Məhkəmə qərarları › İş №e-16(3-6)-693/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-693/2026

18.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-693/2026 18.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI akimlər X4 məruzəsi ilə, X6 və X5 ibarət tərkibdə, Ərizəçi Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi” barədə ərizə üzrə Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadından cavabdeh “Met İnvest” MMC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi Ərizəçi MMC məhkəməyə müvəqqəti təminat tədbiri barədə ərizə təqdim edərək, cavabdeh “MET İNVEST” MMC-yə məxsus bütün növ əmlaklarının (bank hesabları və s.) üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadı ilə cavabdeh “MET İnvest.” Məhdud Məsuliyyətli Cəmiyyətin mülkiyyətində olan əmlakların üzərinə AR MPM-in 158.3-cü maddəsi ilə müəyyən edilmiş ardıcıllıqla (bank hesabları üzərinə qoyulacağı təqdirdə işçilərinin əmək haqlarının verilməsi, dövlət büdcəsinə zəruri ödənişlərin (vergi, sosial və s.) aparılmasına məhdudiyyət qoyulmadan) iddia tələbini təşkil edən əsas borc məbləği, yəni 124486 manat pul məbləği həddində həbs qoyulması qərara alınmışdır. Qeyd edilən qərardaddan “AZEMİS” elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə cavabdeh “Met İnvest” MMC tərəfindən ##.##.2026-cı il tarixdə şikayət verilmişdir. Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadı ilə qərardaddan verilmiş şikayət geri qaytarılmışdır. Bundan sonra cavabdeh “Met İnvest” MMC Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadından elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki: -şikayət müddəti ümumiyyətlə buraxılmamışdır: məhkəmə MPM-in 128.3-cü maddəsini tətbiq etməmişdir. Məhkəmənin özü qərardadda təsbit etmişdir ki, qərardad cavabdehin nümayəndəsinə ##.##.2026-cı il tarixdə verilmişdir. Bu tarixdən çıxış etdikdə müddət ##.##.2026-cı il tarixdən başlayır və ##.##.2026-cı il (bazar ertəsi) tarixində bitir. Şikayət isə ##.##.2026-cı il tarixdə göndərilmişdir. Deməli, məhkəmənin özünün əsas götürdüyü tarixə görə də şikayət müddət daxilində verilmişdir. Bundan əlavə, MPM-in 129.3-cü maddəsinə görə prosessual hərəkət müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər; MPMin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə şikayətlərin göndərilməsi elektron kabinet vasitəsilə həyata keçirilir. Şikayət məhz bu qaydada, müddət bitənədək göndərilmişdir. Beləliklə, mübahisələndirilən qərardadın əsasında duran mərkəzi qənaət — “10 günlük prosessual müddət buraxılmaqla verilmiş” - sadə təqvim hesablaması ilə təkzib olunur. Bu, qərardadın ləğvi üçün kifayət edən əsasdır. Məhkəmə müddətin hesablanmasına aidiyyəti olmayan norma tətbiq etmişdir (MPM-in 386-cı maddəsi). Tətbiq edilməli olan normalar MPM-in 128.3, 129.2 və 129.3-cü maddələridir. MPM-in 386-cı maddəsinə görə tətbiq edilməli olan qanunun tətbiq edilməməsi maddi hüquq normasının pozulması sayılır. Müvəqqəti təminat tədbirlərinə dair xüsusi norma — MPM-in 163.2-ci maddəsi — ümumiyyətlə nəzərə alınmamışdır. MPM-in 163.2-ci maddəsi məhz müvəqqəti təminat tədbiri qərardadları üçün xüsusi (lex specialis) qayda müəyyən edir: “Müvəqqəti təminat tədbiri haqqında qərardad şikayət verən şəxsə xəbər verilmədən çıxarılmışsa, şikayət vermək müddəti həmin qərardadın ona məlum olduğu gündən hesablanır.” Bu norma təsadüfi deyildir: MPM-in 159.1-ci maddəsinə görə müvəqqəti təminat tədbiri haqqında ərizəyə “daxil olduğu gündən sonra təxirə salınmadan ayrıca icraatda” — yəni tərəflərin iştirakı olmadan — baxılır. Qanunverici məhz belə hallarda müddətin faktiki məlumatlanma anından hesablanmasını nəzərdə tutmuşdur. Məhkəmə isə yalnız ümumi norma olan MPM-in 268.1ci maddəsinə istinad etmiş, xüsusi normanı nə tətbiq etmiş, nə də onun tətbiq edilməməsinin səbəbini göstərmişdir. Ümumi normanın xüsusi normadan üstün tutulması hüququn tətbiqində açıq səhvdir. Qərardadın “rəsmi qaydada verilməsi” faktı sübut edilməmişdir (MPMin 135.5, 135.6, 266.2 və 266.3-cü maddələri). Məhkəmə qərardadın “tərəflərin elektron kabinetinə həmin tarixdə yerləşdirildiyini” bir fakt kimi göstərmişdir. Lakin qərardadda bu faktı təsdiq edən heç bir sənədə — sistem qeydinə, çatdırılma protokoluna, elektron poçt və ya SMS bildirişinin göndərilməsinə dair məlumata — istinad edilməmişdir. MPM-in 135.6-cı maddəsi iki kumulyativ şərt müəyyən edir: sənədin elektron kabinetdə yerləşdirilməsi və bu barədə məlumatın həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s.) çatdırılması. Yalnız hər iki şərt yerinə yetirildikdə MPM-in 135.5-ci maddəsinə görə sənəd rəsmi qaydada verilmiş sayılır. İkinci şərtin yerinə yetirildiyi işdə heç bir sübutla təsdiqlənmir. MPM-in 266.2-ci maddəsi isə birbaşa tələb edir ki, şikayət verilə bilən qərardadlar rəsmi qaydada verilərkən bu barədə məhkəməyə məlumat verilsin — yəni işdə müvafiq təsdiqedici sənəd olmalıdır. Belə sənədə qərardadda istinad yoxdur. Əksinə iş materiallarında məhkəmənin özünün ##.##.2026-cı il tarixli qəbzi mövcuddur və orada şikayət vermək hüququnun həmin tarixdə izah edildiyi göstərilir. Həmçinin məhkəmə aktının surətinin təkrar verilməsinə görə ##.##.2026-cı il tarixdə ödəniş edilmişdir. Məhkəmənin öz sənədləri qərardadın ##.##.2026-cı ildə rəsmi qaydada verildiyi qənaətini təkzib edir. Qərardadın özündə də daxili ziddiyyət vardır: məhkəmə eyni abzasda həm qərardadın ##.##.2026-cı ildə kabinetə yerləşdirildiyini, həm də onun ##.##.2026-cı ildə “təkrarən” verildiyini göstərir, lakin müddəti hansı tarixdən hesabladığını heç yerdə açıqlamır. MPM-in 264.0.5-ci maddəsinə görə qərardadda məhkəmənin gəldiyi nəticələrin səbəbləri göstərilməlidir. Etibarnamənin əlavə edilmədiyi barədə qənaət iş materiallarına birbaşa ziddir. Elektron ərizənin 13-cü bölməsində - “Apellyasiya şikayətinə əlavə edilmiş sənədlər” cədvəlində - əlavə edilmiş sənədlər sırasında “etibarnamə - etibarnamə MET İNVEST.pdf” və “order - bakı kommersiya order.pdf” faylları açıq şəkildə göstərilmişdir. Hər iki sənəd sistemə yüklənmiş və şikayətlə birlikdə məhkəməyə daxil olmuşdur. Bundan əlavə, elektron ərizənin 3-cü bölməsi (“Apellyasiya şikayəti verən şəxsin vəkili və nümayəndəsi”) tam doldurulmuş, etibarnamənin nömrəsi (Mİ/10/06-001), onu verən şəxs (“xxxx” MMC), verilmə tarixi (##.##.2026) və qüvvədə olma müddəti (##.##.2027) göstərilmişdir. Şikayət gücləndirilmiş elektron imza ilə “Vəkil/Nümayəndə - X2 (AA0626264)” statusunda imzalanmışdır; imzalayan şəxsin prosessual statusu sistemin özü tərəfindən təsbit edilmişdir. MPM-in 361.2-ci maddəsi səlahiyyət sənədinin əlavə edilməsini şərti şəkildə tələb edir: “... **əgər işdə yoxdursa** müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir”. Mİ/10/06-001 saylı etibarnamə tərəflər arasındakı mübahisə üzrə əvvəlki mərhələlərdə də təqdim edilmiş və iş materiallarında mövcuddur. Həmin norma alternativ sadalama işlədir: “etibarnamə, vəkilin orderi **və ya** digər sənəd”. Deməli, vəkil orderinin özü səlahiyyəti təsdiq edən kifayət qədər sənəddir. Şikayətə ##.##.2026-cı il tarixli, № *** saylı vəkil orderi əlavə edilmişdir. “İş yeri haqqında arayış” tələbi qanunvericilikdə ümumiyyətlə nəzərdə tutulmamışdır. Məhkəmə şikayətə “iş yeri haqqında arayış”ın əlavə edilmədiyini geri qaytarma əsası kimi göstərmişdir. Belə bir tələb nə MPM-in 361-ci maddəsində, nə də vəkilin və nümayəndənin səlahiyyətlərini tənzimləyən 66, 67, 68 və 66- 1-ci maddələrində mövcud deyildir. MPM-in 66-cı maddəsinə görə mülki prosesdə vəkil kimi “müəyyən olunmuş qaydada səlahiyyəti təsdiq olunmuş vəkillər” iştirak edir; MPMin 68.3-cü maddəsinə görə vəkil vəkalət əsasında məhkəmə aktlarından şikayət verir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən vəkilin konkret iş üzrə səlahiyyəti vəkil orderi ilə təsdiq edilir. Order isə şikayətə əlavə edilmişdir. Beləliklə, məhkəmə qanunda nəzərdə tutulmayan sənədin təqdim edilməməsini prosessual sanksiya üçün əsas kimi tətbiq etmişdir. Bu, MPM-in 386-cı maddəsi mənasında hüququn tətbiqində səhvdir və Konstitusiyanın 60-cı maddəsi ilə təminat verilən məhkəmə müdafiəsi hüququna qanunsuz məhdudiyyətdir. Qərardad çəkişmə prinsipi pozulmaqla, cavabdeh dinlənilmədən və qarşı tərəfin müraciəti əsasında qəbul edilmişdir (MPM-in 9.2, 9.3 və 14.1-ci maddələri). Məhkəmə cavabdehə iddia etdiyi çatışmazlığı aradan qaldırmaq üçün heç bir imkan verməmişdir. Məhkəmə tətbiq edilməli olmayan prosessual normaları tətbiq etmiş, tətbiq edilməli olan normanı isə (MPM-in 269- cu maddəsi) ümumiyyətlə nəzərə almamışdır. Müvəqqəti təminat tədbiri barədə qərardaddan verilən şikayətə baxılması qaydası MPM-in 163 və 267–269-cu maddələri ilə tənzimlənir. Bu normalar üçüncü variantı — şikayətin birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılmasını — nəzərdə tutmur. Məhkəmə isə qətnamədən verilən apellyasiya şikayətlərinə aid olan MPM-in 361 və 363.1.1-1-ci maddələrini tətbiq etmiş, rəhbər tutduğu normalar sırasında (263-264, 267-268, 361, 363) MPM-in 269-cu maddəsini ümumiyyətlə göstərməmişdir. Bu yanaşma cavabdeh üçün əlavə hüquqi nəticə doğurur: MPM-in 363.4-cü maddəsi yalnız 363.1.1 və 363.1.2-ci maddələr üzrə qaytarma halında təkrar müraciət hüququ nəzərdə tutur. Məhkəmə isə 363.1.1-1-ci maddəyə istinad etmişdir ki, bu da formal olaraq cavabdehi şikayət hüququndan tamamilə məhrum edir. Qərardadın nəticə hissəsi qeyri-müəyyəndir və icra oluna bilməz (MPM-in 264.0.3 və 264.0.6-cı maddələri). Qərardadın giriş hissəsində və nəticə hissəsində şikayətin “ərizəçi tərəfindən” verildiyi göstərilmişdir. İşdə ərizəçi Ərizəçi MMC-dir. Şikayəti isə cavabdeh “xxxx” MMC vermişdir. Qərardadın motiv hissəsində məhkəmə özü “cavabdeh tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır” yazmışdır — yəni sənəd öz daxilində ziddiyyətlidir. Nəticədə nəticə hissəsi (“... ərizəçi tərəfindən verilmiş şikayət geri qaytarılsın”) cavabdehin şikayətini əhatə etmir və icra oluna bilməyən məzmun daşıyır. MPM-in 264.0.3-cü maddəsi qərardadda işdə iştirak edən şəxslərin, 264.0.6-cı maddəsi isə baxılan məsələ üzrə konkret nəticənin düzgün göstərilməsini tələb edir. Eyni qüsur mətnin digər hissəsində də təkrarlanır: məhkəmə “hazırkı şikayət cavabdeh S.Abbasov tərəfindən imzalansa da” ifadəsini işlətmişdir. X1 cavabdeh deyil, cavabdehin vəkilidir. Qərardadda mübahisələndirilən aktın nömrəsi səhv göstərilmişdir. Qərardadın mətnində beş dəfə “e-16(4-11)-782/2026” nömrəsi göstərilmişdir, halbuki həm iş, həm də mübahisələndirilən qərardad e-**(*-**)-***/**** saylıdır (bu nömrə qərardadın başlığında və nəticə hissəsində düzgün göstərilir). Bu uyğunsuzluq qərardadın hansı akt barədə qəbul edildiyini qeyri-müəyyən edir və MPM-in 264.0.4-cü maddəsinin tələbinə cavab vermir. Ödənilmiş dövlət rüsumunun taleyi həll edilməmişdir. Şikayət verilərkən 50 manat dövlət rüsumu ödənilmişdir. Şikayət geri qaytarılarkən məhkəmə ödənilmiş rüsumun qaytarılması və ya təkrar müraciət zamanı nəzərə alınması məsələsini həll etməmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin: 396.1-ci maddəsinə görə şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. 135.8-ci maddəsinə görə kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Faktiki hallar və hüquqi dəyərləndirmə: -EMİS-dən çıxarışa əsasən müəyyən edilir ki, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadı ##.##.2026-cı il tarixdə cavabdeh “Met İnvest” MMC –nin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməklə və həmin sistem vasitəsilə bu barədə məlumat “elektron ünvan 1” elektron poçtuna göndərilməklə rəsmi qaydada verildiyi halda cavabdeh MMC tərəfindən həmin qərardaddan şikayət ##.##.2026-cı il tarixdə verilmiş, bununla da sözügedən qərardaddan şikayət verilməsi üçün qanunla nəzərdə tutulmuş 10 günlük prosessual müddət buraxılmışdır (10 günlük prosessual müddət ##.##.2026-cı il tarixdə başlamış və ##.##.2026cı il tarixdə başa çatmışdır). Şikayətin arqumentləri: - Məhkəmə tərkibi ilk növbədə qeyd edir ki, mübahisələndirilən qərardad ##.##.2026-cı il tarixdə cavabdehin elektron kabinetinə rəsmi qaydada yerləşdirilmiş və həmin tarixdən sonrakı gündən etibarən şikayət verilməsi üçün müddətin axımı başlamışdır. Qərardadın cavabdehin nümayəndəsinə təkrarən verilməsi barədə ##.##.2026-cı il tarixli qəbzə gəldikdə qeyd edilməlidir ki, həmin sənəd yalnız ##.##.2026-cı il tarixdə rəsmi qaydada cavabdehə təqdim edilmiş qərardadın tərəfin müraciəti əsasında qərardadın surətinin təkrar verilməsi faktını təsdiq edir ki, göstərilən fakt prosessual müddətin yenidən başlanmasına səbəb olmur. Odur ki, prosessual müddətin axımının qərardadın təkrarən təqdim edildiyini tarixdən hesablanmalı olması barədə dəlillər əsassızdır. -MPM-in 163.2-ci maddəsinə istinadla müddətin qərardadın ona məlum olduğu tarixdən hesablanması barədə şikayətin dəlillərinə dair göstərilir ki, istinad edilən norma müvəqqəti təminat tədbiri barədə qərardadın şikayət verən şəxsə rəsmi qaydada verilmədiyi hallara münasibətdə tətbiq edilir. Hazırkı işdə isə müvəqqəti təminat tədbirinə dair ərizə verilərkən cavabdeh həmin icraat üzrə elektron işə proses iştirakçısı kimi əlavə edilmiş və qərardad cavabdehin elektron kabinetinə rəsmi qaydada yerləşdirilməklə sonuncuya rəsmi şəkildə çatdırılmışdır. Odur ki, hazırkı halda şikayət verilmə müddətinin MPM-in 163.2-ci maddəsinin tələblərinə əsasən hesablanması üçün əsaslar mövcud deyildir. -Kollegiya həmçinin onu da qeyd edir ki, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadından şikayət verilərkən cavabdehin adından şikayəti imzalamış nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə və vəkil orderinin elektron sistemə yerləşdirilməsi, belə olan halda birinci instansiya məhkəməsinin şikayəti qaytararkən əsassız olaraq MPM-in 363.1.1-1 və 363.1.1-ci maddələrinə istinad etməsi öz təsdiqini tapsa da, göstərilən prosessual pozuntu mahiyyətcə düzgün olmayan qərardadın qəbul edilməsi ilə nəticələnmədiyindən MPM-in 387-ci maddəsinin tələbləri baxımından qərardadın ləğv edilməsi üçün əsas vermir. Qərardad qəbul edilərkən məhkəmə xərclərinin bölüşdürülməməsi barədə dəlilə dair kollegiya qeyd edir ki, istinad edilən hal da şikayətin geri qaytarılması barədə qərardadın qanunsuz hesab edilməsi üçün əsas hesab edilə bilməz. Bununla bağlı cavabdehə MPM-in 229.1-ci maddəsində təsdiq edilmiş hüquqdan istifadə etməklə əlavə qərardad çıxarılması ilə bağlı birinci instansiya məhkəməsinə ərizə ilə müraciət etmək hüququ izah edilməlidir. Belə olan halda şikayətin geri qaytarılmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh “Met İnvest” MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Leyla Əliyeva Təranə Mahmudova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar