Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-634/2026 02.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X1 və X4 ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-**(*-**)-***/**** saylı qərardadından Ərizəçi MMCtərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Ərizəçi Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyəti müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, “TVM İNŞAAT” MMC-nin “xxxx” ASCnin “Port Baku” filialında və “xxxx” ASC-nin “Gənclik” filialında olan 978.882,99 manat məbləğində pul vəsaitinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-**(*-**)-***/**** saylı qərardadı ilə, Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyətinin müvəqqəti təminat tədbiri barədə ərizəsi rədd edilmişdir. Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyəti qeyd edilən qərardaddan ##.##.2026- cı il tarixdə şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin e-16(4-11)-932/2026 ##.##.2026cı il tarixli qərardadını ləğv edib ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurəti faktiki cəhətdən kifayət qədər əsaslandırılmışdır. Belə ki, məhkəməyə kifayət qədər sübutlar təqdim edilmişdir. TVM İnşaat MMC-nin iddiaçıdan aldığı malların müqabilində 957.927,00 manat (doqquz yüz əlli yeddi min doqquz yüz iyirmi yeddi manat) məbləğində borcunun olması təsdiqini tapır. Mövcud borc cavabdehdən dəfələrlə tələb edilsə də qalıq borc ödənilməmişdir. Cavabdeh mövcud borcu etiraf edir və bu barədə hər iki tərəfin imza və möhürlə təsdiq etdiyi üzləşmə aktı da məhkəməyə təqdim edilmişdir. Lakin görünən odur ki, cavabdeh borcu müqavilə ilə şərtləşdirilmiş qaydada ödəmək fikrində deyil və qəsdən borcun ödənilməsindən boyun qaçırır. Bu isə iddiaçıya kifayət qədər iqtisadi ziyan vurulması, ticarət fəaliyyətində ciddi çətinliklər yaranması ilə nəticələnir. Cavabdeh isə borcun ödənilməsi qəsdən yubadır, ödəməkdən imtina edir, borcu etitraf etsə də məhkəməyə iddia ilə müraciət etdiyimiz vaxtdan etibarən heç bir məbləğ ödəməməsi də onun ödənişi gələcəkdə də yubadacağını göstərir. Məhkəmənin hazırki qərarı da cavabdehin belə bir mövqeyinə rəvac verir. Verilmiş ərizə tamamilə əsaslı pul tələbinə dair iddia ərizəmizin gələcəkdə icrasının təmin edilməsinin asanlaşdırılmasına, hüquqlarımızın təmininə, cavabdehin borcu ödəməsindən başqa üsullarla yayınmasının qarşısının alınmasına yönəlmişdir. Məhkəmə ərizəni təmin etməməkdə haqlı olmamışdır. Hazırki vəziyyətdə iddiaçı hüquqları pozulan tərəf, cavabdeh isə hüquqlardan sui istifadə edərək iddiaçıya külli miqdarda ziyan vuran tərəfdir. Lakin məhkəmənin qərardadı hüquqları pozulan tərəfin deyil hüquqları pozan tərəfin müdafiəsinə xidmət etmişdir və bu baxımdan qərardad həm qanunsuz, həm də ədalətsiz olmuşdur. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını şikayətin dəlilləri üzrə tədqiq edib belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir, şikayət təmin olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.5, 157.5.1 və 157.5.2-ci maddələrinə görə müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Həmin Məcəllənin 158.1-ci maddəsinə görə aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək (158.1.2); mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək (158.1.3). Qanunun mənasına görə cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə müvəqqəti təminat tədbirləri tətbiq edilir. Həmçinin müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə 2 hal əsaslandırılmalıdır: 1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Prosessual qanunvericiliyin qeyd olunan tələblərini və işin hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, müvəqqəti təminat tədbiri barədə ərizə qismən təmin edilməlidir. Ərizəyə əlavə olunan sənədlərdən görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-*- *(*-**)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə Ərizəçi MMC-nin cavabdeh “TVM İnşaat” MMCyə qarşı “pul” tələbi barədə iddiası icraata qəbul edilmişdir. İddia ərizəsinin məzmunundan görünür ki, cavabdeh “TVM İNŞAAT” MMC-dən 957.927,00 manat (doqquz yüz əli yeddi min doqquz yüz iyirmi yeddi manat) əsas borcun, müqavilə şərtlərinə əsasən hesablanan 18.431,17 manat (on səkkiz min dörd yüz otuz bir manat 17 qəpik) cərimənin, Mülki Məcələnin 445.7-ci maddəsinə əsasən hesablanmalı olan 2.524,82 manat (iki min beş yüz iyirmi dörd manat 82 qəpik) faiz borcunun, cəmi 978.882,99 manat (doqquz yüz yetmiş səkkiz min səkkiz yüz səksən iki manat 99 qəpik) pulun və ödənilmiş 1268 (min iki yüz altmış səkkiz) manat dövlət rüsumunun alınaraq Ərizəçi MMCnin xeyrinə tutulmasını xahiş etmişdir. Həmin kommersiya mübahisəsi hazırda birinci instansiya məhkəməsinin icraatındadır. Kollegiya hesab edir ki, ərizəçi tərəfindən Mülki Prosessual Məcəllənin 157.5.2-ci maddəsinə riayət olunmuş və ərizəyə iddia tələbinin kifayət qədər əsaslığına dair ilkin sübutlar (elektron qaimə-fakturalar, qiymət razılaşmalarına dair müqaviləyə əlavələr və ##.##.2026-cı il tarixli üzləşmə aktına əsasən “TVM İnşaat” MMC-nin direktoru X2 aralaırnda bağlanmış ##.##.2023-cü il tarixli ** saylı müqaviləyə əsasən ##.##.2025-##.##.2026-cı il tarixli aralıqda olan əməliyyatlar nəticəsində qoluq borcu 969114,13 AZN olduğunu təsdiq etmişdir. ) əlavə edilmişdir. Hazırda məhkəmə kollegiyası qeyd edir ki, mövcud vəziyyətin dəyişəcəyi -cavabdehin balansında və ya bank hesablarında kifayət edən digər əmlakların və pul vəsaitinin olmasına dair heç bir məlumatın olmamasından məhkəmə mübahisəsi yekunlaşanadək artıq ödəmə qabiliyyətinə malik olmayacağı halda qətnamənin icrası qeyri-mümkün olacaq. Ərizəçi tərəfindən prosessual qanunvericiliyin qeyd olunan tələblərinə riayət edildiyini və işin hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, müvəqqəti təminat tədbiri barədə ərizə qismən əsaslı hesab edilməli və “TVM İnşaat” MMC-ə məxsus bank hesabında olan pul vəsaitlərinin üzərinə əmək haqqları və məcburi dövlət ödənişlərinin (vergi, sosial və s.) ödənilməsinə məhdudiyyət qoyulmadan iddia tələbi həcmində 957.927,00 manat həbs qoyulmalıdır. Qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və yuxarıda qeyd olunanlara əsasən ərizə iddia tələbi həcmində təmin edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Ərizəçi Ərizəçi MMC tərəfindən verilmiş şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı ləğv edilsin. Cavabdeh “TVM İnşaat” MMC -yə məxsus bank hesabında olan pul vəsaitlərinin üzərinə əmək haqqları və məcburi dövlət ödənişlərinin (vergi, sosial və s.) ödənilməsinə məhdudiyyət qoyulmadan (yaradılmadan) 957.927,00 manat həcmində həbs qoyulsun. Qərardadın icrası Bakı şəhəri Qaradağ rayon İcra İdarəsinə həvalə edilsin. Qərardad dərhal icra edilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-16(3-6)-634/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-634/2026
02.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver