Məhkəmə qərarları › İş №e-16(3-6)-676/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-676/2026

10.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-676/2026 10.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinə dair iş üzrə (açar sözlər: müvəqqəti təminat tədbiri) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinə dair iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından maraqlı şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin təmin olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı ünvan 1 ünvanında yerləşən, daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi 009011000124-05301-093036, hüququn dövlət qeydiyyat nömrəsi 1110093932 olan mənzil üzərində 1/2 pay hüququnun tanınması barədə iddiasına məhkəmə tərəfindən baxılıb yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək həmin daşınmaz əmlakın üzərinə həbs qoyulması və onun özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı ünvan 1 ünvanında yerləşən, daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi 009011000124- 05301-093036, hüququn dövlət qeydiyyat nömrəsi 1110093932 olan mənzil üzərində 1/2 pay hüququnun tanınması barədə ##.##.2026-cı il tarixli iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Hazırda iş hakim Ülkər Yusifovanın icraatındadır (İş nömrə e-2(5- 99)-2273/2026). İddia tələbi ondan ibarətdir ki, mübahisə predmeti olan mənzil cavabdeh tərəfindən nikah bağlanmazdan əvvəl ipoteka krediti hesabına əldə edilmişdir. Lakin, ipoteka krediti üzrə öhdəlik tərəflərin nikah münasibətləri dövründə davam etmiş, ##.##.2013-cü il tarixdən 2023cü ilin noyabr ayınadək aylıq 453,65 manat olmaqla ümumilikdə 56.706,25 manat məbləğində kredit ödənişləri ərizəçi tərəfindən həyata keçirilmişdir. Bu səbəbdən ərizəçi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 35-ci maddəsinə əsasən həmin mənzil üzərində 1/2 pay hüququnun tanınmasını tələb etmişdir. İddia ərizəsinə nikahın bağlanması və pozulmasına dair sənədlər, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, "xxxx" ASC-yə ünvanlanmış vəkil sorğusu və bankın cavabı, mənzilin ipoteka ödənişlərinə dair iddiaçının hesabından çıxarış və habelə digər yazılı sübutlar əlavə edilmişdir. Hazırda mübahisə predmeti olan mənzil maraqlı şəxsin mülkiyyətindədir. Məhkəmə tərəfindən işə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilənədək həmin daşınmaz əmlakın özgəninkiləşdirilməsi, bağışlanması, ipoteka ilə yüklənməsi və ya üzərində digər sərəncam hərəkətlərinin həyata keçirilməsi ehtimalı mövcuddur. Belə olan halda mübahisə predmeti olan əmlak üzərində üçüncü şəxslərin hüquqları yarana bilər ki, bu da gələcəkdə qəbul ediləcək məhkəmə qətnaməsinin icrasını mümkünsüz və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadı ilə müvəqqəti təminat tədbirinin tətbiq olunması barədə ərizəçi Ərizəçi tərəfindən verilmiş ərizənin təmin edilməsi, Maraqlı şəxs məxsus Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 79, *** saylı mənzilin üzərinə həbs qoyulması və digər şəxslərə özgəninkiləşdirilməsinin qadağan edilməsi, qərardadın dərhal icra edilməsi, qərardadın icrasının Bakı şəhəri Nizami rayon İcra Şöbəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından maraqlı şəxs Maraqlı şəxs şikayət verərək, qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin təmin olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı ünvan 1 ünvanında yerləşən, daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi 009011000124-05301-093036, hüququn dövlət qeydiyyat nömrəsi 1110093932 olan mənzil üzərində 1/2 pay hüququnun tanınması barədə iddiasına məhkəmə tərəfindən baxılıb yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək həmin daşınmaz əmlak üzərinə həbs qoyulması və onun özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən ərizəçi Ərizəçi tərəfindən verilmiş müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəyə baxılaraq e-**(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardad qəbul etmişdir. Qərardadda müvəqqəti təminat tədbirinin tətbiq olunması barədə ərizəçi Ərizəçi tərəfindən verilmiş ərizənin təmin edilməsi, Maraqlı şəxs məxsus Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 79, *** saylı mənzilin üzərinə həbsin qoyulması və digər şəxslərə özgəninkiləşdirilməsinin qadağan edilməsi qərara alınmışdır. Qanunvericiliyə əsasən mülki mübahisələr üzrə məhkəmə icraatının məqsədi və ya vəzifəsi hər bir fiziki və yaxud hüquqi şəxsin hüquq və mənafelərinin məhkəmədə təsdiq olunması, qorunması, təmin olunmasıdır. Yəni məhkəmə qaydasında istənilən məsələ deyil, yalnız hüququ pozulmuş şəxs üçün hər hansı hüquqi nəticə yaradan hallar məhkəmə qaydasında mübahisələndirilə bilər. Hazırkı mübahisədə iddiaçının hüquqları pozulmuşdur. Qərardad qəbul edilərkən Bakı şəhəri Nizami Rayon Məhkəməsi mülki hüquq münasibətləri ilə bağlı mübahisələrin həll edilməsinin prosessual prinsiplərini və qaydalarını pozmuşdur. Bundan əlavə, məhkəmə hazırkı mübahisə ilə bağlı hüquq münasibətlərini tənzimləyən normativ xarakterli aktları ətraflı araşdırmamışdır, bununla da Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-**(*-**)- ***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməlidir. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə təmin edilməlidir. Məhkəmə qeyd etmişdir ki, qanunun göstərilən müddəalarının mənası baxımından müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, müvəqqəti təminat tədbirləri həmin subyektiv hüququn real bərpası deməkdir. Eyni zamanda müvəqqəti təminat tədbirlərinin tətbiq olunmasının məqsədi, hansı ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.2-ci maddəsində bu məqsədin nədən ibarət olması öz əksini tapmışdır, o, halda realizə olunur ki, iddia ilə həmin müvəqqəti təminat tədbiri arasında əlaqə mövcud olsun, yəni görülən tədbir məhz iddianın təmin edilməsinə yönəlmiş olsun. Yuxarıda göstərilən plenum qərarında həmçinin qeyd olunmuşdur ki, məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirilməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Məhkəmə qərardadında bu qənaətə gəlməmişdən əvvəl iddiaçı və cavabdeh arasında bağlanmış nikah müqaviləsini nəzərə almamışdır. İddiaçı bu müqaviləni məhkəmədən gizlətməklə cavabdeh üzərində üstün mövqe tutmağa çalışmışdır. Bu qanunsuzdur, qəbul edilməməlidir. Məhkəmə hazırkı şikayətə əlavə edilən müqaviləni qiymətləndirməklə qəbul etdiyi qərardadını ləğv etməlidir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı ünvan 1 ünvanında yerləşən, daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi 009011000124-05301- 093036, hüququn dövlət qeydiyyat nömrəsi 1110093932 olan mənzil üzərində 1/2 pay hüququnun tanınması barədə ##.##.2026-cı il tarixli iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Hazırda iş hakim Ülkər Yusifovanın icraatındadır. (İş nömrə e-2(5-99)- 2273/2026) İddia tələbi ondan ibarətdir ki, mübahisə predmeti olan mənzil cavabdeh tərəfindən nikah bağlanmazdan əvvəl ipoteka krediti hesabına əldə edilmişdir. Lakin, ipoteka krediti üzrə öhdəlik tərəflərin nikah münasibətləri dövründə davam etmiş, ##.##.2013-cü il tarixdən 2023-cü ilin noyabr ayınadək aylıq 453,65 manat olmaqla ümumilikdə 56.706,25 manat məbləğində kredit ödənişləri ərizəçi tərəfindən həyata keçirilmişdir. Bu səbəbdən ərizəçi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 35-ci maddəsinə əsasən həmin mənzil üzərində 1/2 pay hüququnun tanınmasını tələb etmişdir. İddia ərizəsinə nikahın bağlanması və pozulmasına dair sənədlər, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, "xxxx" ASC-yə ünvanlanmış vəkil sorğusu və bankın cavabı, mənzilin ipoteka ödənişlərinə dair iddiaçının hesabından çıxarış və habelə digər yazılı sübutlar əlavə edilmişdir. Hazırda mübahisə predmeti olan mənzil maraqlı şəxsin mülkiyyətindədir. Məhkəmə tərəfindən işə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilənədək həmin daşınmaz əmlakın özgəninkiləşdirilməsi, bağışlanması, ipoteka ilə yüklənməsi və ya üzərində digər sərəncam hərəkətlərinin həyata keçirilməsi ehtimalı mövcuddur. Belə olan halda mübahisə predmeti olan əmlak üzərində üçüncü şəxslərin hüquqları yarana bilər ki, bu da gələcəkdə qəbul ediləcək məhkəmə qətnaməsinin icrasını mümkünsüz və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər. Məhkəmə qərardadında iddiaçı tərəfindən verilən yanlış məlumatı qəbul etməklə, belə bir təsəvvür yaratmışdır ki, guya gələcəkdə iddiaçının mənzil üzərində olmayan hüquqları pozulacaqdır. Əslində bu ərizəni vermək üçün iddiaçının subyektiv hüququ olmalıdır, hansı ki, bu hüququ ##.##.2013-cü il tarixində iddiaçı və cavabdeh arasında Bakı * saylı “ASAN xidmət” mərkəzində bağlanan “Nikah müqaviləsi” istisna edir. Həmin müqavilədə iddiaçının mənzil üzərində hər hansı bir hüququnun olmaması açıq şəkildə qeyd edilmişdir. Bu müqavilə qüvvədədir, mübahisələndirilməmişdir və bu səbəbdən bu müqavilə qüvvədə olduğu müddətdə cavabdehin mənzil üzərində hüquqlarının məhdudlaşdırılması yol verilməzdir. Məhkəmənin qərardadında gəldiyi nəticələr işin hallarına uyğun gəlmir. İddiaçı və cavabdeh arasında bağlanan “Nikah müqaviləsi” hazırkı iş üzrə işin mübahisəsiz halıdır. Məhkəmə bu müqaviləni nəzərə almalı və qəbul etdiyi qərardadını ləğv etməlidir. Nikah müqaviləsində iddiaçı və cavabdehin razılığa gəldikləri şərtlər yer almışdır və bu şərtləri pozmaqla mənzil üzərində MTT barədə ərizənin verilməsi və hüquqların məhdudlaşdırılması yolverilməzdir və pozulmuş kobud mülki prosessual hərəkətlərin qarşısı alınmalıdır. Qeyd edilənlərə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmış, şikayət, e-**(*-**)-***/*** saylı işlə birilikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Maddə 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Maddə 157.3. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. Maddə 157.4. İddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə və ya arbitraj icraatı başlanarsa, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. Maddə 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: Maddə 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; Maddə 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Maddə 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Maddə 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Maddə 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1. cavabdehdə və ya arbitraj mübahisəsi tərəfində və ya digər şəxslərdə olan cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; 158.1.4. əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; 158.1.5. borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; 158.1.6. icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq; 158.1.7.“Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda debitor borcların xüsusi hesaba ödənilməsini və orada saxlanılmasını təmin etmək. Maddə 158.2. Məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər. Maddə 397.1. Bu Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Maddə 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməli və iş ərizəçi Ərizəçi tərəfindən verilmiş müvəqqəti təminat tədbirinin seçilməsinə dair ərizəsi üzrə sonrakı prosessual hərəkətlərin (bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla) həyata keçirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, şikayətə əlavə olunan ##.##.2013-cü il tarixdə Bakı şəhəri * saylı “Asan xidmət” mərkəzində təsdiq olunmaqla Maraqlı şəxs və Ərizəçi arasında bağlanmış nikah müqaviləsinin surətindən görünür ki, Maraqlı şəxs və Ərizəçi “tərəflərin nikahının rəsmi qeydiyyatından əvvəl və ya nikah dövründə əldə olunmuş hər hansı əmlak üzrə nikah pozulduğu anda və ya nikah dövründə qarşılıqlı iddia qaldırmayacaq, nikahdan əvvəl və nikah dövründə ər və ya arvad öz adına hər hansı daşınar və ya daşınmaz əmlak əldə edərsə (o, cümlədən bağışlama və ya vərəsəlik qaydasında), nikah pozulduğu anda digər tərəf həmin əmlaka dair birgə mülkiyyət hüquqları ilə bağlı iddia irəli sürülə bilməz. Nikah dövründə əldə olunan əmlaka birgə mülkiyyət rejimi tətbiq edilə bilməz, nikah pozulduğu anda əmlak kimin mülkiyyətində qeydiyyata alınmışsa, həmin şəxsin mülkiyyətində də qalmalıdır və həmin şəxs tam və şəriksiz mülkiyyətçi hesab olunmalıdır. Nikahdan əvvəl və ya nikah dövründə əldə olunan nikah dövründə və ya nikah pozulduqdan sonra özgəninkiləşdirildikdə hüquqları qeydiyyata alınmış əmlak sahibi (ər və ya arvad) müstəqildir və özgəninkiləşmə üçün digər tərəfin razılığı və ya iştirakı tələb olunmur”. Göründüyü kimi birinci instansiya məhkəməsi maraqlı şəxs tərəfindən mübahisələndirilən qərardadını prosessual qanunvericiliyin tələblərinə əsasən ilkin olaraq yoxlayan zaman şikayətin dəlillərini kifayət qədər araşdırmamış, maraqlı şəxsin təqdim etdiyi nikah müqaviləsinin hazırda qüvvədə olub-olmamasını və ya bu müqaviləyə hər hansı bir dəyişikliyin edilib-edilmədiyini müəyyən etməmişdir. Kollegiya qeyd edir ki, Maraqlı şəxs və Ərizəçi arasında ##.##.2013-cü il tarixdə bağlanmış nikah müqaviləsinin hazırda qüvvədə olub-olmaması və ya müqavilə şərtlərinə dəyişikliyin edilibedilmədiyini araşdırılmadan ərizəçinin ərizəsinə hüquqi qiymət verilməsi qeyri-mümkündür. İstinad olunanlara əsasən, kollegiya apellyatorun hüquqi marağının qərardadın ləğv edilərək ərizənin təmin edilməməli olmasını nəzərə alıb belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməli, təkrar araşdırma zamanı birinci instansiya məhkəməsi tərəflər arasında ##.##.2013-cü il tarixdə bağlanmış nikah müqaviləsinin hazırda qüvvədə olub-olmamasını, həmin müqaviləyə dəyişikliklərin edilib-edilməməsini araşdırdıqdan sonra ərizəçinin ərizəsində qeyd etdiyi müvəqqəti təminat tədbirinin seçilməsinin mümkünlüyü məsələsinə qiymət verməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası qərara aldı Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin və iş sonrakı prosessual hərəkətlərin edilməsi (bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla) üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar