Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-610/2026 25.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-**(*-**)-***/**** saylı qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Ərizəçi cavabdehlər cavabdeh2 QSC və ”xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ üzrə ona məxsus olmuş Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, 3V zirzəmidə yerləşən qeyri-yaşayış sahəsinə və ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış binasına dair cavabdeh “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, ****************** nömrəli və ##.##.2025-ci il tarixli ****************** nömrəli protokollarının etibarsız hesab edilməsi və həmin protokollar üzrə verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-*****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. ##.##.2026-cı il tarixdə iddiaçı (ərizəçi) Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 13 (köhnə ünvan Əhməd Rəcəbli küçəsi 3 D) ünvanında 0.0052 ha torpaq sahəsində yerləşən 42,13 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının özgəninkiləşdirilməsinin üçüncü şəxs2 və digər şəxslərə qadağan edilməsi; Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 3 V saylı evin zirzəmisində yerləşən 92.2 kv.m ümumi sahədən ibarət qeyriyaşayış sahəsinin özgəninkiləşdirilməsinin üçüncü şəxs1 İslam qızına və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-**(*-**)-***/**** saylı qərardadı ilə müvəqqəti təminat tədbiri barədə ərizə təmin edilməmişdir. ##.##.2026-cı il tarixdə Ərizəçi həmin qərardaddan şikayət təqdim edərək Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadının qismən ləğv edilməsi və müvəqqəti təminat tədbiri barədə ərizənin ünvan 13 (əvvəl ünvan 10) ünvanında 0.0052 ha torpaq sahəsində yerləşən 42,13 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının özgəninkiləşdirilməsinin üçüncü şəxs2 və digər şəxslərə qadağan edilməsi hissəsində təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə ünvan 11 (yeni qaydada ünvan 8 bu hissədə düzgün nəticəyə gəlməmişdir. Belə ki, birinci növbədə Bakı Kommersiya Məhkəməsinin Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 3V, (yeni qaydalarla ünvan 12) ünvanında yerləşən qeyri-yaşayış sahələrinin özgəninkiləşdirilməsinin qadağan edilməsinə dair qanuni qüvvəsini almış qərardadı vardır. Bir qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinin qadağan edilməsinə dair qərardad olduğu halda digər qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinin qadağan edilməməsi ziddiyət təşkil edir. Ərizəçi həmçinin qeyd edir ki, müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəyə əvvəlkindən fərqli olaraq zəruri olan bütün sənədləri əlavə etmişdir, bundan başqa müvəqqəti təminat tədbiri barədə ərizə təmin olunmadığı təqdirdə maraqlı şəxs üçüncü şəxs2 qeyri-yaşayış sahəsini digər şəxslərə sataraq və yeni alıcıların vicdanlı əldə edən statusu qazanaraq ərizəçinin əmlakından məhrum olmağıma səbəb olacaqdır. Çünki hərrac etibarsız hesab olunsa da, əmlak satılacağı halda yeni cavabdehə qarşı hazırki iddia tələbinin heç bir hüquqi əsası qalmayacaqdır. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli **(*-*)-***/**** saylı qərardadında qeyd olunmuş ərizəçinin, qüvvədə olan məhkəmə aktının icrasının başa çatdırılmasının qadağan olunmasını tələb etməsi ilə bağlı hissəyə münasibətdə qeyd edir ki, birinci növbədə müvəqqəti təminat tədbiri müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Digər tərəfdən “hərracın etibarsız hesab olunmasına” dair iddianın rədd olunması barədə qətnamə qanuni qüvvəsini almamışdır. Hazırki qətnamə qanuni qüvvəsini alsa belə hər hansı icra tədbiri olmayacaqdır. Bundan başqa üçüncü şəxs2 müvəqqəti təminat tədbiri barədə qərardaddan verdiyi şikayətdə tələbi əmlak üzərində yaranmış mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması olmuşdur ki, qeyriyaşayış sahəsi artıq üçüncü şəxs2 xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. Ərizəçi qeyd edir ki, Qeyriyaşayış sahəsinin özgəninkiləşdirilməsinin qadağan edilməsi isə hazırki vəziyyətdə heç kimim hüquqularının pozulmasına səbəb olmayacaqdır. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsi əsasında ümumilikdə 252739,06 manat məbləğində pul vəsaitinin iddiaçı cavabdeh2 QSC-nin xeyrinə tutulması, tutmanın Ərizəçi məxsus olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə və ünvan 4 ünvanında zirzəmidə yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi qət edilmiş, qətnamə qanuni qüvvəsini almış və icra olunması üçün Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinə göndərilmişdir. Həmin icra sənədinin icrası ilə əlaqədar olaraq ##.##.2025-ci il və ##.##.2025-ci il tarixdə hərraclar keçirilmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışlar əsasında ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ##.##.2025-ci il tarixdə üçüncü şəxs1 İslam qızının, ünvan 9 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ##.##.2026-cı il tarixdə üçüncü şəxs2 adına qeydiyyata alınmışdır. Daha sonra iddiaçı keçirilmiş hərracların etibarsızlığı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2- *(***)-*****/**** saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamə hazırkı mərhələdə qanuni qüvvəsini almamışdır (iddiaçı ##.##.2026-cı il tarixində qətnamədən apellyasiya şikayəti vermişdir). Ərizəçinin müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizədə irəli sürdüyü tələb iki hissədən ibarət olmuşdur: 1. ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış binasının özgəninkiləşdirilməsinin üçüncü şəxs2 və digər şəxslərə qadağan edilməsi, 2. ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinin üçüncü şəxs1 İslam qızına və digər şəxslərə qadağan edilməsidir. “Elektron Məhkəmə” İnformasiya Sistemi məlumatlarının təhlili nəticəsində müəyyən olunmuşdur ki, ərizəçi tərəfindən bundan öncə qeyri-yaşayış sahələrinin üzərinə həbs qoyulması barədə ərizə ilə məhkəməyə müraciət olunmuş, məhkəmənin ##.##.2026-cı il tarixli e-16(4-11)-136/2026 qərardadı ilə ərizə qismən təmin olunaraq Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 3V, (yeni qaydalarla ünvan 12) və Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 3D ünvanda yerləşən qeyri-yaşayış sahələrinin özgəninkiləşdirilməsi qadağan edilmişdir. Həmin qərardaddan üçüncü şəxs2 Rasim qızı tərəfindən şikayət verilmiş, üçüncü şəxs1 İslam qızı tərəfindən isə qərardad mübahisələndirilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli **(*-*)-***/**** saylı qərardadı ilə şikayət qismən təmin edilərək Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e16(4-11)-136/2026 qərardadı “ünvan 11 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinin qadağan edilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə müvəqqəti təminat tədbiri barədə ərizə təmin edilməmişdir. Ərizəçi əsas iş üzrə yekun məhkəmə aktı qəbul edildikdən sonra yenidən eyni məzmunlu ərizə ilə müraciət etmiş, ərizəsinə müvəqqəti təminat tədbirinin tətbiqini zəruri edən hər hansı sübut (yeni sübut) əlavə etməmişdir. Beləliklə, məhkəmə hesab etmişdir ki, ərizənin ünvan 11 (yeni qaydada ünvan 8) ünvanında yerləşən qeyri-yaşayış sahəsinə aid hissəsinə Bakı Apellyasiya Məhkəməsinin qərardadı ilə hüquqi qiymət verilmişdir. Bu baxımdan, məhkəmə eyni əsaslar üzrə əlavə hüquqi dəyərləndirmə aparılması zərurəti mövcud deyil. Ərizənin Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 3 V (yeni qaydalarla ünvan 7) ünvanında yerləşən qeyriyaşayış sahəsi ilə bağlı hissəsinə münasibətdə isə məhkəmə bu qənaətə gəlmişdir ki, EMİS məlumatlarına əsasən Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-16(4-11)- ***/**** saylı qərardadı həmin əmlak ilə bağlı hissədə mübahisələndirilməmişdir və hazırda qüvvədədir. Beləliklə, həmin əmlakın özgəninkiləşdiririlməsinin qadağan edilməsi ilə bağlı qanuni qüvvədə olan qərarddad mövcud olduğundan, eyni məzmunlu müvəqqəti təminat tədbirinin təkrar tətbiqi üçün hüquqi əsas yoxdur. Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.5, 157.5.1 və 157.5.2-ci maddələrinə görə müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” ##.##.2018-ci il tarixli Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Konstitusiya Məhkəməsinin həmin Qərarda əks olunan hüquqi mövqeyinə görə, “İddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Lakin iddianı təmin etmək haqqında ərizə ilə müraciət edən şəxsin üzərinə sübutların təqdim edilməsi ilə bağlı həddindən artıq vəzifə də qoyulmamalıdır. Sadəcə olaraq, hakim belə bir qənaətə gəlməlidir ki, işdə iştirak edən şəxsin ərizəsində göstərilən dəlillər belə tədbirlərin görülməsi üçün əsasların olmamasını deyil, daha çox mövcudluğunu sübut edir. Belə sübutlara cavabdehin vicdansızlığına dəlalət edən istənilən məlumatları, məsələn tərəflərin yazışmalarını, cavabdehin prosesi aşkar surətdə uzatmağa yönəlmiş hərəkətlərini, əmlak və maliyyə vəsaitlərini digər şəxslərin üzərinə rəsmiləşdirməyə yönəlmiş hərəkətlərini, əmlakın satışı barədə elanların verilməsini və s. aid etmək olar.” Qeyd edilənləri nəzərə alaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq ərizənin rədd edilməsi nəticəsinə gəlmişdir. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-**(*-**)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-16(3-6)-610/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-610/2026
25.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver