Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-635/2026 02.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI müvəqqəti təminat tədbirinin görülməsinə dair ərizəçi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ərizəsi üzrə (Açar sözlər: müvəqqəti təminat tədbiri, mütənasiblik prinsipi, iddia tələbinin əsaslılığına dair ilkin sübutlar) Hakimlər X6 (sədrlik edən və məruzəçi), X2 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadından “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə # ######## 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: Birinci instansiya məhkəməsindəki icraat və qəbul olunmuş məhkəmə akt(lar)ı
1. Ərizəçi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- ****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsinin icrasının təmin edilməsinin mümkün olması məqsədilə müvəqqəti təminat tədbiri olaraq cavabdeh Cavabdeh QSC-nin “Bank: X4 Xidmətləri Məhkəzi, Bakı şəhəri, VÖEN: **********; Kod: 507699; SWIFT: AZRTAZ22XXX; M/h: AZ02NABZN; H/h: AZ85AZRT40030019440259522001” bank hesabının üzərinə məhkəmə qətnaməsi ilə tutulması qət edilmiş 333213,33 (üç yüz otuz üç min iki yüz on üç manat 33 qəpik) manat məbləği həddində həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-**(*-**)-***/**** saylı qərardadı ilə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin müvəqqəti təminat tədbiri barədə ərizəsi rədd edilmişdir.
3. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti qeyd edilən qərardaddan ##.##.2026-cı il tarixdə şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)- ***/**** saylı qərardadının ləğv edilib, müvəqqəti təminat tədbirinə dair ərizənin təmin edilməsini xahiş etmişdir.
4. Şikayət onunla əsaslandırılmışdır ki, kommersiya işi üzrə hazırlaq və məhkəmə iclaslarında cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə verilmiş izahatlardan görünür ki, cavabdeh bağlanmış müqavilələr üzrə iddiaçıya hər hansı borcunun olmadığını, bu səbəbdən də iddiaçıya hər hansı məbləğdə vəsait ödəməyəcəklərini bildirmişdir. Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** saylı,##.##.2026-cı il tarixli qərardadı ilə müvəqqəti təminat tədbiri olaraq cavabdeh Cavabdeh QSC-nin adına qeydiyyatda olan ** JZ *** dövlət qeydiyyat nişanlı «X3» markalı xüsusi təyinatlı yük avtomobilinin, ** AK *** dövlət qeydiyyat nişanlı «Mitsubishi L200» markalıminik avtomobilinin, ** AC *** dövlət qeydiyyat nişanlı «Land RoverDiscovery» markalı minik avtomobilinin və ** AL *** dövlət qeydiyyat nişanlı «Mitsubishi L200» markalıminik avtomobilinin özgəninkiləşdirilməsi qadağan edilmişdir. Lakin özgəninkiləşdirilməsi qadağan edilmiş qeyd edilən nəqliyyat vasitələrinin toplam dəyəri cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan borcun yalnız yarı hissəsini ödəməyə yetər. Cavabdehin iddiaçı ilə bağlanmış müqavilələr üzrə yaranmış külli miqdarda borcunu ödəməməsi, ödəməkdən qərəzli olaraq yayınması onun iqtisadi imkana malik olub-olmamasından asılı deyildir. Cavabdeh həmin borcu ödəməkdən qərəzli olaraq yayınır, hətta məhkəmədə belə bir borcunun olduğunu təkzib etmişdir. Bu isə o deməyə əsas verir ki, cavabdeh indi olduğu kimi, gələcəkdə də borcunu ödəməkdən yayınacaqdır. Yayınma isə müxtəlif üsullarla, o cümlədən bank hesablarındakı vəsaiti başqa hesablara köçürməklə, həmin bank hesbından istifadə etməməklə və sair kimi hərəktlərdə təzahür edə bilər. Məhz cavabdehin qətnamənin icrasından yayınmaq üçün edə biləcəyi bu kimi hərəkətlərin qarşısının alınması üçün onun bank hesablarına iddia tələbi həddində həbs qoyulmasına ehtiyac vardır.
5. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Apellyasiya şikayətinə etiraz
6. Cavabdeh Cavabdeh QSC şikayətə qarşı yazılı etiraz təqdim edərək Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e**(*-**)-***/**** saylı qərardadının qanuni və əsaslı olduğunu bildirmiş və Ərizəçi MMC-nin verdiyi apellyasiya şikayətinin təmin edilməməsi, həmin qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
7. Maddə 157.1. Maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər.
8. Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir.
9. Maddə 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu.
10. Maddə 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.
11. Maddə 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir.
12. Maddə 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1. cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; 158.1.4. əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; 158.1.5. borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; 158.1.6. icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq.
13. Maddə 158.2. Məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər.
14. Maddə 158.3-cü maddəsinə görə əmlak üzərinə həbs qoyulması aşağıdakı ardıcıllıqla həyata keçirilir: 158.3.1. birinci növbədə — cavabdehin və ya arbitraj mübahisəsi tərəfinin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə; 158.3.2. ikinci növbədə — hazır məhsul (əmtəə), habelə bilavasitə istehsalatda istifadə edilməyən və istifadəsi nəzərdə tutulmayan maddi sərvətlər; 158.3.3. üçüncü növbədə — daşınmaz əmlak obyektləri, habelə xammal və materiallar, dəzgahlar, avadanlıqlar, bilavasitə istehsalatda istifadəsi nəzərdə tutulan digər əsas vəsaitlər; 158.3.4. dördüncü növbədə — başqa şəxslərə verilmiş əmlak.
15. Maddə 158.4. Cavabdehin və ya arbitraj mübahisəsi tərəfinin əmlakı iddia tələbi həddində siyahıya alınır.
16. Maddə 264.0.5. Ayrıca akt şəklində qəbul edilən qərardadda məhkəmənin gəldiyi nəticələrin səbəbləri və məhkəmənin rəhbər tutduğu qanunlara istinad edilməsi göstərilməlidir.
17. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
Apellyasiya baxışının həddi
18. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
Işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
19. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və ərizə təmin edilməlidir.
20. Qanunun mənasına görə müvəqqəti təminat tədbirləri, cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilən prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə müvəqqəti təminat tədbiri institutu, iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır.
21. Qanunverici tələb edir ki, müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair ərizə, mövcud vəziyyətin dəyişəcəyi halda ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi təhlükəsinin mövcud olduğuna dair dəlillər göstərilməklə, bu təhlükənin nələrdə ifadə olunduğu və ya oluna biləcəyi halları ilə əlaqələndirilib əsaslandırılmalıdır.
22. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 164-cü maddəsinin tətbiqi ilə bağlı S.Kazımlının şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2023-cü il tarixli Qərarında qeyd etmişdir ki, müvəqqəti təminat tədbiri üç əsas meyara cavab verməlidir: - bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; - bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; - tətbiq olunan tədbirlər verilmiş əsas iddia tələblərinə mütənasib olmalıdır. Məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Bundan əlavə məhkəmə irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, gələcəkdə iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin tətbiq olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 2018-ci il ## #### tarixli Qərar).
23. Həmçinin qeyd olunmalıdır ki, müvəqqəti təminat tədbirləri tətbiq edilərkən ümumi hüquqi prinsip kimi mütənasiblik prinsipinin tələbləri də nəzərə alınmalıdır. MPM-in 157.6-cı maddəsindəki yeni tənzimləmələr tələb edir ki, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Bu yeni tənzimləmələr ona işarə edir ki, hətta digər əsaslara görə müvəqqəti təminat tədbirlərinin tətbiqi mümkün olsa belə, mütənasiblik prinsipi baxımından yol verilən hesab edilməyə bilər. Ona görə də, məhkəmələr belə ərizələr üzrə müvəqqəti təminat tədbirinin hansı növünün tətbiqi ilə bağlı seçim edərkən həmişə mütənasiblik prinsipinin tələblərini nəzərə almaqla qiymətləndirmə aparmalıdırlar. Mütənasiblik prinsipinə görə isə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüququ və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Bununla bağlı olaraq onu da nəzərə almaq lazımdır ki, "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2018-ci il ## #### tarixli qərarında da mütənasiblik prinsipinə xüsusi vurğu edilməklə belə bir hüquqi mövqe ifadə olunmuşdur ki, tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır və buna görə də, məhkəmələr belə ərizələrə baxarkən tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını yoxlamalı və müvafiq meyarlara istinadla qiymətləndirməlidirlər.
24. Iş materiallarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)- ****/**** saylı, ## #### 2026-cı il tarixli qətnaməsi ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddiası qismən təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə əsas borc, əsas borca hesablanmış faiz, hüquqi yardımla əlaqədar çəkilmiş xərcin və dövlət rüsumunun əvəzi tutulmuşdur. Həmin qətnamədən apellyasiya şikayəti verildiyindən qətnamə hazırda qanuni qüvvəyə minməmişdir.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir.
26. Qeyd edilməlidir ki, müvəqqəti təminat tədbirinin tətbiqi üçün qanunla cavabdehin mütləq olaraq ödəmə qabiliyyətsiz olması, müflis vəziyyətdə olması və ya onun sərəncamında qətnamənin icrasını təmin edə biləcək əmlak və pul vəsaitlərinin olmamasının sübuta yetirilməsi tələb olunmur. Bu tədbirin tətbiqi üçün əsas olan məsələ mövcud vəziyyətin dəyişməsi nəticəsində gələcəkdə ərizəçinin hüquqlarının müdafiəsinin mümkünsüzləşməsi və ya əhəmiyyətli dərəcədə çətinləşməsi təhlükəsinin real və ağlabatan ehtimalının müəyyən edilməsidir.
27. Belə ki, iş üzrə artıq qətnamənin qəbul edilməsi ilə iddiaçının irəli sürdüyü pul tələbinin əsaslılığı məhkəmə tərəfindən araşdırılmış və iddia qismən təmin edilmişdir. Qətnamə qanuni qüvvəyə minməsə də, bu hal iddiaçının tələbinin sırf ehtimal xarakterli olduğunu aradan qaldıran və onun mövqeyinin məhkəmə aktı ilə müəyyən həddə təsdiq edildiyini göstərən mühüm prosessual haldır. Bu səbəbdən müvəqqəti təminat tədbirinin tətbiqi məsələsi yalnız ilkin iddia tələbinin mövcudluğu müstəvisində deyil, artıq həmin tələb üzrə qəbul edilmiş qətnamənin mövcudluğu və həmin qətnamənin icrasının gələcəkdə təmin olunması zərurəti nəzərə alınmaqla qiymətləndirilməlidir.
28. Birinci instansiya məhkəməsi ərizəni rədd edərkən əsasən cavabdehin sahibkarlıq subyekti olmasını, onun qətnamənin icrasını təmin etməyə yetəcək qədər pul vəsaitlərinə və əmlaka malik olmamasının iş materialları ilə təsdiq edilməməsini və ərizəçinin də cavabdehin belə iqtisadi imkana malik olmadığını irəli sürməməsini əsas götürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, bu yanaşma müvəqqəti təminat tədbirinin tətbiqi üçün qanunla müəyyən edilmiş meyarın məzmununa uyğun deyildir.
29. Çünki müvəqqəti təminat tədbirinin məqsədi cavabdehin ödəmə qabiliyyətsizliyini əvvəlcədən müəyyən etmək deyil, mövcud vəziyyətin dəyişdirilməsi nəticəsində gələcəkdə məhkəmə aktının icrasının mümkün olmaması və ya əhəmiyyətli dərəcədə çətinləşməsi riskinin qarşısını almaqdır. Əks yanaşma müvəqqəti təminat tədbirinin mahiyyətinə uyğun olmayaraq, belə tədbirin yalnız artıq icranın faktiki olaraq mümkünsüzləşdiyi hallarda tətbiq edilməsinə gətirib çıxara bilər.
30. Həmçinin nəzərə alınmalıdır ki, ərizəçinin tələb etdiyi tədbir cavabdehin bank hesabına məhkəmə qətnaməsi ilə tutulması qət edilmiş məbləğ həddində həbs qoyulmasından ibarətdir. Bu tədbir mahiyyət etibarilə cavabdehin bütün əmlakına və ya bütün pul vəsaitlərinə qeyri-məhdud müdaxiləni nəzərdə tutmur, yalnız mübahisə üzrə məhkəmə tərəfindən tutulması qət edilmiş məbləğlə məhdudlaşır. Beləliklə, tədbirlə təmin olunması istənilən tələb arasında birbaşa əlaqə mövcuddur və tədbirin məbləğ baxımından tələblə mütənasibliyi təmin olunur.
31. Beləliklə, birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbirinin tətbiqi üçün əhəmiyyət kəsb edən yuxarıda göstərilən halları lazımi qaydada qiymətləndirməmiş, xüsusilə iş üzrə artıq qətnamənin qəbul edilməsi ilə əlaqədar yaranmış prosessual vəziyyəti nəzərə almamışdır.
32. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı ləğv edilməklə, ərizəçinin müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsi təmin edilməlidir.
33. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı:
Ərizəçi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı ləğv edilsin. Ərizəçi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş ərizə təmin edilsin. Cavabdeh Cavabdeh QSC-nin “Bank: X4 Xidmətləri Məhkəzi, Bakı şəhəri, VÖEN: **********; Kod: 507699; SWIFT: AZRTAZ22XXX; M/h: AZ02NABZN; H/h: AZ85AZRT40030019440259522001” bank hesabının üzərinə (işçilərin əmək haqları və məcburi dövlət ödənişlərinin (vergi, sosial və s.) ödənilməsinə məhdudiyyət qoyulmadan) məhkəmə qətnaməsi ilə tutulması qət edilmiş 333213,33 (üç yüz otuz üç min iki yüz on üç manat otuz üç qəpik) manat məbləği həddində həbs qoyulsun. Qərardad dərhal icra edilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.