Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-669/2026 26.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadından ərizəçi tərəfındən verilmiş şikayəti nəzərdən keçirib Müəyyən etdi: Ərizəçi Ərizəçi ##.##.2026-cı il tarixində müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, ünvan 2 ünvanındakı 4 otaqlı mənzilin; Şamaxı rayonu, Avaxlı kəndində yerləşən 2,0 ha torpaq sahəsinin; Şamaxı rayonu, Cabanı kəndində yerləşən 3,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin; Birgə nikah dövründə həyat yoldaşı Cavabdeh adına aldıqları, ##.##.2026-cı il tarixində məhkəmə sorğusu əsasında ona məlum olmuş Bakı şəhəri, Xəzər rayonu, Şüvələn qəsəbəsi, */**** saylı bağ sahəsi ünvanında yerləşən tikdikləri bağ evinin yerləşdiyi torpaq sahəsinə cavabdeh adına ##.##.2014-cü il tarixində ************ nömrəli reystredə qeydə alınmış ********** qeydiyyat nömrəli, 0,0888 kv.m ölçüdə olan torpaq sahəsinə verilmiş çıxarış əsasında birgə mülkiyyətlərində olan evin; Bakı şəhəri, ünvan 2 ünvanındakı 4 otaqlı mənzilin yekun məhkəmə aktı çıxarılana kimi özgəninkiləşdirilməsinin cavabdeh Cavabdeh və onun səlahiyyət verdiyi digər şəxslərə özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə təmin olunmamışdır. Qərardaddan Ərizəçi Ərizəçi verdiyi şikayət Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş materiallarını araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, şikayət qeyri-mümkün hesab edilməli, şikayətin geri qaytarılması üçün mülki işin materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 108.1.6-cı maddəsinə əsasən iş üzrə icraatın xitam verilməsi, iddianın baxılmamış saxlanılması, məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardadlardan şikayət verildikdə dövlət rüsumu ödənilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinin 5-ci bəndinə görə ......... müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardaddan şikayət verilməsinə görə 50 manat dövlət rüsumu ödənilməsi nəzərdə tutulmuşdur. Şikayət və ona əlavə edilmiş qəbzdən görünür ki, ərizəçi tərəfindən müvəqqəti təminat tədbiri barədə qərarddandan şikayət verilməsinə görə 10 manat rüsum ödənilmişdir. Beləliklə, müəyyən olunur ki, qanunvericiliyin sadalanan normaların əsasən ərizəçi Ərizəçi Binəqədi Rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadından şikayət verilməsinə görə 50 manat məbləğində dövlət rüsumu ödəməli olduğu halda, cəmi 10 manat məbləğində rüsum ödəyərək qanunvericiliyin həmin şərtinə tam əməl etməmişdir. Azərbaycan Respublikası MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, şikayətə qanunla nəzərdə tutulmuş məbləğdə dövlət rüsumunu ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən hazırkı işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli, qərardaddan verilən şikayətin geri qaytarılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 363.1.2, 400 və 405-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadından ərizəçi Ərizəçi tərəfındən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və şikayətin geri qaytarılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №e-16(3-6)-669/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-669/2026
26.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver