yetərli deyildir. Məhkəmə tərəfindən qəbul edilmiş qərardad hüquqi baxımdan əsaslandırılmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, cavabdeh cavabdeh1 şikayət ərizəsinin təmin edilməməsini və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrəli işlə bağlı qərardadının dəyişdirilmədən saxlanılması xahiş olunur. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 71. İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. II. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. VII. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. IX. Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Maddə 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. Maddə 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Maddə 157.3. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. Maddə 157.4. İddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə və ya arbitraj icraatı başlanarsa, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. Maddə 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: Maddə 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; Maddə 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Maddə 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Maddə 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Maddə 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1. cavabdehdə və ya arbitraj mübahisəsi tərəfində və ya digər şəxslərdə olan cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; 158.1.4. əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; 158.1.5. borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; 158.1.6. icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq; 158.1.7. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda debitor borcların xüsusi hesaba ödənilməsini və orada saxlanılmasını təmin etmək. Maddə 158.2. Məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər. Maddə 397.1. Bu Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Maddə 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, təminat tədbirləri müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. İddia icraatından fərqli olaraq müvəqqəti təminat tədbirləri icraatında qəbul edilən qərarlar şəxslərə yekun hüquqlar vermir, hüquq münasibətlərinə yalnız müvəqqəti təsir edir. Çünki, bu icraatın məqsədi əsas iddia üzrə çıxarılacaq məhkəmə aktının qanuni qüvvəyə mindiyi günədək iddiaçının (ərizəçinin) subyektiv hüquqlarının qorunmasına təminat verilməsindən ibarətdir. Tədqiq olunan ilkin sübutlardan müəyyən olunur ki, iddiaçı Seydimov İsmayıl Qüdrət oğlu cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı 32.600 manat dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadı ilə həmin iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilərək icraata qəbul edilmişdir. Daha sonra iddiaçı Seydimov İsmayıl Qüdrət oğlu müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək vəkil sorğusu əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsindən əldə etdikləri məlumata görə, cavabdeh cavabdeh1 adında “Changan Qıyuan Q07 Plug-in Hibrid minik” markalı **-QZ-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili 2025, rəngi: qara metallik, mühərrik: SFPAD114535, ban: LS6BME2P8SA747145, M.İ.H: 1497) avtomobilin, digər cavabdeh cavabdeh2 adında isə “Mıtsubıshı Pajero minik” markalı **HE*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2000, rəngi: ağ mirvari (ban: H77W-0203979, M.İ.H: 2000) avtomobilin və “Changan Qıyuan Q07 Plug-in Hibrid minik” markalı **OE*** dövlət qeydiyyat nişanlı (buraxılış ili 2025, rəngi: qara metallik, mühərrik: SFNAQ078987, ban: LS6BME2P1SA764059, M.İ.H: 1497) avtomobilin qeydiyyat olmasını bildirib avtomobillərin özgəninkiləşdirilməsinə qadağa qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müvəqqəti təminat tədbirləri ilə bağlı hüquqi mövqeyinə görə, iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Lakin iddianı təmin etmək haqqında ərizə ilə müraciət edən şəxsin üzərinə sübutların təqdim edilməsi ilə bağlı həddindən artıq vəzifə də qoyulmamalıdır. Sadəcə olaraq, hakim belə bir qənaətə gəlməlidir ki, işdə iştirak edən şəxsin ərizəsində göstərilən dəlillər belə tədbirlərin görülməsi üçün əsasların olmamasını deyil, daha çox mövcudluğunu sübut edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” ## #### 2018-ci il tarixli Qərar). Kollegiya qeyd edir ki, müvəqqəti təminat tədbirinin seçilməsinə dair ərizəni təmin edən birinci instansiya məhkəməsi ərizəçinin təqdim etdiyi ilkin sübutlar əsasında düzgün nəticəyə gəlmiş, şikayətin işə mahiyyəti üzrə baxılarkən araşdırılaraq sübut edilməli olan dəlilləri qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Kollegiya şikayətin dəlilləri ilə bağlı eyni zamanda qeyd edir ki, birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbirinin seçilməsi barədə ərizəyə baxarkən məhkəməyə “Changan Qıyuan Q07 Plug-in Hibrid minik” markalı **-QZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin cavabdeh cavabdeh1 mülkiyyətində olmasına dair sübut təqdim olunduğundan, müvəqqəti təminat tədbirinin seçilməsinə dair məhkəmə aktı yalnız cavabdeh1 tərəfindən mübahisələndirildiyi üçün məhkəmə aktının qəbul edilərkən qanuniliiyi ona münasibətdə yoxlanıldığından, məhkəmə aktı üçüncü şəxsin maraqlarına toxunduğu halda həmin şəxsin mülkiyyətində olan əmlak üzərindən qadağanın götürülməsinə dair ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etmək hüququ olduğundan, qarşılıqlı iddia tələbinin olması halı ilkin iddia üzrə müvəqqəti təminat tədbirinin seçilməsindən imtina edilməsi üçün əsas olmadığından şikayətin dəlilləri əsassızdır, məhkəmə aktının yoxlanılan hissədə ləğvi üçün əsas ola bilməz. İstinad olunanlara əsasən kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı və qanuni hesab edib, maraqlı şəxs tərəfindən mübahisələndirilən məhkəmə aktının şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayətin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadının isə yoxlanılan hissədə dəyişdirilmədən saxlanması qənaətinə gəlir. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası qərara aldı Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar