Məhkəmə qərarları › İş №e-16(3-6)-620/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-620/2026

31.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-620/2026 31.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI m ü ə y y ə n e t d i: Iddiaçı Ərizəçi cavabdeh Cavabdeh qarşı “Nikahın pozulması, uşaqların ananın himayəsində saxlanmasına və aliment” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh Cavabdeh ilə Binəqədi rayon Qeydiyyat Şöbəsində ##.##.2012- ci tarixdə *** saylı akt qeydi ilə bağlanmış nikah qeydiyyatının pozulmasına ##.##.2012-ci il təvəllüdlü X3 və ##.##.2017-ci il təvəllüdlü X1 adlı uşaqlarının onun himayəsində saxlanılması və cavabdeh Cavabdeh ##.##.2012-ci il təvəllüdlü X3 və ##.##.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşaq üçün onun xeyrinə sonrakı artırmalar nəzərə alınmaqla, hər ay hər bir uşağa görə ölkə uzrə müəyyən edilmiş minimum əmək haqqının 0,72 misli həddində pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmədən iddiaya mahiyyəti üzrə baxılıb yekunlaşanadək müvəqqəti təminat tədbiri qismində birgə nikahdan olan ##.##.2012-ci il təvəllüdlü X3 və ##.##.2017-ci il təvəllüdlü X1 üçün cavabdeh X2 iddiaçı Ərizəçi xeyrinə hər ay hər uşağa görə 300 manat sabit pul məbləğində alimentin tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Ərizəçi Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, hazırda iş üzrə Bakı şəhəri Binəqədi rayon Icra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi alınması qərara alınmışdır. Birgə nikahdan olan uşaqları hazırda iddiaçının himayəsindədirlər. Cavabdeh isə uşaqların saxlanılması üçün iddiaçı heç bir maddi yardım etmir. Bu səbəbdən hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalınmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-**(*-**)-***/****-*** saylı ##.##.2026- cı il tarixli qərardadı ilə iddiaçı Ərizəçi cavabdeh Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın himayəsində saxlanmasına və aliment” tələbinə dair mülki iş üzrə müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair iddiaçı Ərizəçi tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Ərizəçi nümayəndəsi və vəkili Vəkil/Nümayəndə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-**(*-**)-***/****-*** saylı ##.##.2026-cı il tarixli qərardadından şikayət vermişdir. Şikayət belə əsaslandırılmışdır ki, “iddiaçı Ərizəçi Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək onunla ilə cavabdeh X2 arasında bağlanılmış nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan olan övladları ##.##.2012-ci il təvəllüdlü X3 və ##.##.2017-ci il təvəllüdlü X1 onun yanında saxlanılması və uşaqların yetkinlik yaşına çatanadək cavabdehdən alimentin tutulması barədə qətnamə qəbul edilmişdir. Hazırda iş üzrə Bakı şəhəri Binəqədi rayon Icra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi alınması qərara alınmışdır. Birgə nikahdan olan uşaqları hazırda iddiaçının himayəsindədirlər. Cavabdeh isə uşaqların saxlanılması üçün iddiaçı heç bir maddi yardım etmir. Bu səbəbdən iddiaya mahiyyəti üzrə baxılıb yekunlaşanadək müvəqqəti təminat tədbiri qismində birgə nikahdan olan ##.##.2012-ci il təvəllüdlü X3 və ##.##.2017-ci il təvəllüdlü X1 üçün cavabdeh X2 iddiaçı Ərizəçi xeyrinə hər ay hər uşağa görə 300 manat sabit pul məbləğində alimentin tutulmasına dair qərardad qəbul edilməsi barədə ərizə ilə məhkəməyə müraciət olunmuşdur. Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** saylı qərardadı ilə ərizə qismən təmin edilərək ##.##.2026-cı il tarixindən başlayaraq, ##.##.2012-ci il təvəllüdlü X3 və ##.##.2017-ci il təvəllüdlü X1 üçün müvafiq olaraq mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək cavabdeh Cavabdeh ərizəçi Ərizəçi xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.65 misli həddində sabit pul məbləğində müvəqqəti aliment tutulması qərara alınmışdır. Bu qərardaddan iş üzrə cavabdeh Cavabdeh şikayət vermişdir. Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 16(5-95)- ***/**** saylı qərardadına əsasən şikayət təmin edilmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** nömrəli qərardadı ilə tətbiq edilmiş müvəqqəti təminat tədbirinin qismən ləğv edilməsinə dair cavabdeh Cavabdeh tərəfindən verilmiş ərizəyə yenidən baxılması qərara alınmışdır. Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** saylı qərardadına əsasən mülki iş üzrə müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair iddiaçı Ərizəçi tərəfindən verilmiş ərizə təmin edilməməsi qərara alınmışdır. Məhkəmə bu qərardadında qeyd etmişdir ki, iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq uşağı yanında saxlayan valideyn digər valideyndən uşağın saxlanılması üçün müvəqqəti aliment tələb edə bilər. Lakin bunun üçün mütləq şərt uşağın həqiqətən həmin valideynin yanında qalmasının müəyyən edilməsi, bununla bağlı məhkəməyə ilkin sübutların təqdim edilməsidir. Hazırkı işdən isə görünür ki, iddiaçı Ərizəçi cavabdeh Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh Cavabdeh isə öz növbəsində hazırkı iddiaya məhkəmə iclasında etiraz edərək, uşağların öz yanında qaldığını və uşaqların xərclərini qarşıladığını bildirmişdir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların iddiaçının yanında qalması və həmin uşaqların xərclərinin bilavasitə özünün tərəfindən ödənildiyi nəticəsinə gəlməyə imkan verən heç bir ilkin dəlil yoxdur, həmçinin uşaqlar hal-hazırda ata-ananın yanında qalır. Bu əsasla müvəqqəti təminat tədbirinə dair iddiaçı tərəfindən verilmiş hazırkı ərizəyə də uşağın faktiki olaraq iddiaçının yanında qalmasını təsdiq edən heç bir sənəd, uşaqların xərclərinin halhazırda iddiaçı tərəfindən ödənilməsi ilə bağlı sübutlar əlavə edilməmişdir. Bu vəziyyətdə uşağın faktiki olaraq ata-ananın yanında qalması və ananın uşaqlar üçün hansı formada xərcləri ödəməsi, iddiaçının hazırkı ərizəsində bu barədə etdiyi qeyddən başqa heç bir ilkin sübutla təsdiq edilmir. Belə ki, iddiaçı hal-hazırda işləmir və ailədə yeganə qazanc gətirən şəxs cavabdehdir. Məhkəmə tərəflərin bir evdə yaşamasını nəzərə alaraq birgə nikahdan olan uşaqların təlabatlarının cavabdeh tərəfindən ödənilməsi nəticəsinə gəlmiş, eyni zamanda iddiaçının qazanc əldə etməməsi göstərmişdir. Həmçinin məhkəmə qeyd etmişdir ki, uşaqların saxlanılması üçün iddiaçı tərəfindən xərc çəkilməsi barədə sübutlar məhkəməyə təqdim olunmamışdır. Lakin məhkəmə nəzərə almamışdır ki, tərəflər hazırda bir evdə yaşasalarda onlar arasında faktiki nikah münasibətləri pozulmuşdur. Cavabdeh daimi işdə olur. Uşaqların qayğısı, təlim, tərbiyyəsi ilə iddiaçı məşğul olur. Məhkəmə iclasında cavabdehə verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, əldə etdiyi qazancı onlarla birlikdə yaşayan anasına verir və evin qida təlabatlarını anası həll edir. Məhkəmə nəzərə almamışdır ki, uşaqların qida tələbatlarından başqa onların digər təlabatları da mövcuddur- məsələn, sağlamlıq, geyim, istirahət, və s.. Alimentin mahiyyəti də məhz uşaqların təlabatlarının ödənilməsinə yönəlmiş valideyndən tutulan pul məbləğidir. Hazırki vəziyyətdə isə münasibətləri pozulmuş tərəflər arasında uşaqların saxlanılması üçün könüllü bir ittifaq mövcud deyil. Belə olan halda isə uşaqların qayğısı, təlim, tərbiyəsi ilə məşğul olan və qazanc əldə etməyən şəxs , yəni iddiaçı tərəfindən alimentin qarşı tərəfindən tələb etməsi uşaqların üstün mənafelərinə uyğundur. Hazırki halda müvəqqəti təminat tədbirinin tətbiq edilə bilməsi üçün tələbin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcud olmaması barədə qənaətə gəlinməsini ədalətli deyil və azyaşlı uşaqların üstün mənafelərinə uyğun deyil. Belə ki, hesab edir ki, uşaqların qayğısına qalınması və onların bütün təlabatlarının ödənilməsi barədə halların sübut edilməsi yükü iddiaçının deyil, bu tələbə etiraz edən cavabdehin üzərinə düşür. Hazırki müvəqqəti təminat tədbirində ərizə ilə məhkəməyə müraciət edə bilməsi üçün isə iddiaçının ilkin sübutlarımövcuddur. Belə ki, iddiaçının iddiası əsasında hazırda cavabdehə qarşı nikahın pozulması, boşanmadan sonra uşaqların onun yanında saxlanılması və aliment tələbi ilə bağlımülki iş vardır. Bu iddia ilə bağlı məhkəməyə müraciət edilməmişdən əvvəl göstərilən tələblərlə bağlımediasiya prosesinə müraciət etmiş, cavabdeh bu prosesdən kənarda qalaraq iştirak etməmişdir. Bu hal ona dəlalət edir ki, iddiaçı uşaqların saxlanılması məsələsi üzrə artıq mediasiya qaydada həlli istiqamətində hərəkətlər etmiş, lakin cavabdeh bu məsələyə biganə yanaşmışdır.” Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-**(*-**)-***/****-*** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və şikayətə baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-**(*-**)-***/****-*** saylı ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməli, ərizə qismən təmin edilməli, ##.##.2012-ci il təvəllüdlü X3 və ##.##.2017-ci il təvəllüdlü X1 üçün müvafiq olaraq məhkəmə mübahisəsi üzrə yekun məhkəmə aktı qəbul edilənədəh cavabdeh Cavabdeh ərizəçi Ərizəçi xeyrinə sonrakı artırmalar nəzərə alınmaqla, hər ay hər bir uşağa görə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,60 misli həddində sabit pul məbləğində müvəqqəti aliment tutulmalıdır. Belə ki, Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 17-cı mаddəsinin II bəndinə əsаsən uşаqlаrın qаyğısınа qаlmаq və оnlаrı tərbiyə etmək vаlideynlərin bоrcudur. Bu bоrcun yerinə yetirilməsinə dövlət nəzаrət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən, məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən hakim ərizəyə baxılması nəticəsi barədə qərardad çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, müvəqqəti təminat tədbirinin tətbiqi məsələsinə qiymət verilərkən yalnız tərəflərin hazırda eyni yaşayış sahəsində yaşaması əsas götürülməməli, uşaqların faktiki təminatı, onların gündəlik qayğısı və tərbiyəsi ilə kimin məşğul olması, habelə valideynlərin uşaqların saxlanılmasında faktiki iştirak səviyyəsi nəzərə alınmalıdır. Hazırkı iş üzrə tərəflərin nikah münasibətlərinin faktiki olaraq pozulduğu, onların arasında nikahın pozulması ilə bağlı məhkəmə mübahisəsinin mövcud olduğu və tərəflərin iki azyaşlı uşağının olduğu nəzərə alınmalıdır. Uşaqların faktiki olaraq hansı valideynin yanında qalması və onların daimi yaşayış yerinin müəyyən edilməsi məsələsi iş üzrə yekun məhkəmə araşdırmasının predmetini təşkil etdiyindən, həmin məsələnin müvəqqəti təminat tədbirinin tətbiqindən imtina üçün əsas kimi qiymətləndirilməsi düzgün hesab edilə bilməz. Məhkəmə kollegiyası nəzərə alır ki, uşaqları saxlamaq və onların maddi təminatında iştirak etmək valideynlərin vəzifəsidir. Uşaqları saxlamaq, onun qayğısına qalmaq hər iki valideynin vəzifəsi olsa da, müvafiq mübahisə üzrə yekun məhkəmə aktı qəbul edilənədək uşaqların saxlanılması üçün cavabdehdən aliment tutulması hazırda uşaqların üstün mənafeyindən irəli gəlir. Bundan başqa, müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardad qəbul edilməsi işin mahiyyəti üzrə həlli demək deyildir. Belə tədbirin məqsədi yekun məhkəmə aktı qəbul edilənədək uşaqların zəruri maddi təminatının fasiləsizliyini təmin etmək, onların üstün mənafelərini qorumaqdır. Əks yanaşma uşaqların maddi təminatının yekun məhkəmə araşdırmasının başa çatmasına qədər qeyri-müəyyən vəziyyətdə qalmasına səbəb ola bilər ki, bu da uşaqların üstün mənafelərinin qorunması ilə uzlaşmır. Məhkəmə kollegiyası hesab edir ki, müvəqqəti təminat tədbirinin tətbiqi zamanı alimentin məbləği müəyyən edilərkən bir tərəfdən uşaqların real və zəruri ehtiyacları, digər tərəfdən isə müvəqqəti tədbirin xarakteri nəzərə alınmalıdır. Bununla yanaşı qeyd edilməlidir ki, uşağın saxlanması ilə bağlı xərclərin qarşılanması təkcə cavabdehin yox, ərizəçinin də vəzifəsidir. Kollegiya uşaqların sаxlаnmаsı üçün аlimentin miqdarına dаir məsələni həll edərkən uşağın saxlanması ilə bağlı gündəlik qayğıların ərizəçinin üzərinə düşməsini və ərizəçinin uşağa qulluq etməsini diqqətəlayiq hal kimi nəzərə alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 101.1-ci maddəsinə əsasən məhkəmənin aliment tutulması barədə çıxardığı qətnamə qanuni qüvvəyə minənədək (uşaqlar üçün aliment tutulması məhkəmənin aliment tutulması barədə qətnaməsi çıxarılanadək) məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada alimentin müvəqqəti tutulmasını qət edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun əlaqəli qərarında da qeyd edilir ki, istinad edilən maddənin tələbindən görünür ki, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Kollegiya “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli qərarına və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 101.1-ci maddəsinə əsasən hesab edir ki, ##.##.2026-cı il tarixdən başlayaraq ##.##.2012-ci il təvəllüdlü X3 və ##.##.2017-ci il təvəllüdlü X1 üçün müvafiq olaraq məhkəmə mübahisəsi üzrə yekun məhkəmə aktı qəbul edilənədək cavabdeh Cavabdeh ərizəçi Ərizəçi xeyrinə sonrakı artırmalar nəzərə alınmaqla, hər ay hər bir uşağa görə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,60 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, aliment tutulmasına məhkəməyə müraciət edildiyi vaxtdan başlandığından hazırkı qərardadla müvəqqəti aliment tutulmasına da ərizənin birinci instansiya məhkəməsinə daxil olduğu ##.##.2026-cı il tarixdən başlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-**(*-**)-***/****-*** saylı ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməli, ərizə qismən təmin edilməli, ##.##.2026-cı il tarixdən başlayaraq ##.##.2012-ci il təvəllüdlü X3 və ##.##.2017-ci il təvəllüdlü X1 üçün müvafiq olaraq məhkəmə mübahisəsi üzrə yekun məhkəmə aktı qəbul edilənədək cavabdeh Cavabdeh ərizəçi Ərizəçi xeyrinə sonrakı artırmalar nəzərə alınmaqla, hər ay hər bir uşağa görə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,60 misli həddində sabit pul məbləğində aliment tutulsun. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r а r а а l d ı: Şikayət qismən təmin edilsin. Ərizə qismən təmin edilsin. ##.##.2026-cı il tarixdən başlayaraq ##.##.2012-ci il təvəllüdlü X3 və ##.##.2017-ci il təvəllüdlü X1 üçün müvafiq olaraq məhkəmə mübahisəsi üzrə yekun məhkəmə aktı qəbul edilənədək cavabdeh Cavabdeh ərizəçi Ərizəçi xeyrinə sonrakı artırmalar nəzərə alınmaqla, hər ay hər bir uşağa görə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,60 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar