Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-666/2026 01.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayət üzrə işin məhkəmə baxışından çıxarılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq Birinci instansiya məhkəməsindəki icraat:
1. Iddiaçı Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh3 Ərizəçi xeyrinə biznes fəaliyyətinə yatırılmış şəxsi vəsaitlər, onun adına rəsmiləşdirilmiş kredit və digər maliyyə öhdəlikləri nəticəsində vurulmuş maddi zərərin, habelə cavabdehin qanunsuz hərəkətləri nəticəsində dəymiş mənəvi zərərin, cavabdeh tərəfindən qanunsuz yolla əldə edilmiş və istifadə edilən avadanlıqların dəyərinin, eləcə də ödənilmiş dövlət rüsumunun və iş üzrə çəkilmiş digər məhkəmə xərclərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.
3. Eyni zamanda ərizəçi Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçi Ərizəçi tərəfindən cavabdehlər – cavabdeh3, cavabdeh1 MMC-yə və cavabdeh2 MMC-yə qarşı iddiaçının aldadılması yolu ilə ələ keçirilmiş əmlakların dəyərinin ödənilməsi,vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair qaldırılmış iddia tələbi üzrə yekun məhkəmə qətnaməsi çıxarılanadək cavabdehlər – cavabdeh3, cavabdeh1 MMC-yə və cavabdeh2 MMC-yə məxsus bütün bank hesablarında, o cümlədən sübutlarda rekvizitləri əks olunan cavabdeh2 MMC-nin “xxxx” ASC-də olan aktiv bank hesabında olan pul vəsaitləri üzərinə həbs qoyulması barədə müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadına əsasən Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsi geri qaytarılmışdır.
5. ##.##.2026-cı il tarixində ərizəçi Ərizəçi şikayət verərək Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilərək, müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizənin mahiyyəti üzrə baxılması üçün işin Bakı Kommersiya Məhkəməsində icraata götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya instansiyası məhkəməsindəki icraat:
6. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-*)-***/**** nömrəli qərardadı ilə şikayət mümkün hesab edilərək icraata qəbul edilmiş, qərardaddan verilən şikayətə yazılı icraat qaydasında # ######## 2026-cı il tarixində baxılması qərara alınmışdır.
Tətbiq edilən hüquq
7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. 269.2-269.3-cü maddələrinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. 402.3-cü maddəsinə əsasən birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. 366.1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 384.0 və 384.0.6-cı maddələrinə görə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər.
8. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” ## ######## 2020-ci il tarixli qərarının:
4-cü bəndinə görə iddia ərizəsinin Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmaması səbəbindən geri qaytarılması əsası işin inzibati deyil, yalnız mülki və kommersiya aidiyyətini ehtiva edir. Bu əsasla iddia ərizəsinin geri qaytarılmasına dair birinci instansiya məhkəməsinin qərardadından verilmiş şikayətə apellyasiya instansiyası məhkəməsində baxılması məhkəmə aidiyyəti ilə bağlı məsələlər üzrə yekun qərarın faktiki olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən verilməsi ilə nəticələnəcəyindən bu şikayətlər baxılması üçün kassasiya instansiya məhkəməsinə göndərilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
9. Məhkəmə kollegiyası hesab edir ki, iş apellyasiya baxışından çıxarılaraq Bakı Kommersiya Məhkəməsinə qaytarılmalı, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-*)-***/**** nömrəli qərardadı ləğv edilməlidir.
10. Belə ki, iş materillarından görünür ki, ərizə iddiaçının vergi ödəyicisi olmayan fiziki şəxs olmaqla, cavabdeh cavabdeh2 MMC və cavabdeh1 MMC ilə korporativ və ya digər sahibkarlıq münasibətində olan subyekt hesab edilməməsi, buna görə də işə məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalı olmaması əsası ilə geri qaytarılmışdır.
11. Yuxarıda göstərilən normaların məzmunundan da göründüyü kimi birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti ilə bağlı qəbul etdiklləri qərardadlardan verilmiş şikayətlərə baxılması kassasiya instansiya məhkəməsinin səlahiyyətinə aid edildiyindən Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyü üçün əsaslar mövcud deyildir.
12. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 384 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq,
Q Ə R A R A A L D İ:
Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-*)-***/**** nömrəli qərardadı ləğv edilsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə dair iş apellyasiya baxışından çıxarılsın. Iş materialları Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.