Məhkəmə qərarları › İş №e-16(3-6)-639/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-639/2026

02.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-639/2026 02.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, Ərizəçi Ərizəçi MMC tərəfindən verilmiş müvəqqəti təminat tədbiri barədə ərizə üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadından cavabdeh Cavabdeh İstehsalat Birliyi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Ərizəçi MMC cavabdeh Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış pulun silinməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən Ərizəçi QSC-yə əsassız hesablanmış 407153,82 manat məbləğində ümumi borcun 184406,71 manat hissəsinin *************** nömrəli abonent hesabından silinməsi, həmin borcdan ödənilmiş 222747,11 manat hissəsinin isə *************** nömrəli abonent hesabına geri qaytarılması və dövlət rüsumuna görə ödənilmiş 698 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırda e-*-*(*-**)-****/**** saylı iş Bakı Kommersiya Məhkəməsinin icraatındadır (hakim Ülkər Həsənova). Ərizəçi Ərizəçi MMC müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə məhkəmədə baxılıb qurtarana qədər Xəzər rayonu, Dübəndi qəsəbəsi ünvanda yerləşən, *************** saylı abonent kodu olan Ərizəçi QSC-yə təbii qazın verilməsinin dayandırılmasının maraqlı şəxs Cavabdeh İstehsalat Birliyinə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadı ilə ərizə təmin edilərək iddiaçı Ərizəçi MMC-nin cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alana qədər ərizəçi Ərizəçi MMC-yə (Vöen: **********) hesablanmış 407153,82 manat məbləğində mübahisəli borca münasibətdə Bakı şəhəri, Xəzər rayonu, Dübəndi qəsəbəsi ünvanında yerləşən, *************** saylı abonent kodu olan qeyri-yaşayış sahəsinə təbii qazın verilişinin dayandırılması maraqlı şəxs Cavabdeh İstehsalat Birliyinə qadağan edilərək, qərardadın dərhal icra edilməsi qərara alınmışdır. Hazırda cavabdeh sözügedən qərardaddan şikayət verib Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadının ləğv edilməsini, ərizənin rədd olunması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı Ərizəçi MMC cavabdeh Cavabdeh İByə qarşı “əsassız hesablanmış pulun silinməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən Ərizəçi QSC-yə əsassız hesablanmış 407153,82 manat məbləğində ümumi borcun 184406,71 manat hissəsinin *************** nömrəli abonent hesabından silinməsi, həmin borcdan ödənilmiş 222747,11 manat hissəsinin isə *************** nömrəli abonent hesabına geri qaytarılması və dövlət rüsumuna görə ödənilmiş 698 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, ərizəçi Ərizəçi MMC müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə məhkəmədə baxılıb qurtarana qədər Xəzər rayonu, Dübəndi qəsəbəsi ünvanda yerləşən, *************** saylı abonent kodu olan Ərizəçi QSCyə təbii qazın verilməsinin dayandırılmasının maraqlı şəxs Cavabdeh İstehsalat Birliyinə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-16(4-11)-913/2026saylı ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilərək iddiaçı Ərizəçi MMC-nin cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alana qədər ərizəçi Ərizəçi MMC-yə (VÖEN1: 502251531) hesablanmış 407153,82 manat məbləğində mübahisəli borca münasibətdə Bakı şəhəri, Xəzər rayonu, Dübəndi qəsəbəsi ünvanında yerləşən, *************** saylı abonent kodu olan qeyriyaşayış sahəsinə təbii qazın verilişinin dayandırılması maraqlı şəxs Cavabdeh İstehsalat Birliyinə qadağan edilməsi qərara alınmışdır. Hesab edirik ki, məhkəmənin qeyd olunan qərardadı əsassızdır, maddi və prossesual hüquq normalarının tələblərinə ziddir və ləğv edilməlidir. ARNK-nin ##.##.2026-cı il tarixli, *** saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 7.2- ci bəndi. Bu Qaydaların 7.16-cı, 7.17-ci, 7.20-ci, 7.22-ci və 7.23-cü bəndləri. Həmin qaydaların bəndlərinə nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru istehlakçıya verdiyi qazın həcmini yalnız sayğacın göstəricilərinə əsasən müəyyən etməli və sabit tarif barədə istehlakçıya hər ay bildiriş, habelə Qanunun 16.3-cü maddəsinə uyğun olaraq qaz satıcısı ilə bağlanılmış müqavilədə nəzərdə tutulduğu halda istehlakçının istifadə etdiyi qazın dəyərini tam hesablayaraq növbəti təqvim ayının 10-dək qaz satıcısının adından hesab təqdim etməlidir (göndərməlidir) Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyətinin (abonent kodu:100312501600000) hal-hazırda 184879,63 manat debitor borcu mövcuddur. Abonent saldosundan göründüyü kimi sözügedən borc ödənilməmiş qalmışdır. Bu hal özlüyündə istehlakçı tərəfindən məhkəmə müdafiəsindən sui-istifadə edərək dəyərini ödəmədən təbii qazdan istifadə etmək niyyətini aydın bildirir. İstehlakçı tərəfindən ödənişlərin həyata keçirilməməsi səbəbindən təbii qazın verilişinin dayandırılması “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanuna və digər normativ aktlara tam uyğun şəkildə həyata keçirilmişdir. Belə şəraitdə iddiaçının mübahisəli tələbinin qorunmasına xidmət edən təminat tədbiri qanunsuz və əsassızdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olubolmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Göründüyü kimi, məhkəmə ərizəçinin formal əsaslandırmalı ərizəsi əsasında, orada göstərilən dəlillərin həqiqətə uyğun olubolmadığını yoxlamadan cavabdeh Cavabdeh İstehsalat Birliyinin qanuni mənafeyini pozan qərardad qəbul etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, cavabdehin hərəkətləri nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə hazırkı müvəqqəti təminat tədbiri tətbiq edilməli, iddiaçıya məxsus Xəzər rayonu, Dübəndi qəsəbəsi ünvanında yerləşən, *************** saylı abonent kodu olan qeyri-yaşayış sahəsinə təbii qazın verilməsinin dayandırılması maraqlı şəxs Cavabdeh İstehsalat Birliyinə qadağan edilməlidir. Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.3-ci maddəsinə görə müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. 157.5-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəyə dərhal, şifahi məhkəmə baxışı keçirilmədən, dispozitivlik prinsipi rəhbər tutulmaqla yalnız ərizəçinin təqdim etdiyi sübutlar və ərizəçinin tələb və ya xahişi həddində baxılır. Odur ki, ərizədə göstərilən xüsusatların araşdırılması üçün məhkəmənin zaman baxımından imkanı yoxdur. Həmçinin, qeyd olunan xüsusatların məhkəmə tərəfindən araşdırılması məhkəmənin arbitr rolunun pozulması ilə mülki prosessual qanunvericiliyin prinsiplərinin kobud şəkildə pozulması ilə nəticələnər. Həmçinin, müvəqqəti təminat tədbiri mülki hüquq münasibətlərinin subyektlərinin qanuni maraq və mənafelərinin operativ, effektiv qorunması məqsədilə istisna hallarda tətbiq edilir. Subyektlərin iddia tələbi və şikayətləri üzrə yekun məhkəmə aktları qəbul edilməklə mübahisəyə hüquqi qiymət verilir. Müvəqqəti təminat tədbiri tətbiq edilərkən zərurilik, operativlik və ağlabatanlıq prinsipləri rəhbər götürülməli, mülki hüquq münasibətlərinin digər subyektlərinin hüquqları əsassız məhdudiyyətlərə məruz qalmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” ## #### 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Plenum qərarında həmçinin qeyd olunmuşdur ki, məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olubolmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. MPM-in 157.6-cı maddəsinə görə isə müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə, müvəqqəti təminat tədbirini preventiv tədbir kimi qiymətləndirərməklə mübahisənin həll olunanadək mövcud vəziyyətin qorunub saxlanacağı qənaətinə gəlməkdə haqlı olmuş, cavabdehin hərəkətləri nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə müvəqqəti təminat tədbiri düzgün olaraq tətbiq etmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, müvəqqəti təminat tədbiri barədə ərizənin təmin edilməsi barədə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Ona görə də şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-16(4-11)-913/2026 saylqərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-159, 163, 263-264, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh İstehsalat Birliyi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-16(4-11)-913/2026 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar