Məhkəmə qərarları › İş №e-16(3-6)-663/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-663/2026

09.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-663/2026 09.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI müvəqqəti təminat tədbirinin görülməsinə dair ərizəçi Ərizəçi ərizəsi üzrə (Açar sözlər: müvəqqəti təminat tədbiri, mütənasiblik prinsipi, iddia tələbinin əsaslılığına dair ilkin sübutlar) Hakimlər X6 (sədrlik edən və məruzəçi), X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Ərizəçi Ərizəçi tərəfindən verilmiş “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi” barədə ərizə üzrə Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)- ***/**** nömrəli qərardadından cavabdeh2 tərəfindən verilmiş şikayətə # ######## 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: Birinci instansiya məhkəməsindəki icraat və qəbul olunmuş məhkəmə akt(lar)ı

1. Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı Ərizəçi cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “pul və əmlak tələbinə dair” iddiası üzrə işin icraatı yekunlaşana qədər müvəqqəti təminat tədbirlərini təmin etmək məqsədilə: - iddia tələbi üzrə (müqavilə üzrə yaranmış 11001,43 manat və 1790,9 manat ÖMV borcu, qaytarılmayan əmlakların dəyəri 35400 (30000+5400) manat, 2000 manat cərimə, 700 manat hüquqi yardım xərci və 268 (iddia ərizəsi üçün 243 manat və MTT ərizəsi üçün 25 manat) dövlət rüsumları olmaqla, cəmi 51160,33 manat məbləğində, iddia tələbi həcmində cavabdehlər cavabdeh1 və cavabdeh2 məxsus və ya digər şəxslərdə olan cavabdehlərə məxsus əmlak üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadı ilə ərizə qismən təmin edilərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.3-cü maddəsi ilə müəyyən edilmiş ardıcıllıqla cavabdehlər cavabdeh1 və cavabdeh2 məxsus əmlakların üzərinə (əsas borc məbləği həcmində) 12792,33 manat (11001,43 + 1790,9 ÖMV) həcmində (bank hesabları üzərinə qoyulacağı təqdirdə işçilərinin əmək haqlarının verilməsi, dövlət büdcəsinə zəruri ödənişlərin (vergi, sosial və s.) aparılmasına məhdudiyyət qoyulmadan) həbs qoyulmuşdur.

3. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadından “AZEMIS” elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə cavabdeh2 tərəfindən şikayət verilmişdir.

4. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin mövqeyi ilə razılaşmaq olmur. Birinci instansiya məhkəməsi qərardad qəbul edərkən işi hərtərəfli, tam və obyektiv araşdırmamış, sübutlara düzgün hüquqi qiymət vermədən, prosessual hüquq normalarını düzgün tətbiq etmədən, əsassız və qanunsuz qərardad qəbul etmişdir. Bildirilir ki, iddiaçı Ərizəçi cavabdeh1 və ona qarşı Bakı Kommersiya Məhkəməsində iddia qaldırmamışdan əvvəl onların barəsində nümayəndəsi X4 vasitəsi ilə Abşeron Rayon Polis Idarəsinə şikayət etmişdir. Iddiaçı Ərizəçi şikayəti əsasında Abşeron Rayon Polis Idarəsində araşdırma aparılan zaman cavabdeh2 tərəfindən iddiaçı Ərizəçi nümayəndəsi X4 15000 (on beş min) manat pul ödənilmişdir. (Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı şikayətə əlavə edilir.) Bundan əlavə, ##.##.2025-ci il tarixdə iddiaçının nümayəndəsi Habil Rəhimovun **************** saylı kartına 2000 (iki min) manat pul göndərmişdir. Hesab edilir ki, cavabdeh2 və digər cavabdeh cavabdeh1 əmlakının üzərinə həbs qoyulması qanunsuz və əsassızdır. Belə ki, iddiaçı Ərizəçi ümumilikdə 17000 (on yeddi min) manat pul ödənilmişdir. Iddiaçı Ərizəçi 17000 (on yeddi min) manat pul ödənilməsinə baxmayaraq, əsassız və qanunsuz olaraq yenidən ona və cavabdeh1 qarşı Bakı Kommersiya Məhkəməsində iddia qaldırmışdır. cavabdeh2 Abşeron Rayon Polis Idarəsində 15000 (on beş min) manat pulu iddiaçının nümayəndəsinə protokola imza etməklə ödəmişdir. # ###### 2026-cı il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda pulun ödənilməsi öz təsdiqini tapır. Müvəqqəti təminat tədbiri barədə qərardaddan onun xəbəri olmamışdır. Tərtər Rayon Icra Şöbəsi tərəfindən ona mesaj gəldikdən sonra məlum olmuşdur ki, onun əmlakının üzərinə həbs qoyulması barədə qərardad qəbul olunmuşdur. Ümumiyyətlə, iddiaçı Ərizəçi cavabdeh2 və cavabdeh1 qarşı iddia qaldırmasından xəbərləri olmamışdır. Bakı Kommersiya Məhkəməsinə ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadı ## ###### 2026-cı il tarixdə məhkəməyə müraciət edərək, qəbzə imza etməklə götürmüşdür.

5. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Apellyasiya şikayətinə etiraz

6. Ərizəçinin nümayəndəsi (vəkili) şikayətə qarşı yazılı etiraz təqdim etmiş, etirazı onunla əsaslandırmışdır ki, cavabdehin ərizəçiyə icarə haqqından və mal qalığından olan borcu əvvəllər daha çox olmuşdur. Həmin mal qalığından olan 45000 manat borcdan qismən, yəni 15000 manat ödəniş edilmişdir. Bütün ödənişlər iddia məhkəməyə verilərkən nəzərə alınmışdır. Hazırda cavabdehin icarə müqaviləsi üzrə 11001,43 manat və ona hesablanmış 1790,9 manat ÖMV borcu, ümumi dəyəri ƏDV daxil 35400 (30000+5400) manat olan – 1 ədədinin qiyməti 25 manat olan, cəmi 1800 ədəd 3,85 ölçülü dəmir dirək borcu vardır. Ona görə də şikayətin təmin edilməməsi məhkəmədən xahiş edilir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

7. Maddə 157.1. Maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər.

8. Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir.

9. Maddə 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu.

10. Maddə 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.

11. Maddə 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir.

12. Maddə 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1. cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; 158.1.4. əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; 158.1.5. borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; 158.1.6. icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq.

13. Maddə 158.2. Məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər.

14. Maddə 158.3-cü maddəsinə görə əmlak üzərinə həbs qoyulması aşağıdakı ardıcıllıqla həyata keçirilir: 158.3.1. birinci növbədə — cavabdehin və ya arbitraj mübahisəsi tərəfinin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə; 158.3.2. ikinci növbədə — hazır məhsul (əmtəə), habelə bilavasitə istehsalatda istifadə edilməyən və istifadəsi nəzərdə tutulmayan maddi sərvətlər; 158.3.3. üçüncü növbədə — daşınmaz əmlak obyektləri, habelə xammal və materiallar, dəzgahlar, avadanlıqlar, bilavasitə istehsalatda istifadəsi nəzərdə tutulan digər əsas vəsaitlər; 158.3.4. dördüncü növbədə — başqa şəxslərə verilmiş əmlak.

15. Maddə 158.4. Cavabdehin və ya arbitraj mübahisəsi tərəfinin əmlakı iddia tələbi həddində siyahıya alınır.

16. Maddə 264.0.5. Ayrıca akt şəklində qəbul edilən qərardadda məhkəmənin gəldiyi nəticələrin səbəbləri və məhkəmənin rəhbər tutduğu qanunlara istinad edilməsi göstərilməlidir.

17. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

Apellyasiya baxışının həddi

18. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

Işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

19. Qanunun mənasına görə müvəqqəti təminat tədbirləri, cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilən prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə müvəqqəti təminat tədbiri institutu, iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır.

20. Qanunverici tələb edir ki, müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair ərizə, mövcud vəziyyətin dəyişəcəyi halda ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi təhlükəsinin mövcud olduğuna dair dəlillər göstərilməklə, bu təhlükənin nələrdə ifadə olunduğu və ya oluna biləcəyi halları ilə əlaqələndirilib əsaslandırılmalıdır.

21. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 164-cü maddəsinin tətbiqi ilə bağlı S.Kazımlının şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2023-cü il tarixli Qərarında qeyd etmişdir ki, müvəqqəti təminat tədbiri üç əsas meyara cavab verməlidir: - bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; - bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; - tətbiq olunan tədbirlər verilmiş əsas iddia tələblərinə mütənasib olmalıdır. Məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Bundan əlavə məhkəmə irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, gələcəkdə iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin tətbiq olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 2018-ci il ## #### tarixli Qərar).

22. Həmçinin qeyd olunmalıdır ki, müvəqqəti təminat tədbirləri tətbiq edilərkən ümumi hüquqi prinsip kimi mütənasiblik prinsipinin tələbləri də nəzərə alınmalıdır. MPM-in 157.6-cı maddəsindəki yeni tənzimləmələr tələb edir ki, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Bu yeni tənzimləmələr ona işarə edir ki, hətta digər əsaslara görə müvəqqəti təminat tədbirlərinin tətbiqi mümkün olsa belə, mütənasiblik prinsipi baxımından yol verilən hesab edilməyə bilər. Ona görə də, məhkəmələr belə ərizələr üzrə müvəqqəti təminat tədbirinin hansı növünün tətbiqi ilə bağlı seçim edərkən həmişə mütənasiblik prinsipinin tələblərini nəzərə almaqla qiymətləndirmə aparmalıdırlar. Mütənasiblik prinsipinə görə isə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüququ və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Bununla bağlı olaraq onu da nəzərə almaq lazımdır ki, "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2018-ci il ## #### tarixli qərarında da mütənasiblik prinsipinə xüsusi vurğu edilməklə belə bir hüquqi mövqe ifadə olunmuşdur ki, tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır və buna görə də, məhkəmələr belə ərizələrə baxarkən tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını yoxlamalı və müvafiq meyarlara istinadla qiymətləndirməlidirlər.

23. Iş materiallarından görünür ki, ərizəçi tərəfindən iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutlar iddia ərizəsinə əlavə edilmişdir.

24. Belə olan halda məhkəmədən gözlənilən odur ki, o, ərizəçinin təqdim (istinad) etdiyi sübutların onun iddia tələbinin əsaslılığına kifayət qədər dəlalət edib-etmədiyini aydınlaşdırsın və həmin araşdırma əsasında gəldiyi qənaət çərçivəsində müvafiq qərar versin.

25. Iş materiallarından görünür ki, ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinə Ərizəçi ilə cavabdeh1 arasında bağlanmış ## ####### 2025-ci il tarixli, **/****E saylı iddiaçının əmlakının icarə verilməsinə dair müqavilə, müqaviləyə əlavə, təhvil-təslim aktı, Ərizəçi ilə cavabdeh2 arasında bağlanmış ## ####### 2025-ci il tarixli zaminlik müqaviləsi, avadanlıqların yararsız hala gətirildiyi haqqında akt və digər sənədləri əlavə etmişdir.

26. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, müvəqqəti təminat tədbirləri gələcək məhkəmə aktının icrasını təmin etmək məqsədilə tətbiq edilir. Müvəqqəti təminat tədbirinin tətbiqi üçün iddia tələbinin tam sübuta yetirilməsi tələb olunmur, ilkin baxış zamanı iddianın kifayət qədər əsaslı görünməsi və gələcək icranın çətinləşməsi riskinin mövcudluğu kifayət hesab edilir. Ərizəçinin təqdim etdiyi ilkin sübutlar müvəqqəti təminat tədbirinin tətbiqi məsələsinə baxılması mərhələsində iddia tələbinin prima facie əsaslı hesab edilməsi üçün kifayət etmişdir.

27. Eyni zamanda kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin II hissəsinə əsasən hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

28. Iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi məhz bu halı nəzərə alaraq müvəqqəti təminat tədbirini iddiaçının tələb etdiyi məbləğin tam həcmində deyil, yalnız 12792,33 manat (11001,43 + 1790,9 ÖMV) əsas borc məbləği həddində tətbiq etmişdir.

29. Bundan başqa, məhkəmə cavabdehlərin əmlaklarına Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.3-cü maddəsi ilə müəyyən edilmiş ardıcıllıqla həbs qoyulmasını qərara almış, eyni zamanda bank hesablarına tətbiq edilmiş həbs əmək haqlarının və məcburi dövlət ödənişlərinin, o cümlədən vergi və sosial ödənişlərin həyata keçirilməsinə mane olmamaq şərti ilə müəyyən edilmişdir.

30. Beləliklə, birinci instansiya məhkəməsi cavabdehin hüquq və qanuni mənafeləri ilə iddiaçının gələcək məhkəmə aktının icrasının təmin edilməsində olan marağı arasında balans yaratmağa çalışmış, daha ağır müdaxilə təşkil edən tədbirləri tətbiq etməmişdir.

31. Belə olan halda cavabdeh tərəfindən şikayətdə qeyd edilmiş hallar müvəqqəti təminat tədbirinin tətbiqini istisna edən hal kimi qiymətləndirilə bilməz.

32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır.

33. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı:

Cavabdeh cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar