Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-648/2026 02.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Abbasova Günel Məhərrəm qızı (sədrlik edən və məruzəçi), Hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** saylı qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi cavabdeh Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Eyni zamanda Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin olunmasını təmin etmək məqsədilə, cavabdeh Cavabdeh (Ş.V.: AA*******, FİN: *******) məxsus iddia məbləğində —2408 (iki min dörd yüz səkkiz) AZN dəyərində daşınar və daşınmaz əmlakın, o cümlədən bank hesablarındakı pul vəsaitlərinin üzərinə həbs qoyulması, cavabdeh Cavabdeh iddia məbləğində əmlakını özgəninkiləşdirməyi, girov qoymağı və ya digər öhdəliklərlə yükləməyi qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-**(*-***)-***/**** saylı, ##.##.2026-cı il saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi ərizəçi tərəfindən sübut edilə bilməmişdir. İddia ərizəsinə əlavə edilmiş ##.##.2025-ci il tarixli əlyazma şəklində tərtib edilmiş sənədlə müəyyən edilir ki, Cavabdeh tərəfindən iddiaçıdan 1800 manata müəyyən mallar alınmış, 200 manat ödənilmiş, 1600 manat borcu isə oktyabr ayının 6sına qədər ödəyəcəyini bildirmişdir. İddiaçı isə bu məsələ ilə bağlı iddia ilə məhkəməyə 2026-cı ilin iyul ayında, yəni öhdəliyin icra edilməməsindən 9 ay sonra müraciət etmişdir. Bu isə iddiaçının özü üçün məsələnin təcili olmadığının göstəricisidir. Gələcəkdə iddia təmin edildiyi halda, iddiaçının hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi barədə hər hansı dəlil irəli iddiaçı tərəfindən irəli sürülməmişdir. 9 ay ərzində hərəkətsiz qalmış iddiaçı iddia ərizəsi üzrə yekun məhkəmə aktının qəbul edilməsini də gözləyə bilər. Ərizəçi ##.##.2026-cı il tarixində qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən Mülki Prosessual Məcəllənin 157.2 və 157.5ci maddələrinin yanlış təfsir edilməsi: MPM-in 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının bərpasının imkansızlaşması və ya çətinləşməsinin qarşısını almaq üçün tətbiq edilir. Müvəqqəti təminat tədbiri tətbiq edilməzsə, gələcəkdə iddianın təmin olunması haqqında çıxarılacaq qətnamə yalnız kağız üzərində qalacaq və icrası mümkün olmayacaqdır. Odur ki, müvəqqəti təminat tədbirinə dair müraciət təmin ediləcəyi halında, Qanunun heç bir tələbinə xələl gəlməməsi açıq-aşkar görünür. Tələb olunan təminat tədbiri cavabdehin bütün fəaliyyətini iflic etmir, yalnız iddia məbləği həddində (2408 AZN) məhdudiyyət nəzərdə tutur. Bu da tərəflərin maraqlarının balansı və mütənasiblik prinsipinə tam cavab verir. Müvəqqəti təminatın tətbiqi cavabdehin hüquqlarını əsassız məhdudlaşdırmır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən əsaslıdır. Belə ki, apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, mübahisənin xarakteri və tərəflərin subyekt tərkibi nəzərə alınmaqla işin ümumi məhkəməyə, yaxud kommersiya məhkəməsinə aidiyyəti məsələsinin müəyyən edilməsi zəruridir. Bu səbəbdən birinci instansiya məhkəməsinin müvəqqəti təminat tədbirinin tətbiqindən imtina barədə qərardadı ləğv edilməli və aidiyyət məsələsinin müəyyənləşdirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin tələblərinə əsasən işin hansı məhkəməyə aid olması müəyyən edilmədən həmin iş üzrə müvəqqəti təminat tədbirinin tətbiqi məsələsinin mahiyyəti üzrə həll edilməsi mümkün deyildir. Müvəqqəti təminat tədbiri əsas iddia tələbinin təmin edilməsinə yönəlmiş prosessual vasitə olduğundan, ilk növbədə əsas mübahisəyə hansı məhkəmənin baxmalı olduğu müəyyən edilməlidir. İş materiallarından görünür ki, əsas iddia üzrə mübahisənin kommersiya mübahisəsi olması Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(*-***)- ****/**** saylı qərardadı ilə müəyyən edilmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin müvəqqəti təminat tədbiri barədə ərizəni mahiyyəti üzrə həll etməsindən əvvəl işin aidiyyət məsələsini müəyyən etməsi zəruridir. Bununla belə, məhkəmə kollegiyası nəzərə alır ki, əsas iddia ərizəsinin artıq Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə prosessual hərəkət edilmişdir. Odur ki, birinci instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsinin hazırkı qərardadının icrası zamanı əsas iddia üzrə işin faktiki olaraq hansı məhkəmənin icraatında olduğunu, onun Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərarın qüvvədə olub-olmadığını və həmin məhkəmə tərəfindən qəbul edilib-edilmədiyini müəyyən etməli, bundan sonra müvəqqəti təminat tədbiri barədə ərizənin prosessual taleyini həll etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilən hallar nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli,qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəyə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 402.2-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDI: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** saylı qərardadı ləğv edilsin. Müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəyə yenidən baxılması üçün (qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla) iş materialları Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Günel Abbasova Hakimlər imzalar: Fuad Talışınski Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №e-16(3-6)-648/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-648/2026
02.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver