Məhkəmə qərarları › İş №e-16(3-6)-659/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-659/2026

07.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-659/2026 07.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X3 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin **(*-***)-***/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Işin halları və iş üzrə məhkəmə icraat(lar)ı Ərizəçi Ərizəçi ##.##.2026-cı il tarixdə “əmlakın üzərinə həbs qoyulması” ilə bağlı məhkəməyə müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə müraciət edərək iddianın təmin edilməsi məqsədilə müvəqqəti təminat tədbiri tətbiq edərək, ünvan 1 ünvanında yerləşən, 005013055483-***** reyestr nömrəli (qeydiyyat nömrəsi: 1126044581) daşınmaz əmlakın (fərdi yaşayış evi və torpaq sahəsi) üzərinə həbs qoyulması, Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə sözügedən əmlakla bağlı hər hansı sərəncam verilməsini, özgəninkiləşdirmə və ya yüklülük (ipoteka, lizinq və s.) əməliyyatlarının aparılmasını qadağan edilməsi, Azərbaycan Respublikası MPM-in 160.1-ci maddəsinə əsasən, qəbul edilmiş qərardadın dərhal icra olunması üçün aidiyyəti orqanlara yönəldilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi ərizəsini onunla əsaslandırmışdır ki, onun hüquqlarını müdafiə etdiyi iddiaçı Ərizəçi tərəfindən cavabdeh Cavabdeh qarşı “Daşınmaz əmlaka dair dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi Sabunçu Rayon Məhkəməsinə təqdim ediləcəkdir. Mübahisə predmeti ünvan 1 ünvanında yerləşən, 005013055483-***** reyestr nömrəli fərdi yaşayış evi və torpaq sahəsidir. Iddia ərizəsində əsaslandırılacağı kimi, sözügedən əmlak miras əmlakdır və iddiaçının qanuni vərəsəlik hüquqları nəzərə alınmadan cavabdehin adına rəsmiləşdirilmişdir. Cavabdeh Cavabdeh hazırda rəsmi olaraq öz adına qeydiyyatda olan bu mübahisəli əmlakı hər an üçüncü şəxslərə özgəninkiləşdirə (sata, bağışlaya) və ya əmlak üzərinə hər hansı yüklülük (ipoteka və s.) qoya bilər. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin **(*-***)-***/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadı ilə ərizənin qismən təmin edilməsi, ünvan 1 ünvanında yerləşən, 005013055483-***** reyestr nömrəli, qeydiyyat nömrəsi: 1126044581 olan daşınmaz əmlakın- fərdi yaşayış evinin və torpaq sahəsinin özgəninkiləşdirilməsinə qadağa qoyulması, Qərardadın dərhal icra edilməsi, qərardadın ##.##.2026-cı il tarixdən qüvvədən düşmüş hesab edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-157.4, 157.7, 158.1.2, 158.1.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, ərizə qismən təmin edilməli, ünvan 1 ünvanında yerləşən, 005013055483-***** reyestr nömrəli (qeydiyyat nömrəsi: 1126044581) daşınmaz əmlakın (fərdi yaşayış evinin və torpaq sahəsinin) özgəninkiləşdirilməsinə qadağa qoyulmalıdır. Bundan əlavə məhkəməyə bu mübahisə üzrə mülki iş daxil olmadığından qərardad ##.##.2026-cı il tarixdən qüvvədən düşmüş hesab edilməlidir. Apellyasiya şikayəti, etiraz və məhkəmənin mövqeyi Cavabdeh qərardaddan şikayət verərək, iş üzrə Sabunçu rayon məhkəməsinin e-**(*-***)- ***/**** saylı ##.##.2026-cı il tarixli qərardadının ləğv edilərək mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirilməsi, əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikasının Konstitusiyasının 60.1; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.1 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 14.2, 157.1, 157.2, 157.5, 386-cı maddələrinə istinadən qeyd edilmişdir ki, istinad edilmiş Kosntitusiya maddələrindən göründüyü kimi hər kəsə məhkəmə müdafiəsi hüququnu tanımaqdadır. Lakin, bu o demək deyildir ki, tərəflər məhz hüquqdan suiistifadə edərək qanunun yol verdiyi hər hansı tədbiri bu şəkildə həyata keçirsinlər. Hesab edir ki, məhkəmə tərəfindən cavabdehin mülkiyyət hüquqlarına dair pozulmaq ehtimalı olan maraqları nəzərə alınmalı və ən azından məhkəmə müdafiəsinə alınmalıdır. Sözügedən daşınmaz əmlak cavabdeh Cavabdeh məhrum atası Sabir Babayev tərəfindən hələ sağlığında bağışlama edilmişdir. Sabir Babayev 2019-cu ildə bağışlama etmiş, 2020-ci ildə isə dünyasını dəyişmişdir. Mərhum atası tərəfindən bir tək bu əmlak deyil, bir neçə əmlak yenə də sonuncu hələ sağ ikən bağışlama edilmişdir. Yəni bu əmlak hər bir halda Cavabdeh tam hüquqi əmlakı hesab olunur. Mülki Prosessual qanunvericiliyin istinad edilən maddələrinin mənasına görə göründüyü kimi, müvəqqəti təminat tədbiri ərizəçinin hüquqlarının qorunmasını (təmin və ya bərpa edilməsini), o cümlədən gələcəkdə qəbul ediləcək qətnaməsinin icrasını təmin etmək məqsədi ilə görülən və ərizəçinin hüquqlarının qorunmasının çətinləşdirə və ya qeyri-mümkün edə bilən haların aradan qaldırılmasına yönəlmiş prosessual tədbir olmaqla, müvəqqəti xarakter daşıyır. Hazırkı halda məhkəmənin qərardadında ilkin sübutların mövcudluğuna dair hər hansı sənəd sübuta istinad edilməsini görə bilmirlər. Bu isə o deməkdir ki, ərizəçinin bu MTT –ni çıxartdırmaqda məqsədi sırf bacısna olan paxıllıq, onun işlərində yolunda maneə yaratmaq məqsədi daşımışdır ki, bu da kifayət qədər imkana malik olan qardaşın bu əmlaka olan tamah niyyətindən xəbər verir. Hazırki qərardadda hər hansı sübutun təqdim edilməsi barədə və yaxud bu MTT ni çıxartdırmaq barədə ərizəçinin güddüyü məqsədin əsasları barədə hər hansı mötəbər sübuta istinad edilməmişdir. Maddi hüquq normaları pozulmuşdur, düzgün tətbiq edilməmişdir. O cümlədən, bunun özü prosessual pozuntu hesab edilir. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün əsasdır, çünki, bunun əsasında düzgün qətnamə qəbul edilməmişdir. Ərizəçi bu həbsin ona hansı səbəbə görə lazım olduğu, onun bu əmlak üzərində hansı hüququnun pozulması barədə hər hansı sübut təqdim etməmişdir. Beləliklə, hazırki qərardad ilkin sübutların təqdim edilmədən qəbul edildiyindən ləğv edilməlidir. Əvəzində cavabdeh tərəf olaraq məhkəməyə bağışlama əqdinin notariat çıxarışını, Sabir Babayevin ölüm haqqında şəhadətnaməsini və digər sənədləri sübut olaraq təqdim edirlər. Hətta hesab edilsə ki, bu əmlak vərəsəlik predmeti ola bilərdi, çünki, mərhumun ölümündən 2 il əvvəl bağışlama edilmişdir (KM qərarının mövqeyinə görə) yenə də ərizəçi bütün iddia müddətlərini ötürüb. Ona görə də bu qərardadın bu cür əsasların təqdim edilməsindən sonra qüvvədə saxlanması yalnız və yalnız məhkəmənin sifarış yerinə yetirməsinə sübut olmuş olacaqdır. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Cavabdeh elektron məhkəmə informasiya sistemi ilə ərizə təqdim edərək qeyd etmişdir ki, Cavabdeh ilə qardaşı -ərizəçi arasında uzun müddətdir ki, nifaq vardır. Maştağa kəndində bacısına atasından hələ sağlığında bağışlanmış olan bağ sahəsinin qızının təhsili məqsədilə dəyərindən qat-qat aşağı satışa çıxardığını eşidən ərizəçi sırf ona qarşı qərəzli olduğu üçün əmlakın üzərinə həbs qoydurmuşdur. Halbuki, əgər ərizəçinin niyyəti dogurdan da vərəsəlik işini açdırmaq olsaydı o, bunu atasının ölümündən sonra həyata keçirərdi. Göründüyü kimi tərəflərin ataları 2020-ci ildə rəhmətə getmişdir, bu gün isə mərhumun dünyasını dəyişməsindən 6 il ötür. ərizəçinin niyyəti həqiqətən də vərəsəliyin mübahisələndirilməsi olmuş olsaydı hər halda o bu addımı son 6 il ərzində atmış olardı. Çünki, ona hələ atalarının sağlığında bəlli idi ki, mərhum hansı övladına hansı əmlakı bağışlama qaydasında aralarında bölgü etmişdir. Hörmətli məhkəmə! Ərizəçi sözügedən danışmaz əmlak üzərində məhdudiyyətin olmasını notariat orqanında daha öncədən beh almış olduğu alıcı ilə prosedura başlayan zaman müvafiq yüklülük məsələsinin yoxlanması zamanı aşkar etmiş və alqi-satqi əməliyyatı baş tutmadığı üçün pis vəziyyətdə qalaraq kor-peşman evə qayıtmışdır. Həmin günün axşamı isə poçtalyon vasitəsilə məhdudiyyətin qoyulması haqqında hazırda mübahisələndirdiyi qərardadı almışdır. Bu halı qeyd etməkdə məqsədi ondan ibarətdir ki, hazırki -tamamilə qeyri-qanuni qoyulmuş bu məhdudiyyət heç bir hüquqi sənədlərə dayanmadan nəinki ərizəçinin hüquqlarını, həmçinin onun beh almış olduğu 3-cü şəxsin də hüquqlarını pozmuşdur. Bununla yanaşı, qeyd edir ki, əmlakın satışı cavabdehin qızının təhsil hüququna da toxunur və əriçənin cavabdehlə apardığı bu düşmənçilikdən əziyyət çəkən bir gənc qızın gələcəyi ilə oynanılır. Kolegiyanın diqqətinə bir daha vurğulamaq istəyir ki, hazırki MTT-nin saxlanması o halda ağlabatan olardi ki, iddianın prespektivliyi olmuş olsun,lakin, işin hallarında bütün halları demirəm elə 2 məqami nəzərə almaq kifayətdir ki, iddianın - hələ bu günədək qaldırılmayan iddianın prespektivini proqnoz etmək olsun. 1-cisi əmlak bağışlama predmeti olmuş və atasının sağlığında verilmişdir. 2cisi mərhumun ölümünün üzərindən 6 il ötür. Müddətin buraxılması halı vardır. Ona görə hesab edir ki, mövcud olmayan iddia olsa belə orada qeyd olunacaq əsas 2 fakt işin mübahisəsiz halıdır. Şikayətə əlavə edilmiş sənədləri nəzərə alaraq Sabunçu rayon məhkəməsinin məhkəməsinin e-**(*-***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadını ləğv edlməsini xahiş edir. Ərizəçi şikayətə qarşı yazılı etiraz ərizəsi göndərmiş, ərizədə qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, e-16(3-6)- ***/**** saylı qərardadı ilə cavabdeh Cavabdeh Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** saylı qərardadından verdiyi şikayət mümkün hesab edilmiş, şikayətin ##.##.2026-cı il tarixdə yazılı icraat qaydasında baxılması müəyyən edilmiş və ərizəçiyə həmin tarixədək şikayətə qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri təqdim etmək hüququ izah edilmişdir. Həmin qərardadla verilmiş prosessual imkandan istifadə edərək cavabdehin şikayətinə, habelə sonradan təqdim etdiyi əlavə mülahizələrə münasibətini məhkəmə kollegiyasının diqqətinə çatdırır. Hesab edir ki, Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı qanuni və əsaslıdır, cavabdehin şikayətində və sonradan təqdim etdiyi əlavə mülahizədə göstərilən dəlillər isə həmin qərardadın ləğv edilməsi üçün əsas yaratmır. Əksinə, cavabdehin sonrakı izahatında göstərdiyi hallar müvəqqəti təminat tədbirinin tətbiq edilməsinin zəruriliyini daha aydın şəkildə təsdiq edir. Ilk növbədə qeyd edilməlidir ki, hazırkı mərhələdə məhkəmə əsas mübahisəni mahiyyəti üzrə həll etmir. Müvəqqəti təminat tədbirinin məqsədi gələcəkdə qəbul ediləcək məhkəmə aktının real və səmərəli icrasına mane ola biləcək halların qarşısını almaq, mübahisə predmetinin hüquqi vəziyyətini dəyişməz saxlamaq və iddiaçının məhkəmə müdafiəsi hüququnun faktiki nəticəsiz qalmasının qarşısını almaqdır. Cavabdehin şikayətində və sonrakı əlavə mülahizəsində isə əsas mübahisənin mahiyyəti üzrə qabaqcadan nəticə çıxarılmasına yönələn fikirlər irəli sürülmüş, tərəflərin şəxsi münasibətləri, ailə daxili mübahisələr, ərizəçinin guya cavabdehə qarşı qərəzli olması və digər subyektiv mülahizələr əsas arqumentlər kimi göstərilmişdir. Bu hallar müvəqqəti təminat tədbirinin qanuniliyinin qiymətləndirilməsi üçün həlledici hüquqi əhəmiyyət daşımır. Məhkəmənin qiymətləndirməli olduğu əsas məsələlər iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların olub-olmaması və müvəqqəti təminat tədbiri tətbiq edilmədiyi halda mövcud vəziyyətin dəyişərək ərizəçinin hüquqlarının gələcəkdə bərpasını çətinləşdiribçətinləşdirməyəcəyidir. Hazırkı işdə hər iki şərt mövcuddur. Cavabdeh öz apellyasiya şikayətində mübahisəli daşınmaz əmlakın mərhum atası X1 tərəfindən ona ##.##.2019-cu il tarixində bağışlandığını, X1 isə ##.##.2020-ci il tarixində vəfat etdiyini açıq şəkildə bildirmişdir. Beləliklə, bağışlama müqaviləsinin bağlanması ilə mirasın açılması arasında iki ildən az müddətin keçdiyi cavabdehin öz prosessual sənədində təsdiq edilmişdir. Bu fakt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrindən irəli gələn məcburi payın tamamlanması tələbinin ilkin hüquqi əsasının mövcudluğunu göstərir. Cavabdeh eyni zamanda məhkəməyə bağışlama müqaviləsinə dair notariat sənədini, ölüm haqqında şəhadətnaməni və digər sənədləri təqdim etdiyini özü göstərmişdir. Bu səbəbdən onun şikayətində irəli sürdüyü “ərizəçi tərəfindən ilkin sübut təqdim edilməməsi” barədə mövqe artıq cavabdehin özünün təqdim etdiyi materiallarla belə ziddiyyət təşkil edir. Müvəqqəti təminat mərhələsində ərizəçinin gələcək iddiasını tam sübut etməsi tələb edilmir. Hazırkı mərhələdə tələbin kifayət qədər əsaslı olduğuna dair ilkin sübutların mövcudluğu kifayətdir. Cavabdehin sonradan təqdim etdiyi əlavə mülahizədə isə müvəqqəti təminat tədbirinin tətbiq edilməsinin zəruriliyini birbaşa təsdiq edən olduqca mühüm fakt etiraf edilmişdir. Belə ki, cavabdeh tərəf mübahisəli daşınmaz əmlakı üçüncü şəxsə satmaq məqsədilə artıq alıcıdan beh aldığını, alğı-satqı proseduruna başladığını və əmlak üzərində məhdudiyyətin mövcudluğunu məhz notariat orqanında satış əməliyyatının həyata keçirilməsi zamanı öyrəndiyini bildirmişdir. Bu etiraf xüsusi əhəmiyyət daşıyır. Çünki bununla artıq mübahisəli daşınmaz əmlakın özgəninkiləşdirilməsi təhlükəsinin nəzəri və ehtimal xarakterli olmadığı, əksinə, əmlakın satılması istiqamətində faktiki hərəkətlərə başlanıldığı və üçüncü şəxslə münasibətlərin qurulduğu təsdiq edilir. Başqa sözlə, Sabunçu Rayon Məhkəməsinin qarşısını almağa çalışdığı risk artıq cavabdehin öz izahatı ilə sübuta yetirilmişdir. Əgər müvəqqəti təminat tədbiri tətbiq edilməsəydi, cavabdehin özünün etiraf etdiyi kimi, mübahisəli daşınmaz əmlak üçüncü şəxsə özgəninkiləşdiriləcəkdi. Bu halda yeni mülkiyyətçi meydana çıxacaq, üçüncü şəxsin hüquqları yaranacaq, mövcud hüquqi vəziyyət dəyişəcək, əsas mübahisəyə əlavə şəxslərin cəlb edilməsi zərurəti yaranacaq və gələcəkdə ərizəçinin pozulmuş hüquqlarının bərpası əhəmiyyətli dərəcədə mürəkkəbləşəcəkdi. Cavabdehin alıcıdan beh alması onun müvəqqəti təminat tədbirinin ləğv edilməsinə əsas deyil. Əksinə, məhz bu fakt MPM-in 157.2-ci maddəsində nəzərdə tutulan təhlükənin real olduğunu təsdiq edir. Cavabdeh tərəfindən satışdan əldə ediləcək vəsaitin övladının təhsilinə sərf edilməsinin nəzərdə tutulması barədə göstərilən hal da mübahisəli əmlakın özgəninkiləşdirilməsini hüquqi baxımdan əsaslandırmır. Cavabdehin ailəvi və şəxsi məqsədlərinin mövcudluğu həmin əmlak üzərində başqa şəxsin iddia etdiyi hüquqları aradan qaldırmır və məhkəmə müdafiəsinin effektivliyindən üstün hüquqi nəticə yaratmır. Müvəqqəti təminat tədbiri cavabdehi daşınmaz əmlakdan istifadə etmək və ona faktiki sahiblik etmək hüququndan məhrum etmir. Qadağa yalnız mübahisə həll edilənədək əmlakın satılması, bağışlanması və digər üsullarla üçüncü şəxslərin hüquqları ilə yüklənməsinin qarşısını alır. Bu səbəbdən tətbiq edilmiş tədbir mübahisə predmetini qorumaq üçün zəruri və proporsionaldır. Cavabdehin əsas dəlillərindən biri də ondan ibarətdir ki, X1 vəfatından uzun müddət keçmiş, ərizəçi isə bu vaxta qədər vərəsəliklə bağlı məhkəməyə müraciət etməmişdir. Bu mövqe də hazırkı müvəqqəti təminat mərhələsində qərardadın ləğvi üçün əsas təşkil etmir. Ərizəçi atasının vəfatından sonra mübahisəli əmlakla faktiki əlaqəsini kəsməmişdir. Əksinə, həmin daşınmaz əmlakın saxlanılması və qayğısına qalınması uzun müddət ərzində ərizəçi tərəfindən həyata keçirilmiş, əmlak və torpaq vergiləri məhz Ərizəçi tərəfindən ödənilmiş və hazırda da ödənilməkdədir. Ərizəçi əmlaka faktiki sahiblik və idarəetmə xarakterli davranışını davam etdirmiş, özünü həmin əmlakdan və atasının mirasından kənar şəxs kimi aparmamışdır. Mirasın açıldığı dövrdə qüvvədə olmuş Mülki Məcəllənin 1243.2-ci maddəsinin hüquqi məzmununa görə vərəsənin mirası qəbul etməsi yalnız notariat orqanına formal ərizənin təqdim edilməsi ilə məhdudlaşmırdı. Əmlaka faktiki sahiblik və ya onun idarə edilməsinə başlanılması və bu davranışla mirasın qəbul edilməsi iradəsinin açıq şəkildə nümayiş etdirilməsi də mirasın qəbulu üsullarından biri idi. Ona görə Ərizəçi ayrıca formal vərəsəlik sənədlərinin rəsmiləşdirilməsinə uzun müddət təşəbbüs göstərməməsi onun miras hüququndan imtina etməsi və ya həmin hüququ qəbul etməməsi kimi qiymətləndirilə bilməz. Bundan əlavə, hazırda mübahisələndirilən dövlət reyestrindən çıxarış ##.##.2026-cı il tarixində cavabdehin adına verilmişdir. Ərizəçi əmlak üzərində cavabdehin müstəsna mülkiyyət hüququnun bu şəkildə rəsmiləşdirilməsindən xəbər tutduqdan sonra hüquqlarının müdafiəsi məqsədilə məhkəməyə müraciət etmişdir. Buna görə cavabdehin “altı il ərzində heç bir addım atılmaması” barədə təqdim etdiyi mənzərə faktiki halları tam əks etdirmir. Ərizəçi əmlakı faktiki olaraq tərk etməmiş, onun qayğısına və saxlanılmasına davam etmiş, müstəsna mülkiyyət hüququnun cavabdehin adına rəsmiləşdirilməsindən xəbər tutduqdan sonra isə məhkəmə müdafiəsi vasitələrindən istifadə etmişdir. Cavabdehin Mülki Məcəllənin 1200-cü maddəsində nəzərdə tutulan iki illik müddətlə bağlı mövqeyi də düzgün hüquqi qiymətləndirməyə əsaslanmır. Həmin iki illik müddət iddiaçının məhkəməyə müraciət etməli olduğu iddia müddəti deyil. Iki il hansı bağışlamaların məcburi payın hesablanmasına daxil ediləcəyini müəyyən edən maddihüquqi meyardır. Hazırkı işdə isə bağışlama ##.##.2019cu ildə həyata keçirilmiş, miras ##.##.2020-ci ildə açılmışdır. Beləliklə, məhz cavabdehin özünün bildirdiyi tarixlərə əsasən bağışlama ilə mirasın açılması arasında iki il tamam olmamışdır. Cavabdehin əlavə mülahizəsində həmçinin “iddianın bu günədək qaldırılmadığı” bildirilmişdir. Bu məlumat da hazırkı faktiki vəziyyətə uyğun deyildir. Ərizəçi tərəfindən Cavabdeh qarşı “daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın müvafiq hissədə ləğv edilməsi və daşınmaz əmlak üzərində vərəsəlikdən irəli gələn paylı mülkiyyət hüququnun tanınması” tələbinə dair əsas iddia ərizəsi Sabunçu Rayon Məhkəməsinə təqdim edilmiş və e-*(*-***)-****/**** saylı iş yaradılmışdır. Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə iddia ərizəsi ərazi aidiyyəti əsası ilə geri qaytarılmışdır. Həmin qərardaddan isə qanunla müəyyən edilmiş qaydada şikayət verilmişdir. Şikayətin əsasını iddianın konkret Sabunçu rayonunda yerləşən daşınmaz əmlak üzərində paylı mülkiyyət hüququnun tanınmasına dair olması və bu səbəbdən MPM-in 39.1-ci maddəsinə əsasən müstəsna ərazi aidiyyətinin Sabunçu Rayon Məhkəməsinə məxsus olması təşkil edir. Beləliklə, cavabdehin əsas iddianın ümumiyyətlə qaldırılmaması barədə arqumenti faktiki vəziyyətə uyğun deyildir. Əsas iddia müvəqqəti təminat tədbirinin qüvvədə olduğu müddət ərzində təqdim edilmişdir. MPM-in 157.4-cü maddəsinə əsasən isə iddiadan əvvəl tətbiq edilmiş müvəqqəti təminat tədbirinin qüvvədə olduğu müddətdə əsas iddia verilərsə, müvəqqəti təminat tədbirinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. Bu səbəbdən ərizəçi tərəfindən Sabunçu Rayon Məhkəməsinə MPM-in 157.4-cü maddəsi əsasında müvəqqəti təminat tədbirinin tətbiqi məsələsinə yenidən baxılması barədə ayrıca vəsatət də təqdim edilmişdir. Qeyd edilənlərdən görünür ki, hazırkı işdə müvəqqəti təminat tədbirinin tətbiqinin ilkin şərtləri mövcud olmuş və həmin əsaslar sonradan aradan qalxmamışdır. Əksinə, cavabdehin özünün təqdim etdiyi əlavə mülahizələr nəticəsində aşağıdakı hallar artıq daha da aydın təsdiq olunmuşdur: mübahisəli daşınmaz əmlak üçüncü şəxsə satılmaq üçün faktiki olaraq dövriyyəyə çıxarılmışdır; alıcıdan beh alınmışdır; notariat qaydasında alğı-satqı proseduruna başlanılmışdır; məhz MTT nəticəsində həmin satışın başa çatdırılması mümkün olmamışdır; buna görə mübahisəli əmlakın üçüncü şəxsə özgəninkiləşdirilməsi təhlükəsi realdır; əsas iddianın ilkin hüquqi əsasını təsdiq edən bağışlama və ölüm tarixləri cavabdehin özünün təqdim etdiyi sənədlərlə təsdiq olunur; əsas iddia artıq məhkəməyə təqdim edilmiş və onun geri qaytarılması barədə qərardad mübahisələndirilmişdir. Belə olan halda MTT-nin ləğv edilməsi mübahisə predmetinin dərhal özgəninkiləşdirilməsi və hazırkı vəziyyətin dəyişdirilməsi üçün real imkan yaradacaqdır. Bu isə məhkəmə müdafiəsinin mahiyyətini faktiki olaraq səmərəsiz hala sala bilər. Qeyd edilənlər nəzərə alınaraq cavabdeh Cavabdeh Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** saylı qərardadından verdiyi şikayət təmin edilməsin, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-16(5- ***)-***/**** saylı qərardadının qanuni və əsaslı olduğu nəzərə alınsın; cavabdehin sonradan təqdim etdiyi əlavə mülahizədə əmlakın satışı məqsədilə üçüncü şəxsdən beh alınması və notariat qaydasında alğı-satqı prosesinə başlanılması barədə etirafı mübahisəli daşınmaz əmlakın özgəninkiləşdirilməsi təhlükəsinin real olduğunu təsdiq edən hal kimi qiymətləndirilsin; məhkəməyə təqdim edilən bu etiraz, əlavə edilmiş sənədlər və sonradan yaranmış prosessual hallar iş materiallarına əlavə edilərək şikayətə baxılarkən nəzərə alınsın. Azərbaycan Respublikası Konstitusiyasının Insan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipini müəyyən edən 24-cü maddəsinin III hissəsinə əsasən: Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun Tələblərinə əsasən: 1.2.Heç kəs öz hüquqlarından və azadlıqlarından sui-istifadə etməməlidir. Mülki Prosessual Məcəllənin müddəalarına əsasən: 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir; 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu; 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Məcəllənin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci il tarixli qərarına əsasən: Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası şikayəti araşdırıb Azərbaycan Respublikası Konstitusiyasının 24 (III), 80 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-164, 372, 385, 387, 395, 397-ci maddələrinə əsasən, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni onun qəbul edildiyi prosessual zamana münasibətdə qanuni və əsaslı hesab edir, qərardadın dəyişdirilməsi və ya ləğv edilməsi üçün hər hansı əsaslar müəyyən edilmir. Belə ki, şikayətin dəlilləri subyektiv mənada əsaslı olsa belə şikayətə apellyasiya icraatında baxılan zaman qəbul edilmiş qərardad qanuni qüvvəsini itirmiş və elektron məhkəmə sistemindən görünür ki, onun uzadılması barədə vəsatət daxil olmuşdur. Mülki prosessual qanunvericiliyinin aidiyyəti tələblərinə münasibətdə qeyd edilməlidir ki, ilk olaraq müvəqqəti təminat tədbiri barədə ərizə verilən zaman iddia tələbi verilmədiyindən hazırki müvəqqəti təminat tədbirinin iddia müstəvisində müzakirəsi aparılmamışdır. Hazırda təqdim edilmiş vəsatətə baxılması səlahiyyəti birinci instansiya məhkəməsinə aid olduğundan onun tərəfindən iddianın (ilkin sübutların) əsaslılığına və müvəqqəti təminat tədbirinin prosessual məqsədlərinə müvafiq qiymət verilməli, tərəflərin dəlilləri hüquqlardan suiistifadəni istisna edən qanuni mühitin diktə edilməsinə yönəlik yenidən müzakirə edilməlidir. Ümumiyyətlə izah edilməlidir ki, müvəqqəti təminat tədbirinin uzadılması barədə vəsatətə baxılan zaman, məhkəmə qətnaməsi üzrə və ya ondan sonra qəbul ediləcək qərarla, habelə gələcəkdə tərəflərin mənafeyinə uyğun tərəflərin razılığı ilə şikayətdə göstərilən dəlillər nəzərə alınaraq fərqli müvəqqəti təminat tədbiri müəyyən oluna bilər və ya belə təminata dair zərurət istisna edilə bilər. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395-403-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin **(*-***)-***/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar