Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-618/2026 27.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinə dair iş üzrə (açar sözlər: müvəqqəti təminat tədbirinin seçilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinə dair iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından maraqlı şəxs Maraqlı şəxs ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs ASC-yə qarşı tutmanın yönəldilməsi haqqında bildirişin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə həmin iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilərək icraata qəbul edilmişdir. Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizə verərək, 8İ-7140 nömrəli, ##.##.2026cı il tarixli və 8İ-6990 nömrəli, ##.##.2026-cı il tarixli icra qeydləri üzrə ipoteka predmetinin qiymətləndirilməsinin, hərracda satılmasının və digər məcburi icra tədbirlərinin həyata keçirilməsinin Sabunçu rayon İcra şöbəsinə qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatında olan *(*- ***)-****/**** saylı mülki işə mahiyyəti üzrə baxılıb qurtaranadək (iddia rədd edildiyi halda yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək, iddia təmin edildiyi təqdirdə məhkəmə aktının icrasına qədər) müvəqqəti təminat tədbiri kimi 8İ-7140 nömrəli, ##.##.2026-cı il tarixli və 8İ-6990 nömrəli, ##.##.2026-cı il tarixli icra qeydləri üzrə ipoteka predmetinin qiymətləndirilməsi, hərracda satılması və digər məcburi icra tədbirlərinin həyata keçirilməsinin Sabunçu rayon İcra şöbəsinə qadağan edilməsi, qərardadın icrasının Sabunçu rayon İcra şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, ##.##.2025-ci il tarixli ********-*********L saylı kredit limitinin açılmasına dair razılaşmaya əsasən Maraqlı şəxs ASC Ərizəçi 120 ay müddətinə, illik 30%-dən çox olmamaq şərti ilə 100.000 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. Müvəqqəti təminat tədbiri müvəqqəti xarakter daşıdığından və işi mahiyyəti üzrə həll etmədiyindən, belə tədbirlərin tətbiq edilməsi, iddianın təmin olunacağı təqdirdə çıxarılacaq qətnamənin icrasını kifayət qədər real olmasının təminatıdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, həmin tələb tutmanın yönəldilməsi haqqında bildirişin etibarsız hesab edilməsi ilə əlaqədardır. Ərizəçi tərəfindən tutmanın yönəldilməsi haqqında bildirişin etibarsız hesab edilməsi barədə tələb irəli sürüldüyündən, həmçinin tutmanın ipoteka predmetinə yönəldilməsinə dair notariat orqanın icra qeydi qəbul olunduğundan və icraya yönəldildiyindən, Sabunçu rayon İcra şöbəsinin icra məmuru tərəfindən həmin icra sənədi üzrə icraata başlanıldığından, iddiaçının məhkəmədə qaldırdığı tələbin təmin olunacağı təqdirdə qətnamənin icrasının mümkünlüyünü də nəzərə alaraq hakim hesab edir ki, hazırki müvəqqəti təminat tədbiri barədə verilən ərizə təmin edilməlidir. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından maraqlı şəxs Maraqlı şəxs ASC şikayət verərək qərardadın ləğv edilməsini və ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsinin rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 8İ-7140 nömrəli, ##.##.2026-cı il tarixli və 8İ-6990 nömrəli, ##.##.2026-cı il tarixli icra qeydləri üzrə ipoteka predmetinin qiymətləndirilməsinin, hərracda satılmasının və digər məcburi icra tədbirlərinin həyata keçirilməsinin Sabunçu rayon İcra şöbəsinə qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-**(*-***)-***/**** saylı qərardadı ilə ərizə təmin edilərək 8İ-7140 nömrəli, ##.##.2026-cı il tarixli və 8İ-6990 nömrəli, ##.##.2026-cı il tarixli icra qeydləri üzrə ipoteka predmetinin qiymətləndirilməsi, hərracda satılması və digər məcburi icra tədbirlərinin həyata keçirilməsi Sabunçu rayon İcra şöbəsinə qadağan edilmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, ipoteka predmetinə tutma yönəldilməsinə dair bildiriş borcluya təqdim edildikdən sonra 21 gün başa çatmadan bildirişin etibarsızlığı barədə məhkəməyə müraciət edilmişdir. Belə olan halda icra qeydi qanunvericiliyin tələbinə uyğun olaraq aparıla bilməzdi. Eləcə də, borc barəsində mübahisənin olmasına dair banka etiraz məktubu təqdim edilməsinə baxmayaraq bank tərəfindən icra qeydinin alınmasına nail olunmuşdur. Qanunun tələbinə uyğun olaraq mübahisə mövcud olduqda icra qeydinin aparılması yolverilməzdir. Əvvəlcə onu bildirir ki, əgər hazırkı qadağa tətbiq edilsə, bu, icra sənədi üzrə icraatın dayandırılması ilə nəticələnəcək. İcra sənədi üzrə icraatın dayandırılması isə yalnız “İcra haqqında” Qanunda müəyyən edilmiş hallarda və qaydada həyata keçirilə bilər. “İcra haqqında” Qanunun 17.1.4-cü maddəsindən görünür ki, icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırıldıqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır, lakin “İpoteka haqqında” Qanuna əsasən aparılan notariusun icra qeydi və onun verilməsinə əsas olan tələb istisnadır. Ərizəçinin hazırkı tələbi həmin istisnaya aiddir, yəni icra sənədi üzrə icraat və icra mərhələsində hərracın keçirilməsi (əmlakın hərraca çıxarılması) dayandırıla və ya qadağan edilə bilməz. Bu isə onu təsdiq edir ki, icra sənədi üzrə icraatın dayandırılması ilə nəticələnə bilən müvəqqəti təminat tədbiri də görülə bilməz və qanunvericilik baxımından bu növ icra sənədi üzrə icraatın dayandırılması halları yolverilməzdir. İkincisi, xüsusilə qeyd edilməlidir ki, ərizəçi Ərizəçi Bakı şəhəri Səbail Rayon Məhkəməsinə “icra qeydinin ləğvi” tələbi ilə deyil, “tutmanın yönəldilməsi haqqında bildirişin etibarsız sayılması haqqında” iddia ərizəsi ilə müraciət etmişdir. Göründüyü kimi, MTT barədə ərizənin məqsədi baxımından iddia tələbi ilə hər hansı bağlılığı yoxdur, sözügedən MTT barədə ərizə icra qeydinin ləğv edilməsi tələbinə dair iş üzrə verilməmişdir. Əlavə olaraq qeyd edir ki, ərizəçi Ərizəçi ərizədə ipoteka predmetinə tutma yönəldilməsi haqqında və icra qeydinin aparılacağı barədə bildirişləri 21 gün ərzində mübahisələndirdiyini bildirsə də, ##.##.2026-cı il tarixli bildirişləri ##.##.2026-cı il tarixdə şəxsən imzalamaqla qəbul etdikdən 21 təqvim günü müddətində, yəni ##.##.2026-cı il tarixədək ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etməli olduğu halda iddia ərizəsi ilə məhkəməyə ##.##.2026-cı il tarixdə, yəni sözügedən bildirişləri aldıqdan 01 ay 07 gün sonra müraciət etmişdir. Yəni ərizəçinin bildirdikləri ilə ilkin sübutlar arasında ziddiyyət vardır. MTT barədə ərizəyə isə ərizənin təmin edilməsi üçün yetərli hesab edilə biləcək ilkin sübutlar əlavə edilməmişdir. Ərizəçi sözügedən bildirişi rəsmi qaydada almasına baxmayaraq onu qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məhkəmə qaydasında mübahisələndirməmişdir. Bundan başqa məhkəmənin nəzərinə çatdırır ki, Ərizəçi razılaşmaya əlavə olan ödəniş cədvəli üzrə dövri olaraq banka ödəməli olduğu kredit və faiz borclarının həmin cədvələ uyğun ödənilməsini təmin etməmiş və müəyyən olunmuş ödəmə müddətlərini pozmuşdur. Belə ki, İpoteka haqqında Qanunun 34-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi hüququn yaranmasının qanuni əsasları müəyyən edilmişdir. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Kredit öhdəliklərinin icrası ərizəçi Ərizəçi tərəfindən yerinə yetirilmədiyindən ipoteka saxlayan Maraqlı şəxs ASC-nin ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. Bu səbəbdən bank Ərizəçi “ünvan 1 5” ünvanına ##.##.2026-cı il tarixdə ipoteka predmetinə tutma yönəldilməsi haqqında və icra qeydinin aparılacağı barədə bildirişlər göndərilmişdir. Ərizəçi kredit öhdəliklərini pozmuş və bu fakt iddiaçının iddia ərizəsindən də öz təsdiqini tapır. Belə ki, iddiaçı Ərizəçi öz iddia ərizəsində ilkin olaraq öhdəliklərinin icrasını razılaşdırılmış qaydalara uyğun həyata keçirsə də, sonradan yaranmış maddi çətinliklər səbəbindən ödənişləri qrafikə uyğun olaraq həyata keçirə bilmədiyini etiraf etmişdir. İpoteka predmetlərinə tutmanın yönəldilməsi ilə bağlı bildirişlər ##.##.2026-cı il tarixdə ƏMDX DƏDKR publik hüquqi şəxsində qeydiyyata alınmışdır. Qanunvericilikdə təsbit edilmiş müddət gözlənilərək icra qeydinin aparılması barədə notariusa müvafiq sənədlərlə müraciət edilmişdir. Qanunvericilikdə müəyyən edilmiş müddətlər gözlənildikdən sonra bank icra qeydinin aparılması üçün qanuna müvafiq olaraq onun olduğu yer üzrə notariat ofisinə müraciət etmişdir. Bu zaman ərizəyə müvafiq bütün sənədlər, o cümlədən borcun mübahisəsiz olduğunu təsdiq edən sənədlər əlavə edilmişdir. ## #### 2026-cı il tarixlərdə Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən müvafiq olaraq 8İ-6990 və 8İ- 7042 № ilə ipoteka predmetlərinə yönəldilməsinə dair icra qeydləri aparılmışdır. Qeyd olunanlardan da göründüyü kimi həm bank, həm də notariat ofisi tərəfindən qanunvericiliyin tələblərinə ciddi riayət edilməklə, heç bir qanun pozuntusuna yol verilməmişdir. Onu da qeyd edir ki, qanunvericiliyin tələbinə görə ərizədə iddia tələbinin əsaslılığına dair ilkin sübutlara istinad olunmalıdır (AR MPM-in 157.5.2-ci maddəsi). Yəni ilkin sübutlar iddia tələbinin kifayət qədər əsaslı olduğunu təsdiq etməlidir. İddia tələbinin əsaslılığının “kifayət qədər” meyarı onu tələb edir ki, məhkəmə ilkin sübutların mövcudluğu ilə bağlı məsələyə qiymət verərkən həmin sübutların iddia tələbinin əsaslılığına adi deyil, kifayət qədər dəlalət etmiş olması nəticəsinə gəlməlidir. Hazırkı işdə ərizəçi tərəfindən müvəqqəti təminat tədbirinin tətbiqini zəruri edən hər hansı sübut məhkəməyə təqdim edilməmiş və ərizənin əsaslılığına dair heç bir sübuta istinad edilməmişdir. Belə olan halda, yəni iddianın kifayət qədər əsaslılığına dair ilkin sübutun, eyni ilə ərizənin əsaslığına dəlalət edən sübutların olmaması müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizənin təmin edilməsi üçün əsas ola bilməz. Xüsusi ilə vurğulayır ki, formalaşmış vahid məhkəmə təcrübəsində, bu növ MTT barədə ərizələrin rədd edilməsi barədə çoxsaylı qərardadlar mövcuddur. Yuxarıda sadalananlara əsasən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-**(*-***)-***/**** saylı qərardadı qanunsuz və əsassız olduğundan ləğv edilməli, müvəqqəti təminat tədbirlərinin görülməsinə dair ərizə isə rədd edilməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə Bakı şəhər Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** saylı qərardadından Maraqlı şəxs ASC tərəfindən verilmiş şikayət ərizəsi əsassız olduğundan təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Ərizəçi Ərizəçi nümayəndəsi (vəkili) Vəkil şikayətə qarşı etirazı onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ASC apellyasiya şikayətini İcra haqqında Azərbaycan Respublikası Qanununun 17.1.4-cü maddəsinə istinad edilməklə əsaslandırılmışdır. “İcra haqqında” Qanunun 17.1.4-cü maddəsinə əsasən, icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırıldıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Qeyd olunan maddədən aydın olduğu kimi İpoteka haqqında Qanuna əsasən aparılan icra qeydi üzrə icraat dayandırıla bilməz. Lakin, burada diqqət yetirilməli əsas məqam ondan ibarətdir ki, həqiqətənmi icra qeydləri qanunun tələblərinə əsasən aparılmışdır. Bu zaman ilk olaraq İpoteka haqqında Qanuna nəzər salınması mütləqdir. İpoteka haqqında Qanunun 26.1.7-ci maddəsinə əsasən, həmin qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, ipoteka predmetinə tutma notariusun icra qeydi əsasında yönəldilir. Belə ki, həmin Qanunun 37.1-ci maddəsində qeyd edilmişdir ki, “İpoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər”. Həmin Qanunun 38.1-ci maddəsində qeyd edilmişdir ki, bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. Hazırki iş üzrə ərizəçi ipoteka predmetinə tutma yönəldilməsinə dair bildirişi ## ### 2026-cı il tarixdə qəbul etdikdən sonra, 21 gün müddət ötürülmədən ##.##.2026cı il tarixdə göndərilməsi üçün poçt şirkətinə təhvil vermişdir. Belə olan halda iddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş qanunvericiliklə müəyyən edilmiş müddət başa çatmadan mübahisələndirildiyi halda icra qeydlərinin qanunauyğun aparıldığı barədə məsələdən söhbət belə gedə bilməz. Göründüyü kimi bildiriş iddiaçı tərəfindən ##.##.2026-cı il tarixində qəbul edilmiş, 21 gün müddət ötürülmədən ##.##.2026-cı il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Şikayət verən şəxsin apellyasiya şikayətinin əsasını təşkil edən ikinci əsası isə məhkəməyə ünvanlanmış poçt bildirişinin formaya uyğun tərtib edilməməsi və alındıqdan 37 gün sonra məhkəmənin icraatına qəbul edilməsi təşkil etmişdir. Lakin, bu arqument tamamilə əsassız hesab edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsini 21 gün ötürülmədən poçt əməkdaşına təhvil vermiş və bununla bağlı ona bildiriş təqdim edilmişdir. Belə olan halda poçt şirkətinin ləngiməyə yol verməklə məktubu çatdırması iddiaçının müddət ötürməsi kimi qəbul edilməsi yolverilən olmamalıdır. Bundan əlavə bank tərəfindən icra qeydinin aparılmasına dair bildiriş əldə edilən kimi də, dərhal həm poçt həm də teleqram vasitəsilə etiraz məktubu ünvanlanmış, həmin bildirişdə göstərilən məbləğlərin düzgün hesablanmadığı, şişirdilmiş məbləğ olduğu qeyd edilmişdir. Həmin məktub da bank, eyni zamanda digər qurumlar tərəfindən qəbul edilmişdir. İcra qeydinin aparılması barədə ##.##.2026-cı il tarixli bildiriş Maraqlı şəxs ASC tərəfindən ərizəçiyə göndərildikdən dərhal sonra ərizəçi tərəfindən ##.##.2026-cı il tarixli borc məbləğinin və icra qeydinin mübahisələndirilməsinə dair etiraz məktubu tərtib edilərək həm banka, həm Mərkəzi Banka, Ombudsmana, Ədliyyə Nazirliyinə göndərilmişdir. Həmin məktubların göndərilməsinə dair ##.##.2026-cı il tarixli sifarişli poçt qəbzləri də mövcuddur. https://www.azerpost.az/az/xidmetler/gonderislerinizlenmesi internet səhifəsindən əldə edilmiş məlumata əsasən TT*********AZ nömrəli göndəriş ##.##.2026-cı il tarixdə Maraqlı şəxs ASC tərəfindən təhvil alınmışdır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-ci maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Notariat ofisinin xüsusi notariusu tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## ######## tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 162-ci bəndinə əsasən əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə icra qeydi aparıla bilərdi. Lakin, həm bank, həm də, notariat orqanı tərəfindən borcun mübahisələndirilməsinə dair etiraz məktubları qəbul edilməsinə baxmayaraq onlar icra qeydinin açılmasına yol vermişdir. Bu isə birbaşa növbəti qanun pozuntusu hesab edilməlidir. Bundan əlavə bank tərəfindən apellyasiya şikayətinə analoji qərarlar əlavə edilmişdir ki, hesab edir ki, bununla mövcud məhkəmə praktikasına istinad etməklə məhkəməni yanıltmağa çalışılmışdır. Belə ki, həmin qərardadlardan göründüyü kimi iddiaçılar ipoteka predmetinə tutma yönəlilməsinə dair bildirişin yox, məhz icra qeydlərinin ləğvi ilə bağlı məhkəmələrə müraciət etmişdir. Həmin qərardalarda icra qeydinin deyil, bildirişin ləğvi ilə bağlı mübahisə olacağı halda icraatının dayandırılmasının mümkün olduğu qərardadda öz əksini tapmışdır. (Şirvan Apellyasiya Məhkəməsinin **(***)-**/**** saylı qərardadı, səhifə 3, abzas 1; Gəncə Apellyasiya Məhkəməsinin *(***)-**** saylı qərardadı, səhifə 3, abzas 4). İcra haqqında Qanunun 17.1.4-cü maddəsinə istinad edilməklə bütün mübahisələr üzrə icraatın dayandırılmasına dair ərizənin təmin edilməməsi, gələcəkdə hüquqdan sui-istifadəyə yol açmaqla, ərizəçilərin hüquqlarının kobud şəkildə pozulmasına, eləcə də, onların əmlaklarının qanunsuz satılması nəticəsində hərrac protokollarının və çıxarışın ləğvinə dair əlavə çoxsaylı məhkəmə mübahisələrinə yol açmaqla, iş yükünün kəskin artmasına səbəb ola biləcək vəziyyətin yaranmasına gətirib çıxara bilər. Beləliklə, Maraqlı şəxs ASC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-**(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilmsə xahiş olunur. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 71. İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. II. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. VII. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. IX. Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Maddə 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. Maddə 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Maddə 157.3. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. Maddə 157.4. İddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə və ya arbitraj icraatı başlanarsa, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. Maddə 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: Maddə 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; Maddə 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Maddə 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Maddə 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Maddə 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1. cavabdehdə və ya arbitraj mübahisəsi tərəfində və ya digər şəxslərdə olan cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; 158.1.4. əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; 158.1.5. borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; 158.1.6. icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq; 158.1.7. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda debitor borcların xüsusi hesaba ödənilməsini və orada saxlanılmasını təmin etmək. Maddə 158.2. Məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər. Maddə 397.1. Bu Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Maddə 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, təminat tədbirləri müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. İddia icraatından fərqli olaraq müvəqqəti təminat tədbirləri icraatında qəbul edilən qərarlar şəxslərə yekun hüquqlar vermir, hüquq münasibətlərinə yalnız müvəqqəti təsir edir. Çünki, bu icraatın məqsədi əsas iddia üzrə çıxarılacaq məhkəmə aktının qanuni qüvvəyə mindiyi günədək iddiaçının (ərizəçinin) subyektiv hüquqlarının qorunmasına təminat verilməsindən ibarətdir. Tədqiq olunan ilkin sübutlardan müəyyən olunur ki, iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs ASC-yə qarşı tutmanın yönəldilməsi haqqında bildirişin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə həmin iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilərək icraata qəbul edilmişdir. Bundan sonra ərizəçi Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizə verərək, 8İ-7140 nömrəli, ##.##.2026-cı il tarixli və 8İ-6990 nömrəli, ##.##.2026-cı il tarixli icra qeydləri üzrə ipoteka predmetinin qiymətləndirilməsinin, hərracda satılmasının və digər məcburi icra tədbirlərinin həyata keçirilməsinin Sabunçu rayon İcra şöbəsinə qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müvəqqəti təminat tədbirləri ilə bağlı hüquqi mövqeyinə görə, iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Lakin iddianı təmin etmək haqqında ərizə ilə müraciət edən şəxsin üzərinə sübutların təqdim edilməsi ilə bağlı həddindən artıq vəzifə də qoyulmamalıdır. Sadəcə olaraq, hakim belə bir qənaətə gəlməlidir ki, işdə iştirak edən şəxsin ərizəsində göstərilən dəlillər belə tədbirlərin görülməsi üçün əsasların olmamasını deyil, daha çox mövcudluğunu sübut edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” ## #### 2018-ci il tarixli Qərar). Kollegiya qeyd edir ki, müvəqqəti təminat tədbirinin seçildiyi əlaqəli iş üzrə iddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin etibarsız hesab edilməsi tələbini irəli sürdüyündən müvəqqəti təminat tədbirinin seçilməsinə dair ərizəni təmin edən birinci instansiya məhkəməsi ərizəçinin təqdim etdiyi ilkin sübutlar əsasında düzgün nəticəyə gəlmiş, şikayətin işə mahiyyəti üzrə baxılarkən araşdırılaraq sübut edilməli olan dəlilləri qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. İstinad olunanlara əsasən kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı və qanuni hesab edib, maraqlı şəxs tərəfindən mübahisələndirilən məhkəmə aktının şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayətin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadının isə dəyişdirilmədən saxlanması qənaətinə gəlir. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası qərara aldı Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-16(3-6)-618/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-618/2026
27.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver