Məhkəmə qərarları › İş №e-16(3-6)-628/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-628/2026

02.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-628/2026 02.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI m ü ə y y ə n e t d i: Ərizəçi Ərizəçi “təmir-tikinti işlərinin aparılmasının qadağan edilməsi” növündə müvəqqəti təminat tədbiri barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə yerləşən “xxxx” MMCyə məxus binanın 12-ci mərtəbədən yerləşən, **A saylı, 4 otaqlı, ümumi sahəsi 142 kv.m olan mənzildə hər hansı tikintitəmir işlərinin aparılmasının Cavabdeh və digər üçüncü şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır. Ərizəçi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-16(5-98)- ***/**** nömrəli qərardadından şikayət verərək məhkəmədən qərardadın ləğv edilməsi, ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı ilə ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətin təmin olunması, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadının ləğv edilməsi, ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinə dair ərizəsinin təmin edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə yerləşən, "xxxx" MMC-yə məxsus binanın 12-ci mərtəbəsində yerləşən **A saylı, 4 otaqlı, ümumi sahəsi 142 kv.m olan mənzildə tikinti-təmir işlərinin aparılmasının Cavabdeh və digər şəxslərə ##.##.2026-cı il tarixədək qadağan edilməsi, qərardadın dərhal icra edilməsi, qərardadın icrasının Bakı şəhəri Nəsimi Rayon Icra Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh Cavabdeh məhkəmənin Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini və xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır və ləğv edilməlidir. Mülki prosessual qanunvericiliyə əsasən, yalnız ehtimallara və fərziyyələrə əsaslanaraq müvəqqəti təminat tədbiri tətbiq edilə bilməz. Təminat tədbiri müstəsna prosessual vasitə olmaqla, onun tətbiqi üçün ərizəçinin hüququnun mövcudluğu və gələcək məhkəmə qətnaməsinin icrasının təhlükə altında olduğunu göstərən ilkin sübutlar təqdim edilməlidir. Hazırkı halda isə ərizəçi tərəfindən təqdim edilmiş materiallar mübahisəli mənzil üzərində hüquqların mövcudluğunu, cavabdehin təmir işləri aparmasını və bunun gələcəkdə mümkün məhkəmə qətnaməsinin icrasını çətinləşdirəcəyini ehtimal etməyə kifayət etmir. Məhkəmə qərardadı belə əsaslandırılmışdır ki, hazırkı halda təqdim olunmuş arayışdan görünür ki, mübahisəli mənzildə təmir-tikinti işləri faktiki olaraq aparılır. Təmir işlərinin davam etdirilməsi nəticəsində əmlakın faktiki vəziyyəti dəyişə, əlavə yaxşılaşdırmalar həyata keçirilə, bununla da gələcəkdə tərəflərin mülki hüquqlarının həcminin müəyyən edilməsi və qəbul ediləcək məhkəmə aktının icrası əhəmiyyətli dərəcədə çətinləşə bilər. Buna görə də mübahisə predmeti olan əmlakın mövcud vəziyyətinin məhkəmə baxışı başa çatanadək qorunub saxlanılması zəruridir. Hesab edilir ki, iddiaçının müvəqqəti təminattədbiri qismində görülməsini istədiyi “mənzildə cavabdeh və digər şəxslər tərəfindən təmir işlərinin aparılmasının dayandırılması, təmirvə tikinti işlərinin aparılmasının qadağan edilməsi, mənzilin istismarının cavabdehlərə vədigər şəxslərə qadağan edilməsi” iddiasının təmin edilməsi halında qətnamənin icrasını təmin etmək, eləcə də onun icrasını gələcəkdə çətinləşdirən (qeyri-mümkün edə bilən)halların aradan qaldırılması, yaxud hüquqlarının qorunması (təmin və ya bərpaedilməsinin) və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədinə xidmət edən tədbirlər kimi qiymətləndirilə bilməz və eyni zamanda bu tədbirlər MPM-nin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib deyildir. Mülki prosessual qanunvericiliyə əsasən, yalnız ehtimallara və fərziyyələrə əsaslanaraq müvəqqəti təminat tədbiri tətbiq edilə bilməz. Təminat tədbiri müstəsna prosessual vasitə olmaqla, onun tətbiqi üçün ərizəçinin hüququnun mövcudluğu və gələcək məhkəmə qətnaməsinin icrasının təhlükə altında olduğunu göstərən ilkin sübutlar təqdim edilməlidir. Hazırkı halda isə ərizəçi tərəfindən təqdim edilmiş materiallar mübahisəli mənzil üzərində hüquqların mövcudluğunu, cavabdehin təmir işləri aparmasını və bunun gələcəkdə mümkün məhkəmə qətnaməsinin icrasını çətinləşdirəcəyini ehtimal etməyə kifayət etmir. Məhkəmə qərardadı belə əsaslandırılmışdır ki, hazırkı halda təqdim olunmuş arayışdaan görünür ki, mübahisəli mənzildə təmir-tikinti işləri faktiki olaraq aparılır. Təmir işlərinin davam etdirilməsi nəticəsində əmlakın faktiki vəziyyəti dəyişə, əlavə yaxşılaşdırmalar həyata keçirilə, bununla da gələcəkdə tərəflərin mülki hüquqlarının həcminin müəyyən edilməsi və qəbul ediləcək məhkəmə aktının icrası əhəmiyyətli dərəcədə çətinləşə bilər. Buna görə də mübahisə predmeti olan əmlakın mövcud vəziyyətinin məhkəmə baxışı başa çatanadək qorunub saxlanılması zəruridir. Hesab edir ki, iddiaçının müvəqqəti təminat tədbiri qismində görülməsini istədiyi “mənzildə cavabdeh və digər şəxslər tərəfindən təmir işlərinin aparılmasının dayandırılması, təmir və tikinti işlərinin aparılmasının qadağan edilməsi, mənzilin istismarının cavabdehlərə vədigər şəxslərə qadağan edilməsi” iddiasının təmin edilməsi halında qətnamənin icrasını təmin etmək, eləcə də onun icrasını gələcəkdə çətinləşdirən (qeyri-mümkün edə bilən)halların aradan qaldırılması, yaxud hüquqlarının qorunması (təmin və ya bərpaedilməsinin) və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədinə xidmət edən tədbirlər kimi qiymətləndirilə bilməz və eyni zamanda bu tədbirlər MPM-nin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib deyildir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə maraqlı şəxs Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadından verdiyi şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1 və 157.2-ci madələrinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Mülki Prosessual Məcəllənin 157.5-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə, müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı, iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu əsaslandırılmalıdır. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Müvəqqəti təminat tədbiri institutu ədalət mühakiməsinin həyata keçirilməsinin mühüm hüquqi vasitələrindən biri olmaqla, məhkəmə qətnaməsinin gələcəkdə icrasının təminatı kimi çıxış edir. Belə ki, mülki prosessual qanunvericilik qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasının məcburiliyini müəyyən etməklə yanaşı, bəzi hallarda cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinin mümkünlüyünü nəzərdə tutmuşdur. Lakin müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Bu səbəbdən də işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Müvəqqəti təminat tədbiri üç əsas meyara cavab verməlidir: - bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; - bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; - tətbiq olunan tədbirlər verilmiş əsas iddia tələblərinə mütənasib olmalıdır. Ərizəçi Ərizəçi şikayətinə əlavə etdiyi “xxxx” MMC tərəfindən verilmiş arayışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə yerləşən, "xxxx" MMC-yə məxsus binanın 12- ci mərtəbəsində yerləşən **A saylı, 4 otaqlı, ümumi sahəsi 142 kv.m olan mənzildə Cavabdeh və onun cəlb etdiyi şəxslər tərəfindən təmir-tikinti işlərinin aparıldığı təsdiq edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, təqdim edilmiş yeni sübut cavabdehin həmin mənzildə faktiki olaraq təmir-tikinti işləri apardığını ilkin səviyyədə təsdiq edir və müvəqqəti təminat tədbirinin tətbiqinin zəruriliyinin qiymətləndirilməsi üçün kifayət edir. Qeyd edilməlidir ki, müvəqqəti təminat tədbirinin tətbiqi zamanı mübahisə mahiyyəti üzrə həll edilmir və tərəflərin hüquq münasibətlərinə qəti hüquqi qiymət verilmir. Bu mərhələdə məhkəmə yalnız mübahisə predmeti olan əmlakın mövcud vəziyyətinin dəyişdirilməsi nəticəsində gələcəkdə qəbul ediləcək məhkəmə aktının icrasının çətinləşməsi və ya qeyrimümkün olması təhlükəsinin mövcudluğunu, habelə həmin təhlükəni təsdiq edən ilkin sübutların kifayətliliyini qiymətləndirir. Kollegiya şikayətin dəlilinə münasibətdə qeyd edir ki, hazırkı halda iş materiallarında olan arayışdan görünür ki, mübahisəli mənzildə təmir-tikinti işləri faktiki olaraq aparılır. Təmir işlərinin davam etdirilməsi nəticəsində əmlakın faktiki vəziyyəti dəyişə, əlavə yaxşılaşdırmalar həyata keçirilə, bununla da gələcəkdə tərəflərin mülki hüquqlarının həcminin müəyyən edilməsi və qəbul ediləcək məhkəmə aktının icrası əhəmiyyətli dərəcədə çətinləşə bilər. Buna görə də mübahisə predmeti olan əmlakın mövcud vəziyyətinin məhkəmə baxışı başa çatanadək qorunub saxlanılması zəruridir. Təmir-tikinti işlərinin davam etdirilməsi mənzilin faktiki vəziyyətinin dəyişməsinə və gələcəkdə tərəflərin hüquqlarının müəyyən edilməsinin çətinləşməsinə səbəb ola bilər. Tətbiq edilmiş tədbir mübahisəli mənzillə birbaşa əlaqəli, müvəqqəti və müəyyən müddətlə məhdud olduğundan mütənasib hesab edilməlidir. Şikayətdə qeyd edilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Kollegiya qeyd edir ki, maraqlı şəxsin müqaviləni imzalamadığı və müqavilədəki imzanın saxta olduğu barədə dəlili müvəqqəti təminat tədbirinə baxılan mərhələdə mahiyyəti üzrə həll edilə bilməz. Müqavilənin həqiqiliyi, imzanın kimə məxsus olması və həmin müqavilənin tərəflər üçün hüquq yaradıb-yaratmaması əsas iddia icraatı zamanı sübutlar araşdırılmaqla, zərurət olduqda müvafiq ekspertiza keçirilməklə müəyyən edilməlidir. Müvəqqəti təminat tədbirinin tətbiqi müqavilənin etibarlılığının və ya mənzil üzərində hüquqların qəti şəkildə müəyyən edilməsi demək deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r а r а а l d ı: Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar