Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-629/2026 31.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Məmməd Allahverdi oğlu və X2 ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin tələbi əsasında verilmiş notariusun icra qeydi üzrə aparılan icra hərəkətlərinin, o cümlədən ipoteka predmetinə tutmanın yönəldilməsi, hərraca çıxarılması və özgəninkiləşdirilməsi ilə bağlı tədbirlərin, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 308013118511 *****-****** saylı reyestr, qeydiyyat nömrəsi 1623042835, ##.##.2023-cü il tarixində qeydə alınmış Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə Ərizəçi məxsus olan ünvan 1 ünvanında yerləşən mənzili barəsində Cavabdeh ASC, habelə digər formada hüquqi proseslərin (ipotekaya tutmanın yönləndirilməsi, hərraca çıxarılma, qiymətləndirilmə və s. daxil olmaqla bütün növ tədbirlərin) aparılması üzrə tədbirlərin müvafiq iddia tələbi üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılması, Abşeron İcra Probasiya, X3 ASC-yə belə hərəkətlərin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi Ərizəçi tərəfindən Cavabdeh ASC-nin kredit borcu tələbi əsasında verilmiş notariusun icra qeydinin ləğv olunması, habelə X1 və Cavabdeh ASC-yə qarşı müqavilənin etibarsızlığı tələbi ilə məhkəməyə iddia ərizəsi təqdim edilmişdir. Ərizəçi, X1 tərəfindən (iş münasibətlərindən tanıdığı) təklif almaqla öz işlərini qurmaq qərarına gəlmişlər. Belə ki, əvvəllər uzun müddət bu sahədə (tekstil) olan çox güclü təcrübəsi nəzərə alınmaqla Əliyev Yaşar ona bu təcrübəsi ilə böyük pullar qazana biləcəklərini vəd etmişdir. Belə ki, heç bir sənədləşmə işlərindən başı çıxmadığından Yaşar maliyyə məsələlərinin ərizəçinin öhdəliyinə qoyulmasıyla (biznesin qurulması üçün yatırımlar) sənədləşmə prosesinin, habelə dövlət qurumları və s. ilə əlaqələrin onun tərəfindən təmin ediləcəyinə vəd etmiş, növbəti illər ərzində illik 200.000 (iki yüz min) manatdan çox gəlir əldə edəcəkləri barədə vədlər vermişdir. Belə ki, müvafiq şirkətin brend adı ərizəçi tərəfindən müəyyən edilmiş “xxxx” MMC ##.##.2023cü il tarixində dövlət reyestrində qeydiyyatdan keçirilmişdir. Müəssisənin fəaliyyət yeri Bakı şəhəri Binəqədi rayonu Sumqayıt şossesi 3, avtovağzal ticarət mərkəzinin 2-ci mərtəbəsində yerləşən obyekt icarəyə götürülmüş, ərizəçi tərəfindən müvafiq təmir üçün xərclər çəkilmiş, işin başlanması üçün avadanlıqlar (tikiş avadanlıqları və s.) alınmışdır. Bütün bu proseslərdə şirkətin digər həmtəsisçisi olan Yaşar Əliyev onun nümayəndəsi kimi “Baba” ləqəbli əslində adının Vüsal olduğu vurğulanan şəxs faktiki iştirak edirdi və bütün maliyyə prosesləri Vüsalın iştirakı ilə Yaşarın nəzarətində idi. Ərizəçiyə məxsus olan “xxxx” nömrəsi, şirkətin “xxxx” və ərizəçiyə məxsus olan bank kartları, biznes kartlar daxil olmaqla əlindən alınmışdı və müvafiq dövriyyə barədə məlumatlar dəqiq aparılmaq adı ilə ərizəçiyə göstərilmədən, bütün əməliyyatlar “xxxx mühasibdə qalmalıdır” adı ilə onlar tərəfindən həyata keçirilirdi. Tərəfindən 70.000 (yetmiş min manat) pul vəsaiti (özündə olan), 10.000 (on min ) və 11.000 (on bir min) manat (tanışlarından aldığı borc vəsaitləri) pul vəsaitləri, avadanlıqları almaq üçün xərclədiyi 50.000 (əlli min ) manat pul vəsaiti, habelə kredit müqaviləsi əsasında əldə edilən 40.000 (qırx min) manat pul vəsaitləri müvafiq şirkətin fəaliyyətinə cəlb edilmişdir. Belə ki, digər təsisçi tərəfindən hər hansı maliyyə yatırımı olmadan ərizəçiyə məxsus bütün pullar nəinki xərclənmiş, məlum olmayan səbəblərdən riski və təhlükəsi nəzərə alınmadan xüsusi təzyiq altında imzaladığı kredit müqavilələri əsasında götürülən vəsait də həmçinin məlum olmayan səbəblərdən xərc kimi mənimsənilmişdir. Şirkətin böyük gəlirlər əldə etməsinə baxmayaraq uzun müddət aldadılmış, şirkətin əldə etdiyi hər hansı mənfəətdən ona pul verilməyib, uzun müddət keçdikdən sonra biznes fəaliyyətindən uzaqlaşdırılmış və şirkətin adından istifadə yoluyla bütün sənədlər saxtalaşdırılmış, yeni hüquqi şəxslər yaradılmış, bütün biznes fəaliyyəti, icarə münasibətləri, müştərilər, işçi heyəti yeni yaradılan Yaşar Əliyevin yeganə təsisçisi olduğu şirkətə ötürülmüşdür. Nəticədə ərizəçiyə nəinki maddi ziyan dəymiş (qoyduğu sərmayələr, kredit məbləği və s.), habelə bu günki tarixdə müvafiq şirkətin real fəaliyyətindən əldə olunan vəsaitlərə əlçatmazlığı ucbatından kredit məbləği ödənilmədiyindən həmin müqavilə üzrə yeganə mülkü olan yaşayış mənzili bank tərəfindən hərraca qoyulması təhlükəsindədir. Yaşar Əliyev aylarla bu problemi aradan qaldıracağını, qoyduğu vəsaitləri ərizəçiyə geri qaytaracağını, kredit məbləğini tam bağlayacağını bildirsə də heç birini həyata keçirməmiş və ərizəçiyə dəfələrlə hədə-qorxu gəlməklə sakit dayanmağını tələb etmişdir. İş üzrə sübutlar və digər hallar: Səs yazmalar: 1) Tərəflər arasında (Yaşar Əliyev və Şəbnəm) aparılan danışıqlardan görünür ki: Yaşar Şəbnəmdən borc tələb edir. Müvafiq cümlə iş münasibətlərinin tərəfinin Vüsal yox əslində onun özü olduğunu göstərir. Şəbnəm vurğulayır ki, onun heç bir borcu yoxdur Vüsal müəllimə. Bütün remont işlərini Şəbnəmin özü etdiyini vurğulayır. 50-60 minlik maşın qoydurmuş olduğunu vurğulayır. Yalnız müvafiq artımların yatırımların Şəbnəm tərəfindən edildiyini vurğulayır və Vüsalın yalnız maaşların öhdəsindən gəldiyini (dövriyyəyə əsasən) bildirir. Digər tərəf bunların heç birinə etiraz etmədən müvafiq məsələ ilə bağlı çıxış variantın nədir sualını verir. Danışıqda kişi təsdiqləyir ki, “Biz şirkəti 50-50yə açdıq. Mən sənə şəxsən 7 min pul verdim. Danışıqdan məlum olur ki, məsələylə heç bir əlaqəsi olmayan Şəbnəmin dostuyla arasındakı mübahisədə bağlanmış barışıq sənədinə görə müvafiq münasibətlər (Yaşarla Şəbnəm arasında) pisləşmişdir. Get özüvə iş tap deməklə Yaşar təsdiqlənir ki, Şəbnəmi məhz o qurulan biznesdən uzaqlaşdırıb”. 2) Səsyazmanın ikinci hissəsindən görünür ki: Şəbnəm Yaşara bildirir ki, “Qanun-qaydayla siz mənim işimi əlimdən almısınız, kişi isə bildirir onda mənim pulumu qaytar”. Şəbnəm vurğulayır ki, “Onun tərəfindən müvafiq biznes üçün 50-60 min məbləğində yatırım edilib müvafiq biznes fəaliyyətinə, habelə maşınlar alınıb, bununla yanaşı kredit əldə olunmuşdur”. Yaşar isə “gətir sübut elə” ifadəsi ilə Şəbnəmin əslində haqlı olduğunu lakin əlində heç bir sübutun olmadığını ona xatırladır. Danışıqdan aydın olur ki, biznes fəaliyyətində Yaşarın tanışı olan Vüsal aktiv iştirak edib və pullar onun nəzarətində olub. Şirkətin qazancı və s. bütün hesabatlılıq onların nəzarətiylə onlar tərəfindən müəyyən edilib. Şəbnəm tərəfindən deyilir: “50 min Rizvan müəllimdən alıb qoymuşam bu işə, 40 min bir, 11 min də bir. Yaşar özü hesablayib 129 min manat məbləğində pul vəsaiti qoymusan deyə sual verir. Belə ki, Şəbnəm tərəfindən 50 min, 40 min, 18 min, 11 min məbləğində pul vəsaitləri cəlb edildiyi təsdiqlənmişdir. Yaşar elə maşınların qiymətinin 50 min olduğunu vurğulayır”. 3) “Azercell”ə aparılan yazışmalardan görünür ki, Ərizəçi məxsus olan 051-600-22-77 mobil nömrəsi 2026-cı ilin mart ayının sonunadək aktiv istifadədə olmuşdur. 4 ) Həmin mobil nömrə üzrə ekran görüntüsündən müəyyən olunur ki, 051-600-22-77 mobil nömrəsi Ərizəçi məxsus olmasına baxmayaraq Yaşar Əliyev tərəfindən qanunsuz yolla ələ keçirilib. “xxxx tekstil” adı qoyulmaqla həmin nömrədən istifadə edilərək “xxxx” MMC-nin bütün fəaliyyəti ora keçirilib. 5) Ərizəçi məxsus olan 010-316-91-15 mobil nömrəsi və “xxxx” sertifikatı aktiv qalmaqdadır. Müvafiq nömrə Şəbnəmdən qanunsuz yolla əldə edilərək aylardır ona məlum olmayan davranışlar həyata keçirilir. 6) Ərizəçi rəhbər olduğu “xxxx” MMC ilə əlaqələndirilmiş 010-316-91-15 “xxxx” nömrəsi uzun müddətdir müvafiq şəxslərin istifadəsindədir və Şəbnəmə məlum olmayan əməliyyatlar onun adından aparılır. Aparılan heç bir əməliyyatdan məlumatları mövcud deyildir. 7) Ərizəçi tərəfindən “xxxx” MMC-yə, Dövlət vergi Xidmətinə müvafiq müraciətlər edilmiş, bu sənədlərin olmadığı vurğulanmışdır. Ona məxsus olan “xxxx” nömrəsinin başqa şəxslər tərəfindən idarə edildiyi və istifadədə olduğu, oğurlandığı bildirilmişdir. 8) Özünü “xxxx” MMC-nin nümayəndəsi kimi gösrtərən Bəxtiyar adlı şəxslə (050-200-44-59 mobil nömrəsi vasitəsilə) aparılan danışıqlardan görünür ki, şirkətin adından səlahiyyətli nümayəndə kimi çıxış edən şəxs Bəxtiyar Mirzəyevdir. Bəxtiyar Mirzəyevlə aparılan danışıqlarda yeni əməkdaşlıq üçün müzakirələr aparılır, həmin yeni xidmət alışıyla əlaqədar fəaliyyətdə olan şirkətin adını dəyişdirdiklərini, “xxxx” əvəzinə dəyişdiklərini vurğulayır, əməkdaşlıq üçün göndərilən şirkət məlumatlarında yeni şirkətin adı “xxxx” MMC (VÖEN: **********0, əvvəlki müştərilər (“xxxx” MMCnin daimi müştəriləri olan “Azərsun”, “General Supply”, “Predo”) olduğu vurğulanır, habelə direktorun Yaşar Əliyev olduğu yazılıb, imza möhürlə Yaşar Əliyev adından təsdiqlənmişdir. Şirkətin hüququ ünvanı ünvan 3) olduğu bank rekvizitlərindən açıq görünür. 9) Ərizəçi tərəfindən ##.##.2026-cı il tarixindən dövlət vergi xidmətinə müraciət edilməklə “xxxx” MMC-yə məxsus olan şirkətin hüquqi sənədlərinin təqdimi üçün müraciət ünvanlanmışdır. Belə ki, payçı olduğu şirkətin hansı qazanc və gəlirlərə sahib olduğu, hansı əməliyyatların icra edildiyi ona məlum deyildir. Mülkiyyətçi kimi bütün qanuni mənafelərindən məhrum edilmişdir. 10) “xxxx” sistemindən əldə edilən görüntülərdən məlum olur ki, Ərizəçi məxsus olan 010-316-91-15 mobil nömrədə “xxxx” MMC ilə əlaqələndirilmiş və ##.##.2026-cı il tarixinədək etibarlı olan “xxxx” sertifikatı mövcuddur. 11) Ərizəçi tərəfindən yaşadığı ünvan üzrə aidiyyəti qaydada polisə müraciət edilməklə möhürün onda olmadığı bildirilmişdir, müraciəti əsasında qanuni təmsilçisi olduğu və payçısı olduğu “xxxx” MMC-nin sənədlərinin və yeni möhür, “xxxx” sertifikatın alınması üçün bütün zəruri hərəkətlər icra edilmişdir. 12) Dövlət reyestrindən çıxarışdan görünür ki, “xxxx 2026” MMC (VÖEN: **********) ##.##.2026-cı il tarixində dövlət qeydiyyatına alınmışdır, ünvan 2 hüquqi ünvanıdır. X1 yeganə təsisçi və qanuni təmsilçidir. 13) Dövlət reyestrindən əldə olunan məlumatlardan görünür ki, “xxxx Company” ##.##.2023-cü ildə dövlət qeydiyyatına alınmışdır, hüquqi ünvanı eynilə “xxxx 2026” MMC ilə birdir. Habelə qanuni təmsilçisi müvafiq qaydada X1r. 14) X1 məxsus olan şəxsiyyət vəsiqəsindən görünür ki, (AA 5429643, FİN: 219YA8A) ##.##.1978-ci il tarixində doğulmuşdur. Azərbaycan Respublikasının vətəndaşıdır.15) Əliyev Yaşarla aparılan “Whatsapp” yazışmalarından görünür ki, Yaşar Əliyev müvafiq tekstil əməliyyatlarını hər iki şirkət üzərindən, həm “xxxx Company” MMC (1406543781), həm də “xxxx” MMC (1407657821) üzərindən aparır. Və faktiki fəaliyyətdə olduqları ünvan “xxxx” MMC-nin icarədə olduğu ünvan olan Bakı şəhəri Binəqədi rayonu, Sumqayıt şossesi, 3 Avtovağzal 2-ci mərtəbəsidir. Habelə Bəxtiyar bəyin onun əməkdaşı olduğunu həmçinin təsdiqləyir. 16) Əliyev Yaşar tərəfindən təqdim edilən ##.##.2026 tarixli qiymət təklifindən görünür ki, bütün yeni fəaliyyətləri “xxxx” MMC adıyla davam etdirir, bu sahədə fəaliyyət müddətinin 2 ildən çox olduğunu vurğulayır, “Azərsun”, “General Supply”, “Predo” kimi şirkətlərin onun müştərisi olduğunu təsdiqləyir. Müvafiq məlumatlar açıq-aşkar göstərir ki, Yaşar Əliyev “xxxx” MMC-nin bütün rəsmi fəaliyyətini “xxxx Company” və “xxxx” MMC-yə keçirmişdir. 17 ) Yaşar Əliyevlə aparılan danışıqlar zamanı əldə edilən səs yazılarından məlum olur ki, əvvəlcə fəaliyyəti “xxxx Company” adından edib, sonra vergi eyni obyektdə fəaliyyət göstərdiyindən müvafiq ərazidə yeni “xxxx 2026” MMC şirkətini qeydiyyatdan keçirməklə istehsalatı müvafiq “xxxx 2026” MMC adından həyata keçirir. Habelə Bəxtiyar bəyə müraciət edib onu danışığa əlavə etməyindən görünür ki, Bəxtiyar onun səlahiyyətli nümayəndəsidir. Habelə danışıq zamanı “xxxx” MMC-nin ona aid olmadığını şübhələndiyi üçün gizlətməyə çalışsa belə səsyazmada vurğulayır ki, bəli belə bir şirkət olub; 18) Ərizəçi məxsus şəxsiyyət vəsiqəsindən görünür ki, o ##.##.1989-cu il tarixində anadan olmuşdur. (AA 4986922, FİN: *******) 19) “xxxx” Adıyla fəaliyyət göstərilən inzibati binadan olan videogörüntülərdən açıq-aşkar aydın olur ki, “xxxx” MMC-nin icarəsində olan obyektdə fəaliyyət faktiki olaraq davam etdirilir və həmin bütün tikiş avadanlıqları cihazlar onların istifadəsindədir. 20) Ərizəçi tərəfindən “Asan xidmət” mərkəzinə müraciət edilməklə “xxxx”nın ləğv edilməsi üçün ərizylə müraciət edilib və 3 iyul tarixində müvafiq “xxxx” sertifikatı ləğv etdirilmişdir. 21) Müvafiq müddət ərzində “xxxx” MMCdə rəsmi qaydada işəgötürülmüş şəxslərdən hər biri qanunsuz olaraq digər hüquqi şəxslə əmək münasibətlərinə başladılıb. 22) “xxxx” MMC adından götürülən kredit məbləğiylə əlaqədar heç bir məlumatı olmayıb, sənədlər yalnız heç bir sual verilmədən əlavə hər hansı formada şirkətin fəaliyyətinə dair sənədlər təqdim edilmədən birbaşa müqavilə bağlanılıb və əldə edilən vəsait Ərizəçi məlum olmayan bir vəziyyətdə onun əlindən alınaraq guya şirkətin fəaliyyətinə cəlb edilmiş kimi göstərilib. Hətta bankla ərizəçi arasında bağlanan müqavilə tərəfindən banka gedilmədən həyata keçirilib. Belə ki, sən demə ərizəçini oyuna gətirmək üçün əvvəlcədən bankla əlbirlik etməklə oyun qurulub və əlavə sual verə bilməməsi detallı məlumat almamağı üçün ərizəçi hətta banka da dəvət edilməmişdir. 23) Ərizəçi tərəfindən müvafiq işin qurulması üçün şirkət hesabına artırılan vəsaitlərin məbləği: 70.000 (yetmiş min manat) məbləğində özünə məxsus olan pul vəsaiti, 10.000 (on min manat Hidayət adlı dostundan aldığı borc məbləği, 11.000 (on bir min) manat məbləğində pul vəsaiti isə Növran adında şəxsdən əldə olunan (borc məbləğləri) olmuşdur. 50.000 (əlli min) manata yaxın pul vəsaiti ilə avadanlıqlar məhz Şəbnəm tərəfindən alınıb. 24) Baxmayaraq ki, hüquqi şəxsin rəhbəri Ərizəçi olub digər təsisçinin adamı olan Vüsal adlı şəxs, baxmayaraq ki şirkətlə heç bir hüquqi əlaqəsi olmayib, Ərizəçi məxsus olan biznes kartları öz istifadəsinə götürüb və Şəbnəmin məlumatları olmadan müvafiq biznes kartdan istifadə edib və nağdlaşdırmalar edilib. 25) Şirkətin aylıq dövriyyəsi ilk başlanğıclarda şirkətin faktiki dövriyyəsi üzrə gəlir ən azı 15 min manat, daha sonrakı aylarda isə 30-40 min manatadək olub. Bu dövriyyənin cəmi 5-6 min manatı əmək haqqı və vergi xərclərinə sərf edilirdi. Qalan bütün vəsait Vüsal bəy və digər təsisçi tərəfindən mənimsənilib. Guya bank hesabında və kassada saxladıqlarını deyirdilər. 26) “xxxx” MMC-nin fəaliyyəti zamanı yaxın qohumu və eyni zamanda şirkətin əməkdaşı olan Nərmin adında şəxs bütün maliyyə hesablaşmalarını şəxsən aparmaqla üzləşmələri təqdim edirdi. “Whatsapp” vasitəsilə edilən bütün xərclər, habelə dövriyyə, qalıq məbləğlər və s. müvafiq şəxslərə təqdim edilməklə bütün maliyyə nəzarəti daim onların əlində saxlanılıb. 27) Müvafiq gedən proseslər dövründə səs çıxara bilməməsinin əsas səbəbi işlərə rəhbərlik edən “Baba” ləqəbli Vüsal adında şəxsdir. 28) Şahid ifadələri: müvafiq biznes fəaliyyətinə qoşulmağımla əlaqədar mənə borc verən hər iki şəxsin şahid qismində dindirilməsini xahiş edir; 29) Şahid ifadələri: “xxxx” MMC-də çalışan əməkdaşlar olan Cəmilə və Nərmin adlı şəxslərin şahid qismində dindirilməsini tələb edir; 30) Digər sübutlar: “xxxx” şirkətindən məhz iş yükü şəxsi əlaqələr nəticəsində əldə edilərək şirkətin fəaliyyəti artırılıb və qazanc əldə edilib. 31) “xxxx” MMC-yə məxsus olan avadanlıqların siyahısı və məbləğləri Duz mashin12 ədəd-1250 m, verlok 5 sap 1 ədəd-1100 m, averlok-3 sap 1 ədəd-900 m, averlok 4 sap-3 ədəd-1.000 m, Petle maşını 2 ədəd-1.500 m, düyme maşını 1 ədəd-1200 m, Reshme maşın 2 ədəd-900 m, Qosha kant mashin 1 ədəd-2900 m, Fleks ütü 1 ədəd-600 m, ütü buxar1 ədəd-550 m, ütü stolu 1 ədəd-1.200 m, Rezak boyuk 1 ədəd-700 m, Rezak balaca 1 ədəd-350 m, Kesim stolu 1 ədəd-800 m, Ümumilikdə cəmi adları siyahıda qeyd edilənlər 32.200 (otuz iki min iki yüz ) digərləriylə birlikdə 50.000 (əlli min manat) məbləğində vəsaitlə əldə olunmuş avadanlıqlar. 32) Əmək Müqaviləsi – “EMAS” elektron informasiya sistemindən əldə edilən ekran görüntüsündən məlum olur ki, Ərizəçi ilə “xxxx” MMC arasında bağlanmış əmək münasibətləri üzrə əmək müqaviləsi hələ də qüvvədə görünür. 33) “EMAS” elektron informasiya sistemindən əldə edilən ekran görüntüsündən məlum olur ki, “xxxx” MMC ilə Ərizəçi arasında bağlanmış əmək müqaviləsinə edilmiş sonuncu dəyişiklik tarixi ##.##.2025-ci il olmuşdur. 34) Ərizəçi tərəfindən Mərkəzi Banka müraciət edilməklə müvafiq kredit müqavilələrinin əsassız olması barədə araşdırmanın aparılması tələb edilmişdir. 35) Ərizəçi ilə “xxxx” MMC arasında bağlanmış əmək müqaviləsindən görünür ki, müqavilə ##.##.2024-cü il tarixində bağlanılmışdır, direktor vəzifəsinə müəyyən edilmişdir. Hüquqi şəxsin bank hesabı “xxxx” ASC-dədir. 36) Bank tərəfindən kredit verilməsi digər təsisçinin sifarişi ilə real risklər qiymətləndirilmədən aparılmış, əldə olunan vəsaitlər Ərizəçi ixtiyarı olmadan istifadə edilmişdir. Bank tərəfindən risk və real vəziyyət nəzərə alınmadan fiziki şəxsin yeganə yaşayış yeri şirkətə verilən kredit üzrə ipotekaya qoyulmuşdur. Yuxarıda qeyd edilənlərdən açıq aydın görünür ki, iş üzrə cavabdeh tərəfindən Ərizəçi müvafiq məbləğlərdə maddi ziyan vurulmuş, habelə ona məxsus olan əmlaklar qanunsuz olaraq əldə edilmişdir. İddia ərizəsində ətraflı göstərildiyi kimi, notariusun icra qeydinin əsasını təşkil edən kredit və ipoteka münasibətləri, kredit vəsaitinin faktiki istifadəçisi, müqavilələrin bağlanması zamanı iddiaçının iradəsinin formalaşması və yaranmış öhdəliyin hüquqi əsası hazırda məhkəmə mübahisəsinin predmetidir. Belə ki, iddiaçı tərəfindən kredit və ipoteka müqavilələrinin etibarlılığı, kredit vəsaitinin faktiki olaraq kim tərəfindən istifadə edilməsi, habelə həmin öhdəliyin həqiqi daşıyıcısının müəyyən olunması ilə bağlı iddia tələbləri irəli sürülmüşdür. Hazırda kredit öhdəliyinin icra edilmədiyi əsas gətirilərək notarius tərəfindən icra qeydi verilmiş və ipoteka predmetinə tutmanın yönəldilməsi proseduru başlanılmışdır. Bununla əlaqədar olaraq, mübahisənin əsasını təşkil edən hüquq münasibətləri məhkəmə tərəfindən araşdırıldığı halda, həmin münasibətlərdən irəli gəldiyi iddia olunan öhdəlik üzrə icra tədbirləri davam etdirilməkdədir. İddia ərizəsində də qeyd olunduğu kimi, iddiaçı faktiki olaraq istifadə etmədiyi, sərəncam vermədiyi və heç bir iqtisadi fayda əldə etmədiyi kredit vəsaiti üzrə bank qarşısında borclu vəziyyətinə düşmüşdür. Bununla yanaşı, həmin öhdəliyin təminatı qismində iddiaçıya məxsus yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Məhz bu səbəbdən iddiaçı kredit və ipoteka münasibətlərinin etibarlılığını mübahisələndirərək məhkəməyə müraciət etmişdir. Müvafiq ipoteka müqaviləsinin 5.2-ci bəndinə əsasən, borcalan öhdəliklərini icra etmədiyi halda bank məhkəməyə müraciət etmədən notariusun icra qeydi əsasında ipoteka predmetinə tutmanın yönəldilməsi prosedurunu başlada bilər. Hazırkı halda da həmin prosedur başlanılmışdır. Lakin notariusun icra qeydinin əsasını təşkil edən hüquqi münasibətlər hazırda məhkəmə mübahisəsinin predmetidir və həmin münasibətlərin hüquqi taleyi üzrə yekun nəticə hələ müəyyən edilməmişdir. Belə olan halda, mübahisə mahiyyəti üzrə həll edilmədən ipoteka predmetinə yönəlmiş icra tədbirlərinin davam etdirilməsi iddiaçı üçün sonradan aradan qaldırılması mümkünsüz və son dərəcə ağır hüquqi nəticələr yarada bilər. Xüsusilə nəzərə alınmalıdır ki, ipoteka predmeti iddiaçının mülkiyyətində olan yaşayış sahəsidir. Həmin əmlakın hərraca çıxarılması, satılması və özgəninkiləşdirilməsi baş verdikdən sonra gələcəkdə qəbul edilə biləcək məhkəmə qərarının icrası formal xarakter daşıyacaq, pozulmuş hüquqların əvvəlki vəziyyətə qaytarılması isə faktiki olaraq mümkünsüzləşəcəkdir. Bundan əlavə, iddia ərizəsində də göstərildiyi kimi, hazırkı iş üzrə kredit münasibətlərinin etibarlılığı, kredit vəsaitinin faktiki istifadəçisi, öhdəliyin həqiqi daşıyıcısı və ipoteka müqaviləsinin hüquqi taleyi məhkəmə mübahisəsinin predmetidir. Bu hallar birbaşa olaraq notariusun icra qeydinin əsasını təşkil edən hüquqi münasibətlərlə bağlıdır. Həmin məsələlər üzrə məhkəmə araşdırması davam etdiyi halda, icra qeydinin qüvvədə saxlanılması və onun əsasında icra tədbirlərinin davam etdirilməsi mübahisənin predmetini təşkil edən hüquq münasibətlərinə geri dönülməsi çətin olan nəticələr yarada bilər. İddia ərizəsində də qeyd edildiyi kimi, hazırkı mübahisə borcun məbləği və ya hesablanması ilə bağlı deyil. İddiaçının mövqeyi ondan ibarətdir ki, icra qeydinin əsasını təşkil edən kredit və ipoteka münasibətlərinin etibarlılığı ayrıca məhkəmə icraatında mübahisələndirilir və həmin iş üzrə qəbul ediləcək məhkəmə aktı icra qeydinin hüquqi əsasının mövcud olubolmamasını birbaşa müəyyən edəcəkdir. Bu səbəbdən həmin mübahisə həll edilmədən icra qeydinin qüvvədə saxlanılması və onun əsasında icra tədbirlərinin davam etdirilməsi iddiaçının hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb ola bilər. Nəzərə alınmalıdır ki, notariusun icra qeydinin aparılmasına əsas olmuş hüquqi münasibətlər üzrə hazırda məhkəmə araşdırması aparılır. Həmin araşdırmanın nəticəsindən asılı olaraq icra qeydinin əsasını təşkil edən kredit və ipoteka münasibətlərinin hüquqi qüvvəsi və etibarlılığı müəyyən ediləcəkdir. Belə bir şəraitdə icra tədbirlərinin davam etdirilməsi gələcəkdə qəbul olunacaq məhkəmə aktının nəticələrinə təsir göstərə və iddiaçının hüquqlarının bərpasını əhəmiyyətli dərəcədə çətinləşdirə bilər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizəçi Ərizəçi tərəfindən verilmiş müvəqqəti təminat tədbirinə dair ərizə təmin edilməmişdir. Həmin qərardaddan ərizəçi Ərizəçi (nümayəndəsi-vəkili İsmayılzadə Əminə Rafiq qızı) şikayət verərək, qərardadın ləğv edilməsi və ərizənin tam həcmdə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ərizəçi Ərizəçi tərəfindən Cavabdeh ASC-nin kredit borcu tələbi əsasında verilmiş notariusun icra qeydinin ləğv olunması, habelə X1 və Cavabdeh ASC-yə qarşı müqavilənin etibarsızlığı tələbi ilə məhkəməyə iddia ərizəsi təqdim edilmişdir. Ərizəçi Ərizəçi Cavabdeh ASC-nin tələbi əsasında verilmiş notariusun icra qeydinin ləğv edilməsi barədə iddia tələbi hazırda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Günay Abidovanın icraatındadır (iş № e-2(5-98)-3001/2026). Həmin notariusun icra qeydi bank tərəfindən kredit öhdəliyinin icra edilməməsi əsası ilə verilmişdir. Bununla yanaşı, notariusun icra qeydinin əsasını təşkil edən kredit və ipoteka müqavilələrinin etibarsız hesab olunması tələbi ilə tərəfindən Cavabdeh ASC-yə və digər cavabdehlərə qarşı ayrıca iddia qaldırılmış, həmin mübahisə də hazırda Bakı Kommersiya Məhkəməsinin icraatındadır. Bundan əlavə, birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmayan mühüm prosessual hal ondan ibarətdir ki, müvəqqəti təminat tədbiri barədə ərizə təqdim edilərkən iddia ərizəsi artıq hazırlanmış və məhkəməyə təqdim edilmək üçün göndərilmişdir. Lakin iş üzrə əlavə səs yazılarından ibarət disk sübut qismində “hard copy” formada dəftərxana vasitəsilə göndərildiyindən, materialın tam bütöv halda verilməsi məqsədilə, habelə elektron sistemdə yaranmış texniki çətinlik və sənədlərin qeydiyyata alınması prosesində baş vermiş gecikmə səbəbindən iddia ərizəsi məhkəmənin dəftərxanasına sonradan daxil olmuş, nəticədə müvəqqəti təminat tədbiri barədə ərizəyə baxıldığı vaxt həmin iddia ərizəsi (material) hələ hakimin icraatına təqdim edilməmişdir. Bu isə iddia ərizəsinin ümumiyyətlə təqdim edilməməsi kimi qiymətləndirilmişdir. Belə ki, müvafiq halın ondan asılı olmayan texniki səbəblərlə əlaqəli olması nəzərə alınmalıdır. Beləliklə, notariusun icra qeydinin hüquqi əsası olan müqavilələrin etibarlılığı və həmin icra qeydinin qanuniliyi üzrə iki əlaqəli məhkəmə mübahisəsi baxılmaqdadır. Bu səbəbdən, mübahisələrin mahiyyəti üzrə yekun məhkəmə aktları qəbul edilmədən icra hərəkətlərinin davam etdirilməsi gələcək məhkəmə qərarlarının icrasını çətinləşdirə və iddiaçının hüquqlarına bərpası mümkün olmayan zərər vura bilər. İddiaçı Xızı rayon ərazisində yerləşən əmlakda qeydiyyatda olsa da, bankla münasibətlər qurulan zaman bankın tam məlumatı olmuşdur ki, o, müvafiq ipotekaya qoyulan Xırdalan şəhərində yerləşən əmlakda yaşayır. Buna baxmayaraq, heç bir yaşayışın olmadığı Xızı ərazisində olan əmlaka bildirişlər göndərilmiş, müvafiq bildirişlər isə heç bir formada ona çatdırılmamışdır. Beləliklə, o, icra qeydinin aparılacağı barədə faktiki olaraq məlumatlandırılmamışdır. Hazırkı iş üzrə ona qeyd olunan heç bir bildiriş təqdim edilməmiş, eyni zamanda bildirişin ona çatdırıldığını təsdiq edən hər hansı qəbz, poçt bildirişi, təhvil-təslim sənədi və ya digər mötəbər sübut da mövcud deyildir. Bu hal özlüyündə icra qeydinin aparılması üçün qanunla müəyyən edilmiş prosedur şərtlərinin yerinə yetirilmədiyini göstərir və notarius tərəfindən icra qeydinin qanuni əsaslarla aparılıb-aparılmaması barədə ciddi şübhələr yaradır. Qeyd olunan hüquqi mövqe məhkəmə təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsində məhkəmə "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərini təhlil edərək belə nəticəyə gəlmişdir ki, notarius tərəfindən icra qeydinin aparılması üçün tələbkar tərəfindən borcluya qanunla nəzərdə tutulmuş bildirişlərin lazımi qaydada göndərilməsi və onların borcluya çatdırılmasının təsdiq edilməsi icra qeydinin qanuniliyinin zəruri şərtidir. Məhkəmə müəyyən etmişdir ki, bildirişlər qanunvericiliyin tələblərinə uyğun göndərilmədikdə və ya borcluya çatdırılması təsdiq olunmadıqda, borclu öz hüquqlarını müdafiə etmək və münasibət bildirmək imkanından məhrum edilir ki, bu da notariusun icra qeydinin ləğv edilməsi üçün əsas təşkil edir. Hazırkı işdə də analoji vəziyyət mövcuddur. Belə ki, ona qanunla nəzərdə tutulmuş bildirişlər təqdim edilməmiş, onların ərizəçiyə çatdırılmasını təsdiq edən hər hansı mötəbər sübut mövcud deyildir. Bu baxımdan qeyd olunan məhkəmə təcrübəsində ifadə olunan hüquqi mövqe hazırkı mübahisə üzrə də tətbiq edilməli və müvəqqəti təminat tədbirinin tətbiqinin zəruriliyini bir daha təsdiq edir. Bundan əlavə, iddia ərizəsində də göstərildiyi kimi, hazırkı iş üzrə kredit münasibətlərinin etibarlılığı, kredit vəsaitinin faktiki istifadəçisi, öhdəliyin həqiqi daşıyıcısı və ipoteka müqaviləsinin hüquqi taleyi məhkəmə mübahisəsinin predmetidir. Bu hallar birbaşa olaraq notariusun icra qeydinin əsasını təşkil edən hüquqi münasibətlərlə bağlıdır. Həmin məsələlər üzrə məhkəmə araşdırması davam etdiyi halda, icra qeydinin qüvvədə saxlanılması və onun əsasında icra tədbirlərinin davam etdirilməsi mübahisənin predmetini təşkil edən hüquq münasibətlərinə geri dönülməsi çətin olan nəticələr yarada bilər. İddia ərizəsində də qeyd edildiyi kimi, hazırkı mübahisə borcun məbləği və ya hesablanması ilə bağlı deyil. İddiaçının mövqeyi ondan ibarətdir ki, icra qeydinin əsasını təşkil edən kredit və ipoteka münasibətlərinin etibarlılığı ayrıca məhkəmə icraatında mübahisələndirilir və həmin iş üzrə qəbul ediləcək məhkəmə aktı icra qeydinin hüquqi əsasının mövcud olub-olmamasını birbaşa müəyyən edəcəkdir. Bu səbəbdən həmin mübahisə həll edilmədən icra qeydinin qüvvədə saxlanılması və onun əsasında icra tədbirlərinin davam etdirilməsi iddiaçının hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb ola bilər. Nəzərə alınmalıdır ki, notariusun icra qeydinin aparılmasına əsas olmuş hüquqi münasibətlər üzrə hazırda məhkəmə araşdırması aparılır. Həmin araşdırmanın nəticəsindən asılı olaraq icra qeydinin əsasını təşkil edən kredit və ipoteka münasibətlərinin hüquqi qüvvəsi və etibarlılığı müəyyən ediləcəkdir. Belə bir şəraitdə icra tədbirlərinin davam etdirilməsi gələcəkdə qəbul olunacaq məhkəmə aktının nəticələrinə təsir göstərə və iddiaçının hüquqlarının bərpasını əhəmiyyətli dərəcədə çətinləşdirə bilər. Bundan əlavə, hazırkı mübahisənin əsasını təşkil edən hallar yalnız mülki-hüquqi xarakter daşımır. İş materiallarından və təqdim edilmiş sübutlardan da göründüyü kimi, etibardan sui-istifadə və aldatma yolu ilə ona məxsus pul vəsaitlərinin, əmlakın və biznes fəaliyyətinin ələ keçirilməsi, onun adından kredit öhdəliklərinin yaradılması, habelə digər qanunsuz hərəkətlərlə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan dələduzluq və digər cinayət əməllərinin əlamətləri mövcuddur. Məhz bu hallarla əlaqədar tərəfindən edilmiş müraciətlər əsasında hazırda Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində və Binəqədi Rayon Prokurorluğunda cinayət işi ilə bağlı müvafiq araşdırma aparılır. Həmin araşdırmanın nəticələri həm bu mübahisənin əsasını təşkil edən faktiki halların, həm də kredit və ipoteka münasibətlərinin yaranmasının həqiqi səbəblərinin müəyyən edilməsi baxımından əhəmiyyət kəsb edir. Məhkəmə yalnız həmin texniki gecikməyə əsaslanaraq müvəqqəti təminat tədbirinin tətbiqindən imtina etmiş, lakin mübahisənin mahiyyətini, iddia tələblərinin artıq məhkəməyə təqdim edildiyini, tərəflər arasında real məhkəmə mübahisəsinin mövcudluğunu, habelə təminat tədbiri görülmədiyi halda ərizəçiyə vurulacaq bərpası mümkün olmayan zərərin yaranması riskini qiymətləndirməmişdir. Halbuki müvəqqəti təminat tədbirinin məqsədi məhz gələcək məhkəmə müdafiəsinin effektivliyini təmin etməkdən ibarətdir. İradədən asılı olmayan texniki gecikmənin ərizəçinin bu hüququnun həyata keçirilməsinə maneə kimi qiymətləndirilməsi mülki məhkəmə icraatının məqsədləri və ədalətli məhkəmə araşdırması prinsipi ilə uzlaşmır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə Kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, müvəqqəti təminat tədbiri institutu mahiyyət etibarı ilə, iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. Digər tərəfdən qeyd olunmalıdır ki, müvəqqəti təminat tədbirləri tətbiq edilərkən ümumi hüquqi prinsip kimi mütənasiblik prinsipinin tələbləri də nəzərə alınmalıdır. Mülki Prosessual Məcəlləsinin 157.6-cı maddəsindəki yeni tənzimləmələr tələb edir ki, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Bu yeni tənzimləmələr ona işarə edir ki, hətta digər əsaslara görə müvəqqəti təminat tədbirlərinin tətbiqi mümkün olsa belə, mütənasiblik prinsipi baxımından yol verilən hesab edilməyə bilər. Ona görə də məhkəmələr belə ərizələr üzrə müvəqqəti təminat tədbirinin hansı növünün tətbiqi ilə bağlı seçim edərkən həmişə mütənasiblik prinsipinin tələblərini nəzərə almaqla qiymətləndirmə aparmalıdırlar. Mütənasiblik prinsipinə görə isə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüququ və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Bununla bağlı nəzərə almaq lazımdır ki, "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2018-ci il ## #### tarixli qərarında da mütənasiblik prinsipinə xüsusi vurğu edilməklə belə bir hüquqi mövqe ifadə olunmuşdur ki, tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır və buna görə də məhkəmələr belə ərizələrə baxarkən tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını yoxlamalı və müvafiq meyarlara istinadla qiymətləndirməlidirlər. Göstərilənləri nəzərə alan Məhkəmə Kollegiyası bildirir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər (maddə 157.1). Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. (maddə 157.2). Cavabdehdə və ya arbitraj mübahisəsi tərəfində və ya digər şəxslərdə olan cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə məxsus əmlak üzərinə həbs qoymaq, müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan etmək, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək növündə müvəqqəti təminat tədbirləri görülə bilər (maddə 158.1.1-158.1.3). Müvəqqəti təminat tədbirləri tətbiq edərkən bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Ona görə də, müvəqqəti təminat tədbirlərinin məhkəmə tərəfindən tətbiqi üçün sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına ehtiyac yoxdur. Bununla belə, müvəqqəti təminat tədbirlərinin görülməsi üçün məhkəməyə ilkin zəruri sübutların təqdim edilməsinə və ilkin əsaslandırılmasına, habelə bununla bağlı dəlillərin təqdim edilməsinə ehtiyac vardır. Məhz bu məqamda müvəqqəti təminat tədbirlərinin tətbiqinin zəruriliyi məsələsi ortaya çıxır. Buna görə, müvəqqəti təminat tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə, müvəqqəti təminat tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Məhz buna görədir ki, qanunverici hətta iş üzrə cavabdehlərə qarşı verilsə belə, hər bir halda müvəqqəti təminat tədbirinə dair ərizələrin təmin ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Əksinə, yuxarıda göstərilənləri nəzərə almaqla qanunverici, müvəqqəti təminat tədbirlərinin görülməsinə dair ərizələrin təmin edilməsini Mülki Prosessual Məcəllənin 157.1ci maddəsində “bilər” ifadəsini işlətməklə məhkəmənin səlahiyyətinə verir. Beləliklə, müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair ərizələrin zərurilik meyarı baxımından qiymətləndirilməsi ona imkan verir ki, belə tədbirlərin görülməsi ilə əlaqədar hər hansı əsaslandırma aparılmadan və ilkin sübut təqdim edilmədən verilən ərizələrin təmin edilməsi mümkün deyildir. Müvəqqəti təminat tədbirləri üçün görülən tədbirlərin məqsədi gələcəkdə məhkəmə qərarının icrasını qeyri-mümkün edə biləcək hər-hansı bir maneənin qarşısını almaqdır. Bu tədbirlərin görülməməsi mübahisənin mahiyyəti üzrə məhkəmə aktının icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər və ərizəçiyə ziyan vura bilər. Bundan başqa “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Həmin Qanunun 6.1.4-cü maddəsinə əsasən notariusun icra qeydləri icra sənədləri sayılır. İcra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə - icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır (17.1.4-cü maddə). “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrası üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir (21.7-ci maddə). İş materiallarından görünür ki, ərizəçi Ərizəçi Cavabdeh ASC-nin kredit borcu tələbi əsasında verilmiş notariusun icra qeydinin ləğv olunması, habelə X1 və Cavabdeh ASC-yə qarşı Müqavilənin etibarsızlığı tələbi ilə məhkəməyə iddia ərizəsi ilə müraciət edəcəyini bildirmişdir. Göründüyü kimi ərizəçi icra sənədini mübahisələndirir, hazırkı ərizəsi də müvafiq icra sənədi üzrə aparılan icra hərəkətlərinin dayandırılmasına yönəldilmişdir. Halbuki qanunverici “İcra haqqında” Qanunda icra məmurunun üzərinə icra icraatını dayandırmaq vəzifəsi qoyan (17-ci maddəsi) və icra məmuruna belə hüququ verən (18-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyriməcburi növlərə ayırır. İcra qanunvericiliyinə əsasən borclu tərəfindən müvafiq mübahisənin qaldırıldığı təqdirdə icra sənədi üzrə icraatın dayandırılması icra hərəkətlərini həyata keçirən icra məmurunun vəzifələrinə aid edilmişdir. Belə olan halda müəyyən edilir ki, məhkəmə, bu məsələyə müvəqqəti təminat tədbirinin tətbiqi vasitəsilə müdaxilə etmək səlahiyyətinə malik deyildir. Eyni zamanda “İcra haqqında” Qanunun 17.1.4-cü və 21.7-ci maddələrində, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydinə və ya onun verilməsinə əsas olan tələbə dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırıldığı təqdirdə belə müvafiq icra sənədlərinin icrası üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yolverilən olduğu müəyyən edilmişdir. “İpoteka haqqında” Qanunun 39.5-ci maddəsinin məzmunu da həmin maddələrə uyğunlaşdırılmışdır. Belə ki, göstərilən maddə ilə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə yalnız ipoteka saxlayanın razılığı ilə yol verildiyi; ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi üzrə icraatın dayandırılmasının “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimləndiyi müəyyən edilmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, hazırkı halda icra qeydinin ləğv edilməsi barədə mübahisənin mövcudluğu müvafiq icra sənədinin icrasının dayandırılması üçün əsas deyildir, ümumiyyətlə tətbiq edilməsi xahiş edilən tədbir iddiaçının istinad etdiyi prosessual institutun təyinatına, tətbiqi qaydasına ziddir. Hər bir halda bu cür tədbirin görülməsinə, yəni ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra qeydinin icrası üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Şikayətin dəlillərinə münasibətdə isə Məhkəmə Kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi qərardaddan verilmiş şikayətə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinin tələblərinə əsasən baxan zaman haqlı olaraq qeyd etmişdir ki, qərardadının heç bir yerində müvəqqəti təminat tədbirinin təmin edilməməsinin əsası kimi iddia ərizəsinin məhkəməyə təqdim edilməməsi və ya məhkəmə mübahisəsinin mövcud olmaması göstərilməmişdir. Məhkəmə onsuz da müvəqqəti təminat tədbirində qeyd olunan, iddiaçının müraciət edəcəyini bildirdiyi iddia tələbini nəzərə almış və mövqeyini də buna müvafiq olaraq bildirmişdir (##.##.2026-cı il tarixli qərardadın 7-ci abzası). İddiaçı şikayətində qərardadda qeyd olunan mövqeyə etirazını bildirmək və buna uyğun dəlillər gətirmək əvəzinə, qərardadda mövcud olmayan mövqenin əsassızlığına istinad edərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Bundan başqa Məhkəmə Kollegiyası qeyd etməyi zəruri qeyd edir ki, ərizəçinin istinad etdiyi prosessual institutun məqsədi məhkəmə mübahisəsinin mövcud olduğu hər bir halda icra sənədinin icrasını dayandırmaqdan ibarət deyildir. Həmin institutun tətbiqi zamanı mübahisənin predmeti, tələb olunan tədbirin mahiyyəti, onun hüquqi nəticələri və qanunvericilikdə həmin tədbirin tətbiqi üçün müəyyən edilmiş şərtlər nəzərə alınmalıdır. Hazırkı halda isə ərizəçinin tələb etdiyi tədbir faktiki olaraq mövcud icra sənədinin icrasına birbaşa müdaxilə etməklə onun icra edilməsinin müvəqqəti dayandırılmasına yönəlmişdir. İcra qeydinin ləğvi barədə mübahisənin özünün mövcudluğu isə belə nəticənin avtomatik yaranmasına səbəb olmur. Eyni zamanda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən ərizəçinin hüquqi müdafiə vasitələrindən istifadə etmək hüququ məhdudlaşdırılmamışdır. Ərizəçi icra qeydinin qanunsuz hesab edilməsi və ləğvi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət etmək və öz dəlillərini həmin icraat çərçivəsində irəli sürmək imkanına malikdir. Lakin belə mübahisənin qaldırılması, qanunda ayrıca əsas nəzərdə tutulmadığı halda, icra sənədinin icrasının dayandırılması nəticəsini öz-özünə yaratmır. Məhkəmə Kollegiyası ərizəçiyə qanunla nəzərdə tutulmuş bildirişlər təqdim edilməməsi, onların ərizəçiyə çatdırılmasını təsdiq edən hər hansı mötəbər sübut mövcud olmaması ilə bağlı dəlili ilə ələqadar qeyd edir ki, məhkəmə təcrübəsində ifadə olunan belə hüquqi mövqe yaranmamışdır. Bununla bağlı digər məhkəmə icraatında olan iş üzrə ərizəçinin istinad etdiyi qərarın mövcudluğu vahid məhkəmə təcrübəsi ilə müəyyən edilmiş hal kimi qiymətləndirilə bilməz. Beləliklə, birinci instansiya məhkəməsi ərizəçinin tələb etdiyi tədbirin prosessual institutun məqsəd və təyinatına uyğun olub-olmamasını, icra qeydinin icrasının dayandırılması üçün qanuni əsasların mövcudluğunu və ipoteka saxlayanın hüquqlarına təsir məsələsini düzgün qiymətləndirmişdir. Bu səbəbdən ərizəçinin şikayətində göstərdiyi dəlillər birinci instansiya məhkəməsinin gəldiyi nəticənin qanunsuz və ya əsassız olduğunu təsdiq etmir. Birinci instansiya məhkəməsinin ərizənin təmin edilməməsi barədə nəticəsi işin müəyyən edilmiş faktiki halları və tətbiq edilməli prosessual normaların tələbləri baxımından əsaslı olmuşdur. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDI: Ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-16(3-6)-629/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-629/2026
31.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver