Məhkəmə qərarları › İş №e-16(3-6)-662/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-662/2026

10.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-662/2026 10.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X3 məruzəsi ilə, X4 və X5 ibarət tərkibdə, Ərizəçi “X2 Teknoloji Sanayi ve Ticaret Anonim Şirketi”nin müvəqqəti təminat tədbirləri haqqında ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)- ***/**** nömrəli qərardadından ərizəçi “X2 Teknoloji Sanayi ve Ticaret Anonim Şirketi” tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən e t d i: Ərizəçi “X2 Teknoloji Sanayi ve Ticaret Anonim Şirketi” müvəqqəti təminat tədbirləri haqqında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti adına “xxxx” ASCnin KOBİA şöbəsində mövcud AZ**IBAZ******************** nömrəli bank hesabında saxlanılan pul vəsaitinə borc məbləği qismində həbs qoyulması və həmin hesab üzrə hər hansı əməliyyatların aparılmasının borc məhkəmədən kənar və ya məhkəmə qaydasında ödənilənədək qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-**(*-**)-***/**** nömrəli qərardadı ilə ərizəçi “X2 Teknoloji Sanayi ve Ticaret Anonim Şirketi”nin müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina edilmiş, ərizə və ona əlavə edilmiş sənədlərin ərizəçiyə rəsmi qaydada verilməsi, ödənilmiş 81,29 manat məbləğində dövlət rüsumunun Vəkil/Nümayəndə qaytarılması qərara alınmışdır. Həmin qərardaddan ərizəçi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-16(4-11)- ***/**** nömrəli qərardadının ləğv edilməsi və ərizənin icraata qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-**(*-**)-***/**** nömrəli qərardadı ləğv edilmiş və ərizəçi “X2 Teknoloji Sanayi ve Ticaret Anonim Şirketi”nin müvəqqəti təminat tədbirləri haqqında ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan ərizəçi “X2 Teknoloji Sanayi ve Ticaret Anonim Şirketi” “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli iş üzrə ## #### 2026-cı il tarixli "Müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə ərizənin təmin edilməsindən imtina edilməsi haqqında" qərardadının ləğv edilməsi və müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X2 Teknoloji San. Ve Tic. A.Ş və Cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti arasındakı biznes münasibətləri ##.##.2026-cı il tarixli alqısatqı müqaviləsi ilə rəsmiləşdirilmişdir. Müqavilənin tərəfləri ərizəçi satıcı, alıcı isə cavabdeh olmaqladır. Tərəflər arasında Müqavilədən irəli gələn öhdəliklər əsasında, cavabdehin ərizəçiyə borcu yaranmışdır. Hazırda ödənilməmiş məbləğ IHR************* nömrəli qaimə üzrə 41.510 ABŞ Dolları, IHR************* nömrəli qaimə üzrə 63.980 ABŞ Dolları, IHR************* nömrəli qaimə üzrə 69.120 ABŞ Dolları, IHR************* nömrəli qaimə üzrə 69.120 ABŞ Dolları, IHR*********** nömrəli qaimə üzrə 63.840 ABŞ Dolları qismindədir. Bir çox hallarda ərizəçi cavabdehin nümayəndəsi ilə əlaqə saxlamış və borcun ödənilməsi barədə xatırlatmalar edilmişdir. Cavabdeh ABB-da mövcud olan hesablarından müxtəlif vaxtlarda çıxarışlar göndərərək hesabda məbləğ olduğunu və ödənişin ediləcəyini bildirmişdir. Bu səbəbdən, ərizəçi tərəfindən ödənişin edilməyəcəyi və cavabdehin bank hesabındakı mövcud məbləği ödənişdən yayınma məqsədilə hesabdan çıxaracağı ilə bağlı əsaslı şübhələr və risk yaranmışdır. Bakı Kommersiya Məhkəməsi bu cür imtinanın verilməsini Mülki Prosessual Məcəllənin (MPM) 157.5.2-ci maddəsində əks olunan iddia tələbinin kifayət qədər əsaslılığının təqdim edilən sübutlarda öz əksini tapmaması ilə əsaslandırmışdır. Məhkəmənin imtina əsaslarından biri kimi o çıxış edir ki, ərizəçi tərəfindən cavabdehə malların təqdim olunduğu, lakin dəyərinin ödənmədiyinə dair kifayət qədər əsaslı sübutlar təqdim olunmamışdır. Lakin, məhkəməyə təqdim edilmiş Whatsapp yazışmalarında qarşı tərəf kimi çıxış edən şəxsin cavablarının məzmunundan da aydın olur ki, cavabdeh borclu şəxs kimi çıxış etdiyini və ödəniş öhdəlikləri olduğunu qəbul edir. Belə ki, cavabdehin nümayəndəsi Hasan Tunç adlı şəxsin yazışmalarda daimi olaraq bankda olduğunu, pulu göndərməyə çalışdığını qeyd etməsindən cavabdehlə ərizəçinin biznes müraciətlərinin mövcud olduğunu və ərizəçiyə borcu olduğunu müəyyən etmək mümkündür. Digər tərəfdən, məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, təqdim edilən “Whatsapp” yazışmalarında çıxış edən qarşı tərəfin cavabdehin səlahiyyətli nümayəndəsi olması ilkin olaraq öz təsdiqini tapmamışdır. Lakin məhkəməyə təqdim olunmuş yazışmalarının əks olunduğu sənəddə (səhifə 3) görmək mümkündür ki, cavabdeh ona məxsus bank hesabında kifayət qədər məbləğ olduğunu və ödəniş edəcəyini göstərmək üçün bank hesabından ekran görüntüsü göndərmişdir. Bu qarşı tərəfin cavabdehə məxsus bank hesabına giriş imkanının mövcud olduğunu və bank hesabını idarə etdiyini anlamağa dəlalət edir. Bu səbəbdən, şəxsin məhz səlahiyyətli nümayəndə olduğu müəyyən edilə bilər. Həmçinin eyni yazışmaların ekran şəkli şəxsin adı silinərək və nömrəsi görünməklə yenidən çəkilmiş və məhkəməyə hazırkı şikayətlə yenidən təqdim edilmişdir. Bunlardan əlavə olaraq, məhkəmənin diqqətinə ərizəçi tərəfindən malların göndərildiyini təsdiq edən bəyannamələr də çatdırılır. Belə ki, tərəflər arasındakı müqavilənin şərtlərinə uyğun olaraq FCA Mersin seçildiyi üçün malların daşınması alıcı (cavabdeh) tərəfindən həyata keçirilmişdir, satıcının (ərizəçinin) əsas öhdəliyi malların Mersində təhvil verilməsi olmuşdur ki, bu öhdəlik əlavə olaraq bəyannamələrlə də sübut oluna bilər. Bununla yanaşı, məhkəmənin diqqətinə cavabdehin nümayəndəsi Hasan Tunç və ərizəçinin nümayəndələri arasında aparılmış elektron poçt yazışmaları çatdırılır. Belə ki, həmin yazışmalardan tərəflərin arasındakı münasibətlər, o cümlədən, cavahdehin (alıcının) ödənişlə bağlı öhdəlikləri aydın görünür. # #### 2026-cı il tarixində Hasan Tunç tərəfindən göndərilmiş emaildə eyni ilin iyun ayınadək olan ödəniş planı öz əksini tapmışdır ki, həmin plana əsasən cavabdehin yekunda 400 000 ABŞ dollar ödəniş öhdəliyi olduğu cavabdeh tərəfindən təsdiq edilir. Elektron poçt yazışmalarında cavabdeh tərəfindən ərizəçiyə artıq ödənilmiş vəsaitlərə (məsələn, mart ayında ödənilmiş 100 000 ABŞ dollar məbləği) istinad edilmişdir ki, həmin ödənişləri təsdiq edən bank sənədləri də hazırkı şikayətə əlavə olunur. Beləliklə, tərəflərin arasındakı biznes müraciətləri bir daha sübut olunur. Həmçinin məhkəmənin diqqətinə ərizəçinin daxili mühasibat/hesablaşma üzrə cari hesab çıxarışı da çatdırılır. Həmin çıxarışda mart ayından etibarən olan əməliyyatlara baxanda aydın olur ki, cavabdeh tərəfindən ərizəçiyə ## #### 2026-cı il tarixində 100 000 (ABŞ dolları və ## ##### 2026-cı il tarixində 56 490 ABŞ dolları məbləğində ödənişlər edilmişdir. Digər tərəfdən, 2026cı ilin 16 mart – 28 aprel tarixlərində ərizəçi tərəfindən cavabdehə ümumilikdə 464 060 ABŞ dolları məbləğində mallar göndərilmişdir. Beləliklə, cavabdehin tərəfindən # #### 2026-cı il tarixində elektron poçt vasitəsilə göndərilmiş ödəniş planına əməl edilməmiş və 307 570 ABŞ dolları məbləğində ümumi borc ödənilməmiş olaraq qalır. Beləliklə, WhatsApp yazışmaları və elektron poçt yazışmalarında göründüyü kimi, indiyədək cavabdehin dəfələrlə vədlər verməsinə baxmayaraq ödənişi etməkdən boyun qaçırmasından cavabdehin bank hesabında mövcud olan məbləği çıxaracağı ilə əlaqədar ərizəçidə əsaslı şübhələr yaranmışdır. Həmçinin məhkəmənin diqqətinə çatdırılır ki, MPM-in 157-ci maddəsindən göründüyü kimi, müvəqqəti təminat tədbirinin məqsədi cavabdehin hərəkətləri nəticəsində mövcud vəziyyətin dəyişməsinin qarşısını almaqdır. Bu məqsədin həyata keçirilməsi üçün, əsas məhkəmə araşdırmasından fərqli olaraq, tərəfin öz hüququnu tam və yekun sübuta yetirməsi tələb olunmur; mərhələnin xüsusiyyəti etibarilə iddianın kifayət qədər əsaslılığına dair ilkin halların mövcudluğu kifayətdir. MPM-in 159-cu maddəsinin bu ərizəyə təxirə salınmadan baxılmasını nəzərdə tutması da qanunvericinin bu icraatı daha sadələşdirilmiş bir prosessual rejimdə qurduğunu göstərir. Əks yanaşma qəbul edilərsə, yəni müvəqqəti təminat tədbirinin tətbiqi üçün əsas iş üzrə araşdırılmalı olan bütün halların əvvəlcədən tam sübuta yetirilməsi tələb olunarsa, bu institutun preventiv xarakteri və praktiki rolu əhəmiyyətli dərəcədə məhdudlaşmış olar. Qeyd olunanlara əsasən hesab edir ki, müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizənin təmininindən imtina barədə qərardad ləğv edilməli və ərizəçinin tələbi təmin edilməlidir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-**(*-**)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Faktiki hallar: “X2 Teknoloji Sanayi ve Ticaret Anonim Şirketi” ilə “X1” MMC arasında ##.##.2026-cı il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin bir saylı əlavəsinə əsasən, müqavilənin qiyməti mallar üzrə 406 490 ABŞ dolları məbləğində müəyyən edilir. Ödəniş şərtlərinə görə, “X1” MMC ərizəçiyə 100 000 ABŞ dolları məbləğini avans şəkildə ödəməyi, qalan məbləğdən 100 000 ABŞ dolları qədərini 2026cı ilin aprel, 206 490 ABŞ dollarını isə eyni ilin may ayında ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarına qaimələr əlavələr edilmişdir. (IHR************* nömrəli qaimə üzrə 41 510 ABŞ dolları, IHR************* nömrəli qaimə üzrə 63 980 ABŞ dolları, IHR************* nömrəli qaimə üzrə 69 120 ABŞ dolları, IHR************* nömrəli qaimə üzrə 69 120 ABŞ dolları, IHR*********** nömrəli qaimə üzrə 63 840 ABŞ dolları) Whatsapp yazışmalarından görünür ki, ərizəçi iyun ayı ərzində dəfələrlə əlaqəyə keçməyə çalışmış, cavabdehin nümayəndəsi Hasan Tunç isə bu ismarışlara cavab kimi cavabdehin ABB-dəki AZ**IBAZ******************** nömrəli hesabından çıxarışlar göndərməklə bildirmişdir ki, hesabda lazımi vəsaitlər var və cavabdeh ödənişi etməyə səy göstərir. Bir çox hallarda cavabdehin nümayəndəsi məhz bankda olduğunu və ödənişi etməkdə olduğunu bildirmiş, lakin ərizəçiyə ödənişi təsdiq edən hər hansı sənəd göndərməmişdir. Daha sonra isə ərizəçi ümumiyyətlə cavabdehlə əlaqəni itirmiş, cavabdehə müxtəlif kanallarla etdiyi müraciətlərə heç bir cavab ala bilməmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin: 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.5-ci maddəsinə görə müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.6-cı maddəsinə əsasən müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Həmçinin müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə 2 hal əsaslandırılmalıdır: 1) müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 2) iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Hazırkı sənədlərdən Türkiyə Respublikasında fəaliyyət göstərən “X2 Teknoloji Sanayi ve Ticaret Anonim Şirketi” ilə “X1” MMC arasında müəyyən malların alqı-satqısına dair müqavilənin mövcudluğunu təsdiqləyir. Belə ki, tərəflər arasında malların növü, miqdarı, qiyməti razılaşdırılmış, habelə malların çatdırılma şərtinin FCA Mersin olduğu müəyyən edilmişdir. Lakin hazırkı sənədlər malların faktiki olaraq FCA Mersin şərtlərinə uyğun şəkildə alıcıya və ya onun tərəfindən müəyyən edilmiş daşıyıcıya təhvil verildiyini, habelə həmin malların Türkiyə Respublikasından Azərbaycan Respublikasına faktiki olaraq daşındığını prima facie təsdiq etmir. Bu halların müəyyən edilməsi üçün gömrük ixrac bəyannamələri, CMR və ya digər nəqliyyat sənədləri, malların təhvil-təslim aktları, anbar sənədləri kimi birbaşa sübutlar isə məhkəməyə təqdim edilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, ərizəçi tərəfindən təqdim edilən sübutlar iddianın əsaslılığına ddair ilkin qənaətə gəlmək üçün kifayət etmədiyindən müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəni rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Şikayət isə əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Ərizəçi “X2 Teknoloji Sanayi ve Ticaret Anonim Şirketi” tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Hakimlər: Leyla Əliyeva Təranə Mahmudova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar