Məhkəmə qərarları › İş №e-16(3-6)-649/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-649/2026

07.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-649/2026 07.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, ərizəçi (iddiaçı) Ərizəçi “müvəqqəti təminat tədbirinin tətbiqi” barədə ərizəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin **(*-***)-***/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadından ərizəçi (iddiaçı) Ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Işin halları və iş üzrə məhkəmə icraat(lar)ı Iddiaçı Ərizəçi cavabdeh "xxxx” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı "qanuni qüvvəyə minmiş məhkəmə qərarı üzrə ödənişin ##.##.2019cu il tarixindən - ##.##.2026-cı il tarixədək 2529 gün gecikdirilməsinə görə ƏM-in 172.5-ci maddəsinə əsasən hər gecikdirilmiş gün üçün 1 faiz məbləğində kompensasiyasının, uzunmüddətli icrasızlıqdan irəli gələn maddi və mənəvi zərərin kompensasiyasının və MDSSlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, kompensasiya tələbi üzrə: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004) ****/**** nömrəli, ##.##.2018-ci il tarixli qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə məcburi işburaxma dövrü üçün 81 805,06 manat əməkhaqqı borcunun vaxtında ödənilməməsi və icranın gecikdirilməsi nəticəsində pulun illər ərzində inflyasiya səbəbindən dəyərdən düşməsi faktı nəzərə alınaraq; AR Əmək Məcəlləsinin 172-ci maddəsininin 5-ci hissəsinin imperativ tələbinə əsasən, öhdəliyin gecikdirildiyi ##.##.2019-cu il tarixdən faktiki ödənişin icra edildiyi ##.##.2026-cı il tarixinədək olan 2529 günün hər gecikdirilmiş günü üçün 1% miqdarında kompensasiyanın (məhkəməmühasibatlıq və maliyyə-iqtisadi ekspertizası tərəfindən hesablanaraq müəyyən ediləcək yekun məbləğ həddində) "xxxx” şirkətinin AR-dakı nümayəndəliyindən tutularaq onun xeyrinə ödənilməsi; mənəvi zərər üzrə: qanuni qüvvəyə minmiş məhkəmə qərarının uzun illər ərzində (təxminən 7 il) cavabdeh tərəfindən icra edilməməsi nəticəsində ona dəymiş mənəvi sarsıntı, psixoloji gərginlik, fiziki və iztirabların əvəzi kimi AR Mülki Məcəlləsinin 21, 23-cü və 1097-ci maddələrinə əsasən 2000 manat məbləğində mənəvi zərər kompensasiyasının cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi; məcburi dövlət sosial sığorta haqqı üzrə: məcburi işburaxma dövrü üçün hesablanmış 81805,06 manat əməkhaqqı və ondan tutulmalı olan 20451,22 manat məbləğində məcburi dövlət sosial sığorta (MDSS) haqlarının (7970,46 manat işçi payı və işəgötürənin payına düşən 22%-li 12480,76 manat) tək bir ay kimi deyil, ##.##.2018-ci il tarixindən ##.##.2019-cu il tarixinədək olan dövrün ayları üzrə bölünərək fərdi şəxsi hesabında əks olunması; sözügedən vəsaitlərin Dövlət Sosial Müdafiə Fonduna (DSMF) və Vergi orqanlarına faktiki köçürülməsinin təmin edilməsi və fərdi şəxsi hesabımda düzgün əks olunması üçün müvafiq (dəqiqləşdirilmiş) hesabatların təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ##.##.2026-cı il tarixində “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə (VÖEN: **********) münasibətdə dövlət qeydiyyatının ləğv edilməsi, dövlət reyestrindən silinməsi və ləğv prosesinin tamamlanması ilə bağlı hər hansı qeydiyyat hərəkətlərinin aparılması hazırkı məhkəmə mübahisəsi tam yekunlaşanadək qadağan edilməsi və Maraqlı şəxs şirkətinin AR-dakı nümayəndəliyinin (VÖEN: **********) Azərbaycandakı bank hesablarında olan pul vəsaitlərinin və mövcud əmlakının üzərinə mütənasiblik prinsipinə uyğun olaraq mübahisəsiz minimum - 104 256,28 AZN həcmində həbs (blok) qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin **(*-***)-***/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadı ilə ərizəçi Ərizəçi tərəfindən verilmiş müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizənin icraata qəbulundan imtina olunması qərara alınmışdır. Qərardadda “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli qərarına; “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2012-ci il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4, 153.2, 153.2.4, 153.3, 153.5, 157.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı Ərizəçi ## #### 2026-cı il tarixdə müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə - "xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin (VÖEN: **********) dövlət qeydiyyatının ləğv edilməsi, dövlət reyestrindən silinməsi, ləğv balansının təsdiq edilməsi və ləğv prosesinin tamamlanması ilə bağlı hər hansı qeydiyyat hərəkətlərinin aparılması hazırkı məhkəmə mübahisəsi mahiyyəti üzrə tam yekunlaşanadək qadağa edilməsi; "xxxx” şirkətinin AR-dakı nümayəndəliyinin (VÖEN: **********) iddia tələbinin həcmində (1%-lik kompensasiya məbləğində) Azərbaycandakı bank hesablarında olan pul vəsaitlərinin və mövcud əmlakının üzərinə həbs (blok) qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, 16(5-104) ***/**** nömrəli qərardadı ilə ərizə rədd edilmişdir. Bundan sonra ərizəçi həmin qərardaddan şikayət vermiş, Yasamal Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, **(*-***)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-*)-***/**** saylı qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, 16(5 ***)- ***/**** nömrəli qərardadından ərizəçi Ərizəçi şikayətinin mümkünlüyü məsələsinə baxılmış və qərardaddan verilən şikayətə ## ###### 2026-cı il tarixdə baxılacağı qərara alınmışdır. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, Ərizəçi hazırkı məzmunda müvəqqəti təminat tədbiri barədə ərizəsinə artıq məhkəmə tərəfindən baxılmış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, **(*-***)-***/**** nömrəli qərardadı ilə ərizə rədd edilmişdir. Həmin qərardaddan şikayət verilmiş və həmin şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaqdır. Hazırda ərizəçinin müvəqqəti təminat tədbiri kimi daha əvvəlki ərizəsi ilə (iddia tələbinin həcmində (1%-lik kompensasiya məbləğində)” müqayisədə “104 256,28 AZN həcmində həbs (blok) qoyulması” tələbi ərizənin predmetinin dəyişdirilməsi kimi qiymətləndirilə bilməz, çünki ərizəçinin müvəqqəti təminat tədbiri haqqında ərizə ilə nail olmaq istədiyi məqsəd cavabdehin əmlakı üzərinə həbs qoyulmasıdır. Ərizədə qeyd edilən həbsin qoyulması üçün tələb edilən həcm isə ərizənin obyektidir. Bu səbəbdən, məhkəmə hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatında olan **(*-*)-***/**** saylı işi hazırkı ərizə üzrə eyni predmetə dair iş kimi qiymətləndirilir. Bundan əlavə, yeni ərizə əvvəlki ərizə ilə eyni əsaslara söykənir. Iddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. Hazırkı ərizədə ərizəçi əvvəlki ərizəsindən fərqlənən faktlar göstərməmişdir. Odur ki, məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin icraatında hazırda iş olduğundan ##.##.2026-cı il tarixli müvəqqəti təminat tədbiri barədə ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Apellyasiya şikayəti, etiraz və məhkəmənin mövqeyi Ərizəçi (iddiaçı) qərardaddan şikayət verərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin mülki iş 16(5-104)-428/2026 üzrə çıxardığı ##.##.2026-cı il tarixli "Ərizənin icraata qəbulundan imtina edilməsi barədə" qərardadının ləğv edilməsi və “Müvəqqəti təminat tədbirlərinin tətbiqi” barədə ərizənin mahiyyəti üzrə baxılması üçün işin birinci instansiya məhkəməsinə geri göndərilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2016-cı il tarixli Qərarınına; Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2012-ci il tarixli Qərarınına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47.1, 76, 151, 153.2.4-ci maddələrinə istinadən qeyd edilmişdir ki, hesab edir ki, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulması, işin faktiki hallarının bilərəkdən təhrif edilməsi və birtərəfli araşdırılması nəticəsində çıxarılmış tam qanunsuz bir sənəddir. Qərardad dərhal ləğv edilməlidir. Məhkəmə qərardadda Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli qərarına istinad edərək iddia edir ki, ərizəçinin əldə etmək istədiyi məqsəd eynidir (həbs qoyulması) və məbləğin dəyişməsi yalnız obyekti dəyişir, predmeti yox. Hakim burada iki fundamental prosessual xətaya yol vermişdir: Əsas iddia ilə müvəqqəti təminat vəsatətinin eyniləşdirilməsi yolverilməzdir: Konstitusiya Məhkəməsinin sözügedən qərarı bütövlükdə mülki davanın özünə (əsas iddiaya) və iddia predmeti anlayışına aiddir. Müvəqqəti təminat tədbiri (MPM 151) isə müstəqil iddia olmayıb, işin gedişatında hər an dəyişən risklərə qarşı yönəlmiş dinamik və müvəqqəti prosessual müdafiə vasitəsidir. Hər bir yeni vəsatət verildiyi anın şərtlərinə və risklərinə görə qiymətləndirilməlidir. Təminat tədbirinin "Mütənasiblik" prinsipi predmeti birbaşa dəyişir: Əvvəlki vəsatətdə subyektiv hüququn qorunması həddi (predmet) "Cavabdehin bütün bank hesablarının dondurulması" kimi geniş müəyyən edilmişdisə, hazırkı vəsatətdə predmet "yalnız 104 256,28 AZN ziyan həcmində məhdud və mütənasib hüquqi qorunma" tələbidir. Məhkəmənin müvəqqəti qoruma həddini daraltması və konkretləşdirməsi təminat tədbirinin hüquqi mahiyyətini (predmetini) kökündən dəyişir. Hakim qərardadda Konstitusiya Məhkəməsinin ## ###### 2012-ci il tarixli qərarından sitat gətirərək qeyd edir ki: "Iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Iddianın əsası faktların məcmusundan ibarət olur." Bu sitatın ardınca hakimin "Hazırkı ərizədə ərizəçi əvvəlki ərizəsindən fərqlənən faktlar göstərməmişdir" nəticəsinə gəlməsi iş materiallarının rəsmi şəkildə saxtalaşdırılması və gizlədilməsidir. “Faktların məcmusu" tamamilə yenilənmişdir: Hazırkı vəsatətin əsasında, əvvəlki icraat zamanı (##.##.2026-cı il tarixli köhnə imtina qərardadı çıxarılan vaxt) ümumiyyətlə mövcud olmayan və Konstitusiya Məhkəməsinin tərifinə tam uyğun gələn iki tam yeni rəsmi dövlət sənədi (hüquqi fakt) dayanır: 1. DSMF Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının ##.##.2026-cı il tarixli məktubu. 2. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ## #### 2026cı il tarixli rəsmi məktubu; 3. DSMF-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının ##.##.2026-cı il tarixli rəsmi cavab məktubu (Köhnə qərardaddan tam 5 gün sonra yaranmış müstəqil hüquqi faktdır). Bu iki rəsmi dövlət sənədi cavabdehin maliyyə və hüquqi vəziyyətini, onun öhdəliklərdən yayınma cəhdlərini və ən əsası "real icrasızlıq riskini" yeni faktiki müstəviyə daşımışdır. Konstitusiya Məhkəməsinin qeyd etdiyi kimi, əsas bir faktdan yox, faktların məcmusundan ibarətdirsə, bu iki yeni sənədin əlavə olunması ilə ərizənin faktiki tərkibi (əsası) tamamilə yenilənmişdir. Əgər vəsatətə yeni tarixlərə malik rəsmi dövlət sənədləri tikilibsə, məhkəmə həmin sənədlərdəki faktları formal olaraq "eyni faktlar" kimi qiymətləndirə bilməz. Məhkəmə bu sənədləri araşdırmalı, onların əvvəlki ərizədən sonra ortaya çıxdığını nəzərə almalı və MPM nin 153.2.4-cü maddəsini tətbiq etməkdən imtina edərək, vəsatəti icraata qəbul edib mahiyyəti üzrə baxmalı idi. Beləliklə, eyni tərəflər və eyni mübahisə olsa xüsusi qeyd edilməlidir ki, hazırkı təminat vəsatətinin həm Predmeti (bütün hesablar yox, yalnız mütənasib 104 256,28 AZN baza həddi), həm də Əsası (yeni Vergi və DSMF sənədləri üzərində qurulmuş faktlar məcmusu) tam fərqlidir. Yeni sübutlar və fərqli maddi tələb (104 256,28 AZN) olduğu halda AR MPM-nin 153.2.4-cü maddəsinin (eyni predmet və əsas) tətbiq edilməsi kobud prosessual qanun pozuntusudur. Məhkəmə MPM-nin 76-cı maddəsinin (Sübutların obyektiv, tam və hərtərəfli qiymətləndirilməsi) tələbini birbaşa pozmuşdur. Iddiaçı tərəf kimi, MPM-nin 47.1-ci maddəsinə sadiq qalan dürüst tərəf kimi, işin faktiki halarının aydınlaşdırılması məqsədilə hakimin köməkçisinin şifahi xahişinə əsasən Bakı Apelyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadını könüllü şəkildə məhkəməyə təqdim etdi. Lakin birinci instansiya məhkəməsi onun bu dürüst və şəffaf davranışını, habelə təqdim etdiyi sənədin mahiyyətini dərindən araşdırmadan, ertəsi gün - ##.##.2026-cı il tarixdə tamamilə formal bir imtina əsası kimi əleyhinə istifadə etmişdir. Məhkəmə təqdim olunmuş sənədin məzmununu işin xeyrinə dəqiqləşdirmək əvəzinə, onu sadəcə icraatdan yayınmaq üçün formal bir bəhanəyə çevirmişdir ki, bu da mülki mühakimə icraatının ruhuna və ədalət prinsiplərinə tamamilə ziddir.Iddianın təminatı institutu gələcəkdə çıxarılacaq məhkəmə qətnaməsinin icrasının təmin edilməsi məqsədini güdür və iddiaçının pozulmuş maddi hüquqlarının real qorunmasına xidmət edir. Hakimin bu qərardaddakı məntiqi qəbul edilərsə, mülki prosesdə tərəf bir dəfə təminat vəsatəti verib rədd cavabı alarsa, cavabdeh əmlakını gizlətsə və ya ölkədən qaçırsa belə, iddiaçı bir daha heç bir fərqli məbləğlə və yeni sübutla təminat istəyə bilməz. Bu isə mülki mühakimə icraatının məqsədini heçə endirir. Cavabdeh qismində çıxış edən subyekt xarici şirkətin nümayəndəliyidir və hazırda sürətlə könüllü ləğv olunma (likvidasiya) prosesini həyata keçirir. Nümayəndəlik hüquqi şəxs olmadığı üçün onun hüquqi varisliyi mövcud deyil. Reyestrdən silindiyi andan etibarən iddiaçının maddi tələblərinin (104 256,28 AZN ziyanın) cavabdeh tərəfindən ödənilməsi, habelə dövlət büdcəsi qarşısındakı öhdəliklərin bərpası hüquqi və faktiki cəhətdən tamamilə qeyri-mümkün olacaqdır. Birinci instansiya məhkəməsi formal və qərəzli bəhanələrlə müvəqqəti təminat tədbirindən imtina etməklə, vəsaitlərin ölkədən kənara çıxarılmasına və real icrasızlıq riskinin yaranmasına faktiki şərait yaratmışdır ki, bu da maddi hüquq normalarının və MPM-nin 151-ci maddəsinin hüquqi ruhunun birbaşa pozulmasıdır. Görünən odur ki, birinci instansiya məhkəməsi iddia ərizəsi ilə müvəqqəti təminat vəsatətini bir-birinə qarışdırmış, Konstitusiya Məhkəməsinin qərarlarını şablon formal dildə köçürməklə özünün etdiyi maddi və prosessual hüquq pozuntularına "hüquqi don" geyindirməyə çalışmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16(5-104)- ***/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Konstitusiyasının Insan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipini müəyyən edən 24-cü maddəsinin III hissəsinə əsasən: Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun Tələblərinə əsasən: 1.2.Heç kəs öz hüquqlarından və azadlıqlarından sui-istifadə etməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 3.1. Məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. 6. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir. 13.1. Məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına və normativ xarakterli aktlara əsasən həll edir. 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.13.5. Belə normalar da olmadıqda, məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür. 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 159.1. Müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan, lakin sonrakı iş günündən gec olmayaraq ayrıca icraatda baxılır. 159.2. Hakim ərizəyə baxılması nəticəsi barədə qərardad çıxarır.159.3. Qəbul edilmiş qərardad barədə işə onların iştirakı olmadan baxılmış işdə iştirak edən şəxslərə və ya arbitraj mübahisəsi tərəfinə dərhal xəbər verilir. 159.4. Məhkəmə aşağıdakı hallarda müvəqqəti təminat tədbirlərinin görülməsinə dair ərizənin geri qaytarılması haqqında qərardad qəbul edir:159.4.1. ərizəyə müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədikdə;159.4.2. ərizə imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda;159.4.3. arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə bu Məcəllənin 479-cu maddəsində müəyyən edilmiş tələblərə cavab vermədikdə. 159.5. Bu Məcəllənin 159.4.1 – 159.4.3-cü maddələrində göstərilən hallar aradan qaldırıldıqdan sonra yenidən ərizə ilə məhkəməyə müraciət edilə bilər. Normativ hüququ aktlar haqqında Konstitusiya Qanununun tələblərinə əsasən: 1.0.10. qanunun analogiyası – konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq edilməsi;1.0.11. hüququn analogiyası – yalnız konkret ictimai münasibətləri deyil, həm də oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə qanunvericiliyin məğzinin, hüququn ümumi prinsiplərinin və ya hüququn konkret sahələrinə aid prinsiplərin tətbiq edilməsi; 13.1. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər.13.2. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.13.3. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.13.4. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarını tapmaq mümkün olmadıqda hüququn analogiyasından istifadə edilir. Bu zaman Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarda təsbit edilmiş hüququn konkret sahələrinə aid prinsiplərdən və hüququn ümumi prinsiplərindən istifadə olunur. Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır.13.5. Cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz. 15.1. Qanunvericilikdə boşluqları aşkar edən və bu Konstitusiya Qanununun 14-cü maddəsini tətbiq edən subyekt konkret ictimai münasibətlərin tənzimlənməsinin səlahiyyətlərinə aid edildiyi normayaratma orqanına bu barədə məlumat verməlidir.15.2. Hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə olunması haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir. 16.0. Aşağıdakı hallarda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz:16.0.1. qanunvericilikdə boşluqlar zahiri xarakter daşıdıqda;16.0.2. normativ tənzimləmə zərurəti olmadıqda;16.0.3. normativ tənzimləmə qanunla qadağan olunduqda;16.0.4. normativ tənzimləmə mövcud olduqda. Işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası şikayəti araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 371, 372, 385, 387, 397-ci maddələrinə əsasən hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin **(*-***)- ***/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadı ləğv edilərək, ərizə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki,məhkəmənin istinad əsasları anlaşılan deyildir.Məhkəmə qanunvericiliyin analogiya üzrə tətbiqi ilə səhv və əsaslandırılmamış nəticəyə gəlmişdir. Yuxarıda qeyd edilmiş qanunvericilik normaların mənası mülki prosessual qanunvericilik müddəalarının analogiya üzrə tətbiqini qadağan edir. Beləki, məhkəmə icraatı prosedurunu müəyyən edən bu qanunvericilik yalnız qanunla müəyyən edilmiş qaydada onun aparılma vəzifələrin müəyyən edir, analoğiya isə ictimayi münasibətləri tənzimləyən qanunvericilik müddəalarının (maddi hüquq normalarının) tətbiqini müəyyən edir ki, vəzifələrin müəyyən edilməsi hallarında, habelə normativ tənzimləmə qanunla qadağan olunduğu və ya normativ tənzimləmə mövcud olduğu hallarda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz. Məhkəmənin gəldiyi nəticə və istinad etdiyi prosessual norma iddia tələbinə (ərizəsinə) aid prosedur qaydadır və müvəqqəti təminat tədbiri barədə nəticəyə aid onun yolverilməzliyi barədə normativ tənzimləmə müəyyən edilməmişdir. Ərizəçidən gözlənilən odur ki, o, hüquqlarının müdafiəsi üçün iddia icraatının nə üçün yetərli olmadığını, nəyə görə müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinə təcili ehtiyac yarandığını əsaslandırmalıdır. Ərizədə mövcud vəziyyətin dəyişəcəyi halda ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi təhlükəsinin mövcud olduğu, bu təhlükənin nələrdə ifadə olunduğu və ya oluna biləcəyi konkret işin faktiki halları ilə əlaqələndirilməklə əsaslandırılmalıdır. Ona görə işə yenidən baxan məhkəmə hüquqlarının pozulma ehtimalını əsas gətirən ərizəçilərin ilkin sübutlarının mötəbərliyini maraqlı şəxslərin hüquqlarına nisbətdə dəyərləndirərək, tələbin baxılmasının mümkünsüzlüyünü və müvəqqəti təminat tədbirinin iddianın təmin edilməsi perspektivi və tərəflərin hüquqlarının müdafiə tarazlığının və mütənasibliyinin təmin edilməsi baxımından əsaslı şəkildə qiymətləndirərək prosessual qanunvericiliklə müəyyən edilmiş nəticə təsbit etməlidir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395-403-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Ərizəçi (iddiaçı) Ərizəçi tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin **(*-***)-***/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin və ərizəçi (iddiaçı) Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar