Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-646/2026 07.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X4 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadından ərizəçilər ərizəçi2 və ərizəçi1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Işin halları və iş üzrə məhkəmə icraat(lar)ı Iddiaçılar ərizəçi1 və ərizəçi2 cavabdeh Cavabdeh qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, vərəsəlik hüquqlarının tanınması və miras paylarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2024 cü il tarixdə, reyestrdə 81-***** və 81-***** nömrə ilə qeyd edilmiş ərizələrin və ##.##.2025-ci il tarixli, reyestrdə 2V-293 və 2V-294 nömrə ilə qeyd edilmiş "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin" etibarsız hesab edilmələri, həmin şəhadətnamələrin əsasında daşınmaz əmlakın dövlət reyestrindən cavabdeh Cavabdeh adına verilmiş çıxarışların ləğv edilməsi, iddiaçılar ərizəçi2 Aydin oğlunun və ərizəçi1 Aydin oğlunun ##.##.2024-cü il tarixdə vəfat etmiş X1 miras qalmış Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, ev 28, ** saylı mənzili və Bakı şəhəri, Əzizbəyov rayonu, Dübəndi bağ sahəsi, 322/324 ****/**** saylı bağ sahəsi üzərində vərəsəlik hüquqlarının tanınmasına və onların həmin miras əmlakların üzərində hər birinin ¼ hissədə paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçilər ərizəçi2, ərizəçi1, icrasını Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinə həvalə etməklə, mübahisə mahiyyəti üzrə həll edilənədək, cavabdeh ##.##.1956-cı il təvəllüdlü Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu (keçmiş Əzizbəyov rayonu), Dübəndi bağ sahəsi, ***/***- ****/**** saylı bağ sahəsinin üzərinə həbs qoyulması barədə müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsi əsasında Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin icraatında e-*(*-**)-****/**** saylı iş vardır. Hazırda mübahisəli mənzildə iddiaçılar da pasport qeydiyyatında olmaqla orada yaşayırlar və cavabdeh oranı istəsə də ərizəçilərin razılığı olmadan özgəninkiləşdirə bilməz. Lakin, mübahisəli bağ sahəsindən ərizəçilər nə istifadə edə bilir, nə də orada pasport qeydiyyatındadırlar. Həmin səbəbdən cavabdeh həmin bağı onların xəbəri və razılığı olmadan satmaq imkanındadır. Ərizəçilərə məlumdur ki, cavabdeh həmin bağ sahəsini tez zamanda satıb özgəninkiləşdirmək niyyəti vardır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadı ilə ərizəçilər ərizəçi2 və ərizəçi1 iş üzrə “müvəqqəti təminat tədbirinin tətbiqi” barədə ərizəsinin rədd edilməsi qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1261, 1268.1-ci maddələri; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-ci və 158-ci maddələrinin bəzi müddəalarına dair” ## #### 2018-ci il tarixli qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-157.7, 158.1.1-158.1.7, 158.2, 159.1- 159.3, 160.1, 163.1, 163.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, mahiyyəti etibarilə müvəqqəti təminat tədbiri institutu, iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün ilkin sübutlar iddia tələbinin kifayət qədər əsaslılığına dəlalət etməli, ilkin sübutların mövcudluğu ilə bağlı məsələyə qiymət verərkən həmin sübutların iddia tələbinin əsaslılığına adi deyil, kifayət qədər dəlalət etmiş olması nəticəsinə gəlməlidirlər. Hazırki halda, ərizəçilər analarının xeyrinə notarial qaydada təsdiq edimiş mirası qəbul etməkdən imtinaya dair ərizələrin etibarsız olduğunu, həmin ərizələrin, analarına verilmiş vərəsəlik şəhadətnaməsinin və onun əsasında verilmiş çıxarışın məhkəmə qaydasında mübahisələndirdiyini, bu səbəbdən Bakı Ərazi Idarəsinə həvalə etməklə, mübahisə mahiyyəti üzrə həll edilənədək, cavabdeh ##.##.1956-cı il təvəllüdlü Cavabdeh mülkiyyətində olan analarının mülkiyyətinə keçmiş Bakı şəhəri, Xəzər rayonu (keçmiş Əzizbəyov rayonu), Dübəndi bağ sahəsi, ***/***-****/**** saylı bağ sahəsinin üzərinə həbs qoyulmasını xahiş etmişlər. Mülki qanunvericiliyin tələblərindən göründüyü kimi, bu vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Buna yalnız vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxs olduğu halda məhkəmənin icazəsi ilə yol verilir. Mülki iş üzrə ərizəçilərin fəaliyyət qabiliyyəti ilə bağlı məlumat iş materiallarına əlavə edilməmişdir. Eyni zamanda ərizəçilər iddia ərizəsində etiraf edirlər ki, dövlət rüsumlarının ödənilməsində qənaət etmək üçün könüllü surətdə miras əmlaklarının qəbulundan imtina etmişlər. Bu səbəbdən hesab edir ki, ərizəçilərin vərəsəlik hüquqları pozulmadığından müvəqqəti təminat tədbirin tədbiqi yolerilməzdir və odur ki, ərizəçilər ərizəçi2 və ərizəçi ərizəçi1 iş üzrə müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi rədd edilməlidir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - *V-*** nömrəli ## ### 2025-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətinə əsasən ##.##.2024-cü il tarixdə vefat etmiş - X1 vərəsəsi - arvadı Cavabdeh olması və onun miras əmlakdan tam hissədə pay alması təsdiq edilmişdir. Şəhadətnamə üzrə verilən miras əmlaka Azərbaycan Respublikası Bakı Şəhəri Icra Hakimiyyəti TI VƏ MHQI tərəfindən ##.##.1996-cı il tarixdə verilmiş 30/79068 qeydəalma nömrəsi ilə ***oz nömrəli kitabın 79068ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 86.85 kv.m olan 4 otaqlı mənzil daxildir; - *V-*** nömrəli ## ### 2025-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətinə əsasən ##.##.2024-cü il tarixdə vefat etmiş - X1 vərəsəsi - arvadı Cavabdeh olması və onun miras əmlakdan tam hissədə pay alması təsdiq edilmişdir. Şəhadətnamə üzrə verilən miras əmlaka Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi Idarəsi tərəfindən ##.##.2009-cu il tarixdə verilmiş ************ reyestr nömrəll, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2, ***/***-****/**** saylı bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0.0983 ha olan torpaq sahəsi daxildir; - AZ II seriyalı, ****** nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X1 ## ###### 2024-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında ## ###### 2024-cü il tarixdə 758 nömrə ilə qeyd edilmişdir; - Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən ************ reyestr nömrəli Bakı şəhəri, Əzizbəyov rayonu, Dübəndi bağ sahəsi, ***/***-****/**** saylı bağ sahəsi X1 xüsusi mülkiyyətində idi. Torpaq sahəsi iddiaçının adına ## ##### 2009-cu il tarixli, ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır; - 8I-***** reyestr nömrəli, ## ###### 2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin surətinə əsasən X2 ##.##.2024-cü il tarixdə vəfat etmiş atası X1 miras qalmış əmlakdan ona düşən vərəsəlik payını qəbul etmir, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona çatası vərəsəlik payından (yaşayış (ev, mənzil və otaq), qeyri-yaşayış və torpaq sahəsindən, habelə digər əmlak hüquqlarından) anası Cavabdeh xeyrinə imtina edir, mirasa iddia etmir və öz vərəsəlik hüquqlarını rəsmiləşdirmək istəmir; - 8I-***** reyestr nömrəli, ## ###### 2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin surətinə əsasən ərizəçi2 ##.##.2024-cü il tarixdə vəfat etmiş atası X1 miras qalmış əmlakdan ona düşən vərəsəlik payını qəbul etmir, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona çatası vərəsəlik payından (yaşayış (ev, mənzil və otaq), qeyriyaşayış və torpaq sahəsindən, habelə digər əmlak hüquqlarından) anası Cavabdeh xeyrinə imtina edir, mirasa iddia etmir və öz vərəsəlik hüquqlarını rəsmiləşdirmək istəmir; - 8I-***** reyestr nömrəli, ## ###### 2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin surətinə əsasən ərizəçi1 ##.##.2024-cü il tarixdə vəfat etmiş atası X1 miras qalmış əmlakdan ona düşən vərəsəlik payını qəbul etmir, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona çatası vərəsəlik payından (yaşayış (ev, mənzil və otaq), qeyri-yaşayış və torpaq sahəsindən, habelə digər əmlak hüquqlarından) anası Cavabdeh xeyrinə imtina edir, mirasa iddia etmir və öz vərəsəlik hüquqlarını rəsmiləşdirmək istəmir. Apellyasiya şikayəti, etiraz və məhkəmənin mövqeyi Ərizəçilər ərizəçi2 və ərizəçi1 qərardaddan şikayət verərək, ş ikayətin təmin edilməsi, Bakı şəhəri Nizami rayon məhkəməsinin e-**(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsi, müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizənin təmin edilməsi və ya şikayətə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinin qərara alınmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 157-ci və 158-ci maddələrinin bəzi müddəalarına dair” ## #### 2018-ci il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-157.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə iddia tələbinin mahiyyətindən xəbərsiz olduğu üçün belə nəticəyə gəlib. Halbuki, iddiaçıların iddia tələblərinin predmeti mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürməkdən yox, həmin ərizələr bir tərəfli əqd kimi etibarsız hesab edilməsindən ibarətdir. Həmin iddia ərizəsində eyni zaman qeyd edilib ki, vərəsələr mirasın qəbulu zamanı artıq xərclər olmasın deyə öz aralarında razılığa gəlmişdirlər ki, miras əmlaklar təkcə anaları olan cavabdehin adına rəsmiləşdirilsin və sonra satılıb puları pay hüquqlarına uyğun bölüşdürülsün. Sonradan isə məlum olmuşdur ki, mirasdan xeyrinə imtina etdikləri anaları onların miras əmlakdan istifadə hüquqularının itirilməsi və çıxarılması tələbi ilə həmin məhkəməyə müraciət etmişdir və iddia ərizəsi ilə tanış olduqdan sonra anaları tərəfindən aldadıldıqlarını anlayıblar. Iddia tələbi üzrə e-*(*-**)-****/**** saylı iş (hakim Ülkər Yusifovanın) icraatdadır. Həmin iddia ərizəsində mübahisəli mənzilin iddiaçıya hansı əsasla keçməsi barədə bir kəlmə də yazılmayıb. Iddia ərizəsində həm də qeyd edilib ki, iddiaçılar mirasın qəbulu zamanı əsl niyyətləri mirasın sonradan bölüşdürülməsi olmuşdursa, notariat ofisində cavabdehin xeyrinə verilmiş imtina ərizələri onların əsl niyyətlərini əks etdirməyib və bu ərizələri vacib əhəmiyyətli yanılmanın təsiri altında veriblər. Bəllidir ki, tərəflər arasında əvvəldən mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olsaydı, onlar mirasdan imtina barədə ərizəsi verməzdilər. Mirasdan şərtlə imtina nəzərdə tutulmadığına görə məsələni bu cür həl etmək qərarına gəliblər. Müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəyə baxan hakim tərəfindən iddia tələbinin mahiyyətini ətraflı araşdırmadan yanlış nəticəyə gəlməsi və bu səbəblə ərizəni rədd etməsi, cavabdehin bağ sahəsini özgəninkiləşdirməsi ilə mövcud vəziyyətin dəyişəcəyi və bununla da, ərizəçilərin hüquqlarının kobud pozulması riski altına almış olur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Konstitusiyasının Insan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipini müəyyən edən 24-cü maddəsinin III hissəsinə əsasən: Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun Tələblərinə əsasən: 1.2.Heç kəs öz hüquqlarından və azadlıqlarından sui-istifadə etməməlidir. Diqqətə çatdırılmalıdır ki, apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri birinci instansiya məhkəməsinin qəbul etdiyi məhkəmə aktlarının qanuniliyinin yoxlanılmasından ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.3. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. 157.4. Iddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə və ya arbitraj icraatı başlanarsa, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1. cavabdehdə və ya arbitraj mübahisəsi tərəfində və ya digər şəxslərdə olan cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; 158.2. Məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci il tarixli qərarına əsasən: Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Mülki Prosessual Məcəllənin 77, 88 və 164-cü maddələrinin dispozitiv şərtlərinə görə izah edilməlidir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, mülki prosessual qanunvericilik heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmadığını ehtiva edir və işi mahiyyəti üzrə həll edən məhkəmə aktı qüvvəyə mindikdən sonra, habelə məhkəmədə iddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardad qəbul edildikdə, lakin iddia ərizəsi bu Məcəllənin 157.4-cü maddəsində müəyyən edilmiş müddətdə verilmədikdə maraqlı şəxslər məhkəmə tərəfindən təyin edilmiş müvəqqəti təminat tədbirlərinin tətbiqi nəticəsində vurulmuş zərəri məhkəmə qaydasında tələb etməyə haqlıdır. Işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası şikayəti araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 14, 15, 77, 88, 157-164, 267- 269, 371, 372, 385, 387, 397-ci maddələrinə əsasən hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadı ləğv edilərək, ərizə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, bu tədbir lüzumsuz yerə hüquqlardan məhrum edilməsinə və sui-istifadə hallarına şərait yaratmamalı, habelə mülki hüquq subyektlərinin bərabərliyini, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılmasını, pozulmuş hüquqların bərpasının təmin edilməsini, mülki hüquqların məhkəmə müdafiəsi prinsiplərinin həyata keçirilmə mütənasibliyini və tarazlığını təmin etməlidir. Birinci instansiya məhkəməsi qeyd edilən meyarlara uyğun ilkin sübutlar baxımından müvafiq qiymətləndirməni birtərəfli aparmış, faktiki olaraq iddia tələbinə öncədən qiymət verilməsi barədə məhkəmənin istinad etdiyi əsasları anlaşılan deyildir. Qeyd edilməlidir ki, müvəqqəti təminat tədbiri kimi ərizə özlüyündə Ərizədə mövcud vəziyyətin dəyişəcəyi halda ərizəçilərin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi təhlükəsinin mövcud olduğu, bu təhlükənin nələrdə ifadə olunduğu və ya oluna biləcəyi konkret işin faktiki halları (iddia) ilə əlaqələndirilməklə təqdim edilmiş ilkin sübutlarla (sənədlərlə) kifayət qədər əsaslandırmışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməli və ərizəçilərin müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizəsinə yenidən baxılması üçün iş Nizami rayon Məhkəməsinə göndərilməlidir. Işə yenidən baxan məhkəmə əmlak hüquqlarının pozulma ehtimalını əsas gətirən ərizəçilərin ilkin sübutlarının mötəbərliyini maraqlı şəxslərin mülkiyyət hüquqlarına nisbətdə dəyərləndirərək, mülkiyyətin özgəninkiləşdirildiyi təqdirdə iddia edilən tələbin baxılmasının mümkünsüzlüyünü və müvəqqəti təminat tədbirinin iddianın təmin edilməsi perspektivi və tərəflərin hüquqlarının müdafiə tarazlığının və mütənasibliyinin təmin edilməsi baxımından əsaslı şəkildə qiymətləndirilməlidir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395-403-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Ərizəçilər ərizəçi2 və ərizəçi1 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin və ərizəçilər ərizəçi2 və ərizəçi1 müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsinə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Nizami rayon Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №e-16(3-6)-646/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-646/2026
07.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver