Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-644/2026 01.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Qafarova Rəna Nazim qızı və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri Ilham qızının katibliyi ilə, Ərizəçi Ərizəçi tərəfindən verilmiş “müvəqqəti təminat tədbirinin tətbiqi” tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadından ərizəçi tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı “əmlakların özgənin qanunsuz sahibliyindən geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Maraqlı şəxs istifadəsində olan 2009-cu il buraxılışlı, "X1" minik markalı ** XS *** dövlət qeydiyyat nişanlı, KMHSH81VP9U483273 ban nömrəli, gümüşü metallik rəngli avtomobili və 2008-ci il buraxılışlı, "Ford Transıt" yük markalı ** HE *** dövlət qeydiyyat nişanlı, WF0XXXBDFX8A81280 ban nömrəli, gümüşü metallik rəngli nəqliyyat vasitəsinin və ödənilmiş 100 manat dövlət rüsumunun, Maraqlı şəxs istifadəsində olan Bakı şəhəri, Xətai rayonu, Maşın bazarı, giriş 3-də yerləşən * saylı "Filter" (Emin və Eldar) və Sumqayıt şəhəri, Maşın bazarında yerləşən "Filter" (Emin və Eldar) adlı mağazalarının və mağazadakı bütün ehtiyat hissələrinin (malların) alınaraq Ərizəçi qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Ərizəçi vəkili və nümayəndəsi Vəkil müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs istifadəsində olan 2009-cu il buraxılışlı, "X2" minilmarkalı ** XS *** dövlət qeydiyyat nişanlı, KMHSH81VP9U483273 ban nömrəli, gümüşü metallik rəngli avtomobili və 2008-ci il buraxılışlı, "Ford Transıt" yük narkalı ** HE *** dövlət qeydiyyat nişanlı, WF0XXXBDFX8A81280 ban nömrəli, gümüşü metallik rəngli nəqliyyat vasitəsinin nüvəqqəti təminat tədbiri kimi mühafizə olunan Azərbaycan Respublikası Dövlət Yol Polisinin cərimə meydançasında saxlanılması, habelə avtomobildən istifadə edilməsinin cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi, Maraqlı şəxs istifadəsində olan Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində, Koroğlu dairəsindən solda yerləşən anbarın istifadəsinə qadağa qoyularaq möhürlənməsi, anbarın içindəki bütün əmlakların siyahıya alınaraq üzərinə həbs qoyulması, anbardakı mövcud malların anbardan çıxarılması, daşınması, cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi, Maraqlı şəxs istifadəsində olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Maşın bazarı, 2-ci sıra, giriş 3-də yerləşən “Filter” (Emin və Eldar) adlı mağazanın istifadəsinə qadağa qoyularaq möhürlənməsi, cavabdehin ora girişinin qadağan edilməsi və mağazadakı bütün avadanlıqların (malların) üzərinə müvəqqəti təminat tədbiri kimi həbs qoyulması, mağazanın içindəki bütün əmlakların siyahıya alınması, mövcud malların mağaza ərazisindən çıxarılması, daşınması, cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi Ərizəçi ##.##.2008-ci il tarixdə X4 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Həyat yoldaşı X4 vergi orqanlarında vergi ödəyicisi kimi qeydiyyata alınmış (VÖEN: **********), xarici ölkələrdən avtomobil ehtiyat hissələrinin idxalı ilə məşğul olmuş və 22 illik fəaliyyəti dövründə vergi öhdəliklərini vaxtında lazımınca yerinə yetirmişdir. Birgə nikah dövründə əldə olunmuş əmlaklar ər -arvadın birgə mülkiyyəti hesab edilir. Bu dövrdə əldə edilən bütün vəsaitin hamısı biznes məqsədinə yönəldilmişdir. Bağlanmış müqavilə əsasında Çin Respublikasından malların Bakıya gətirilərək burada digər ticarətlə məşğul olmaq üçün müəyyən müddət keçdikdən sonra illərlə davam edən bu ticarətdən bizneslə əlaqədar olaraq son illərdə yoldaşı X4 xəstələnərək yatağa düşmüş, həm Bakı şəhərində, həm də Türkiyə Respublikasında çoxsaylı müalicələr almışdır. Müalicə dövründə ailə biznesləri qaynatası Maraqlı şəxs tərəfindən idarə olunurdu. Bu müddət ərzində yoldaşının xəstəliyi daha da irəliləmiş, atası bu vəziyyətdən istifadə edərək xarici ölkələrdən Mahmudov Eldarın adına sifariş edilmiş avtomobil ehtiyat hissələrinin, avadanlıqların yoldaşının adına gələn bütün mallar cavabdeh tərəfindən qəbul edilmiş, oğlunun adından elektron bəyannamələri təsdiqləmiş, malları istifadələrində olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Maşın bazarı, 2-ci sıra, giriş 3-də yerləşən * saylı və Sumqayıt şəhəri, Maşın bazarında yerləşən FILTER (Emin və Eldar) adlı mağazalara, Bakı şəhəri Nizami rayonu, Mikayıl Əliyev küçəsində, Koroğlu dairəsindən solda yerləşən anbara yığılmış və oradan birbaşa satışa çıxarılmışdır. Maraqlı şəxs ## ###### 2019-cu ildə “xxxx” kiçik müəssisəsi ilə icarə müqaviləsi bağlamasına baxmayaraq avtomobillər üçün hissələrin, qovşaqların və ləvazimatların realizasiyası, satışı istifadəmizdə olan mağazalardan olmuşdur. Mağaza icarəyə götürülsə də, formal xarakter daşıyıb. Cavabdeh idxal olunan malların satışından gəlir əldə edərək həmin gəlirləri şəxsi mənafeyi naminə istifadə etmişdir. Hazırki vaxta qədər yoldaşının adına sifariş edilərək “Kafqaz” karqo vasitəsilə ölkəyə daxil olan və gömrükdə qeydiyyatdan keçən bütün mallar yuxarıda adı qeyd edilən mağazalarda və anbarda saxlanılır. Qeyd edir ki, həyat yoldaşı X4 ## ######## 2025-ci il tarixdə mülki etibarnamə əsasında bütün əmlakını idarə etməyi, bütün əmlakı üzərində sərəncam verməyi, lazım gələrsə özəlləşdirməyi, yüklülüyə dair arayış aldıqdan sonra onun üzərində sərəncam verməyi, buna dair bütün hallarda öz mülahizəsinə görə şərtlər müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri bağalamağı, adıma əmlak özəlləşdrməyi, satmağı, bağışlamağı, icarə kirayə verməyi, hədiyyə etməyi və s hərəkətləri etməyi ərizəçiyə etibar etmişdir. ##.##.2025-ci il tarixdə həyat yoldaşı X4 baş beynin dəqiqləşdirilməmiş lokalizasiyalı bədxassəli yenitörəməsi diaqnozu ilə xəstəliyi səbəbindən Bakı şəhərində vəfat etmişdir. Mərhumun vəfatından sonra atası Maraqlı şəxs gəlini Ərizəçi və azyaşlı nəvələrinə qarşı fiziki və psixoloji zorakılıq tətbiq edərək mərhuma (oğluna) məxsus ASAN Imzanı (051-623-96-06) zorla ələ keçirmiş və hazırkı vaxtadək qanunsuz şəkildə istifadə etməkdədir. Belə ki, Maraqlı şəxs oğlunun vəfatından sonra da gəlininə və uşaqlarına heç bir maddi yardım göstərməmiş, uzun illər istifadələrində olan mağazalardan əldə edilən mənfəətdən onların payına düşən hissəni onlara verməmişdir. Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Maşın bazarı, 2-ci sıra, giriş 3-də yerləşən * saylı və Sumqayıt şəhəri, Maşın bazarında yerləşən FILTER (Emin və Eldar) adlı mağazalar icarə əsasında uzun müddət X4 tərəfindən istifadə olunub. Mağazanın anbarı Bakı şəhəri Nizami rayonu, Mikayıl Əliyev küçəsində, Koroğlu dairəsindən solda yerləşir. Cavabdeh eyni zamanda mağazada olan malları və xarici ölkələrdən sifarişlə gətirilmiş avadanlıqları həmin anbarda saxlayır. Bundan başqa, X4 ## ######## 2025-ci il tarixli mülki etibarnamə əsasında 2009-cu il buraxılışlı, “X1” minikmarkalı 99- XS-520 dövlət qeydiyyat nişanlı, KMHSH81VP9U483273 - ban nömrəli, gümüşü metallik rəngli avtomobili və 2008-ci il buraxılışlı, “FORD TRANSIT” yükmarkalı **-HE-*** dövlət qeydiyyat nişanlı, WF0XXXBDFX8A81280 - ban nömrəli, gümüşü metallik rəngli nəqliyyat vasitəsi üzrə bütün səlahiyyətləri Ərizəçi vermişdir. ## ######## 2025 il tarixdə ərizəçi cavabdeh Maraqlı şəxs təkidi və hədələri ilə sözügedən nəqliyyat vasitələrinin yalnız idarə edilməsi məqsədi ilə ona etibarnamə vermişdir. Ərizəçi ## ######## 2025-ci il tarixdə etibarnamənin xitamı ilə bağlı Bakı şəhəri ** saylı notariat kontoruna müraciət etmiş və notariat kontoru tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365.1.3-cü və 366-cı maddəsinin tələblərinə uyğun olaraq etibarnaməyə xitam verilmişdir. Hesab edir ki, cavabdeh öz öhdəliklərini icra etməkdə maraqlı olmadığı üçün gələcəkdə qətnamənin məcburi icrasını təmin etmək üçün cavabdehin istifadəsində olan anbarın və mağazaların istifadəsinə qadağa qoyulması zərurəti yaranır ki, bu da öz növbəsində mağazada olan ehtiyat hissələrinin, avadanlıqların (mallların) satışını dayandırır. Ona görə ki, avtomobil və avadanlıqlar daşınar əşya olduğundan onların gizlədilməsi, satılması, ölkədən kənara çıxarılması, avadanlıqların qeyri-qanuni yolla özgəninkiləşdirilməsi imkanları mövcuddur. Bu imkanın qarşısı alınmayacağı təqdirdə gələcəkdə qətnamənin icrası qeyri-mümkün və ya çətin ola bilər. Cavabdehlə razılığa gələ bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadı ilə ərizənin icraata qəbul edilməsindən imtina olunmuşdur. Iddiaçı tərəf həmin qərardaddan şikayət vermiş, şikayət birinci instansiya məhkəməsi tərəfindən təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə kollegiyası, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan qanuni qüvvəsini almış Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e- **(*-**)-**/**** saylı, ## ##### 2026-cı il tarixli qərardadından görünür ki, ərizəçi Ərizəçi ilk dəfə müvəqqəti təminat tədbirinin tətbiq olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədə işə mahiyyəti üzrə baxılıb qurtaranadək, Maraqlı şəxs istifadəsində olan 2009-cu il buraxılışlı, "X2” minik markalı ** XS *** dövlət qeydiyyat nişanlı, KMHSH**VP*U******-ban nömrəli, gümüşü metallik rəngli avtomobili və 2008-ci il buraxılışlı, "FORD TRANSIT" yük markalı ** HE *** dövlət qeydiyyat nişanlı, WF*XXXBDFX*A*****-ban nömrəli, gümüşü metallik rəngli nəqliyyat vasitəsinin müvəqqəti təminat tədbiri kimi mühafizə olunan Azərbaycan Respublikası Dövlət Yol Polisinin cərimə meydançasında saxlanılması, habelə avtomobildən istifadə edilməsinin cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi, Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində, Koroğlu dairəsindən solda yerləşən anbarın möhürlənməsi, Maraqlı şəxs istifadəsində olan Bakı şəhəri, Xətai rayonu, Maşın bazarı, giriş 3-də yerləşən * saylı "Filter" (Emin və Eldar) və Sumqayıt şəhəri, Maşın bazarında yerləşən "Filter" (Emin və Eldar) adlı mağazaların möhürlənməsi, cavabdehin ora girişinin qadağan edilməsi və mağazadakı bütün ehtiyat hissələrinin (malların) üzərinə müvəqqəti təminat tədbiri kimi həbs qoyulması, mağazadakı möcüd malların mağaza ərazisindən çıxarılması, daşınması, cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, ərizəsini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X4 ## ######## 2025-ci il tarixdə mülki etibarnamə əsasında bütün əmlakını idarə etməyi, bütün əmlakı üzərində sərəncam verməyi, lazım gələrsə özəlləşdirməyi, yüklülüyə dair arayış aldıqdan sonra onun üzərində sərəncam verməyi, buna dair bütün hallarda öz mülahizəsinə görə şərtlər müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri bağlamağı, adına əmlak özəlləşdirməyi, satmağı, bağışlamağı, icarə kirayə verməyi, hədiyyə etməyi və s. hərəkətləri etməyi etibar etmişdir. ## ######## 2025-ci il tarixli mülki etibarnamə əsasında 2009-cu il buraxılışlı, “X1” minik markalı **-XS-*** dövlət qeydiyyat nişanlı, KMHSH81VP9U483273 - ban nömrəli, gümüşü metallik rəngli avtomobili və 2008-ci il buraxılışlı, “FORD TRANSIT” yük markalı **-HE-*** dövlət qeydiyyat nişanlı, WF0XXXBDFX8A81280 - ban nömrəli, gümüşü metallik rəngli nəqliyyat vasitəsi üzrə bütün səlahiyyətləri ona - Ərizəçi vermişdir. ## ######## 2025-ci il tarixdə cavabdeh (qayınatası) Maraqlı şəxs təkidi və hədələri ilə sözügedən nəqliyyat vasitələrinin yalnız idarə edilməsi məqsədi ilə etibarnamə vermişdir. ## ######## 2025-ci il tarixdə etibarnamənin xitamı ilə bağlı Bakı şəhəri ** saylı notariat kontoruna müraciət etmiş və notariat kontoru tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365.1.3-cü və 366-cı maddəsinin tələblərinə uyğun olaraq etibarnaməyə xitam verilmişdir. Hadisədən xəbər tutan cavabdeh Maraqlı şəxs nəqliyyat vasitələrini həyətində gizlətmiş, qanunsuz əməllərinə davam edərək onun nəqliyyat vasitələrindən sahibliyinə və istifadəsinə hazırki vaxtadək maneə olur. Bundan əlavə Bakı şəhəri, Xətai rayonu, Maşın bazarı, giriş 3-də yerləşən * saylı və Sumqayıt şəhərində yerləşən maşın bazarında FILTER (Emin və Eldar) adlı mağazalar icarə əsasında uzun müddət yoldaşı tərəfindən istifadə olunub. Cavabdeh Maraqlı şəxs oğlunun yataq xəstəsi olması vəziyyətindən sui-istifadə edərək Bakı şəhəri, Xətai rayonu, Maşın bazarı, giriş 3-də yerləşən * saylı və Sumqayıt şəhərində yerləşən maşın bazarında FILTER (Emin və Eldar) adlı mağazasını ələ keçirərək, hal-hazırki vaxtadək mağazaya dair heç bir səlahiyyəti olmadan qanunsuz olaraq mağazanı idarə etməyə davam edərək əldə etdiyi gəlirləri şəxsi mənafeyi naminə hələ də istifadə etməkdədir. Mağazanın anbarı Bakı şəhəri Nizami rayonu, Mikayıl Əliyev küçəsində, Koroğlu dairəsindən solda yerləşir. Cavabdeh eyni zamanda mağazada olan malları və xarici ölkələrdən sifarişlə gətirilmiş avadanlıqları həmin anbarda saxlayır. Hesab edir ki, cavabdeh öz öhdəliklərini icra etməkdə maraqlı olmadığı üçün gələcəkdə qətnamənin məcburi icrasını təmin etmək üçün cavabdehin istifadəsində olan nəqliyyat vasitələrinin cərimə meydançasına yerləşdirilməsi, anbarın üzərinə və eyni zamanda istifadəsində olan mağazaların üzərinə həbs qoyulması zərurəti yaranır ki, bu da öz növbəsində mağazada olan ehtiyat hissələrinin (mallların) satışını dayandırır. Ona görə ki, avtomobil və avadanlıqlar daşınar əşya olduğundan onun çevik olaraq gizlədilməsi, hissə-hissə edilərək satılması, ölkədən kənara sürülməsi, toqquşma nəticəsində yararsız vəziyyətə düşməsi, avtomobillərin və avadanlıqların (malların) qeyriqanuni yolla özgəninkiləşdirilməsi imkanları mövcuddur. Bu imkanın qarşısı alınmayacağı təqdirdə gələcəkdə qətnamənin icrası qeyri-mümkün və ya çətin ola bilər. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-**(*-**)-**/**** saylı, ## ##### 2026-cı il tarixli qərardadı ilə müvəqqəti təminat tədbirinin tətbiq olunması barədə ərizəçi Ərizəçi tərəfindən verilmiş ərizə qismən təmin edilmiş, mübahisə məhkəmədə həll olunana və çıxarılacaq (e-*(*-**)-***/**** saylı mülki iş üzrə) məhkəmə aktı qanuni qüvvəyə minənədək, 2009-cu il buraxılışlı, "X2" minik markalı ** XS *** dövlət qeydiyyat nişanlı, KMHSH**VP*U******-ban nömrəli, gümüşü metallik rəngli avtomobil və 2008-ci il buraxılışlı, "Ford Transıt" yük markalı ** HE *** dövlət qeydiyyat nişanlı, WF*XXXBDFX*A*****-ban nömrəli, gümüşü metallik rəngli nəqliyyat vasitəsinin Azərbaycan Respublikası Dövlət Yol Polisinin cərimə meydançasında saxlanılması, habelə avtomobildən istifadə edilməsinin cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi qərara alınmışdır. Qeyd olunan qərardad icraya yönəlmiş, hazırkı vaxta qədər şikayət daxil olmamış və qanuni qüvvəsini almışdır. Sonradan ərizəçi yenidən müvəqqəti təminat tədbirinin tətbiq olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, müvəqqəti təminat tədbiri kimi cavabdeh Maraqlı şəxs istifadəsində olan Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində, Koroğlu dairəsindən solda yerləşən anbarın istifadəsinə qadağa qoyularaq möhürlənməsi və cavabdehin istifadəsində olan Bakı şəhər, Xətai rayonu, Babək prospekti, Maşın bazarı, 2-ci sıra, giriş 3də yerləşən və Sumqayıt şəhəri, Maşın bazarında yerləşən "Filter" (Emin və Eldar) adlı mağazaların istifadəsinə qadağa qoyularaq möhürlənməsi, cavabdehin ora girişinin qadağan edilməsi və mağazadaki bütün avadanlıqların (malların) üzərinə müvəqqəti təminat tədbiri kimi həbs qoyulması, mağazadakı mövcud malların mağaza ərazisindən çıxarılması, daşınması, cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qərardadı ilə, müvəqqəti təminat tədbirinin tətbiq olunması barədə ərizəçi Ərizəçi tərəfindən verilmiş ərizə təmin edilmiş, e-2(5-99)-849/2026 mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, Maraqlı şəxs istifadəsində olan Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində, Koroğlu dairəsindən solda yerləşən anbarın istifadəsinə qadağa qoyularaq möhürlənməsi, Bakı şəhər, Xətai rayonu, Babək prospekti, Maşın bazarı, 2-ci sıra, giriş 3-də yerləşən və Sumqayıt şəhəri, Maşın bazarında yerləşən "Filter" (Emin və Eldar) adlı mağazaların istifadəsinə qadağa qoyularaq möhürlənməsi, cavabdehin ora girişinin qadağan edilməsi və mağazadakı bütün avadanlıqların (malların) üzərinə həbs qoyulması, mağazadakı mövcud malların mağaza ərazisindən çıxarılması, daşınması, cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi qərara alınmışdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından Maraqlı şəxs tərəfindən şikayət verilmiş, Bakı Apellyasiya Məhkəməsinin **(*-*)-***/**** saylı, ## ### 2026cı tarixli qərardadına əsasən şikayət təmin edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 16(5- **)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsi, ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Daha sonra ərizəçi Ərizəçi üçüncü dəfə müvəqqəti təminat tədbirinin tətbiq olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədə işə mahiyyəti üzrə baxılıb qurtaranadək Maraqlı şəxs istifadəsində olan 2009-cu il buraxılışlı, "X2" minik markalı **-XS- *** dövlət qeydiyyat nişanlı, KMHSH81VP9U483273 ban nömrəli, gümüşü metallik rəngli avtomobili və 2008-ci il buraxılışlı, "Ford Transıt" yük markalı **-HE-***dövlət qeydiyyat nişanlı, WF0XXXBDFX8A81280 ban nömrəli, gümüşü metallik rəngli nəqliyyat vasitəsinin müvəqqəti təminat tədbiri kimi mühafizə olunan Azərbaycan Respublikası Dövlət Yol Polisinin cərimə meydançasında saxlanılması, habelə avtomobildən istifadə edilməsinin cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi, Maraqlı şəxs istifadəsində olan Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində, Koroğlu dairəsindən solda yerləşən anbarın istifadəsinə qadağa qoyularaq möhürlənməsi, anbarın içindəki bütün əmlakların siyahıya alınaraq qiymətləndirilməsi, üzərinə həbs qoyulması, anbardakı mövcud malların anbardan çıxarılması, daşınması, cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi, Maraqlı şəxs istifadəsində olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Maşın bazarı, 2-ci sıra, giriş 3də yerləşən “Filter" (Emin və Eldar) adlı mağazanın istifadəsinə qadağa qoyularaq möhürlənməsi, cavabdehin ora girişinin qadağan edilməsi və mağazadakı bütün avadanlıqların (malların) üzərinə müvəqqəti təminat tədbiri kimi həbs qoyulması, mağazanın içindəki bütün əmlakların siyahıya alınaraq qiymətləndirilməsi, mövcud malların mağaza ərazisindən çıxarılması, daşınması, cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-**(*-**)- ***/**** saylı, ## ### 2026-cı il tarixli qərardadı ilə müvəqqəti təminat tədbirinin tətbiq olunması barədə ərizəçi Ərizəçi tərəfindən verilmiş ərizə qismən təmin edilmiş, e-2(5-99)- 849/2026 mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, Maraqlı şəxs istifadəsində olan Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində, Koroğlu dairəsindən solda yerləşən anbarın içindəki bütün əmlaklar üzərinə həbs qoyularaq siyahıya alınması, Baki şəhəri, Xətai rayonu, Babək prospekti, Maşın bazarı, 2-ci sıra, giriş 3-də yerləşən və Sumqayıt şəhəri, Maşın bazarında yerləşən "Filter" (Emin və Eldar) adlı mağazaların içindəki bütün əmlakların üzərinə həbs qoyularaq siyahıya alınması qərara alınmışdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərardadından Maraqlı şəxs tərəfindən şikayət verilmiş, Bakı Apellyasiya Məhkəməsinin **(*-*)-***/**** saylı, ## #### 2026cı il tarixli qərardadı ilə şikayət təmin olunmuş, Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli **(*-**)-***/**** nömrəli qərardadının ləğv edilməsi, iddiaçı Ərizəçi "müvəqqəti təminat tədbirinin tətbiqi barədə" ərizəsi "X1" markalı ** XS *** dövlət qeydiyyat nişanlı və "Ford Transit" markalı ** HE *** dövlət qeydiyyat nişanlı avtomobillərə aid hissədə baxılmamış saxlanılması, qalan hissədə isə rədd olunması qərara alınmışdır. Hazırkı ərizəçi yenidən müvəqqəti təminat tədbirinin tətbiq olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs istifadəsində olan 2009-cu il buraxılışlı, "X2" minilmarkalı ** XS *** dövlət qeydiyyat nişanlı, KMHSH81VP9U483273 ban nömrəli, gümüşü metallik rəngli avtomobili və 2008-ci il buraxılışlı, "Ford Transıt" yük narkalı ** HE *** dövlət qeydiyyat nişanlı, WF0XXXBDFX8A81280 ban nömrəli, gümüşü metallik rəngli nəqliyyat vasitəsinin nüvəqqəti təminat tədbiri kimi mühafizə olunan Azərbaycan Respublikası Dövlət Yol Polisinin cərimə meydançasında saxlanılması, habelə avtomobildən istifadə edilməsinin cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi, Maraqlı şəxs istifadəsində olan Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində, Koroğlu dairəsindən solda yerləşən anbarın istifadəsinə qadağa qoyularaq möhürlənməsi, anbarın içindəki bütün əmlakların siyahıya alınaraq üzərinə həbs qoyulması, anbardakı mövcud malların anbardan çıxarılması, daşınması, cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi, Maraqlı şəxs istifadəsində olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Maşın bazarı, 2-ci sıra, giriş 3-də yerləşən “Filter” (Emin və Eldar) adlı mağazanın istifadəsinə qadağa qoyularaq möhürlənməsi, cavabdehin ora girişinin qadağan edilməsi və mağazadakı bütün avadanlıqların (malların) üzərinə müvəqqəti təminat tədbiri kimi həbs qoyulması, mağazanın içindəki bütün əmlakların siyahıya alınması, mövcud malların mağaza ərazisindən çıxarılması, daşınması, cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş edir. Iş materiallarından da göründüyü kimi, ərizəçi eyni məzmunlu müvəqqəti təminat tədbirinin tətbiqinə dair məhkəməyə çoxsaylı müraciətlər etmişdir. Belə ki, ilkin olaraq Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-**(*-**)-**/**** saylı, ## ##### 2026-cı il tarixli qərardadı ilə ərizəçinin hazırkı ərizəsində göstərilən tələb üzrə müraciəti qismən təmin olunmuş, qərardad qanuni qüvvəsini almışdır. Sonradan, ikinci dəfə oxşar məzmunlu ərizəsi təmin olunmamışdır. Bundan başqa, ərizəçinin üçüncü dəfə oxşar məzmunlu ərizəsi isə "X1" markalı ** XS *** dövlət qeydiyyat nişanlı və "Ford Transit" markalı ** HE *** dövlət qeydiyyat nişanlı avtomobillərə aid hissədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğundan məhkəmə ərizəni baxılmamış saxlamış, qalan hissələrdə ərizə təmin olunmamışdır. Yuxarıda qeyd olunanlardan açıq-aşkar görünür ki, hər bir iş üzrə ərizələr eyni qaydada (faktiki və hüquqi anlamda) əsaslandırılmış, eyni hallara istinad olunmuşdur. Ərizəçi hər bir ərizəsində cavabdehin öz öhdəliklərini icra etməkdə maraqlı olmadığı üçün gələcəkdə qətnamənin məcburi icrasını təmin etmək üçün cavabdehin istifadəsində olan anbarın və mağazaların istifadəsinə qadağa qoyulması zərurəti yarandığını, bunun da öz növbəsində mağazada olan ehtiyat hissələrinin, avadanlıqların (mallların) satışını dayandırdığını, ona görə ki, avtomobil və avadanlıqlar daşınar əşya olduğundan onların gizlədilməsi, satılması, ölkədən kənara çıxarılması, avadanlıqların qeyri-qanuni yolla özgəninkiləşdirilməsi imkanlarının mövcud olmasını və bu imkanın qarşısının alınmayacağı təqdirdə gələcəkdə qətnamənin icrasının qeyri-mümkün və ya çətin ola biləcəyini və s. göstərmişdir. Qanuni qüvvədə olan məhkəmə aktları ilə müəyyən olunmuşdur ki, ərizəçi Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Maşın bazarı, 2-ci sıra, giriş 3-də yerləşən və Sumqayıt şəhəri, Maşın bazarında yerləşən “Filter” (Emin və Eldar) adlı mağazaların icarə əsasında uzun müddət yoldaşı X4 tərəfindən istifadə edildiyini bildirsə də, mağazalar üzərindəki icarə hüququnun və ya sahiblik titulunun həyat yoldaşına məxsusluğunu təsdiq edən hər hansı ilkin sübut təqdim etməmişdir. Əksinə “xxxx” kiçik müəssisəsinin direktoru X5 ilə, Icarəçi Maraqlı şəxs arasında bağlanmış ##.##.2019-cu il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti – 2315-ci məhəllə ünvanında yerləşən 15 m2 qeyri-yaşayış sahəsi Maraqlı şəxs icarəyə verilmişdir (ərizəçi öz ərizəsində müqavilənin mövcudluğunu təsdiq etmişdir). Həmçinin, bir neçə dəfə müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizələr verilmiş, lakin hər dəfə qərardadların qəbul olunmasından sonra eyni müvəqqəti təminat tədbirinin tətbiqi üçün əsaslar yaranmamışdır. MPM-in 157.5.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu göstərilməlidir. Göründüyü kimi, artıq ərizəçinin analoji tələblərinə hüquqi qiymət verilmiş, qüvvədə olan qərardadlar mövcuddur. Ərizəçi isə faktiki eyni əsaslardan çıxış edərək təkrarən eyni müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə müraciət etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas təşkil etmir. Ona görə də, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. «Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Ərizəçi Ərizəçi tərəfindən verilmiş “müvəqqəti təminat tədbirinin tətbiqi” tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadından ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-16(3-6)-644/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-644/2026
01.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver