Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-686/2026 14.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və Bəhrəmzadə Sabit Xanlar oğlundan ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-**(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından maraqlı şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraata qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı Ərizəçi cavabdeh Cavabdeh MMC-yə qarşı “abunə müqaviləsinin etibarsız hesab edilməsi, istifadə hüququnun tanınması və mobil nömrənin iddiaçının adına rəsmiləşdirilməsi” tələbinə dair iddia ərizəsi ilə ##.##.2026-cı il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Eyni zamanda, iddiaçı Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun cavabdeh Cavabdeh MMC-yə qarşı “abunə müqaviləsinin etibarsız hesab edilməsi, istifadə hüququnun tanınması və mobil nömrənin iddiaçının adına rəsmiləşdirilməsi” tələbinə dair mülki işə baxılıb yekun məhkəmə aktı qəbul edilib, qanuni qüvvəsini alana kimi 050- 211-13-13 mobil nömrəsi üzrə abunəçilikdən irəli gələn istifadə hüququnun cavabdeh Cavabdeh MMC tərəfindən üçüncü şəxslərə ötürülməsinin və ərizəçi Ərizəçi 050-211-13-13 mobil nömrəsindən istifadəsinə hər hansı maneələrin cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi Ərizəçi cavabdeh Cavabdeh MMC-yə qarşı “abunə müqaviləsinin etibarsız hesab edilməsi, istifadə hüququnun tanınması və mobil nömrənin iddiaçının adına rəsmiləşdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, ərizəçi Qasımov Ərizəçi Sevinc Mayıl qızı ilə ##.##.2011-ci il tarixində nikaha daxil olmuş, ##.##.2019-cu il tarixində isə nikahlarına xitam verilmişdir. Tərəflərin birgə nikahı dövründə cavabdeh Cavabdeh MMC-dən 050-211-13-13 mobil nömrəsi əldə edilmişdir. Həmin nömrə əldə edilərkən formal olaraq ərizəçinin həmin dövrdə həyat yoldaşı olan Maraqlı şəxs adına rəsmiləşdirilmiş və abunə müqaviləsi onunla bağlanmışdır. Lakin xüsusi olaraq vurğulanmalıdır ki, 050-211-13-13 mobil nömrəsi əldə edildiyi ilk gündən etibarən bu günə qədər faktiki, müstəsna və fasiləsiz olaraq yalnız ərizəçi Ərizəçi fərdi, şəxsi və işgüzar istifadəsində olmuşdur. Maraqlı şəxs həmin nömrədən heç bir zaman istifadə etməmiş, nömrənin balansı və digər xərcləri daim ərizəçi tərəfindən ödənilmişdir. Ərizəçi Ərizəçi uzun illərdir ki, fərdi sahibkar kimi aktiv biznes və kommersiya fəaliyyəti ilə məşğuldur. Ölkənin biznes mühitində tanınan ərizəçi üçün 050-211-13- 13 mobil nömrəsi sadəcə bir əlaqə vasitəsi deyil, onun işgüzar kimliyinin, biznes identifikasiyasının ayrılmaz bir hissəsinə çevrilmişdir. Sözügedən mobil nömrə ərizəçinin bütün yerli və xarici biznes tərəfdaşlarında, bank hesablarında və xidmətlərində, rəsmi dövlət orqanlarının elektron sistemlərində, vergi bəyannamələrində və çoxsaylı kommersiya müqavilələrində əsas əlaqə vasitəsi kimi rəsmən qeydiyyatdadır. Məhkəmədə abunə müqaviləsinin etibarsız sayılması və iddiaçının nömrəyə istifadə hüququnun tanınması ilə bağlı mübahisəyə baxıldığı müddətdə nömrənin formal olaraq Maraqlı şəxs adına qalmasından suiistifadə olunması riski tamamilə real və qarşısıalınmaz təhdid yaratmaqdadır. Belə ki, mobil operatorların tətbiq etdiyi mövcud prosedur qaydalarına əsasən, kağız üzərində müqavilə tərəfi kimi görünən şəxsin tələbi əsasında cavabdeh Cavabdeh MMC tərəfindən istənilən an birtərəfli qaydada məhkəmə prosesinin gedişində nömrənin fəaliyyəti tam dayandırıla, xətt bağlana, nömrənin abunəçilik hüquqları üçüncü şəxslərə ötürülə, yaxud yeni dublikat SIM-kart çıxardılaraq ərizəçiyə gələn bütün zənglər, SMS-lər və bank bildirişləri izlənilə bilər. Məhkəmə çəkişməsi davam etdiyi bir vaxtda belə qanunsuz hərəkətlərin edilməsi ərizəçi üçün bərpası qeyri-mümkün olan ağır nəticələrə gətirib çıxaracaqdır. Belə ki, nömrənin bağlanması və ya başqa şəxsə ötürülməsi, ərizəçinin gündəlik sahibkarlıq fəaliyyətini tam dayandıracaq, biznes münasibətlərini pozacaq və bərpaolunmaz maliyyə itkilərinə səbəb olacaqdır. Bundan əlavə, ərizəçinin bütün iri maliyyə əməliyyatları, köçürmələr və təsdiqləmələr məhz bu nömrəyə daxil olan SMS-lər vasitəsilə həyata keçirilir. Müqavilə tərəfinin dublikat SIM-kart əldə etməsi və ya xəttə müdaxilə etməsi ərizəçinin bank hesablarına birbaşa qanunsuz müdaxiləyə, kommersiya sirlərinin, şəxsi həyatın toxunulmazlığının və konfidensial işgüzar yazışmaların üçüncü şəxslərin əlinə keçməsinə şərait yaradır. Odur ki, 050-211-13-13 mobil nömrəsi üzrə abunəçilikdən irəli gələn istifadə hüququnun cavabdeh Cavabdeh MMC tərəfindən üçüncü şəxslərə ötürülməsinin və ərizəçi Ərizəçi 050- 211-13-13 mobil nömrəsindən istifadəsinə hər hansı maneələrin cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı Ərizəçi cavabdeh Cavabdeh MMC-yə qarşı “abunə müqaviləsinin etibarsız hesab edilməsi, istifadə hüququnun tanınması və mobil nömrənin iddiaçının adına rəsmiləşdirilməsi” tələbinə dair *(*-***)-****/**** saylı mülki iş üzrə iddiaçı Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Ərizəçi Ərizəçi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından şikayət vermişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** saylı qərardadı ilə ##.##.2026-cı il tarixli qərardad ləğv edilmiş, müvəqqəti təminat tədbiri barədə ərizə təmin edilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, ərizəçinin iddia ərizəsi üzrə tələbi 050-211-13-13 mobil nömrəsinə istifadə hüququnun tanınması və mobil nömrənin iddiaçının adına rəsmiləşdirilməsidir. Müvəqqəti təminat tədbiri barədə ərizəçinin verdiyi ərizəsi də məhz bu tələb üzrə iddia təmin edildiyi halda qətnamənin icrasını təmin etməkdir. Mübahisəli mobil nömrə üzrə istifadə hüququ üçüncü şəxslərə ötürülərsə və ya ərizəçiyə hazırda həmin nömrədən istifadə etməsinə maneələr olarsa, ərizəçinin mümkün hüququnun gələcəkdə qorunması mümkün olmaya və ya əhəmiyyətli dərəcədə çətinləşə bilər. Şikayətə iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutlar da əlavə edildiyindən, müvəqqəti təminat tədbirinin tətbiq edilməsi üçün əsaslar mövcuddur. Belə ki, şikayətə əlavə edilmiş “Whatsapp” mobil tətbiqindən ekran görüntüləri ilə müəyyən edilir ki, +99450-211-13-13 mobil nömrəsi Ərizəçi tərəfindən istifadə edilir və digər şəxslərlə məhz bu nömrə üzərindən əlaqə qurulur, digər şəxslər də qeyd edilən mobil nömrənin sahibinə məhz “Əliyar bəy” deyə müraciət edirlər. Bu səbəbdən, ilk baxışdan mobil nömrənin ərizəçinin istifadəsində olması müəyyən edilir. Maraqlı şəxs Maraqlı şəxs tərəfindən ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** saylı qərardadından şikayət verilmiş, qərardadın ləğv edilməsi və müvəqqəti təminat tədbiri barədə ərizənin ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə həm cavabdehin, həm də maraqlı şəxsin hüquqlarının kobud surətdə pozulması ilə nəticələnən, heç bir mötəbər sübuta söykənməyən və maddi və prosessual hüquq normalarının pozulması ilə müşayiət olunan qanunsuz və əsassız qərardad qəbul etməklə, müvəqqəti təminat tədbiri barədə ərizəni işin hallarını araşdırmadan səhv yekun nəticəyə gəlmişdir. Həm mülki iş üzrə verilmiş iddia ərizəsi, həm də müvəqqəti təminat tədbiri barədə ərizədə, heç bir subyektiv hüququ olmayan iddiaçı Ərizəçi əsassız ərizəsi məhkəmə tərəfindən təmin edilmiş, bu barədə qanuni qüvvəsini almış məhkəmə qərarı olduğu halda tərəf olmayan hüququndan sui-istifadə etməklə ayrı məhkəmədə iddia tələbi və onun əsasında müvəqqəti təminat tədbiri barədə ərizə verərək qanunsuz qərardadın qəbul edilməsinə nail olmuşdur. Hazırki mübahisə üzrə məsələyə Səbail rayon Məhkəməsinin müvafiq qərardadları ilə münasibət bildirilmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin e-**(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadına əsasən maraqlı şəxs Maraqlı şəxs şikayəti təmin edilmiş, ##.##.2026-cı il tarixli, e- **(*-***)-***/**** saylı qərardad ləğv edilmiş, Ərizəçi müvəqqəti təminat tədbirinə dair ərizəsinə baxış iclası ##.##.2026-cı il tarixə saat 12:50-ə təyin edilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, şikayətə əlavə edilmiş Bakı şəhəri Səbail rayon məhkəməsinin ##.##.2026-cı il tarixli e-16(5-102) ***/**** saylı qərardadı ilə müəyyən edilir ki, hazırkı işdə mübahisəli olan mobil nömrənin istifadəsinə dair tərəflər arasında Səbail rayon məhkəməsinin icraatında iş mövcuddur və həmin məhkəmədə də müvəqqəti təminat tədbirinə dair Ərizəçi ərizəsinə baxılıb, qərardad qəbul edilib, ərizəçi tərəfindən qərardaddan şikayət verilib və iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Belə olan halda, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə digər məhkəmənin icraatında işin olması və ya eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin yekun aktının olması istisna edilmir. Bu məsələnin araşdırılması üçün isə tərəflər məhkəmə iclasına çağırılmalı və onlar dinlənildikdən sonra hazırkı işdə verilmiş ərizə üzrə qərar qəbul edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-**(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadına əsasən Ərizəçi müvəqqəti təminat tədbirinə dair ərizəsi təmin edilmiş, ərizəçi Ərizəçi cavabdeh Cavabdeh MMC-yə qarşı “abunə müqaviləsinin etibarsız hesab edilməsi, istifadə hüququnun tanınması və mobil nömrənin iddiaçının adına rəsmiləşdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə e-2(5- ***)-****/**** saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək 050-211-13-13 mobil nömrəsi üzrə abunəçilikdən irəli gələn istifadə hüququnun cavabdeh Cavabdeh MMC tərəfindən üçüncü şəxslərə ötürülməsi və ərizəçi Ərizəçi 050-211-13- 13 mobil nömrəsindən istifadəsinə hər hansı maneələrin törədilməsi cavabdeh Cavabdeh MMCyə və digər şəxslərə qadağan edilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, ərizəçinin iddia ərizəsi üzrə tələbi 050-2111313 mobil nömrəsinə istifadə hüququnun tanınması və mobil nömrənin iddiaçının adına rəsmiləşdirilməsidir. Müvəqqəti təminat tədbiri barədə ərizəçinin verdiyi ərizəsi də məhz bu tələb üzrə iddia təmin edildiyi halda qətnamənin icrasını təmin etməkdir. Mübahisəli mobil nömrə üzrə istifadə hüququ üçüncü şəxslərə ötürülərsə və ya ərizəçiyə hazırda həmin nömrədən istifadə etməsinə maneələr olarsa, ərizəçinin mümkün hüququnun gələcəkdə qorunması mümkün olmaya və ya əhəmiyyətli dərəcədə çətinləşə bilər. İş materiallarından iddia tələbinin əsaslılığına dair ilkin sübutlar da əlavə edildiyindən, müvəqqəti təminat tədbirinin tətbiq edilməsi üçün əsaslar mövcuddur. Belə ki, iş materiallarına əlavə edilmiş “Whatsapp” mobil tətbiqindən ekran görüntüləri ilə müəyyən edilir ki, +99450-211-13-13 mobil nömrəsi Ərizəçi tərəfindən istifadə edilir və digər şəxslərlə məhz bu nömrə üzərindən əlaqə qurulur, digər şəxslər də qeyd edilən mobil nömrənin sahibinə məhz “Əliyar bəy” deyə müraciət edirlər. Bu səbəbdən, ilk baxışdan, mobil nömrənin ərizəçinin istifadəsində olduğu müəyyən edilir. Maraqlı şəxs Maraqlı şəxs nümayəndəsi də izahatında nömrənin Ərizəçi istifadəsinə verildiyini, həmin nömrənin tərəflərin birgə sahibkarlıq fəaliyyəti üçün istifadə edildiyini, yalnız tərəflər arasında mübahisələr başladıqdan sonra geri istədiyini bildirmişdir. Maraqlı şəxs nümayəndəsinin ərizəçinin iddia verilməsi üçün subyektiv hüququn olmamasına dair dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, nümayəndənin izahatında da bildirdiyi kimi, Maraqlı şəxs və Ərizəçi arasında əldə edilmiş qarşılıqlı razılığa əsasən mübahisəli 050- 211-13-13 mobil nömrə birgə sahibkarlıq fəaliyyətini həyata keçirilməsi məqsədilə Ərizəçi tərəfindən istifadə edilib. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il qərarına əsasən subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırkı halda mobil nömrənin istifadəsinə dair tərəflər arasında qarşılıqlı razılığın olması, ilk baxışdan, Ərizəçi həmin mobil nömrəyə istifadə hüququnun olması ehtimalını yaradır. Belə olan halda isə, Ərizəçi öz hərəkətlərinə hüquqi ixtiyarı mövcud olur və başqa şəxslərdən də istifadə hüququnun həyata keçirilməsinə maneənin aradan qaldırılmasını tələb edə bilər. Həmin qərardaddan maraqlı şəxs Maraqlı şəxs tərəfindən şikayət verilmiş, qərardadın ləğv edilməsi və müvəqqəti təminat tədbiri barədə ərizənin ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə həm cavabdehin, həm də maraqlı şəxsin hüquqlarının kobud surətdə pozulması ilə nəticələnən, heç bir mötəbər sübuta söykənməyən və maddi və prosessual hüquq normalarının pozulması ilə müşayiət olunan qanunsuz və əsassız qərardad qəbul etməklə, müvəqqəti təminat tədbiri barədə ərizəni işin hallarını araşdırmadan səhv yekun nəticəyə gəlmişdir. Həm mülki iş üzrə verilmiş iddia ərizəsi, həm də müvəqqəti təminat tədbiri barədə ərizədə heç bir subyektiv hüququ olmayan iddiaçı Ərizəçi əsassız ərizəsi məhkəmə tərəfindən təmin edilmiş, bu barədə qanuni qüvvəsini almış məhkəmə qərarı olduğu halda tərəf olmayan hüququndan sui-istifadə etməklə ayrı məhkəmədə iddia tələbi və onun əsasında müvəqqəti təminat tədbiri barədə ərizə verərək qanunsuz qərardadın qəbul edilməsinə nail olmuşdur."Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının Qanunun 7.1-ci maddəsinə əsasən ölkənin nömrə resursu, ölkə kodu, həmçinin "az" ölkə kodlu yüksək səviyyəli domen dövlətə məxsusdur. Ölkə ərazisində nömrə resurslarının tənzimlənməsi dövlətin müstəsna hüququdur. Hakim göstərilən maddi hüquq normasının tələblərini kobud surətdə pozaraq istifadədə olan və dövlətin mülkiyyətində olan nömrəyə dair qadağalar qoyması qanunsuzdur. Belə ki, maraqlı şəxsə məxsus mobil nömrə ərizəçinin və ya digər şəxsin istifadə olunmasına icazənin verilməsi maraqlı şəxs Maraqlı şəxs mübahisəsiz hüququdur. Hal-hazırda maraqlı şəxs mübahisəli nömrənin dublikatını çıxartdıraraq özü istifadə edir. Ərizəçinin həmin mobil nömrəyə heç bir aidiyyatı yoxdur, hər hansı məhkəmə qərarı ilə də maraqlı şəxsin həmin hüquqları məhdudlaşdırıla bilməz. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-**(*-***)-***/**** saylı, ##.##.2026 cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Cavabdeh Cavabdeh MMC tərəfindən şikayətə etiraz ərizəsi və digər sənədlər göndərilmişdir. Məhkəmə Kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı Ərizəçi mübahisəli 050-211-13-13 nömrəsinə istifadə hüququnun tanınmasını və həmin nömrənin onun adına rəsmiləşdirilməsini tələb edir. İddiaçı bildirir ki, nömrə formal olaraq keçmiş həyat yoldaşı Maraqlı şəxs adına rəsmiləşdirilsə də, nömrədən əldə edildiyi gündən faktiki və fasiləsiz olaraq özü istifadə etmiş, onun xərclərini də özü ödəmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, müvəqqəti təminat tədbirinin tətbiqi məsələsində isə məhkəmə tərəfindən mübahisənin mahiyyəti üzrə yekun qiymətləndirmə aparılması tələb olunmur. Belə ki, tədbir görülmədiyi halda gələcəkdə mümkün hüququn müdafiəsi çətinləşə və ya qeyri-mümkün ola bilməsi və iddianın əsaslılığına dair ilkin sübutlar mövcudluğu araşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər (maddə 157.1). Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. (maddə 157.2). Cavabdehdə və ya arbitraj mübahisəsi tərəfində və ya digər şəxslərdə olan cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə məxsus əmlak üzərinə həbs qoymaq, müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan etmək, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək növündə müvəqqəti təminat tədbirləri görülə bilər (maddə 158.1.1-158.1.3). Birincisi, mübahisəli nömrənin üçüncü şəxsə verilməsi və ya iddiaçının həmin nömrədən istifadəsinə maneə yaradılması nəticəsində iddiaçının gələcəkdə mümkün istifadə hüququnun həyata keçirilməsi əhəmiyyətli dərəcədə çətinləşə bilər. Çünki iddiaçının təqdim etdiyi məlumatlara görə həmin nömrə onun bank hesabları, biznes fəaliyyəti, elektron sistemlər və digər işgüzar əlaqələri ilə bağlı istifadə olunur. İkincisi, iddiaçının tələb etdiyi hüququn mövcudluğuna dair ilkin sübutlar vardır. Belə ki, “Whatsapp” tətbiqindən təqdim edilmiş ekran görüntülərindən nömrənin faktiki olaraq Ərizəçi tərəfindən istifadə edildiyi və digər şəxslərin də həmin nömrənin istifadəçisinə “Əliyar bəy” deyə müraciət etdikləri müəyyən olunur. Bundan əlavə, maraqlı şəxsin nümayəndəsi də nömrənin Ərizəçi istifadəsinə verildiyini, həmin nömrədən tərəflərin birgə sahibkarlıq fəaliyyəti üçün istifadə edildiyini bildirmişdir. Bu hal iddiaçının nömrəyə faktiki istifadə hüququnun olmasına dair ilkin ehtimalı daha da gücləndirir. Bu baxımdan, maraqlı şəxsin “iddiaçının ümumiyyətlə subyektiv hüququ yoxdur” dəlili müvəqqəti təminat tədbirinin tətbiq edilməsini istisna etmir. Əksinə, bu məsələ artıq iddianın mahiyyəti üzrə araşdırılmalı olan məsələdir. Müvəqqəti təminat tədbiri mərhələsində isə məhkəmə yalnız hüququn mövcudluğuna dair ilkin əsasların və həmin hüququn gələcəkdə müdafiəsinin çətinləşməsi riskinin olub-olmadığını müəyyən edir. İş materiallarından görünür ki, tərəflər arasında nömrənin Ərizəçi tərəfindən istifadəsinə dair qarşılıqlı razılığın olması barədə də izahat verilmişdir. Məhkəmə haqlı olaraq bu halı iddiaçının həmin nömrədən istifadə hüququnun mövcudluğuna dair ilkin əsas kimi qiymətləndirmişdir. Maraqlı şəxsin “Telekommunikasiya haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən nömrə resursunun dövlətə məxsus olması və bu səbəbdən məhkəmənin nömrə ilə bağlı qadağa müəyyən edə bilməməsi barədə dəlilinə gəldikdə isə, həmin norma nömrə resursunun dövlətə məxsusluğunu və onun tənzimlənməsinin dövlətin müstəsna hüququ olduğunu müəyyən edir. Lakin hazırkı müvəqqəti təminat tədbiri dövlətə məxsus nömrə resursuna mülkiyyət hüququnun müəyyən edilməsinə deyil, mübahisəli nömrədən faktiki istifadənin və mümkün hüququn məhkəmə araşdırması başa çatanadək qorunmasına yönəlmişdir. Maraqlı şəxsin həmin nömrə üzərində hansı hüquqa malik olması və iddiaçının istifadə hüququnun olub-olmaması isə işə mahiyyəti üzrə baxılarkən müəyyən edilməli məsələlərdir. Həmçinin, maraqlı şəxsin nömrənin hazırda özünün istifadəsində olması barədə dəlili də müvəqqəti təminat tədbirinin tətbiqinin əsassız olduğunu göstərmir. Əksinə, nömrənin faktiki olaraq başqa şəxs tərəfindən istifadəyə götürülməsi iddiaçının gələcəkdə mümkün hüququnun qorunmasını daha da çətinləşdirə biləcək hal kimi qiymətləndirilə bilər. Beləliklə, hazırkı mərhələdə məhkəmə tərəfindən iddiaçının mübahisəli mobil nömrə üzərində son və mübahisəsiz hüququnun tanınması barədə nəticə çıxarılmamışdır. Sadəcə, iddiaçının mümkün hüququnun gələcəkdə müdafiəsinin çətinləşməsinin qarşısını almaq məqsədilə müvəqqəti xarakterli qoruyucu tədbir görülmüşdür. Məhkəmə Kollegiyası həmçinin qeyd edir ki, müvəqqəti təminat tədbirləri institutu özünün mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbirdir və həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Ona görə də, müvəqqəti təminat tədbirlərinin məhkəmə tərəfindən tətbiqi üçün sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına ehtiyac yoxdur. Bununla belə, müvəqqəti təminat tədbirlərinin görülməsi üçün məhkəməyə ilkin zəruri sübutların təqdim edilməsinə və ilkin əsaslandırılmasına, habelə bununla bağlı dəlillərin təqdim edilməsinə ehtiyac vardır. Məhz bu məqamda müvəqqəti təminat tədbirlərinin tətbiqinin zəruriliyi məsələsi ortaya çıxır. Buna görə, müvəqqəti təminat tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə, müvəqqəti təminat tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Göründüyü kimi, ##.##.2026-cı il tarixli qərardadla tətbiq edilmiş tədbir iddianın predmetinə uyğun olmaqla, mümkün qətnamənin gələcəkdə icrasını təmin etməyə və mübahisə həll edilənədək mövcud vəziyyətin qorunmasına xidmət edir. Məhkəmənin gəldiyi nəticə iş materiallarında olan ilkin sübutlarla, o cümlədən mobil nömrənin iddiaçı tərəfindən faktiki istifadəsini göstərən “Whatsapp” yazışmaları və maraqlı şəxsin nümayəndəsinin izahatı ilə təsdiqlənir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Qərara aldı: Maraqlı şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal rayon məhkəməsinin e-**(*-***)-***/**** saylı, ##.##.2026 cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-16(3-6)-686/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-686/2026
14.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver