Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-627/2026 27.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinə dair iş üzrə (açar sözlər: maneələrin və məhdudiyyətlərin qoyulmasının qadağan edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinə dair iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin **(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından maraqlı şəxs Cavabdeh Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbiri tətbiq edilməklə, mülkiyyətində olan qeyri-yaşayış sahələrinin yerləşdiyi Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə, Nobel prospekti 15 ünvanında yerləşən Ticarət və Biznes Mərkəzlərinin binalarına isti-soyuq verilməsinin dayandırılması, istilik, havalandırma və çiller sisteminin, liftlərin və eskalatorların söndürülməsi, işığın söndürülməsi, həmçinin həmin sistemlərin işlədilməsi və servis edilməsi ilə bağlı maneələrin və məhdudiyyətin qoyulmasının Cavabdeh (VÖEN **********) qadağan edilməsi barədə müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin **(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilərək, Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə, Nobel prospekti 15 ünvanında yerləşən Ticarət və Biznes Mərkəzlərinin binalarına isti-soyuq verilməsinin dayandırılması, istilik, havalandırma və çiller sisteminin, liftlərin və eskalatorların söndürülməsi, işığın söndürülməsi, həmçinin həmin sistemlərin işlədilməsi və servis edilməsi ilə bağlı maneələrin və məhdudiyyətin qoyulması Cavabdeh Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə (VÖEN **********) qadağan edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin **(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadında düzəliş edilərək, qərardadın giriş, əsaslandırma və nəticə hissələrində “isti-soyuq verilməsinin dayandırılması” sözləri “isti-soyuq suyun verilməsinin dayandırılması” sözləri ilə əvəz edilməsi qərara alınmışdır. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən, hal-hazırda məhkəmənin icraatında iddiaçı Ərizəçi cavabdeh Cavabdeh Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı Cavabdeh yaradılması haqqında ünvan 1 ünvanda yerləşən yaşayış bunasının sahə mülkiyyətçilərinin ümumi yığıncağının ##.##.2025-ci il tarixli qərarının etibarsız sayılması və həmin qanunsuz qərar əsasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat, Qeydiyyat və Reyestr Baş İdarəsi tərəfindən ## ####### 2025-ci il tarixli ****-MM**-**** nömrəli qeydiyyatın ləğv edilməsinə dair iddia ərizəsi mövcuddur. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarışlardan görünür ki, Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə, Nobel prospekti 15 ünvanında yerləşən ümumi sahəsi 8427.40 kv.m olan qeyri-yaşayış sahəsi ##.##.2023-cü il tarixdə 1122188042 qeydiyyat nömrəsi ilə, ümumi sahəsi 815 kv.m olan qeyri-yaşayış sahəsi ##.##.2012-ci il tarixdə 1112111454 qeydiyyat nömrəsi ilə, ümumi sahəsi 553,20 kv.m olan qeyri-yaşayış sahəsi ##.##.2012-ci il tarixdə 1112104186 qeydiyyat nömrəsi ilə, ümumi sahəsi 1928 kv.m olan qeyri-yaşayış sahəsi ##.##.2012-ci il tarixdə 1112104564 qeydiyyat nömrəsi ilə, ümumi sahəsi 9750,80 kv.m olan qeyri-yaşayış sahəsi ##.##.2011-ci il tarixdə 1111127274 qeydiyyat nömrəsi ilə Ərizəçi adına rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeyri-Kommersiya qurumlarının dövlət reyestrindən çıxarışla təsdiq edilir ki, Cavabdeh Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti ##.##.2025-ci il tarixdə qeydiyyata alınmışdır. Göründüyü kimi, ərizənin verilməsinə səbəb Bakı şəhəri Xətai rayonu 1212-ci məhəllə Nobel prospekti 15 ünvanda yerləşən Ticarət və Biznes Mərkəzlərinin binalarına Cavabdeh Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən isti-soyuq verilməsinin dayandırılması, istilik, havalandırma və çiller sisteminin, liftlərin və eskalatorların söndürülməsi, işığın söndürülməsi, həmçinin həmin sistemlərin işlədilməsi və servis edilməsi ilə bağlı maneələrin və məhdudiyyətin qoyulması olmuşdur. Məhkəmə hesab etmişdir ki, Cavabdeh MMMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə, Nobel prospekti 15 ünvanda yerləşən Ticarət və Biznes Mərkəzlərinin binalarına istisoyuq verilməsinin dayandırılması, istilik, havalandırma və çiller sisteminin, liftlərin və eskalatorların söndürülməsi, işığın söndürülməsi, həmçinin həmin sistemlərin işlədilməsi və servis edilməsi ilə bağlı yaradılmış maneələr son nəticədə ərizəçinin mülkiyyətində olan əmlaklardan sərbəst surətdə istifadəsini məhdudlaşdırır. Cavabdeh MMMC tərəfindən ərizəçinin mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş hərəkətlərin davam etdirilməsi nəticəsində onun hüquqlarının qorunması (təmin və ya bərpa edilməsinin) mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətinləşəcək. Buna görə də müvəqqəti təminat tədbirləri görülərək Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə, Nobel prospekti 15 ünvanda yerləşən Ticarət və Biznes Mərkəzlərinin binalarına isti-soyuq verilməsinin dayandırılması, istilik, havalandırma və çiller sisteminin, liftlərin və eskalatorların söndürülməsi, işığın söndürülməsi, həmçinin həmin sistemlərin işlədilməsi və servis edilməsi ilə bağlı maneələrin və məhdudiyyətlərin qoyulması Cavabdeh MMMC-yə qadağan edilməlidir. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin **(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından maraqlı şəxs Cavabdeh Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti şikayət verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-16(5-94)-487/2026, ##.##.2026-ci il saylı qərardadının ləğv edilməsini, ərizənin təmin edilməməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh MMMC cavabdeh “X2” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC-nin Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 1212-ci məhəllə, ev 15 (yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov küçəsi, bina 2) ünvanında yerləşən çoxmənzilli yaşayış binasının idarə edilməsinə dair fəaliyyətinin qanunsuz hesab edilməsi, “xxxx” MMC və “xxxx” MMC-nin həmin binanın idarə etməsindən kənarlaşdırılması, həmin binaya dair bütün sənədlər, açarlar və idarəetmə ilə bağlı digər aidiyyəti əmlak, binanın mühəndis-kommunikasiya sistemləri (isti su, qaz, elektrik və istilik enerjisi) qazanxanalar, liftlər, ümumi sanitar qovşaq, təhlükəsizlik və giriş sistemləri, zirzəmi və parking sahələri (oradan binanın ümumi kommunikasiya xətləri keçməsi və ümumi zibil qablarının yerləşməsi nəzərə alınaraq), ümumi istifadə təyinatlı sahələr, çoxmənzilli binanın ümumi əmlakı hesab edilən digər obyektlərin iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən icraata götürülmüşdür. Cavabdeh “X2” MMC müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, mövcud vəziyyətin saxlanılması məqsədi ilə mülki işə mahiyyəti üzrə baxılıb həll edilənədək, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 1212-ci məhəllə, ev 15 (yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov küçəsi, bina 2) ünvanında yerləşən qazanxanada 4 qazandan ikisinə münasibətdə qeyri-yaşayış sahələrinə isti su və istiliyin veriməsinin dayandırılması və qeyriyaşayış sahələrinə qanunsuz bildirişlər göndərilməsinin iddiaçı Cavabdeh MMMC-yə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslarına görə, iddiaçı MMMC Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 1212-ci məhəllə, ev 15 (yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov küçəsi, bina 2) ünvanında mülki iş üzrə yekun qərarın çıxarılmamasına əhəmiyyət vermədən, heç bir qanuni səlahiyyətlərinin olmamasına baxmayaraq, xidmət müqaviləsinin bağlanması və kommunal xidmətlərin təminatı barədə mülkiyyətçilərə bildirişlərin göndərilməsini həyata keçirir. Cavabdehin yuxarıda qeyd edilən ünvanda yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri ilə qüvvədə olan xidmət müqavilələri mövcud olduğuna görə və idarəetmənin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə məhkəmə mübahisəsi üzrə yekun qərar çıxarılmadığından, iddiaçı Cavabdeh MMMC-nin mənzil və qeyriyaşayış sahələrinin mülkiyyətçilərinə bildirişlərin göndərilməsi qanunsuz müdaxilə kimi qiymətləndirilməklə, qarşısı alınmalıdır. Eyni zamanda mövcud vəziyyətin saxlanılması məqsədi ilə mülki işə mahiyyəti üzrə baxılıb həll edilənədək, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 1212-ci məhəllə, ev 15 (yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov küçəsi, bina 2) ünvanında yerləşən qazanxanada 4 qazandan ikisinə münasibətdə qeyri-yaşayış sahələrinə isti su və istiliyin veriməsinin dayandırılması və qeyri yaşayış sahələrinə qanunsuz bildirişlər göndərilməsi iddiaçı Cavabdeh MMMC-yə qadağan edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-**(*-***)-**/**** saylı qərardadı ilə ərizə təmin edilmiş, iş üzrə mübahisəyə baxılıb yekun vurulanadək Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 1212-ci məhəllə, ev 15 (yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov küçəsi, bina 2) ünvanında yerləşən qazanxanada 4 qazandan ikisinə münasibətdə qeyriyaşayış sahələrinə isti su və istiliyin veriməsinin dayandırılması və qeyri-yaşayış sahələrinin sahiblərinə bildirişlər göndərilməsi Cavabdeh Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qadağan olunması qərara alınmışdır. Həmin qərardaddan şikayət verilmiş Bakı Apellyasiya Məhkəməsinin **(*-*)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilmiş, ərizə rədd edilmişdir. Lakin bütün bunlara baxmayaraq iddiaçı yenidən eyni məzmunlu ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş, apelyasiya məhkəməsinin qərardadı ilə bağlı hər hansı bir məlumat vermədən məhkəməni aldadaraq ərizəsinin təmin edilməsinə nail olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-16(5-94)-284/2026, ## ##### 2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 1212-ci məhəllə, ev 15 (yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov küçəsi, bina 2) ünvanında yerləşən qazanxanada 4 qazandan ikisinə, 4 genaratordan ikisinə münasibətdə qeyriyaşayış sahələrinə elektrik enerjisinin, isti su və istiliyin veriməsinin dayandırılması və qeyriyaşayış sahələrinin sahiblərinə bildirişlər göndərilməsi Cavabdeh Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qadağan olunması qərara alınmışdır. Həmin qərardaddan şikayət verilmiş, lakin şikayət təmin edilməyərək mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-*)-***/**** saylı qərardadı ilə şikayət təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı ləğv edilmiş, müvəqqəti təminat tədbiri barədə ərizə rədd edilmişdir. Bütün bunlara baxmayaraq ərizəçi Ərizəçi (“X2” MMC-nin faktiki rəhbəri) müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəlllə, Nobel prospekti 15 ünvanda yerləşən 786 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış sahəsi ilə bağlı (aid olan) bütün kommunikasiyaların yerləşdiyi qazanxanadan istifadəyə edilən maneənin, mülkiyyətində olan sahəyə qələn isti-soyuq suyun verilməsində, isti və soyuq havanın verilməsində, çillər və AHU avadanlıqlarının yerləşdiyi texniki sahələrə sərbəst girişə açarı verməməklə edilən maneənin, çillər və AHU avadanlıqlarına, quraşdırılan digər sayğaclara texniki baxışın göstərilməsinə, nasazlığın aradan qaldırılmasına edilən maneələrin, qazanxanada olan 2 qazan sahəsinə və texniki sahədə olan 2 generatora girişə, texniki xidmətin göstərilməsinə, elektrik, qaz və su sərfiyyatının sayğaclanması prosesinə, qeyri-yaşayış sahəsinə xidmət göstərən nasosxanaya girişin və texniki baxışa, çirkab və qrunt sularının axıdılmasına maneələrin edilməsi ilə bağlı hərəkətlərə Cavabdeh Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə (VÖEN **********) qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Həmin qərardaddan şikayət verilsə də, hal-hazırkı vaxta qədər Bakı Apellyasiya Məhkəməsinə göndərilməmişdir. Həmin qərardadın qüvvəsi 1 aylıq olduğundan Ərizəçi eyni məzmunli müvəqqəti təminat tədbiri barədə ərizə ilə yenidən məhkəməyə müraciət etmiş, məhkəmənin 10 iyun və 16 iyun tarixli qərardadları ilə müvəqqəti təminat tədbirləri barədə ərizə təmin edilməmişdir. Lakin bütün bunlara baxmayaraq iddiaçı Ərizəçi cavabdeh Cavabdeh Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı Cavabdeh yaradılması haqqında ünvan 2 ünvanda yerləşən yaşayış bunasının sahə mülkiyyətçilərinin ümumi yığıncağının ##.##.2025-ci il tarixli qərarının etibarsız sayılması və həmin qanunsuz qərar əsasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat, Qeydiyyat və Reyestr Baş İdarəsi tərəfindən ## ####### 2025-ci il tarixli, ****-MM**-**** nömrəli qeydiyyatın ləğv edilməsinə dair iddia ərizəsi, eyni zamanda eyni məzmunlu müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-16(5-94)- 487/2026, ##.##.2026-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək Bakı şəhəri, Xətai rayonu, 1212ci məhəllə, Nobel prospekti 15 ünvanda yerləşən Ticarət və Biznes Mərkəzlərinin binalarına istisoyuq verilməsinin dayandırılması, istilik, havalandırma və çiller sisteminin, liftlərin və eskalatorların söndürülməsi, işığın söndürülməsi, həmçinin həmin sistemlərin işlədilməsi və servis edilməsi ilə bağlı maneələrin və məhdudiyyətin qoyulması Cavabdeh Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qadağan edilmişdir. Hesab edir ki, ərizə tamamilə əsassızdır və yuxarı instansiya məhkəmələrinin artıq həll etmiş olduqları məsələlərin ziddinə çıxarılmışdır. Belə ki, iddiaçı fəaliyyətinin qanunsuz olması ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali məhkəməsinin qanuni qüvvəsini almış qərarları mövcuddur. Bu səbəbdən də, qərardad ləğv edilməli, ərizənin rədd olunmasına dair yeni qərardad qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 157-ci maddəsinə görə müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2018-ci il tarixli qərarında göstərilmişdir ki, Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il ## ###### tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Həmin qərarda göstərilmişdir ki, mütənasiblik prinsipi bir sıra mərhələlərə cavab verməlidir: 1.müdaxilənin məqsədi legitimdirmi (qanunidirmi); 2. arzuolunan məqsədə bu cür müdaxilə vasitəsinin tətbiqi ilə nail olmaq olarmı, başqa sözlə desək, istifadə olunan vasitə məqsədə nail olmaq üçün yararlıdırmı; 3. hansısa başqa, eyni dərəcədə yararlı, lakin daha az yorucu vasitə varmı, başqa sözlə, istifadə olunan vasitə legitim məqsədə nail olmaq üçün zəruridirmi; 4. istifadə olunan vasitə uyğundurmu (dar mənada proporsionaldırmı) Konstitusiya Məhkəməsi Plenumunun X1 şikayəti üzrə 2017-ci il ## ### tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanımütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Yəni müvəqqəti təminat tədbirləri tətbiq edilərkən ümumi hüquqi prinsip kimi mütənasiblik prinsipinin tələbləri də nəzərə alınmalıdır. Mütənasiblik prinsipinə görə isə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüququ və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Qeyd edir ki, məhkəmənin ərizəni təmin etməsi birbaşa olaraq iddiaçının hüquq, mənafe və maraqlarına toxunur. Belə ki, həm məhkəməyə, həm də cavabdehlərə məlumdur ki, cavabdehlərin idarə etmə ilə bağlı faəliyyətləri qanunsuz hesab edilməklə, onların idarəetmədən kənarlaşdırılması qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi Ali Məhkəmənin qərarı ilə qüvvədə saxlanılmışdır. Hazırkı iddiada qazanxanalar ilə bağlı məsələ qaldırılsa da, Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026cı il tarixli qərardadı ilə qətnaməyə izah verilmiş, qazanxanaların dördünün də iddiaçıların ümumi əmlakına aid olması öz təsdiqini tapmışdır. Cavabdehlərin fəaliyyətlərinin qanunsuz hesab edildiyindən idarətmə ilə bağlı istənilən hərkətləri etibarsız olduğundan iddiaçının binanın yeganə idarəedicisi kimi qeyri-yaşayış sahələrinin sahiblərinə xəbərdarlıq məzmunlu bildirişlərin göndərilməsinə və onlara (qeyri-yaşayış sahəsinin sahiblərinə) isti su və istilikdən istifadəyə üçün hər hansıməhdudiyyətlər tətbiq edilməsinə məhdudiyyətlər qoyulması idarəçinin iş fəaliyyətinə lüzumsuz müdaxilədir. Belə ki, ərizəçi uzun müddət “X2” MMC-nin faktiki rəhbəri olmaqla öz mövqeyindən qanunsuz üstünlük qazanaraq bina sakinlərin hesabına kommunal xidmətlərdən pulsuz yararlanmışdır. Cavabdeh MMMC təsis edildiyi vaxtdan hazırkı vaxta qədər ərizəçi kommunal xidmətlərdən pulsuz yararlanaraq MMMC-ə və bina sakinlərinə xeyli ziyan (3 milyon manatdan çox) vurmuşdur. Ərizəçi və onun faktiki himayəsində və nəzarətində olan “X2” MMC müxtəlif müvəqqəti təminat tədbirləri barədə ərizələr verməklə MMMC-nin fəaliyyətinə müdaxilələr etmiş, onun bina sakinlərinin və mülkiyyətçilərinin mənafeyinə uyğun idarəetməsinə maneələr yaratmışdır. MMMC tərəfindən kommunal xidmətlərin göstərilməsinə dair nə ərizəçiyə münasibətdə, nə də digər şəxslərə münasibətdə hər hansı ayrı-seçkilik tətbiq edilməmiş, müvafiq xidmətlərin göstərilməsi üçün ərizəçi tərəfindən hər hansımüraciət olunmamışdır. MMMC-nin təsis edildiyi 2025-ci ilin ## ######ından hazırkı vaxta qədər göstərilən kommunal xidmətlərə görə ödənişlər ərizəçi tərəfindən həyata keçirilməmiş, həmin xidmətlərdən pulsuz yararlanmağa çalışılmışdır. Yekunda Bakı şəhəri Xətai Rayon məhkəməsi qərardad qəbul edərkən həm mütənasiblik prinsipinə cavab verməmiş, həm də yuxarı instansiya məhkəmələri tərəfindən fəaliyyəti qanunsuz hesab edilən şəxslərin qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına şərait yaratmışdır. Çünki məhkəmənin bu qərardadı bina sakinləri arasında cavabdehin fəaliyyətinin qanuni görüntüsü yaratmış, kommunal və digər haqqların onların tərəfindən qanunsuz olaraq toplanmasına və iddiaçı tərəfindən qanuni hərəkətlər edilməsinə (müvafiq bildirişlərin göndərilməsi ilə bina sakinlərin məlumatlandırılması) əsassız və zərərli müdaxilə edilmişdir. İddaçının və bütünlükdə bina sakinlərinin idarəetmə ilə bağlı azadlığını məhdudlaşdırmaqla onları həddən artıq yükə məruz qoymuşdur. Bundan əlavə mərkəzi qazanxana kompleksi, çillər sistemləri və generator otaqları yüksək təhlükə mənbəyi olan strateji sahələr olmaqla, binanın ümumi əmlakıdır, onların idarə edilməsi, istismarı və nəzarəti Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin səlahiyyətindədir, Fövqəladə Hallar Nazirliyinin (FHN) xüsusi təhlükəsizlik qaydalarına görə, bu sahələrə yalnız lisenziyalı və xüsusi sertifikatlı peşəkar texniki heyət daxil ola bilər. Hakimin müqaviləsiz, lisenziyasız və heç bir texniki məsuliyyət daşımayan kənar şəxslərin bu obyektlərə sərbəst girişini təmin etməsi və açarların onlara verilməsini tələb etməsi yüzlərlə sakinin yaşadığı çoxmənzilli binada kütləvi yanğın, partlayış və fəlakət riski yaradır. Hakim öz qərarı ilə ictimai təhlükəsizliyə birbaşa təhdid yaratmış, MMMC-nin fəaliyyətinə əsassız müdaxilə etmişdir. Habelə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 141-ci maddəsinin tələbinə görə binadakı qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri bu xərclərdə öz paylarına mütənasib olaraq iştirak etməyə borcludurlar. İddiaçı Ərizəçi MMMC ilə heç bir xidmət müqaviləsi bağlamadan və kommunal xidmət haqlarını ödəmədən mərkəzi sistemdən pulsuz pay almaq istəyir. Hakim isə öz qərardadı ilə iddiaçının binadakı digər sakinlərin maddi vəsaiti hesabına pulsuz isidilmə və soyudulma əldə etməsinə, yəni qanunsuz istehlakına şərait yaratmışdır. Həmçinin, məhkəmənin diqqətini ona yönəldir ki, binanın qazlaşdırılması yalnız mərkəzi qazanxanalara münasibətdə həyata keçirilir, mənzillərə və digər qeyri-yaşayış sahələrinə qazın verilməsi və buna görə də sayğaclaşdırılma aparılması layihə sənədlərində nəzərdə tutulmamışdır Hər bir mənzilin, qeyriyaşayış sahəsinin elektrik, su sayğacları mövcuddur, mərkəzi qazanxana otaqlarında qaz sayğacından başqa hər hansı sayğac nəzərdə tutulmamışdır. Ərizəçi yalan məlumatlar verməklə məhkəmə aktı ilə təhlükə potensialı olan obyektə daxil olmaq istəmişdir. MMMC tərəfindən kommunal xidmətlərdən istifadəyə hər hansı maneə yaradılmamış, əksinə kommunal xidmətlərin göstərilməsinin davamlı olması üçün müvafiq müqavilələrin bağlanması üçün bildirişlər göndərilmiş, lakin buna baxmayaraq qeyri-yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən həmin xidmətlərdən istifadə etmək üçün hər hansı bir təşəbbüs göstərilməmiş, əksinə həmin xidmətlərdən faktiki yararlanaraq bina sakinlərinin mənafeyinə əhəmiyyətli ziyan vurulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*-**/*-****/**** saylı icmal məktubunda qeyd edilir ki, “Təbii qaz, su və ya elektrik enerjisindən istifadəyə görə hesablanmış borcun mübahisələndirilməsi tələbləri ilə bağlı işlərdə məhkəmələr tərəfindən iddiaya mahiyyəti üzrə baxılıb yekun qərar çıxarılanadək, müvafiq təchizat xidmətlərinin dayandırılmasına yönələn hərəkətlərin bu sahədə mövcud olan təbii inhisar subyektinə qadağan edilməsi və (və ya) bu xidmətin bərpa edilməsinə dair müvəqqəti təminat tədbiri barədə qərardadlar qəbul edilir. Baxılmış işlərin təhlili göstərir ki, belə qərardadlar qəbul olunarkən müvəqqəti təminat tədbirinin əhatə dairəsi iddianın predmeti və mübahisələndirilən məbləğlə məhdudlaşdırılmadığına görə, təbii inhisar subyekti təbii qaz, su və ya elektrik enerjisinin dayandırılmasının qadağan olunması barədə qərardad qüvvədə olan dövrdə həmin tədbirin əhatə etmədiyi yeni borcla bağlı xidmətin göstərilməsini dayandıra bilmir. Bəzi istehlakçıların isə bu vəziyyətdən sui-istifadə edərək yeni borclarını ödəməkdən yayınması dövlət müəssisəsinə ödənilməli olan pul vəsaitlərinin gecikdirilməsinə gətirib çıxarmaqla, bu sahədə təbii inhisar subyektlərinin maliyyə dayanıqlılığına mənfi təsir göstərir. Bu da nəticədə təbii inhisar subyektinin hüquqlarının lüzumsuz və qeyrimütənasib formada məhdudlaşdırılmasına səbəb olur. Halbuki borcu mübahisələndirən şəxsin ərizəsi əsasında onun hüquqlarının qorunması üçün seçilən belə müvəqqəti tədbir, digər tərəfin (hazırkı halda təbii inhisar subyektinin) mübahisələndirilən məbləğlə bağlı olmayan zəruri hüquqlarının məhdudlaşdırılmasına və ona əsaslı zərərin vurulmasına gətirib çıxarmamalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvəqqəti təminat tədbirləri ilə bağlı müddəalarına görə, tətbiq edilən tədbir gözlənilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2018-ci il tarixli qərarında qeyd edilir ki, “məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Hazırkı müvəqqəti təminat tədbiri ilə qaldırılmış iddia (qərarın etibarsız hesab edilməsi və qeydiyyatın ləğvi) arasında hansı əlaqənin olduğu, tətbiq edilməməsinin məhkəmə qərarının icrasının necə çətinləşdirəcəyi və ya qeyri-mümkün edəcəyi maraqlı şəxs olaraq ona aydın deyil. Beləliklə, şikayətin təmin edilməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-16(5-94)-487/2026, ##.##.2026-ci il saylı qərardadının ləğv edilməsini, ərizənin təmin edilməməsi barədə yeni qərardad qəbul edilməsini xahiş edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin **(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadına əsasən, şikayət təmin edilməmiş, cavabdeh Cavabdeh Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadından verilən şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Şikayətə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 71. İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. II. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. VII. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. IX. Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Maddə 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. Maddə 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Maddə 157.3. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. Maddə 157.4. İddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə və ya arbitraj icraatı başlanarsa, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. Maddə 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: Maddə 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; Maddə 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Maddə 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Maddə 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Maddə 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1. cavabdehdə və ya arbitraj mübahisəsi tərəfində və ya digər şəxslərdə olan cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; 158.1.4. əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; 158.1.5. borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; 158.1.6. icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq; 158.1.7. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda debitor borcların xüsusi hesaba ödənilməsini və orada saxlanılmasını təmin etmək. Maddə 158.2. Məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər. Maddə 397.1. Bu Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Maddə 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin **(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, təminat tədbirləri müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. İddia icraatından fərqli olaraq müvəqqəti təminat tədbirləri icraatında qəbul edilən qərarlar şəxslərə yekun hüquqlar vermir, hüquq münasibətlərinə yalnız müvəqqəti təsir edir. Çünki, bu icraatın məqsədi əsas iddia üzrə çıxarılacaq məhkəmə aktının qanuni qüvvəyə mindiyi günədək iddiaçının (ərizəçinin) subyektiv hüquqlarının qorunmasına təminat verilməsindən ibarətdir. Tədqiq olunan ilkin sübutlardan müəyyən olunur ki, ərizəçi Ərizəçi müvəqqəti təminat tədbiri tətbiq edilməklə, mülkiyyətində olan qeyri-yaşayış sahələrinin yerləşdiyi Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə, Nobel prospekti 15 ünvanında yerləşən Ticarət və Biznes Mərkəzlərinin binalarına isti-soyuq suyun verilməsinin dayandırılması, istilik, havalandırma və çiller sisteminin, liftlərin və eskalatorların söndürülməsi, işığın söndürülməsi, həmçinin həmin sistemlərin işlədilməsi və servis edilməsi ilə bağlı maneələrin və məhdudiyyətin qoyulmasının Cavabdeh (VÖEN **********) qadağan edilməsi barədə müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icratında isə iddiaçı Ərizəçi cavabdeh Cavabdeh Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı Cavabdeh yaradılması haqqında ünvan 1 ünvanda yerləşən yaşayış bunasının sahə mülkiyyətçilərinin ümumi yığıncağının ##.##.2025-ci il tarixli qərarının etibarsız sayılması və həmin qanunsuz qərar əsasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat, Qeydiyyat və Reyestr Baş İdarəsi tərəfindən ## ####### 2025-ci il tarixli, ****-MM**-**** nömrəli qeydiyyatın ləğv edilməsinə dair iddia ərizəsi üzrə əlaqəli işə baxılır. Konstitusiya Məhkəməsi Plenumunun müvəqqəti təminat tədbirləri ilə bağlı hüquqi mövqeyinə görə, iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Lakin iddianı təmin etmək haqqında ərizə ilə müraciət edən şəxsin üzərinə sübutların təqdim edilməsi ilə bağlı həddindən artıq vəzifə də qoyulmamalıdır. Sadəcə olaraq, hakim belə bir qənaətə gəlməlidir ki, işdə iştirak edən şəxsin ərizəsində göstərilən dəlillər belə tədbirlərin görülməsi üçün əsasların olmamasını deyil, daha çox mövcudluğunu sübut edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” ## #### 2018-ci il tarixli Qərar). Kollegiya qeyd edir ki, müvəqqəti təminat tədbirinin seçilməsinə dair ərizəni təmin edən birinci instansiya məhkəməsi ərizəçinin təqdim etdiyi ilkin sübutlar əsasında düzgün nəticəyə gəlmiş, şikayətin seçilən müvəqqəti təminat tədbirinin əlaqəli olduğu işlə aidiyyəti olmayan dəlilləri qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, mülkiyyət hüququna qanunsuz müdaxilə yolverilməzdir. İstinad olunanlara əsasən kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı və qanuni hesab edib, maraqlı şəxs tərəfindən mübahisələndirilən məhkəmə aktının şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayətin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadının isə dəyişdirilmədən saxlanması qənaətinə gəlir. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası qərara aldı Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin **(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-16(3-6)-627/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-627/2026
27.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver