Məhkəmə qərarları › İş №e-16(3-6)-684/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-684/2026

09.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-684/2026 09.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinə dair iş üzrə (Açar sözlər: müvəqqəti təminat tədbiri) Hakim Abbasova Günel Məhərrəm qızı (sədrlik edən və məruzəçi), Hakimlər Talışinski Fuad Şəmsəddin oğlundan Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** saylı qərardadından cavabdeh cavabdeh1 tərəfindən verilmiş şikayətlərə məhkəmə iclasında baxaraq, aşağıdakıları MÜƏYYƏN ETDİ:

1. İddiaçı Ərizəçi cavabdehlər “Araz-T.İ” Məhdud Məsuliyyətli Cəmiyyəti və cavabdeh1 qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1. ##.##.2017-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqavilənin etibarsız hesab edilməsi; 2. Müqavilənin hüquqi nəticələrinin tətbiq edilməməsinin müəyyən edilməsi; 3. İddiaçının mübahisəli mənzil üzrə qanuni sahiblik hüququnun tanınması; 4. Məhkəmə xərclərinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid küçəsi, ** saylı ünvandakı 558 və 566-cı məhəllələrdə yerləşən yaşayış binasının 1-ci giriş, 4-cü mərtəbə, ümumi sahəsi 191 kv.m olan 4 otaqlı * saylı mübahisəli mənzilin üzərinə müvəqqəti təminat tədbiri kimi cavabdehə və üçüncü şəxslərə özgəninkiləşdirilməsinə qadağa qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** nömrəli qərardadı ilə müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid küçəsi, ** saylı ünvandakı 558 və 566-cı məhəllələrdə yerləşən yaşayış binasının 1-ci giriş, 4-cü mərtəbə, ümumi sahəsi 191 kv.m olan 4 otaqlı * saylı mənzilin özgəninkiləşdirilməsi cavabdehlərə və üçüncü şəxslərə qadağan edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinin əsas məqsədi, ərizəçinin hüquqlarının qorunmasından ötrü mövcud mübahisəli vəziyyətin, eləcə də, mübahisə predmetinin əvvəlki vəziyyətdə qorunub saxlanılmasından, iddianın təmin ediləcəyi halda, mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını çətinləşdirən və ya qeyri-mümkün edən halların aradan qaldırılmasından ibarətdir. Bu baxımdan, məhkəmə iddianın gələcəkdə təmin edilə biləcəyi ehtimalından çıxış edərək, mübahisə predmeti olan daşınmaz əmlakın əvvəlki vəziyyətdə qorunub saxlanmasını qətnamənin gələcəkdə icrası baxımından zəruri hesab edir. Mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid küçəsi, ** saylı ünvandakı 558 və 566-cı məhəllələrdə yerləşən yaşayış binasının 1-ci giriş, 4-cü mərtəbə, ümumi sahəsi 191 kv.m olan 4 otaqlı * saylı mənzilin özgəninkiləşdirilməsi cavabdehlərə və üçüncü şəxslərə qadağan edilməlidir.

ŞİKAYƏTİN DƏLİLLƏRİ, ŞİKAYƏTƏ ETİRAZIN DƏLİLLƏRİ VƏ BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNİN ŞİKAYƏTƏ DAİR GƏLDİYİ NƏTİCƏ:

4. Cavabdeh cavabdeh1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** saylı qərardadının tamamilə ləğv edilməsini və ərizəçi Ərizəçi ərizəsinin təmin edilməməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** saylı qərardadı ilə cavabdeh cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

6. Şikayətə qarşı etiraz daxil olmamışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ NORMALARI və MƏHKƏMƏSİNİN MÖVQEYİ

7. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157.1-157.2,157.5-157.6-cı maddələrini nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

8. Belə ki, yuxarıda sadalanan maddələrin məzmununa əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq, o cümlədən çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbirdir.

9. Məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən müvafiq tədbirlərin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı, tətbiq olunacaq tədbirin isə irəli sürülmüş tələbə mütənasib olub-olmamasına hərtərəfli qiymət verməli və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktını qəbul etməlidir.

10. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ərizə üzrə gəldiyi qənaət ilə razılaşaraq qeyd edir ki, iddia tələbi ilə sözügedən tədbirlər arasında əlaqənin mövcud olması, bu tədbirin tətbiq edilməsinin məhkəmə qərarının vaxtında, tam və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyi müəyyən edilir, tədbirlər iş üzrə çıxarılacaq qətnamənin tam və düzgün icrasını təmin etməyə yönəlmişdir. Belə ki, məhkəmə müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizəyə baxarkən əmin olmalıdır ki, tətbiq edilməsi xahiş olunan təminat tədbirinin tətbiq edilməməsi gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər.

11. Beləliklə, birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizəyə baxarkən tədbirlərin tətbiq edilməsinin əsaslı olub-olmamasına, həmçinin tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olub-olmasına hərtərəfli qiymət vermiş və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktını qəbul etmişdir. Belə olan halda da, şikayət əsassız olduğundan təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

12. Həmçinin qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi tərəfindən tətbiq edilmiş məhdudiyyət tədbiri müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir.

13. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

14. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 157, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDI:

Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən: Günel Abbasova Hakimlər : Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar