Məhkəmə qərarları › İş №e-16(3-6)-630/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-630/2026

03.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-630/2026 03.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X4 məruzəsi ilə, X5 və X6 ibarət tərkibdə, İddiaçı Ərizəçi MMC tərəfindən verilmiş müvəqqəti təminat tədbiri barədə ərizə üzrə Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı Ərizəçi MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən e t d i: İddiaçı Ərizəçi MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti publik hüquqi şəxsi (əvvəlki “xxxx” ASC-nin Xətai rayon Sukanal İdarəsi) arasında bağlanmış ##.##.2022-ci il tarixli, ******** saylı su təhcizatı və tullantı sularının axıdılması xidmətlərinə dair müqavilənin şəraitin dəyişməsi əsası ilə ləğv edilməsi, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 1212-ci məhəllə, ev 15 (yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov küçəsi, bina 2) ünvanında yerləşən çoxmənzilli yaşayış və qeyri-yaşayış binasında quraşdırılmış 082417 abonent kodu altında olan sayğacların onun adından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı Ərizəçi MMC müvəqqəti təminat tədbirinin tətbiq edilməsi ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 1212-ci məhəllə, ev 15 (yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov küçəsi, bina 2) ünvanında yerləşən çoxmənzilli yaşayış və qeyriyaşayış binasında quraşdırılmış 082417 abonent kodu altında olan sayğaclar üzrə ona borcun hesablanmasının “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinə qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə rədd edilmişdir. İddiaçı Ərizəçi MMC qeyd edilən qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadının ləğv edilərək, müvəqqəti təmanat tədbiri ilə bağlı ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Qərardaddan şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə mübahisəli abonent kodu üzrə borcun hesablanmasının qadağan edilməsini xahiş edir. Halbuki, iddiaçının özünün də istinad etdiyi hallardan görünür ki, mübahisəli obyekt üzrə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin göstərilməsi davam edir. Belə olan halda, həmin xidmətlər üzrə istehlakın uçotunun aparılması və müvafiq hesablamaların həyata keçirilməsi zəruridir. Borcun hesablanmasının tam qadağan edilməsi faktiki istehlak edilmiş xidmətlərin uçotunun aparılmamasına, sonradan həmin xidmətlərin hansı şəxsə aid edilməsinin müəyyən edilməsinin çətinləşməsinə, eləcə də yeni hüquqi mübahisələrin yaranmasına səbəb ola bilər. Müvəqqəti təminat tədbiri mövcud hüquq münasibətlərinin normal gedişini dayandırmağa və ya xidmətlərin uçotu ilə bağlı prosesləri iflic etməyə yönələ bilməz. Hazırda ərizədə qeyd edilən tarixlərdən sonra binanın idarə edilməsi “X2” MMC-də olmadığından xidmət göstərilməsi ilə bağlı xidmət haqlarının yığılması da məhz binanın idarəetməsini həyata keçirən MMMC-nin səlahiyyətidir. Lakin hazırda xidmət haqlarını MMMC həyata keçirməsinə baxmayaraq, su təhcizatı və tullantı sularının axıdılması xidmətlərinə görə borc ərizəçiyə hesablanmaqda davam edir. Bu borcun ərizəçinin adına hesablanması dayandırılmalıdır. Digər məsələlərin tənzimlənməsi məhz maraqlı şəxsin vəzifəsidir ki, istəyər binanın idarə edilməsini həyata keçirən MMMC ilə müqavilə bağlayar (hansı ki bu maraqlı şəxsin vəzifəsidir), istəməzsə də heç kimə borc hesablamaz. Lakin hazırda məhz ərizəçiyə xidmət üzrə borc hesablanması qanunsuzdur və gələcəkdə iddialarının təmin ediləcəyi təqdirdə əlavə məhkəmə mübahisələrinin yaranmasına gətirib çıxaracaqdır. Ərizəçinin Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 1212-ci məhəllə, ev 15 (yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov küçəsi, bina 2) ünvanında yerləşən çoxmənzilli yaşayış və qeyriyaşayış binasının idarəetməsindən kənarlaşdırılması barədə iş üzrə qəbul edilən qətnamə və qərardadlar qanuni qüvvəsini almış və icra edilməsi üçün Xətai rayon İcra şöbəsinə göndərilmiş, ##.##.2025-ci il tarixli, ##.##.2025-ci il tarixli, ##.##.2026-cı il tarixli, ##.##.2026-cı il tarixli, ##.##.2026-cı il tarixli və ##.##.2026-cı il tarixli aktlara əsasən yaşayış və qeyri yaşayış binalarının idarə etməsi, binaya dair bütün sənədlər, açarlar və idarəetmə ilə bağlı digər aidiyyəti əmlak Bakı şəhəri Xətai Rayon Bələdiyyəsinə təhvil verilmiş, o da öz növbəsində binanın idarəetməsini maraqlı şəxs2 MMMC-yə vermişdir. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında məcburi olaraq “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti ünvan 1 ünvanında yerləşən yaşayış və qeyri yaşayış sahələrinin idarə edilməsindən kənarlaşdırılmışdır və bununla əlaqədar olaraq hazırda yaşayış sahəsinin sahə mülkiyyətçiləri və qeyri-yaşayış sahəsinin istifadəçilərinə hər hansı bir xidmət göstərmir, idarəetməni həyata keçirmir. Lakin buna baxmayaraq, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 1212-ci məhəllə, ev 15 (yeni qaydalarla: AZ 1025,Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov küçəsi, bina 2) ünvanında yerləşən çoxmənzilli yaşayış və qeyri-yaşayış binasında quraşdırılmış 082417 abonent kodlu sayğaclar hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adında qalmaqdadır. Hazırda maraqlı şəxslə bağlanmış müqavilənin ləğv edilməsi, abonent kodlarının ərizəçinin adından çıxarılması və hesablanmış borcun silinməsi barədə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Bu səbəbdən gələcəkdə iddia təmin ediləcəyi təqdirdə qətnamənin icrasını mümkün etmək və əlavə məhkəmə mübahisələrinin qarşısını almaq məqsədilə hazırki müvəqqəti təminat tədbiri barədə ərizə təmin edilməklə, yuxarıda sadalanan abonent kodları və sayğaclar üzrə borcun hesablanması müqavilənin ləğvi və digər tələblərə dair iddia baxılanadək qadağan edilməlidir. Lakin məhkəmə nə iddianın və müvəqqəti təminat tədbirinin mahiyyəti ilə maraqlanmamış, nə işin faktiki vəziyyətini öyrənməyə cəhd etmişdir. Bu isə nəticədə ərizəçinin hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarmışdır. Birinci instansiya məhkəməsi ərizəyə dərhal baxmış, lakin ərizəçinin hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxaran qərardad qəbul etmişdir. Belə ki, yuxarıda əsaslandırdığı kimi hazırki halda ərizəçinin üzərinə xidmət üzrə borcun hesablanması davam edəcəyi təqdirdə bu gələcəkdə əsassız hesablanmış borcun silinməsi barədə iddia verilməsinə, əlavə məhkəmə mübahisələrinə, ekspertizalar keçirilməsinə və nəticədə süründürməçiliyə gətirib çıxaracaqdır. Maraqlı şəxs tərəfindən ərizəçiyə ünvanlanmış məktubda borcun ödənmədiyi halda sayğacların addan çıxarılmayacağı bildirilmişdir. Bu belə nəticədə göstərir ki, maraqlı şəxsin mövqeyi hazırki iş üzrə xidmət haqqını xidmət göstərdiyi şəxsdən almaq deyil, məhz ərizəyə qanunsuz müdaxilələr etməkdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Faktiki hallar: - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı Həşimova İlahə Tahir qızı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 1212-ci məhəllə, ev 15 (yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov küçəsi, bina 2) ünvanında yerləşən çoxmənzilli yaşayış binasının idarə edilməsinə dair fəaliyyətinin qanunsuz hesab edilərək Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyətinin və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin həmin binanın idarəetməsindən kənarlaşdırılması, həmin binaya dair bütün sənədlərin, açarların və idarəetmə ilə bağlı digər aidiyyəti əmlakın Xətai rayonu Xətai Bələdiyyəsinə təhvil verilməsi, Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 1212ci məhəllə, ev 15 (yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov küçəsi, bina 2) ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 1B blokundakı liftə quraşdırılmış kart sistemi qurğusunun sökülməsi öhdəliyinin Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyətinə və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilməsi qət edilmişdir. - Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ### 2025 tarixli, *(***)-****/**** nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2024-cü il tarixli, 2(103)- ****/**** saylı qətnaməsi cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə münasibətdə iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmışdır. Belə ki, Mülki Prosessual Məcəllənin: 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.5-ci maddəsinə görə müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.6-cı maddəsinə əsasən müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Kollegiya mübahisəli qərardadda əriznin rədd edilməsinə əsas kimi istinad etdiyi aktiki hallara və həmin hallara verilmiş hüquqi qitmətlə razılaşır və əlavə olaraq qeyd edir ki, müvəqqəti təminat tədbirləri preventiv olaraq mübahisə həll edilənədək tərəflər arasında mövcud vəziyyəti qoruyub saxlamaq (status quo) və ərizəçinin hüquqlarının hər hansı formada məhdudlaşdırılmasının qarşısını almaq məqsədi daşıyır. Hazırkı halda isə abonent kodu üzrə borcun hesablanmasının qadağan edilməsi tərəflər arasındakı mövcud vəziyyətin qorunmasına deyil, əksinə, kommunal xidmətlər üzrə hesablanacaq borc öhdəliklərinin ərizəçiyə aid olmamasının əvvəlcədən müəyyən edilməsinə və bununla mövcud vəziyyətin tərəflərin birinin xeyrinə dəyişdirilməsinə yönəldilir. Bundan əlavə müvəqqəti təminat tədbirinin tətbiq edilməsi abonent kodu üzrə su təchizatı və çirkab sularının axıdılması xidmətindən istifadə davam etdiyi halda istehlak edilmiş xidmətlərin uçotunun aparılmamasına və son nəticədə maraqlı şəxsin hüquqlarının pozulmasına və onların gələcəkdə bərpa edilməsinin mümkün olmamasına səbəb olacaqdır. Odur ki, tələb olunan müvəqqəti təminat tədbiri status quo-nun qorunmasını təmin etmədiyindən, əksinə iddia tələbinin qabaqcadan həllinə yönəldiyindən onun tətbiqi üçün qanunda nəzərdə tutulmuş əsasların mövcud olduğu qənaətinə gəlmək mümkün deyildir. Odur ki, birinci instansiya məhkəməsi ərizənin rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Şikayət isə əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Ərizəçi Ərizəçi MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Hakimlər: Leyla Əliyeva Təranə Mahmudova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar