Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-655/2026 02.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Ərizəçi Ərizəçi qızının müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsi üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadından cavabdeh Cavabdeh Firması tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: Ərizəçi Ərizəçi qızının nümayəndəsi-vəkili Nümayəndə müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək cavabdeh Cavabdeh Firmasının ünvan 1 ünvanında yerləşən və iddiaçıya məxsus daşınmaz əmlakdan istifadəsinin dayandırılması barədə iddianın təmin edilməsi tədbirinin tətbiq edilməsi, cavabdeh Cavabdeh Firmasına mübahisəli daşınmaz əmlakı üçüncü şəxslərə icarəyə və ya istifadəyə verməsinin, əmlakda söküntü, yenidənqurma və digər tikinti işləri aparmasının, əmlaka zərər vurmasının və əmlakın mövcud vəziyyətini hər hansı formada dəyişdirməsinin qadağan edilməsi, cavabdeh Cavabdeh Firmasının iddiaçının mübahisəli daşınmaz əmlaka maneəsiz daxil olmasına hər hansı formada mane olmasının qadağan edilməsi, iddianın təmin edilməsi barədə qəbul ediləcək qərardadın dərhal icraya yönəldilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Ərizəçi cavabdeh Cavabdeh Firmasına qarşı “mübahisəli daşınmaz əmlakın qanunsuz istifadəsi, həmin istifadədən əldə olunmuş gəlirlərin, habelə vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hal-hazırda 2(5- **)-****/**** saylı mülki işə Binəqədi Rayon Məhkəməsinin hakimi Elnarə Vəliyevanın icraatında baxılır. İddiaçı ünvan 1 ünvanında yerləşən mübahisəli daşınmaz əmlakın qanuni mülkiyyətçisidir. Bu hüquq daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış və iş materiallarında olan digər hüquqmüəyyənedici sənədlərlə təsdiq edilir. Buna baxmayaraq, cavabdeh Cavabdeh Firması heç bir hüquqi əsas olmadan iddiaçıya məxsus əmlakdan faktiki istifadəni davam etdirir. Cavabdehin həmin əmlakı üçüncü şəxslərə icarəyə və ya istifadəyə verməsi, əmlakda söküntü, yenidənqurma və digər tikinti işləri aparması, əmlaka zərər vurması və ya onun mövcud vəziyyətini dəyişdirməsi real təhlükə olaraq qalmaqdadır. Bu hallar gələcəkdə qəbul ediləcək məhkəmə qətnaməsinin icrasını əhəmiyyətli dərəcədə çətinləşdirə və ya mümkünsüz edə bilər. Eyni zamanda cavabdehin qanunsuz istifadəni davam etdirməsi nəticəsində iddiaçı hər gün öz əmlakından istifadə hüququndan məhrum edilir, cavabdeh isə həmin əmlakdan istifadə etməklə iqtisadi fayda əldə etməkdə davam edir. Bu isə iddiaçıya vurulan zərərin artmasına və mübahisənin nəticələrinin daha da ağırlaşmasına səbəb olur. Bu tədbirlər mübahisənin mahiyyəti üzrə əvvəlcədən həll edilməsi deyil, yekun məhkəmə aktının səmərəli icrasını təmin etmək və tərəflərin hüquqlarını qorumaq məqsədi daşıyır. Hazırkı iş üzrə: • mübahisə predmeti iddiaçıya məxsus daşınmaz əmlakın qanunsuz istifadəsi və həmin istifadədən əldə edilən gəlirlə bağlıdır; • iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatı sənədləri ilə təsdiq olunur; • cavabdeh mübahisəli əmlakdan faktiki istifadəni davam etdirir; • əmlakın üçüncü şəxslərə verilməsi, yenidən qurulması və ya vəziyyətinin dəyişdirilməsi ehtimalı mövcuddur; • bu hallar gələcək məhkəmə qətnaməsinin icrasını çətinləşdirə və iddiaçıya əlavə zərər vurulmasına səbəb ola bilər. Bundan əlavə, əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən etibarnamənin ləğv edildiyi bildirilsə də, məhkəmə tərəfindən Elektron Notariat İnformasiya Sistemi vasitəsilə aparılmış yoxlama nəticəsində həmin etibarnamənin ləğv edilmədiyi müəyyən edilmişdir. Bununla əlaqədar iş üzrə baxış ## ###### 2026-cı il tarixinə təxirə salınmışdır. Nəzərə alınmalıdır ki, növbəti məhkəmə iclasınadək kifayət qədər vaxt mövcuddur və bu müddət ərzində cavabdehin mübahisəli əmlakdan istifadəni davam etdirməsi, onu üçüncü şəxslərin istifadəsinə verməsi, əmlakın vəziyyətini dəyişdirməsi və ya ona zərər vurması ehtimalı real olaraq qalır. Belə halların baş verməsi gələcək məhkəmə qətnaməsinin icrasını çətinləşdirəcək, həmçinin iddiaçıya vurulan zərərin həcmini artıracaqdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə ərizənin qismən təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(*-**)-****/**** saylı mülki iş üzrə məhkəmə aktı qanunu qüvvəyə minənədək cavabdeh Cavabdeh Firmasına mübahisəli daşınmaz əmlakı üçüncü şəxslərə icarəyə və ya istifadəyə verməsi, əmlakda söküntü, yenidənqurma və digər tikinti işləri aparması, əmlaka zərər vurması və əmlakın mövcud vəziyyətini hər hansı formada dəyişdirməsinin qadağan edilməsi, qərardadın dərhal icra olunması, qərardadın icrasının Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə həvalə edilməsi, ərizənin qalan hissədə təmin edilməsməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-16(5-93)- ***/**** saylı qərardadından maraqlı şəxs Cavabdeh Firmasının direktoru Maraqlı şəxs və nümayəndəsi-vəkili Vəkil İslam oğlunın şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, bu qərar qanunsuz, qərəzli, qeyri-insani və ədalətsizdir, geri dönülməz nəticələrə səbəb ola bilər, bununla əlaqədar əmlakın icarəyə verilməsinin və üçüncü şəxslərin istifadəsinə verilməsinin qadağan edilməsi hissəsində onun ləğv edilməsini xahiş edir. Məhkəməyə Cavabdeh firmasının rəhbəri Maraqlı şəxs onkoloji xəstəliklə əlaqədar ABŞ-da müalicə aldığına dair sənədlər, habelə prosesdə şəxsən iştirak etmək istədiyi, çünki Ərizəçi iddia tələblərini təkzib edən sübutlara malik olduğu barədə Maraqlı şəxs-nin ərizə-vəsatəti təqdim edilmişdir. Maraqlı şəxs ABŞ-da müalicəsi və həyat təminatı ödənişlidir və Cavabdeh firmasının sahələrinin icarəyə verilməsindən əldə olunan vəsait hesabına həyata keçirilir. Maraqlı şəxs ABŞda müalicəsi və həyat təminatı üçün zəruri olan vəsaitdən məhrum edilməsi onun öldürülməsinə bərabərdir. 2) Cavabdeh firmasının icarəçilərinin ərizələrinə əsasən, onların fəaliyyətinin dayandırılması ailələrinin dolanışığına son dərəcə mənfi təsir göstərəcək və onları dolanışıq vasitələrindən məhrum edəcəkdir. 3) Binəqədi Rayon Məhkəməsinə yazılı şəkildə (müvafiq sənədlər təqdim edilməklə) məlumat verilmişdir ki, 2022 ci il tarixində Ərizəçi, özgə əmlakını talamaq məqsədilə, bir sıra uğursuz cəhd və manipulyasiyalardan sonra Bakı İnzibati Məhkəməsinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı BakıƏrazi İdarəsinə qarşı iddia ilə müraciət edərək, dövlətə məxsus olan və Cavabdeh firmasına verilmiş Bakı şəhəri, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, II mədən, korpus 73 ünvanında olan 5.000 kv.m ibarət torpaq sahəsini mülkiyyət hüququ əsasında onun adına Daşınmaz Əmlakın Dövlət Reyestrində hüquqi qeydiyyata alınmaqla, müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Əmlak Məsələləri Xidmətinin yanında DƏDRX-nin * saylı BakıƏrazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan Ərizəçi iddia tələbini 3.100 kv. metrə, daha sonra isə 2.684 kv. metrə qədər azaltmışdır. Ərizəçi iddia tələblərini əsaslandırmaq üçün məhkəməyə bilərəkdən saxtalaşdırılmış sənədlər təqdim etmişdir: a) Bakı şəhəri, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, II mədən, korpus 73 ünvanında olan 5.000 kv.m torpaq sahəsinin alqı-satqı qaydasında K.A. Quliyevə ayrılması barədə Bakı şəhəri Binəqədi bələdiyyəsi sədrinin ## ###### 2004-cü il tarixli ****/* nömrəli sərəncamı; b) K. Quliyev tərəfindən həmin sahənin ****** nömrəli qəbz üzrə “Kapital Bank”ın Binəqədi filialına 20 mln. manat nağd ödəniş edilməklə alqı-satqı barədə ## ###### 2004-cü il tarixli akt; c) Kamil Quliyev tərəfindən torpaq sahəsinə görə “Kapital Bank”ın Binəqədi filialına 20 mln. manat ödənilməsi barədə 2004-cü ilin dekabr ayına aid ****** nömrəli qəbz; ç) digər saxta sənədlər. Xüsusilə, ****/* nömrəli sərəncamın sıra nömrəsi uçot qeydlərində mövcud deyil və Binəqədi bələdiyyəsinin qeydiyyat məlumatlarının ardıcıllığına uyğun gəlmir; ## ###### 2004-cü il tarixli alqı-satqı müqaviləsində guya 2004-cü ilin dekabr ayında rəsmiləşdirilmiş ****** nömrəli qəbz qeyd olunub ki, bu da məntiq qanunlarına ziddir; ****** nömrəli qəbzdə 20 mln. manatın mədaxil edilməsi barədə “Kapital Bank”ın qeydləri və digərləri mövcud deyil. Bütün sənədlərdəki imzalar saxtalaşdırılıb. Buna baxmayaraq, Bakı İnzibati Məhkəməsinin hakimi Aygün Abdullayevanın ##.##.2023-cü il tarixli qərarı ilə Ərizəçi iddiası qeyri-qanuni təmin edilmişdir. ## #### 2025-ci il tarixində cavabdehin və hüquqları ilə mənafeləri birbaşa pozulmuş üçüncü şəxs - Cavabdeh firmasının şikayətləri əsasında Bakı Apellyasiya Məhkəməsi tərəfindən hakim A. Abdullayevanın ##.##.2023-cü il tarixli qanunsuz qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılmışdır. Göstərilən iş hazırda Bakı İnzibati Məhkəməsinin hakimi Emin Abdullayevin icraatındadır. Yeni məhkəmə araşdırması zamanı Cavabdeh firmasının təşəbbüsü ilə “Kapital Bank”dan ****** nömrəli qəbzin saxta olması və Quliyev tərəfindən torpaq sahəsinə görə banka hər hansı vəsaitin ödənilməməsi barədə rəsmi məlumat alınmışdır. # ### 2026-cı il tarixində Cavabdeh firmasının nümayəndələri tərəfindən Baş Prokurorluğa Binəqədi bələdiyyəsində, Binəqədi Rayon İcra Hakimiyyətində, digər təşkilatlarda və Ərizəçi korrupsiya cinayətləri barədə (AR CM-nin 34, 178.4, 179.4, 308.2, 312, 313, 314-1 və 314-2-ci maddələri) Azərbaycan Respublikası CPM-nin 204-cü maddəsi qaydasında ərizə göndərilib və həmin ərizə üzrə yoxlama hazırda Binəqədi rayonunun hüquq-mühafizə orqanları tərəfindən aparılır. 2026-cı ilin may ayında Ərizəçi əlaltıları bir neçə dəfə firmaya basqın edərək qıfılları dəyişdirmiş və əmlakımızı qarət etmişdirlər, bununla bağlı polisə şikayətlər təqdim edilmişdir. 4) # ### 2026-cı il tarixində Ərizəçi tərəfindən Cavabdeh firmasına və Maraqlı şəxs qarşı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci Mədən küçəsi, korpus 73, ***A saylı ünvanında yerləşən 0,05879 ha olan torpaq sahəsi üzərindəki ümumi sahəsi 750 kv. metr olan inzibati bina və anbarın cavabdehlər tərəfindən boşaldılması, boşaldılmış qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi, cavabdeh tərəfindən iddiaçıya vurulmuş 95900 manat məbləğində maddi ziyan, 2000 manat məbləğində mənəvi zərər və ödənilmiş 384 manat dövlət rüsumu pulunun iddiaçının xeyrinə cavabdehlərdən tələb edilib ödənilməsi barədə qərar qəbul edilməsi haqqında vəsatətlə iddia qaldırılmışdır. Hazırkı iddiaya e-*(*-**)-****/**** saylı mülki iş çərçivəsində baxılır. İddianın təsdiqi üçün məhkəməyə 0,05879 ha sahəyə dair reyestrdən №0********** nömrəli çıxarış, rəy, şəhadətnamə və digər sənədlər təqdim edilmişdir. Xüsusilə qeyd edilməlidir ki, inzibati məhkəməyə təqdim edilmiş saxta sənədlərdə göstərilən 5000 kv. metrə, üzərində ##.##.2019-cu il tarixli ************ nömrəli mülkiyyət hüququna dair şəhadətnamə olan 0,05879 metr sahəli torpaq sahəsi də daxil edilmişdir. Lakin iddiaçı bu faktı gizlətmişdir, çünki ##.##.2019-cu il tarixli ************ nömrəli şəhadətnamə də saxta sənədlər əsasında alınmışdır. Göstərilən halların araşdırılması yalnız məhkəmə baxışı çərçivəsində mümkündür. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra MPM) 157.1ci maddəsinə görə, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. MPM-in 157.2-ci maddəsinə görə, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər (maddə 157.3). Müvəqqəti təminat tədbirləri kimi müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək tətbiq edilə bilər (maddə 158.1.2-158.1.3). Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. 157.7-ci maddəsinə əsasən məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Qanunun mənasından göründüyü kimi müvəqqəti təminat tədbirləri institutu çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan, qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual-hüquqi tədbirdir. Bu tədbir müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” ## #### 2018-ci il tarixli Qərarında formalaşdırılan hüquqi mövqeyə əsasən iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Lakin iddianı təmin etmək haqqında ərizə ilə müraciət edən şəxsin üzərinə sübutların təqdim edilməsi ilə bağlı həddindən artıq vəzifə də qoyulmamalıdır. Sadəcə olaraq, hakim belə bir qənaətə gəlməlidir ki, işdə iştirak edən şəxsin ərizəsində göstərilən dəlillər belə tədbirlərin görülməsi üçün əsasların olmamasını deyil, daha çox mövcudluğunu sübut edir. Həmin qərarda həmçinin qeyd edilir ki, Konstitusiyanın 127-ci maddəsinin II hissəsinin, Mülki Prosessual Məcəllənin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir..... Mülki Prosessual Məcəllənin 158-ci maddəsində nəzərdə tutulmuş hansı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasib olması göstərilmir. Lakin həmin maddənin mənasından aydın olur ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Məhkəmə kollegiyası nəzərə alır ki, iddia tələbi qeyri-yaşayış sahəsinin boşaldılması, maddi və mənəvi zərərin ödənilməsi ilə bağlıdır, müvəqqəti təminat tədbiri isə həmin sahənin 3-cü şəxslərin istifadəsinə verilməsinin qadağan edilməsi və s ibarətdir. Odur ki, hazırki müvəqqəti təminat tədbirinə dair ərizə iddianın təmin olunacağı təqdirdə qətnamənin səmərəli icrasını təmin etməyə və ərizəçinin hüquqlarının qorunmasına yönəlmişdir. Kollegiya maraqlı şəxs tərəfindən əmlakın başqa şəxslərin istifadəsinə verilməsi və belə olan halda iddia təmin edildiyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının çətinləşməsi ehtimalının mövcud olduğunu, digər tərəfdən müvəqqəti təminat tədbiri tətbiq edilməklə həmin hərəkətlərin qadağan edilməsinin belə bir ehtimalı aradan qaldırdığını nəzərə alaraq hesab edir ki, mübahisələndirilən hissədə məhkəmənin gəldiyi nəticə qanunun məqsədlərinə uyğun olmuşdur. Bu mənada məhkəmə kollegiyası iddianın əsaslılığına hüquqi qiymət vermədən işin halları, mübahisənin mahiyyəti və tərəflərin münasibətləri baxımından hesab edir ki, hazırki ərizə müvəqqəti təminat tədbiri institutunun məqsədlərinə xidmət etdiyi üçün şikayət təmin edilmədən, qərardad isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda kollegiya bildirir ki, şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas hesab etmir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Sabit Bəhrəmzadə Xumar Mərdanova
Məhkəmə qərarları › İş №e-16(3-6)-655/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-655/2026
02.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver