Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-650/2026 02.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Abbasova Günel Məhərrəm qızı (sədrlik edən və məruzəçi), Hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** saylı qərardadından cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətlərə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt Şəhər * saylı Dövlət Notariat ofisinə və cavabdeh1 MMC-yə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri * saylı Notariat ofisinin 8İ-19796 nömrəli, ##.##.2025-ci il tarixli icra qeydinin ləğv edilməsi, iddia ərizəsi üçün ödənilmiş 100 manat dövlət rüsumu və hüquqi yardıma görə vəkilə ödənilmiş 320 manat məbləğdə pulun cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ənvər Məmmədxanlı ünvanında yerləşən 0.0340 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 177,40 kv.m ümumi sahədən ibarət **** nömrəli bağ evi üzərinə yönəldilmiş tutmanın və icra hərəkətlərinin müvəqqəti olaraq dayandırılması, həmin əmlakın satışına, hərraca çıxarılmasına, özgəninkiləşdirilməsinə və ya digər şəxslərin mülkiyyətinə verilməsinə qadağa qoyulması, mübahisə predmeti olan əmlak üzərində istənilən qeydiyyat və hüquqi dəyişikliklərin aparılmasına qadağa qoyulması və təminat tədbirinin tətbiqi barədə qərardadın dərhal icraya yönəldilməsinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 16(5-104)- ***/**** nömrəli qərardadına əsasən ərizə qismən təmin edilərək iş üzrə mübahisəyə baxılıb yekun vurulanadək Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ənvər Məmmədxanlı ünvanında yerləşən 0.0340 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 177,40 kv.m ümumi sahədən ibarət **** nömrəli bağ evinin özgəninkiləşdirilməsi cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. Həmin qərardaddan “xxxx” MMC şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qərardad əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, ərizəçi tərəfindən təqdim olunmuş müvəqqəti təminat tədbiri barədə ərizədə bu tədbirin tətbiqini zəruri edən hallar əsaslandırılmamış, məhkəməyə konkret sübut və arqumentlər təqdim edilməmişdir. Bağ evinin özgəninkiləşdirilməsi barədə tətbiq edilmiş təminat tədbiri faktiki olaraq icra sənədinin icrasını qeyri-mümkün edir ki, bu da qanunvericiliyin tələblərinə ziddir və icra prosesinə əsassız müdaxilədir. Birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış qərardad “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.4-cü maddəsinin tələblərinə ziddir. Həmin maddəyə əsasən, borclu tərəfindən icra sənədinə dair iddia qaldırıldıqda icraatın məcburi dayandırılması yalnız qanunla yol verilən hallarda mümkündür. Eyni zamanda maddədə birbaşa olaraq istisna nəzərdə tutulmuşdur, yəni: “İpoteka haqqında”Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan sənədlərə dair mübahisə qaldırılması icraatın dayandırılması üçün əsas hesab edilmir. Mübahisə predmeti olan icra sənədi “İpoteka haqqında”Azərbaycan Respublikası Qanununa əsasən verilmiş notariusun icra qeydidir. Qanunvericiliyin imperativ tələbinə görə belə icra sənədinin icrasının dayandırılması yolverilməzdir. Lakin Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş e**(*- ***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadla ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin özgəninkiləşdirilməsinin qadağan edilməsi təminat tədbiri qismində tətbiq olunmuşdur. Məhkəmə tərəfindən müəyyən edilmiş bu qadağa hüquqi mahiyyəti və doğurduğu nəticələr baxımından notariusun icra qeydinin icrasının faktiki olaraq dayandırılması ilə eyniyyət təşkil edir. Belə ki, ipoteka predmetinin realizəsinə və özgəninkiləşdirilməsinə yönəlmiş hər hansı hüquqi və ya faktiki hərəkətlərin qadağan edilməsi icra sənədinin icrasını hüquqi cəhətdən mümkünsüz və faktiki olaraq iflic vəziyyətinə salır. Başqa sözlə, məhkəmə qərardadı ilə tətbiq edilmiş təminat tədbiri ipoteka predmetinin satışını, realizəsini və mülki dövriyyəyə daxil edilməsini tam şəkildə bloklamaqla, notariusun icra qeydinin icrasını nəticəsiz və icra qabiliyyətindən məhrum edən hüquqi maneə yaratmışdır. Beləliklə, məhkəmə birbaşa qanunun açıq və imperativ normasını pozaraq icra sənədinin icrasına müdaxilə etmiş, maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Halbuki məhkəmə təminat tədbiri tətbiq edərkən qüvvədə olan icra sənədinin icrasını faktiki olaraq iflic edən məhdudiyyətlər müəyyən edə bilməzdi. Bu səbəbdən mübahisələndirilən qərardad qanunsuz və əsassız hesab edilməli, ləğv olunmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, cavabdehin şikayəti əsaslı olduğundan birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizənin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə kollegiyası iddiaçı Ərizəçi cavabdehlər Sumqayıt şəhəri * saylı Notariat Kontoru və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı icra qeydinin ləğv edilməsi barədə iddia tələbi üzrə müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** saylı qərardadından verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi ki, Ərizəçi cavabdehlər Sumqayıt şəhəri * saylı Notariat Kontoru və “xxxx” MMCyə qarşı Sumqayıt şəhəri * saylı Notariat Ofisinin **-***** nömrəli, ## ###### 2025-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə iddia ilə məhkəməyə müraciət etmişdir.İddiaçı eyni zamanda mübahisəli əmlaka, yəni Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ənvər Məmmədxanlı ünvanında yerləşən 0,0340 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 177,40 kv.m ümumi sahədən ibarət **** nömrəli bağ evinə yönəldilmiş tutma və icra hərəkətlərinin müvəqqəti dayandırılması, əmlakın satılmasına, hərraca çıxarılmasına, özgəninkiləşdirilməsinə, habelə əmlak üzərində qeydiyyat və hüquqi dəyişikliklərin aparılmasına qadağa qoyulması barədə müvəqqəti təminat tədbirinin tətbiq edilməsini xahiş etmişdir.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** saylı qərardadı ilə ərizə qismən təmin edilmişdir.Həmin qərardaddan şikayət verilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməklə müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, hazırkı ərizənin predmetini təşkil edən müvəqqəti təminat tədbirinin tətbiqi məsələsi əvvəllər də məhkəmə tərəfindən araşdırılmış, həmin məsələ üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən qərardad qəbul edilmiş və həmin məhkəmə aktı qanuni qüvvəyə minmişdir. Əvvəlki məhkəmə baxışında da eyni mübahisəli əmlaka münasibətdə tutma və icra hərəkətlərinin dayandırılması, əmlakın satılmasının və özgəninkiləşdirilməsinin qarşısının alınması və digər təminat tədbirlərinin tətbiqi məsələsi araşdırılmışdır. Hazırkı ərizədə isə əvvəlki apellyasiya baxışından sonra yaranmış və müvəqqəti təminat tədbirinin yenidən tətbiqini zəruri edən yeni faktiki və hüquqi hallar müəyyən edilməmişdir. Beləliklə, hazırkı ərizə üzrə mübahisənin predmetini təşkil edən prosessual məsələ artıq apellyasiya instansiyası tərəfindən həll edilmişdir. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə də prosessual qanunvericilikdə konkret münasibəti tənzimləyən normanın olmaması məhkəmənin həmin münasibəti həll etməkdən imtina etməsinə əsas verə bilməz və belə halda qanunun analogiyasından istifadə edilə bilər. Hazırkı münasibət baxımından Mülki Prosessual Məcəllədə eyni müvəqqəti təminat məsələsinin artıq qanuni qüvvəyə minmiş apellyasiya qərardadı ilə həll edilməsindən sonra eyni tərəf tərəfindən, eyni predmet və eyni əsaslarla təkrar irəli sürülməsi halında hansı prosessual nəticənin tətbiq edilməli olduğunu birbaşa müəyyən edən norma mövcud deyildir. Bu prosessual boşluğun aradan qaldırılması məqsədilə eyni hüquqi nəticəyə malik olan münasibəti tənzimləyən MPM-in 153.2.2-ci maddəsinin analogiya üzrə tətbiqi mümkündür. MPM-in 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Hazırkı işdə də mahiyyət etibarilə eyni prosessual vəziyyət mövcuddur. Belə ki, müvəqqəti təminat tədbirinin tətbiqi barədə eyni tələb, eyni əmlaka münasibətdə, eyni icra hərəkətlərinin qarşısının alınması məqsədilə, eyni faktiki və hüquqi əsaslarla artıq apellyasiya instansiyasının araşdırma predmetini təşkil etmiş və həmin məsələ üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı qəbul edilmişdir (Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-**(*-*)-***/**** saylı Qərardadı). Bu halda həmin məsələnin birinci instansiya məhkəməsi tərəfindən yenidən mahiyyəti üzrə araşdırılması və əvvəlki apellyasiya qərardadının hüquqi nəticələrini aradan qaldıran yeni qərardad qəbul edilməsi məhkəmə aktlarının qanuni qüvvəsi, hüquqi müəyyənlik və məhkəmə aktlarının sabitliyi prinsipləri ilə uzlaşmır. Əks yanaşma qanuni qüvvəyə minmiş məhkəmə aktının eyni məsələ üzrə təkrar məhkəmə baxışı yolu ilə faktiki olaraq yenidən mübahisələndirilməsinə imkan verərdi. Məhkəmə kollegiyası onu da qeyd edir ki, bu nəticə ərizəçinin əvvəlki baxışdan sonra yeni faktiki hallar yarandığı təqdirdə həmin yeni hallar əsasında müvəqqəti təminat tədbirinin tətbiqi barədə müraciət etmək hüququnu istisna etmir. Lakin hazırkı ərizə üzrə belə yeni hallar müəyyən edilməmişdir. Odur ki, MPM-in 13.4-cü maddəsində nəzərdə tutulmuş qanunun analogiyası tətbiq edilməklə, MPM-in 153.2.2-ci maddəsində nəzərdə tutulmuş hüquqi nəticənin hazırkı prosessual münasibətə şamil edilməsi və müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizənin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməsi qanuni və əsaslı hesab edilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 13,4, 153.2.2,157, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** saylı qərardadı ləğv edilsin. Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən : Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №e-16(3-6)-650/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-650/2026
02.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver