Məhkəmə qərarları › İş №e-16(3-6)-667/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-667/2026

09.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-667/2026 09.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X2 və X4 ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-**(*-**)-***/**** saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus 06000000199 abonent kodu üzrə Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, giriş 9 A (əvvəl ünvan 2) ünvanında yerləşən 58,8 kv.mümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına elektrik enerjisinin verilməsinin bərpa edilməsi və elektrik enerjisinin verilməsinin dayandırılması Cavabdeh ASC-nə və Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Nərimanov Rayon Enerji Təchizatı və Satışı İdarəsinə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-**(*-**)-***/**** saylı qərardadı ilə, Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizəsi rədd edilmişdir. Ərizəçi qeyd edilən qərardaddan ##.##.2026-cı il tarixdə şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-16(4-11)- ***/**** saylı qərardadının ləğv edilib, müvəqqəti təminat tədbirinə dair ərizənin təmin edilməsini xahiş etmişdir Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehin ddiaçı ilə bağlanmış müqavilələr üzrə yaranmış külli miqdarda borcunu ödəməməsi, ödəməkdən qərəzli olaraq yayınması onun iqtisadi imkana malik olub-olmamasından asılı deyildir. Cavabdeh həmin borcu ödəməkdən qərəzli olaraq yayınır, hətta məhkəmədə belə bir borcunun olduğunu təkzib etmişdir. Bu isə o deməyə əsas verir ki, cavabdeh indi olduğu kimi, gələcəkdə də borcunu ödəməkdən yayınacaqdır. Yayınma isə müxtəlif üsullarla, o cümlədən bank hesablarındakı vəsaiti başqa hesablara köçürməklə, həmin bank hesbından istifadə etməməklə və sair kimi hərəktlərdə təzahür edə bilər. Məhz cavabdehin qətnamənin icrasından yayınmaq üçün edə biləcəyi bu kimi hərəkətlərin qarşısının alınması üçün onun bank hesablarına iddia tələbi həddində həbs qoyulmasına ehtiyac vardır. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşə əlavə edilmiş Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-*****/**** saylı ##.##.2026 tarixli qətnaməsinə əsasən ddiaçı Ərizəçi cavabdehlər “xxxx” QSC və ”xxxx” MMC-yə qarşı mülkiyyət hüququ üzrə ona məxsus olmuş Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, 3V zirzəmidə yerləşən qeyri yaşayış sahəsinə və ünvan 1 ünvanında yerləşən qeyri yaşayış binasına dair cavabdeh “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli,****************** nömrəli və ##.##.2025-ci il tarixli ****************** nömrəli protokollarının etibarsız hesab edilməsi və həmin protokollar üzrə verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Ancaq nəzərə alınmalıdır ki, həmin əmlak barəsində X1 verilən çıxarış mübahisələndirilsə də, ərizəçinin iddiası rədd edilmişdir. Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizədə cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin əsaslandırmamışdır. 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. [205] 157.3. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir.Qanunun mənasına görə cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə müvəqqəti təminat tədbirləri tətbiq edilir. Həmçinin müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə 2 hal əsaslandırılmalıdır: 1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” ## #### 2018-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Həmçinin iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, ərizəçi MPM-nin 157.5-ci maddəsində nəzərədə tutulan halların heç birini əsaslandırmamış, müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2- ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı halı da əsaslandırılmamış, iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutlar ərizəyə əlavə edilməmişdir Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-**(*-**)-***/**** saylı nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar