Məhkəmə qərarları › İş №e-16(3-6)-664/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-664/2026

09.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-664/2026 09.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadından cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: LETTE» və “Палетт” əmtəə nişanlarından istifadə edilməsinin İddiaçı “xxxx” şirkətinin müstəsna hüquqlarını pozan qanunsuz hərəkət kimi tanınması; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin ## ##### 2026-cı il tarixli № *-**- ****/***Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına əsasən buraxılışı dayandırılmış, cavabdeh tərəfindən Azərbaycan Respublikasına ##.##.2026-cı il tarixli **** saylı invoys sənədi ilə Rusiya Federasiyasından **AG***/**ZB*** dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş və 01261000157411 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş “Палетт” əmtəə nişanlı malların kontrafakt mallar hesab edilməsi; Cavabdehə İddiaçıya məxsus “PALETTE» və “Палетт” əmtəə nişanlarından və onlarla qarışdırılacaq dərəcədə oxşar olan hər hansı bir nişandan (işarədən) istifadə etməklə malları Azərbaycan Respublikasının ərazisinə idxal etməsinin, satmasının və ya hər hansı digər formada ticarət dövriyyəsinə daxil etməsinin qadağan edilməsi; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin ## ##### 2026-cı il tarixli № *-33- ****/***Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına əsasən buraxılışı dayandırılmış, cavabdeh tərəfindən idxal edilmiş 87220 ədəd “Палетт” əmtəə nişanlı saç üçün boyaların (XİFMN kodu: 3305900000) ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırda iş Bakı Kommersiya Məhkəməsinin icraatındadır (e-2-2(4-11)-4265/2026) Həmçinin, ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək yekun məhkəmə aktının icrasına qədər (iddia rədd edildikdə, baxılmamış saxlandıqda və ya iş üzrə icraata xitam verildikdə isə məhkəmə aktı qanuni qüvvəyə minənə qədər) Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin ## ##### 2026-cı il tarixli № *-**-****/***Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına və ## ### 2026-cı il tarixli № *-33- ****/***Q saylı “Malların buraxılışının dayandırılmasının uzadılması haqqında” Qərarına əsasən buraxılışı dayandırılmış Cavabdeh MMC (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikasına ##.##.2026-cı il tarixli **** saylı invoys sənədi ilə Rusiya Federasiyasından **AG***/**ZB*** dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş və 01261000157411 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş “Палетт” əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: 87220 ədəd “Палетт” əmtəə nişanlı saç üçün boyalar, 3305900000) üzərinə həbs qoyulması və həmin malların Azərbaycan Respublikası ərazisində sərbəst ticarət dövriyyəsinə buraxılmasının Bakı Baş Gömrük İdarəsinə qadağan olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadı ilə ərizə təmin edilmişdir.. ##.##.2026-cı il tarixdə cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə şikayət ilə müraciət edərək Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e**(*-**)-***/**** saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadı ilə şikayət qanunvericiliklə müəyyən edilmiş formada verilmədiyindən geri qaytarılmışdır. ##.##.2026-cı il tarixdə cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə şikayət təqdim edərək Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** saylı qərardadının ləğv edilməsini və şikayətə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-nin “Apellyasiya şikayətinin forması” adlı * saylı əlavəsində apellyasiya şikayətində hansı məlumatların hans ardıcılıqla göstərilməli olması müəyyən edilmiş, Əlavə ilə tələb olunmuşdur ki, apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad edilməklə məhkəmələr tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmələr tərəfindən araşdırılmadığını dəqiq bildirməli, işin halları ilə bağlı mövqe mübahisənin predmetinə aidiyyəti nəzərə alınmaqla, yığcam çəkildə, xronoloji ardıcıllıqla, sadə və anlaşıqlı formada təqdim edilməli; şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeyini aydın şəkildə ifadə edən izah verməli; məhkəmənin hansı faktiki halları aydınlaşdırmadığı dəqiq göstərməli və hər birinin qarşısında bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətinin nədən ibarət olduğuna aydın şəkildə izah verməli; məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli olan hansı halların sübut edilməməsi dəqiq göstərilməli və hər birinin qarşısında bunun nədə ifadə olunmasına (qanunla göstərilən sübutlarla təsdiq edilməməsi və ya qeyrimötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilməsi) aydın şəkidə izah verilməli; apellyasiya şikayəti verən şəxs özünün tələblini aydın göstəməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. İşdən göründüyü kimi şikayət verilərkən cavabdeh tərəfindən mülki prosessual qanunvericiliyin qeyd olunan imperativ göstərişlərinə əməl edilməmiş, apelyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməmişdir (həmin forma MPM-ə edilmiş * saylı Əlavədə müəyyən olunmuşdur). Şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Ona görə də şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** saylı qərardadından cavabdeh Cavabdeh MMCnömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar