Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-660/2026 08.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi MMC-nin müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinə dair iş üzrə (Açar sözlər: müvəqqəti təminat tədbiri) hakimlər X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, ərizəçi Ərizəçi MMC-nin müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinin təmin edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin **(*-***)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərardadından cavabdeh maraqlı şəxs2 tərəfindən verilmiş şikayətlərə məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Ərizəçi Ərizəçi MMC müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Hüseynova İrina İmanovna, maraqlı şəxs2, maraqlı şəxs1 paylı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsi, ev 22 ünvanında yerləşən * saylı mənzilin özgəninkiləşdirilməsinə qadağa qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə verdikləri iddia ərizəsi ilə bağlı yekun məhkəmə qərarı qəbul edilmədiyindən, mübahisəli mənzilin özgəninkiləşdirilməsinə qadağa qoyulması zərurəti yaranmışdır. Cavabdehlər Hüseynova İrina İmanovna, maraqlı şəxs2, maraqlı şəxs1 paylı mülkiyyətində olan mübahisəli mənzil ünvan 1 ünvanı istənilən zaman cavabdeh Hüseynova İrina İmanovna, maraqlı şəxs2, maraqlı şəxs1 tərəfindən özgəninkiləşdirilə bilər və bu da ərizəçinin hazırkı işində onlara çətinliklər yarada bilər. Yəni, mülki iş 3 instansiya keçdikdən sonra və icraya yönəldikdən sonra aşkar edilsə ki, cavabdeh bu mənzili digər şəxsə satıb və ya digər növ özgəninkiləşdirmə edib, bu hal artıq ərizəçiyə, yəni sahibkara çətinlik yaradacaq və gələcəkdə iddiaçı məcbur qalacaq ki, yenidən iddianı yeni mülkiyyətçiyə qarşı qaldırsın. Bu isə, həm vaxt, həm maddi cəhətdən iddiaçıya ziyan vurur, eləcə də məhkəmə işlərini artırır.
3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin **(*-***)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilmişdir.
4. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsi, ev 22 ünvanında yerləşən * saylı mənzilin özgəninkiləşdirilməsinə qadağa qoyulması qətnamənin gələcəkdə icrasını təmin etmək üçün əhəmiyyət kəsb edə bilər. Odur ki, Hüseynova İrina İmanovna, maraqlı şəxs2, maraqlı şəxs1 paylı mülkiyyətində olan (mülki iş üzrə cavabdehlər) mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsi, ev 22 ünvanında yerləşən * saylı mənzilin özgəninkiləşdirilməsi cavabdehlər Hüseynova İrina İmanovna, maraqlı şəxs2, maraqlı şəxs1 və digər şəxslərə qadağan edilməlidir .
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:
5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin **(*-***)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərardadından narazı qalan cavabdeh maraqlı şəxs2 şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının ##.##.2022-ci il tarixli, *** saylı Sərəncamının 1-ci bəndinə görəBakı şəhəri Sabunçu rayonu, Hüseyn Arablinski, Aşıq Ali və Muxtar Fətəliyev kücələrinin kəsişməsində yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.0858 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakın istifadəçiləri (mülkiyyətçilər) ilə mülki munasibətlərin muvafiq qanunvericiliyin tələblərinə uyğn qarşılıqlı razılıq əsasında Ərizəçi MMC tərəfindən həll edilməsi şərti ilə çoxməmzili yaşayış kompleksinin tikintisi üçün icarə əsasında Ərizəçi MMC-nin istifadəsinə verilib. Sərəncamın 3-cü bəndində deyilir ki, yuxarıda qeyd edilən bəndlərin tələbləri sifarişçi tərəfindən yerinə yetirilməsə, bu Sərəncamın ləğv edilməsi məsələsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılacaqdır. Daha sonra 4-cü bənd bu Sərəncamın icrasına nəzarətin Bakı şəhəri Sabunçu Rayon icra Hakimiyyətinə tapşırılmasını nəzərdə tutur. Sərəncamdan görünür ki, öz mənzilinin və ya evinin Ərizəçi MMC-yə satılması, yaxud təhvil verilməsinə razılıq olmadığı halda yaşayış tikililərinin mülkiyyətçidən məcburən alınması yolverilməzdir. Yalnız Azərbaycan Respublikasının Nazirlər Kabinetinin dövlət ehtiyacları üçün torpaq sahələrinin ayrılması barədə qərarı olduqda, vətəndaşlara bazar qiymətləri ilə təzminat ödəməklə onları daşınmaz əmlaklarından çıxarmaq olar. Bununla bağlı olaraq, iddiaçının cavabdehlər tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsi, ev 22 ünvanında yerləşən * saylı mənzil özgəninkiləşdirilə bilinməsi və bu da ərizəçinin hazırkı işində onlara çətinliklər yarada bilməsi barədə müddəası uydurmadır. AR MM-nin 203.3.cu maddəsinə əsasən əmlakın mülkiyyətçidən məcburi alınmasına, qanunvericilikdə nəzərdə tutulmuş hallardan başqa, yol verilmir. Həmin maddənin heç bir yarımbəndi mənzili əllərindən məcburi alınmasına hüquqi imkan vermir. Yaşayış evinin altında olan torpaq sahəsi dövlət tərəfindən həmin binada yaşayan sakinlərin müddətsiz istifadəsinə verilmişdir. Odur ki, həmin sahənin mülkiyyətçisi iddiaçı "xxxx" MMC deyil. Bakı şəhər İcra Hakimiyyətinin yaşayış evinin altında yerləşən həmin torpaq sahəsini icarəyə verməyə səlahiyyəti yoxdur. Bu səlahiyyət Azərbaycan Respublikasının Nazirlər Kabinetinə aiddir. Habelə qeyd etmək lazımdır ki, "xxxx" MMC kommersiya təşkilatıdır. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının ##.##.2022-ci il tarixli, *** saylı Sərəncamı “...muvafiq qanunvericiliyin tələblərinə uyğnqarşılıqlı razılıq əsasında” tələbi AR Mənzil Məcəlləsinin 31-ci maddəsinə və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri ilə uzlaşır. Məhkəmə nəzərə almalıdr ki, müvəqqəti təminat tədbiri müstəsna xarakter daşıyan prosessual müdafiyə vasitəsi olmaqla yalnız real, saslandırılmış və obğektiv təhlükənin mövcud olduğu hallarda tətbiq edilə bilər. Bu tətbirin məqsədi iddianın mahiyyəti üzrə qabaqcadan həll edilməsi deyil, gələcək aktının icrasının təmin olunmasıdır. Hazırki halda isə ərizəçi tərəfindən göstərilən hallar ehtimal və subyektiv mülahizə xarakteri daşımaqla, cavabdehlərin mübahisəli daşınmaz əmlakı özgəninkiləşdirməsinə dair konkret hazırlıq hərəkətlərinin müvcüdluğunu, əmlakın yaxın vaxtlarda üçüncü şəxslərə verilməsi təhlükəsinin real və qaçılmaz olduğunu təsdiq edən mötəbər ilkin sübutlarla təstiq edilməmişdir. Məhkəmə həmçinin nəzərə almalıdır ki, daşınmaz əmlak üzərinə özgəninkiləşdirilməsinin qadağan edilməsi cavabdehin mülkiyyət hüququnun həyata keçirilməsinə ciddi müdaxilə olmaqla, həmin tədbirin tətbiqi üçün yüksək sübutetmə standartının mövcudluğunu tələb edir. Hazırkı iş üzrə isə belə müdaxiləni zəruri edən kifayət qədər ilkin sübutlar təqdim olunmamışdır.
7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 16(5-101)- 229/2026 saylı qərardadından verilmiş şikayəti təmin etməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir.
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin
9. 157.1-157.3-cü maddələrinə əsasən, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər.
10. 157.5-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı və iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu əsaslandırılmalıdır.
11. 157.6-cı maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.
12. 158.1.2 və 158.1.3-cü maddələrinə görə müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək və mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək növündə müvəqqəti təminat tədbirləri görülə bilər.
13. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, ... işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. ... İddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. ...Ən ümumi mənada isə mütənasiblik prinsipi mütləq olaraq özündə 3 əsas elementi nəzərdə tutur: bu prinsip insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələlərini tənzimləyir; hüquq ancaq qanunla məhdudlaşdırıla bilər; məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
15. Belə ki, yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, müvəqqəti təminat tədbirləri mülki iş üzrə cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq, o cümlədən çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbirdir. Məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən müvafiq tədbirlərin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı, tətbiq olunacaq tədbirin isə irəli sürülmüş tələbə mütənasib olubolmamasına hərtərəfli qiymət verməli və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktını qəbul etməlidir.
16. Məhkəmə araşdırmasının göstərilən istiqamətdə aparılmasını təmin etmək üçün ərizəçi ərizənin kifayət qədər əsaslı olmasına dair ilkin sübutları təqdim etməli və özünün müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır. Bundan sonra ərizəçi verdiyi ərizədə mövcud vəziyyətin dəyişəcəyi halda onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi təhlükəsinin mövcud olduğu, bu təhlükənin nələrdə ifadə olunduğu və ya oluna biləcəyi konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır.
17. Məhkəmə də öz növbəsində müvəqqəti təminat tədbirini tətbiq etmədən iddiaçı tərəfindən irəli sürülən (sürüləcək) tələbin uğurlu, mövqeyinin əsaslandırılmış olubolmamasına dair məsələlər ətrafında araşdırma və qiymətləndirmə aparmalıdır. Daha sonra isə təqdim edilmiş ilkin sübutların iddia tələbinin əsaslılığına kifayət qədər dəlalət etməsi məsələsinə münasibət bildirməlidir. Məhkəmə müvəqqəti təminat tədbiri tətbiq edə bilmək üçün elə bir qənaətə gəlməlidir ki, həmin anda iddiaçının (ərizəçinin) təqdim etdiyi sübutlara əsasən iddia icraatı böyük ehtimalla uğurlu görünsün. Sözügedən böyük ehtimal isə o zaman mövcud olur ki, iddiaçının bildirdiyi faktiki halların və təqdim etdiyi ilkin sübutların məcmusunun qiymətləndirilməsi nəticəsində məhkəmədə icraatın həmin mərhələsində (verilmiş və ya veriləcək) iddianın əsaslılığına dair güman yaranmış olsun.
18. Məhkəmə kollegiyası hesab edir ki, tətbiq edilməsi tələb olunan müvəqqəti təminat tədbirinin irəli sürülmüş iddia ilə obyektiv əlaqənin mövcudluğu aşkardır və həmin tədbirin tətbiq edilməməsi gələcəkdə iddianın təmin olunduğu təqdirdə qəbul ediləcək qətnamənin icrasını çətinləşdirə bilər. Ərizəçi həmçinin verdiyi ərizədə mövcud vəziyyətin dəyişəcəyi halda onun hüquqlarının qorunmasının əhəmiyyətli dərəcədə çətinləşəcəyi təhlükəsinin mövcud olduğunu əsaslandırmış, iddia tələbinin əsaslılığına dair müvafiq ilkin sübutları ərizəyə əlavə etmişdir.
19. Şikayətin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası isə qeyd edir ki, şikayətdə göstərilən dəlillər mülahizə xarakterli olmaqla yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qərardadaının ləğvi və ya dəyişdirilməsi üçün qanuni əsas ola bilməz, formal əsaslar kimi qiymətləndirilməlidir. Təminat tədbirinin tətbiq edilməsi nəticəsində maraqlı şəxsin və ya üçüncü şəxslərin hər hansı əşya hüquqları və digər maraqları həddindən artıq yükə məruz qaldığı da müəyyən edilməmişdir. Bu səbəbdən də hazırki məhdudiyyətin ədalətli balansın və mütənasibliyin pozulmasına səbəb kimi nəzərə alınması üçün əsas yoxdur.
20. Həmçinin qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi tərəfindən tətbiq edilmiş tədbir müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir.
21. Beləliklə yuxarıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
22. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
23. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 157, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDI:
Şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, 16(5-101)- 229/2026 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev