Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-674/2026 08.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X7 (sədrlik edən və məruzəçi), Qafarova Rəna Nazim qızı və X2 ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli, **(*-***)- ***/**** saylı qərardadından maraqlı şəxs Ərizəçi tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Maraqlı şəxs Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2006-cı il tarixli icra sənədi üzrə icra tədbirlərinin dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli, # ###### 2026-cı il tarixli qərardadı ilə maraqlı şəxs Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizəsinin qəbul edilməsindən imtina edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırda məhkəmənin icraatındadır. Hazırkı ərizədən də göründüyü kimi maraqlı şəxs Ərizəçi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)- ****/**** nömrəli ##.##.2006-cı il tarixli icra sənədi üzrə icra tədbirlərinin dayandırılmasını xahiş edir. Ərizəçiyə hazırkı tələblə bağlı müvafiq icra şöbəsinə müraciət etmək hüququ izah edilməlidir. Maraqlı şəxs Ərizəçi ##.##.2026-cı il tarixdə elektron qaydada məhkəməyə şikayət ünvanlayaraq, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026- cı il tarixli, e-**(*- ***)-***/**** saylı qərardadını tamamilə ləğv etməklə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2006-cı il tarixli icra sənədi üzrə icra tədbirlərinin dayandırılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, ## #### 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1977-ci ildən atası, anası, 2 bacısı və bir qardaşı ilə birlikdə Bakı şəhəri, Kürdəxanı qəsəbəsi, Ağaverdiyev küçəsi, * saylı evə köçərək daimi olaraq həmin evdə yaşamışlar. O, ## ######## 1996-cı ildə X14 ilə faktiki ailə qurmuşdur. Ülviyyə Mirnağıyeva ilə ailə həyatı qurana qədər və ailə həyatı qurduqdan sonra hazırda da öz ailəsi və uşaqları ilə birlikdə Bakı şəhəri, Kürdəxanı qəsəbəsi, Ağaverdiyev küçəsi, * saylı evdə yaşayır. Faktiki nikahlarından ##.##.2003-cü il tarixdə Südabə adlı uşaqları doğulmuşdur. Birgə nikahlarından doğulan X1 isə ##.##.2014-cü il təvəllüdlüdür. Bununla da həyat yoldaşı X14 1996-cı ildən ailə üzvü kimi yaşamaqla həmin sahədən istifadə etmək hüququ yaranmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2009-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, X14 Bakı şəhəri, Kürdəxanı qəsəbəsi, Q.A.Ağaverdiyev küçəsindəki * saylı evin yaşayış sahəsindən istifadə hüququnun tanınması qət edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, 1996-cı il tarixdə mübahisəli evə ailə üzvü qismində, yəni mübahisəli evin mülkiyyətçisi olmuş X3 nəticəsi olan və 2000-ci il tarixdən mübahisəli evin mülkiyyətçisi olmuş mərhum X15 nəvəsi olan hazırki mülki iş üzrə cavabdeh Ərizəçi həyat yoldaşı qismində köçmüş və həmin vaxtdan mübahisəli evdə daim yaşayan iddiaçının həmin evin yaşayış sahəsindən istifadə hüququ 1996-cı ildən yaranmışdır. Cavabdeh Maraqlı şəxs apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/** nömrəli iş üzrə # ###### 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsi qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası qeyd etmişdir ki, iddiaçı cavabdeh Ərizəçi ilə 1996-cı ildə ailə quraraq, mübahisəli yaşayış sahəsinə gəlin köçmüşdür və hazırda da orda yaşayır. Ərizəçi ##.##.2000-ci il tarixədək həmin evin icarədarı, qeyd edilən tarixdən sonra isə evin mülkiyyətçisi olmuş K.Həşimovanın nəvəsidir. Qanunun göstərişindən göründüyü kimi şəxsin mənzilə yaşayış hüququnun tanınması üçün o, ya icarədarın ailə üzvü olmalı, və ya icarədar tərəfindən qeyd-şərtsiz mənzilə köçürülmüş digər şəxs olmalıdır. Hazırkı işdə onun uzun müddət mübahisəli mənzildə heç bir mübahisəsiz yaşaması onu təsdiq edir ki, o, həmin vaxt evin icarədarı, sonra isə mülkiyyətçisi olmuş K.Həşimova tərəfindən qeyd-şərtsiz həmin mənzilə yaşamaq üçün köçürülmüşdür və həmin vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəalarına uyğun olaraq da onun mübahisəli mənzildən istifadə hüququ yaranmışdır. Cavabdeh L.Abbasova mübahisəli mənzilə ##.##.2008-ci il tarixdən mülkiyyət hüququna dair çıxarış əldə etmiş və mübahisəli mənzil həmin tarixdən onun mülkiyyətinə keçmişdir. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin ona evdən istifadə hüququnu əmələ gətirən notarial qaydada təsdiq edilmiş razılıq verməsinə münasibətdə qeyd etmişdir ki, cavabdeh Maraqlı şəxs onun mübahisəli yaşayış sahəsinə istifadə hüququnu mübahisələndirməsi barədə şikayəti əsaslı hesab oluna bilməz, iddiaçı mübahisəli əmlaka istifadə hüququnu yaşayış sahəsinin ##.##.2008-ci il tarixdə cavabdehin mülkiyyətinə keçməsindən əvvəl, yəni 1996-cı il tarixdə əldə etmişdir. Apellyasiya instansiya məhkəməsi onuda qeyd etmişdir ki, məhkəmə qətnaməsindən görünür ki, 2008-ci ilədək mənzilin mülkiyyətçisi olmuş Kiçikxanım Həşimova hazırkı iş üzrə onu cavabdeh qismində göstərməmiş və ona qarşı evdən çıxarılma barədə tələb irəli sürməmişdir. ##.##.2006-cı il tarixli, *-****/**** nömrəli qətnamə hazırki iş üzrə ona münasibətdə preyudisial xarakter daşımır. Bunu və onun mübahisəli evə 1996-cı ildə köçərək hazıra kimi yaşamasını təsdiq edən şahid ifadələrini, habelə Bakı Şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının Kürdəxanı qəsəbəsi üzrə nümayəndəlik tərəfindən verilmiş və yuxarıda qeyd edilmiş ##.##.2009-cu il tarixli, **** №-li arayışını nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzildə yerləşən yaşayış sahəsindən istifadə hüququ 1996-cı ildə yaranmış və bu hüquq hazırda da mövcuddur. Cavabdeh Maraqlı şəxs kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ##### 2021-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin # ###### 2020-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yeni apellyasiya baxışına qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat: Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- ****/** nömrəli iş üzrə ## #### 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh Maraqlı şəxs iddiaçının mübahisəli yaşayış sahəsinə istifadə hüququnu mübahisələndirməsi barədə şikayəti əsaslı hesab oluna bilməz. Belə ki, iddiaçı mübahisəli əmlaka istifadə hüququnu yaşayış sahəsini ##.##.2008-ci il tarixdə cavabdehin mülkiyyətinə keçməzdən əvvəl, yəni 1996-cı il tarixdə əldə etmişdir. X10, X4 və X5 ifadələrində bildirdilər ki, Mirnağıyeva Ülviyyə 1996-cı ildə həmin evə gəlin köçmüşdür, köçən bir gündən hazırki vaxtadək həmin mübahisəli ünvanda yaşamış, uzun müddətə yaşadığı yeri tərk edib başqa yerə getməmişdir. Apellyasiya instansiyası hesab etmişdir ki, məhkəmə qətnaməsindən görünür ki, 2008-ci ilədək mənzilin mülkiyyətçisi olmuş K.Həşimova hazırkı iş üzrə iddiaçını cavabdeh qismində göstərməmiş və ona qarşı evdən çıxarılma barədə tələb irəli sürməmiş, həmin qətnamə hazırkı iş üzrə iddiaçıya münasibətdə preyudisial xarakter daşıya bilməz. Bunu və iddiaçının mübahisəli evə 1996cı ildə köçərək hazıra kimi yaşamasını təsdiq edən şahid ifadələrini, habelə Bakı Şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının Kürdəxanı qəsəbəsi üzrə nümayəndəlik tərəfindən verilmiş və yuxarıda qeyd edilmiş ##.##.2009-cu il tarixli, **** №-li arayışını nəzərə alaraq iddiaçının mübahisəli mənzildə yerləşən yaşayış sahəsindən istifadə hüququ 1996-cı ildə yaranmış və bu hüquq hazırda da mövcuddur. Cavabdeh L.Abbasova kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qərar verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-****/**** saylı Qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının2(103)- ****/**** nömrəli, ## #### 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bildirir ki, Maraqlı şəxs ərizəsində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-**/**** saylı Qərardadına məhəl qoyulmadan bu günki günədək icra qurumu tərəfindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2006-cıil tarixli, *(***)- ****/**** saylı Qətnaməsinin icra edilməməsindən şikayətlənir. Qeyd edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-**/**** saylı qərardadı ilə X16 qızı X6 hüquqi varisi kimi tanınmasının mümkün olub-olmaması barədə izah verilməsinə dair ərizəsi rədd edilmişdir. Bundan başqa, iddiaçı Maraqlı şəxs cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı 3-cü şəxs qismində X8 işə cəlb edilməklə “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin##.##.2024-cü il tarixli, *-*(***)-****/**** saylı Qərarı ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı Maraqlı şəxs cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X8 ) “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** saylı Qərarı ilə təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. İddiaçı Maraqlı şəxs cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X8 ) “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci iltarixli, *-*(***)-***/**** saylı Qərardadı ilə mümkün sayılmamışdır. Yuxarıda adlarını çəkdiyi məhkəmə qətnamələrindən, qərarlarından və qərardadlarından göründüyü kimi həyat yoldaşı X14 və qızı X8 Bakı şəhəri, Kürdəxanı qəsəbəsi, Ağaverdiyev küçəsi, * saylı evdən hüquqa uyğun olaraq istifadə hüququ olduğu bir halda onun istifadə hüququnun tanınmaması hüquqaziddir. Halbuki o, Bakı şəhəri, Kürdəxanı qəsəbəsi, Ağaverdiyev küçəsi, * saylı evdə yuxarıda da qeyd etdiyi kimi 1977ci ildən yaşamağa başlamış və həmin evdən istifadə hüququ həyat yoldaşı və qızından da qabaq yaranmışdır. Onun Bakı şəhəri, Kürdəxanı qəsəbəsi, Ağaverdiyev küçəsi, * saylı evdən istifadə hüququnun olmasını 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü, 54-cü və 123-cü maddələri də təsdiq edir. Yuxarıda qeyd etdiklərindən göründüyü kimi onun həyat yoldaşı X14 və onların övladları Südabə Həşimovanın və Qismət Həşimovun Bakı şəhəri, Kürdəxanı qəsəbəsi, Ağaverdiyev küçəsi, * saylı evdən istifadə hüquqları vardır. Onun istifadə hüququnun tanınmasıilə bağlı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişlər. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadı ilə onun cavabdeh Maraqlı şəxs qarşı mənzil mübahisələri, mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş və işin məhkəmə hazırlıq iclası ##.##.2026-cı il tarixində saat 16:15-ə təyin edilmişdir. Göründüyü kimi Ərizəçi ailə üzvlərinin Bakı şəhəri, Kürdəxanı qəsəbəsi, Ağaverdiyev küçəsi, * saylı evdən istifadə hüquqları vardır. Onun istifadə hüququnun tanınması ilə bağlı isə yuxarıda qeyd etdiyi kimi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş və iş icraata qəbul edilmişdir. Gələcəkdə onun da Bakı şəhəri, Kürdəxanı qəsəbəsi,Ağaverdiyev küçəsi, * saylı evdən istifadə hüququ tanına bilər və bunun üçün real əsaslar da vardır, onun və onun ailə üzvlərinin başqa yaşayış yerlərinin olmaması da nəzərə alınsa və hazırda Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsində icra məmuru Amil Əmirovun icraatında olan Ərizəçi və qeyrilərinin Bakı şəhəri, Kürdəxanı qəsəbəsi, Ağaverdiyev küçəsi, * saylı evdən çıxarılması, Bakı şəhəri, Kürdəxanı qəsəbəsi, Ağaverdiyev küçəsi, * saylı evin həyətyanı torpaq sahəsində qanunsuz inşa edilmiş tikililərin sökülməsinə dair ******/****-*-** saylı iş üzrə sökülməsi nəzərdə tutulmuş tikililərin söküləcəyi təqdirdə, bu birbaşa onun və onun ailə üzvlərinin istifadə hüquqlarının pozulması deməkdir. Həmçinin onun gələcəkdə Bakı şəhəri, Kürdəxanı qəsəbəsi, Ağaverdiyev küçəsi, * saylı evdən istifadə hüququ tanınmasa da belə, fakt onun həyat yoldaşının və övladlarının bugünki günü həmin evdən istifadə hüquqları vardır və başqa yaşayış yerləri də yoxdur. Sökülməsi nəzərdə tutulmuş tikililərin söküləcəyi təqdirdə, bu birbaşa yenə də ailə üzvlərinin istifadə hüquqlarının pozulması deməkdir. Buna isə qanun yol vermir. Çünki istifadə hüququ evdə yaşamağı da özündə ehtiva edir. Həyat yoldaşının və uşaqlarının da istifadə hüquqları Bakı şəhəri, Kürdəxanı qəsəbəsi, Ağaverdiyev küçəsi, * saylı evədir. Məhkəmə isə yuxarıda qeyd etdiklərini və məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikasının Ali Məhkəməsinin müvafiq qərarlarını nəzərə almayaraq Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** saylı qərardadında yalnız “İcra haqqında” Qanunun və Mülki-Prosessual Məcəllənin müvafiq maddələrini sadalamaqla onun müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizəsinin qəbul edilməsindən əsassız olaraq imtina etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin **(*-***)-***/**** saylı, ## ###### 2026cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 157.1-157.2-ci maddələrinə əsasən, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 17.1.4-cü maddəsinə əsasən, bu Qanunun 6.1.3–6.1.8-ci maddələrində göstərilən icra sənədlərinə və ya onun verilməsinə əsas olan həmin icra sənədlərinin verilməsinin birbaşa hüquqi əsası olan sənədə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan həmin icra qeydinin verilməsinin birbaşa hüquqi əsası olan sənəd istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Bu Qanunun 19.1.3-cü maddəsinə əsasən, icraat icra hərəkətləri, habelə icra sənədi və yaxud icra sənədinin verilməsi üçün əsas olmuş tələb, məhkəmə və ya digər orqanın qərarı barəsində mübahisə qaldırıldığı halda - mübahisəyə mahiyyəti üzrə baxılanadək dayandırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. Müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə araşdırılarkən müəyyən edilmişdir ki, ərizəçinin hazırkı ərizəsi müvafiq icra sənədi üzrə aparılan icra hərəkətlərinin dayandırılmasına yönəldilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaət ilə razılaşaraq aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, ərizədə göstərilənlər icra sənədinə əsasən həyata keçirilən icra hərəkətlərinin dayandırılması üçün əsas ola bilməz. Belə ki, qanunverici “İcra haqqında” Qanunda icra məmurunun üzərinə icra icraatını dayandırmaq vəzifəsi qoyan (17-ci maddəsi) və icra məmuruna belə hüququ verən (18-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcra qanunvericiliyinə əsasən borclu tərəfindən müvafiq mübahisənin qaldırıldığı təqdirdə icra sənədi üzrə icraatın dayandırılması icra hərəkətlərini həyata keçirən icra məmurunun vəzifələrinə aid edilmişdir. Göründüyü kimi məhkəmə, bu məsələyə müvəqqəti təminat tədbirinin tətbiqi vasitəsilə müdaxilə etmək səlahiyyətinə malik deyildir. Ümumiyyətlə tətbiq edilməsi xahiş edilən tədbir iddiaçının istinad etdiyi prosessual institutun təyinatına, tətbiqi qaydasına ziddir. Beləliklə yuxarıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 157, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDI: Ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin **(*-***)-***/**** saylı # ###### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Rəna Qafarova Fuad Abdıyev
Məhkəmə qərarları › İş №e-16(3-6)-674/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-674/2026
08.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver