Məhkəmə qərarları › İş №e-16(3-6)-694/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-694/2026

16.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-694/2026 16.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI müvəqqəti təminat tədbirinin görülməsinə dair ərizəçilər ərizəçi2XXX və ərizəçi1 ərizəsi üzrə (Açar sözlər: müvəqqəti təminat tədbiri, iddia tələbinin əsaslılığına dair ilkin sübutlar, mütənasiblik) Hakimlər Mahmudova Təranə Nəriman qızı (sədrlik edən və məruzəçi), Abdullayev Elşən Uğur oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadından cavabdeh cavabdeh5 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq qərara aldılar. Birinci instansiya məhkəməsindəki icraat və qəbul olunmuş məhkəmə akt(lar)ı

1. Iddiaçı "xxxx” MTK-nın üzvlərinin ümumi yığıncağının ## ### 2019-cu il tarixli ** saylı Protokolunun ləğv edilməsi, Protokol əsasında MTK-ya cavabdehlər tərəfindən vurulmuş ziyanın ödənilməsi, "xxxx” Mənzil Tikinti Kooperativində 19.8% payı olan iddiaçı Ayhan Çalbaya ünvan 1 məhəllə ünvanında tikilmiş və istismara verilmiş 20 mərtəbəli, zirzəmili yaşayış binasının (Blok A) 17124.9 kv.m ümumi sahəsindən (19.8%) - 3390.73 kv.m, 19 mərtəbəli, zirzəmili yaşayış binasının (Blok B) 12558.2 kv.m ümumi sahəsindən (19.8%) 2486.52 kv.m, - "xxxx” Mənzil Tikinti Kooperativində 4.95% payı olan iddiaçı ərizəçi1 ünvan 1 məhəllə ünvanında tikilmiş və istismara verilmiş 20 mərtəbəli, zirzəmili yaşayış binasının (Blok A) 17124.9 kv.m ümumi sahəsindən (4.95%) - 847.68 kv.m, 19 mərtəbəli, zirzəmili yaşayış binasının (Blok B) 12558.2 kv.m ümumi sahəsindən (4.95%) 621.63 kv.m sahənin ayrılaraq verilməsi, - Iddiaçılara ünvan 1 məhəllə ünvanında tikilmiş və istismara verilmiş 20 mərtəbəli, zirzəmili yaşayış binasından (Blok A) və 19 mərtəbəli, zirzəmili yaşayış binasından (Blok B) payın naturada ayrılması mümkün olmadığı təqdirdə, verilməli olan sahənin iddia verilən tarixə bazar qiyməti hesablanaraq kompensasiyanın cavabdehlər "xxxx” MTK-dan, cavabdeh2, cavabdeh5, cavabdeh6 Şixəli oğlu, cavabdeh1 və cavabdeh4 müştərək qaydada tutularaq iddiaçılara ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

2. Iş hazırda Bakı Kommersiya Məhkəməsinin icraatındadır (iş N e-2-2(4-11)- 1437/2026).

3. Daha sonra, ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 3, ev 16/A, mənzil 4; ünvan 3, ev 16/A, mənzil 5; ünvan 3, ev 16/A, mənzil 10; ünvan 3, ev 16/A, mənzil 13; ünvan 3, ev 16/A, mənzil 14; ünvan 3, ev 16/A, mənzil 16; ünvan 3, ev 16/A, mənzil 30; ünvan 3, ev 16/A, mənzil 31; ünvan 3, ev 16/A, mənzil 33; ünvan 3, ev 16/A, mənzil 45; ünvan 3, ev 16/A, mənzil 46; ünvan 3, ev 16/A, mənzil 47; ünvan 3, ev 16/A, mənzil 51; ünvan 3, ev 16/A, mənzil 52; ünvan 3, ev 16/A, mənzil 64; ünvan 3, ev 16/A, mənzil 68; ünvan 3, ev 16/A, mənzil 73; ünvan 3, ev 16/A, mənzil 78; ünvan 3, ev 16/A, mənzil 90; ünvan 3, ev 16/A, mənzil 93; ünvan 3, ev 16/A, mənzil 96; ünvan 3, ev 16/A, mənzil 100; ünvan 3, ev 16/A, mənzil 104; ünvan 3, ev 16/A, mənzil 108; ünvan 3, ev 16/A, mənzil 110; ünvan 3, ev 16/A, mənzil 111; ünvan 3, ev 16/A, mənzil 114; ünvan 3, ev 16/A, mənzil 116; ünvan 3, ev 16/A, mənzil 125-in üzərinə həbs qoyulmaqla özgəninkiləşdirilməsinin "xxxx” MTK-ya qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadı ilə ərizə təmin edilmiş, ünvan 3, ev 16/A, mənzil 4; ünvan 3, ev 16/A, mənzil 5; ünvan 3, ev 16/A, mənzil 10; ünvan 3, ev 16/A, mənzil 13; ünvan 3, ev 16/A, mənzil 14; ünvan 3, ev 16/A, mənzil 16; ünvan 3, ev 16/A, mənzil 30; ünvan 3, ev 16/A, mənzil 31; ünvan 3, ev 16/A, mənzil 33; ünvan 3, ev 16/A, mənzil 45; ünvan 3, ev 16/A, mənzil 46; ünvan 3, ev 16/A, mənzil 47; ünvan 3, ev 16/A, mənzil 51; ünvan 3, ev 16/A, mənzil 52; ünvan 3, ev 16/A, mənzil 64; ünvan 3, ev 16/A, mənzil 68; ünvan 3, ev 16/A, mənzil 73; ünvan 3, ev 16/A, mənzil 78; ünvan 3, ev 16/A, mənzil 90; ünvan 3, ev 16/A, mənzil 93; ünvan 3, ev 16/A, mənzil 96; ünvan 3, ev 16/A, mənzil 100; ünvan 3, ev 16/A, mənzil 104; ünvan 3, ev 16/A, mənzil 108; ünvan 3, ev 16/A, mənzil 110; ünvan 3, ev 16/A, mənzil 111; ünvan 3, ev 16/A, mənzil 114; ünvan 3, ev 16/A, mənzil 116; ünvan 3, ev 16/A, mənzil 125in üzərinə həbs qoyulmaqla özgəninkiləşdirilməsinin "xxxx” MTK-ya qadağan edilməsi qərara alınmışdır.

5. ##.##.2026-cı il tarixdə cavabdeh cavabdeh5 “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə şikayət ilə müraciət edərək Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadının ləğv edilməsini və müvəqqəti təminat tədbiri barədə ərizənin təmin edilməməsini xahiş etmişdir.

6. Şikayət onunla əsaslandırılmışdır ki, belə ki, ünvan 3 ünvanında yerləşən binanın həmin mənzilləri “xxxx” MTK-ya məxsus deyildir. Həmin mənzillər hal-hazırda digər fiziki şəxslərin mülkiyyətindədir. Birinci instansiya məhkəməsinin qərardadında da bu fakt öz təsdiqini tapmışdır. Belə ki, qərardadda qeyd edilmişdir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “xxxx” X1 tərəfindən verilmiş ##.##.2024-cü il tarixli sorğuya cavab məktubu ilə cavabdeh3 MTK tərəfindən Nəsimi rayon, Cəlil Məmmədquluzadə (mis bazasında küçə kəsişməsi olduğu üçün N.Yusifbəyli küçəsi) küçəsi ünvanında inşa edilən yaşayış binasının sayğaclaşdırılması (sakinlərin adları və tarixlər göstərilməklə) barədə məlumatlar təqdim edilmişdir. Həmin məlumatlara nəzər keçirdikdə ərizəçi tərəfindən üzərinə həbs qoyulması tələb edilən mənzillərə dair sayğac məlumatları müəyyən edilir. Bundan əlavə olaraq, ARIN ƏMDX DƏDKR X1 1saylı Bakı Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli sorğuyacavab məktubunda qeyd edilir: “Aparılan araşdırma zamanı "xxxx" MTK tərəfindən ünvan 2 998 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının istismarına icazə sənədinin * saylı Bakı Ərazi Idarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir. Qeyd olunan ünvanda inşa edilmiş yaşayış binasında yerləşən əmlaklar üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Göründüyü kimi, ərizədə özgəninkiləşdirilməsinin qadağan edilməsi tələb olunan mənzillər ümumiyyətlə “xxxx” MTK-nın sərəncamında deyildir. Bu səbəbdən, həmin mənzillərin özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə tələb nə “xxxx” MTK-ya, nə də təsisçilərə qarşı irəli sürülə bilməz. Məhkəmənin hazırki qərardadının icrasıda qeyrimümkün olacaqdır. Buna səbəb isə odur ki, “xxxx” MTK-nın sözügedən mənzillər üzrə sərəncam vermək səlahiyyəti yoxdur. Bundan əlavə olaraq, məhkəmə qərardadında, ərizəçilərin istinad etdiyi və əsaslandırdıqları hallar barədə ümumiyyətlə qeyd verməmişdir. Ərizəçilər istinad etdikləri hallar barədə ilkin mötəbər sübutları məhkəməyə təqdim etməmişlər. Əksinə yuxarıda qeyd edilən sorğuya cavab məktublarında “xxxx” MTK-nın cavabdeh qismində cəlb edilməsinə hüquqi əsas yaranmadığı müəyyən edilir. Həmçinin məhkəmə qərardadında Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2023-cü iltarixli qətnaməsi və Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qətnamələrinə istinad edilmişdir. Halbuki həmin məhkəmə qətnamələrin hazırki mübahisəyə hər-hansı aidiyyəti yoxdur.

7. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

8. Apellyasiya instansiya məhkəməsindəki icraat

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

11. Maddə 157.1. Maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər.

12. Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir.

13. Maddə 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu.

14. Maddə 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.

15. Maddə 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir.

16. Maddə 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1. cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; 158.1.4. əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; 158.1.5. borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; 158.1.6. icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq.

17. Maddə 158.2. Məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər.

18. Maddə 264.0.5. Ayrıca akt şəklində qəbul edilən qərardadda məhkəmənin gəldiyi nəticələrin səbəbləri və məhkəmənin rəhbər tutduğu qanunlara istinad edilməsi göstərilməlidir.

19. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” ##.##.2018-ci il tarixli Qərarı

Iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır.Məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olubolmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir.

Apellyasiya baxışının həddi

21. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

Işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

22. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı əmlaklar üzərinə həbs qoyulması hissəsində ləğv edilməli, həmin hissədə müvəqqəti təminat tədbiri barədə ərizə təmin edilməməli, qərardad özgəninkiləşdirmənin qadağan edilməsi hissəsində isə dəyişdirilmədən saxlanılmalıdır.

23. Qanunverici tələb edir ki, müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair ərizə, mövcud vəziyyətin dəyişəcəyi halda ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi təhlükəsinin mövcud olduğuna dair dəlillər göstərilməklə, bu təhlükənin nələrdə ifadə olunduğu və ya oluna biləcəyi halları ilə əlaqələndirilib əsaslandırılmalıdır.

24. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 164-cü maddəsinin tətbiqi ilə bağlı S.Kazımlının şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2023-cü il tarixli Qərarında qeyd etmişdir ki, müvəqqəti təminat tədbiri üç əsas meyara cavab verməlidir: - bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; - bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; - tətbiq olunan tədbirlər verilmiş əsas iddia tələblərinə mütənasib olmalıdır. Məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Bundan əlavə məhkəmə irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, gələcəkdə iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin tətbiq olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər.

25. Məhkəmə qeyd edir ki, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Müvəqqəti təminat tədbirləri tətbiq edilərkən o mövqedən çıxış edilir ki, baxılan mübahisə ilə həmin tədbir arasında əlaqə mövcud olsun, görülən tədbir məhz ərizəçinin hüquqlarının qorunmasının təmin edilməsinə yönəlsin. Bu tədbirin görülməsi üçün ərizə ilə pozulmuş və ya mübahisəli hüququn mövcudluğunu təsdiq edən sübut məhkəməyə təqdim olunmalıdır. Müvəqqəti təminat tədbirinin tətbiqinin zəruriliyi üçün irəli sürülən dəlillərə qiymət verilərkən həmin dəlillərin ağlabatan olması və əsaslılığı, bu tədbir görülmədikdə ərizəçinin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalı və işdə iştirak edən digər şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməsi nəzərə alınır.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” ##.##.2018-ci il tarixli Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir.

27. Konstitusiya Məhkəməsinin həmin Qərarda əks olunan hüquqi mövqeyinə görə, “Iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Lakin iddianı təmin etmək haqqında ərizə ilə müraciət edən şəxsin üzərinə sübutların təqdim edilməsi ilə bağlı həddindən artıq vəzifə də qoyulmamalıdır. Sadəcə olaraq, hakim belə bir qənaətə gəlməlidir ki, işdə iştirak edən şəxsin ərizəsində göstərilən dəlillər belə tədbirlərin görülməsi üçün əsasların olmamasını deyil, daha çox mövcudluğunu sübut edir. Belə sübutlara cavabdehin vicdansızlığına dəlalət edən istənilən məlumatları, məsələn tərəflərin yazışmalarını, cavabdehin prosesi aşkar surətdə uzatmağa yönəlmiş hərəkətlərini, əmlak və maliyyə vəsaitlərini digər şəxslərin üzərinə rəsmiləşdirməyə yönəlmiş hərəkətlərini, əmlakın satışı barədə elanların verilməsini və s. aid etmək olar.”

28. Iş materiallarından görünür ki, sözügedən yaşayış binalarının “xxxx” MTK tərəfindən inşa edilməsi, həmin binaların yerləşdiyi torpaq sahəsinin müəyyən hissəsinin “xxxx” MTK-nın istifadəsinə verilməsi, eləcə də həmin binalardakı mənzillərlə bağlı sayğac məlumatlarının mövcudluğu müəyyən edilir. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi nəzərə alır ki, “xxxx” MTK tərəfindən inşa edilmiş yaşayış binasında yerləşən əmlaklar üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair məlumatın aşkar edilmədiyi barədə səlahiyyətli orqanın cavab məktubu mövcuddur.

29. Məhkəmə kollegiyası hesab edir ki, konkret mənzillərin üzərinə həbs qoyulmasının zəruriliyi üçün MPM-in 157.2-ci maddəsində nəzərdə tutulan əsasların məhz bu tədbir baxımından mövcudluğu kifayət qədər əsaslandırılmamışdır.

30. Qeyd edilməlidir ki, əmlak üzərinə həbs qoyulması müvəqqəti təminat tədbirinin məqsədindən irəli gələn zəruri həddi aşan məhdudiyyət yaratdığından, hazırkı iş üzrə mütənasib tədbir kimi qiymətləndirilə bilməz. Belə ki, həbs əmlak üzərində sərəncam vermə imkanını məhdudlaşdırmaqla yanaşı, əmlakın hüquqi və faktiki dövriyyəsinə daha geniş müdaxilə yaradır.

31. Digər tərəfdən, mübahisəli əmlakların özgəninkiləşdirilməsinin qadağan edilməsi ilə də müvəqqəti təminat tədbirinin əsas məqsədinə, yəni mübahisə predmetinin mövcud vəziyyətinin saxlanılmasına və gələcək məhkəmə aktının icrasının çətinləşdirilməsinin qarşısının alınmasına nail olmaq mümkündür. Bu tədbir əmlak üzərinə həbs qoyulmasından daha az məhdudlaşdırıcı olmaqla, eyni zamanda mübahisəli mənzillərin üçüncü şəxslərə özgəninkiləşdirilməsi nəticəsində hüquqi vəziyyətin dəyişdirilməsinin qarşısını alır. Beləliklə, eyni məqsədə daha yüngül müdaxilə ilə nail olmaq mümkün olduğu halda əmlak üzərinə həbs qoyulması zəruri və mütənasib hesab edilə bilməz.

32. Iş materiallarında, həmçinin, əvvəlki məhkəmə işləri üzrə cavabdeh3 MTK-nın fəaliyyəti, mübahisəli yaşayış binalarının tikintisi və kooperativ üzvlərinin hüquqları ilə bağlı məhkəmə aktlarının qəbul edilməsi müəyyən olunur.

33. Həmin məhkəmə aktlarının mövcudluğu hazırkı iş üzrə iddia tələblərinin əsaslılığının artıq müəyyən edilməsi anlamına gəlməsə də, mübahisənin təsadüfi və əsassız xarakter daşımadığını, tərəflər arasında uzun müddətdir davam edən hüquqi mübahisənin mövcud olduğunu və mübahisə predmetinin qorunmasının zəruriliyini ilkin olaraq qiymətləndirməyə imkan verir.

34. Bu baxımdan, mübahisəli mənzillərin özgəninkiləşdirilməsinə yol verilməsi həmin əmlakların hüquqi və faktiki vəziyyətini dəyişdirə, sonradan iddia təmin edildiyi halda məhkəmə aktının icrasını çətinləşdirə və ya əlavə mübahisələrin yaranmasına səbəb ola bilər. Bu riskin qarşısının alınması üçün əmlakların üzərinə həbs qoyulması zəruri olmadığı halda, onların özgəninkiləşdirilməsinin qadağan edilməsi daha az məhdudlaşdırıcı və mübahisənin predmetinin qorunmasına yönəlmiş tədbir kimi qiymətləndirilməlidir.

35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbirinin tətbiqi üçün ümumi əsasların mövcudluğunu düzgün müəyyən etsə də, konkret olaraq mənzillərin üzərinə həbs qoyulmasının zəruriliyi və mütənasibliyi məsələsinə lazımi qiymət verməmişdir. Bu səbəbdən qərardad həmin hissədə əsaslı sayıla bilməz.

36. Eyni zamanda, mənzillərin özgəninkiləşdirilməsinin qadağan edilməsi mübahisə predmetinin saxlanılması və gələcək məhkəmə aktının icrasının mümkünlüyünün təmin edilməsi baxımından zəruri, məqsədəuyğun və mütənasib olduğundan, qərardadın həmin hissədə ləğv edilməsi üçün əsaslar yoxdur.

37. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)- ***/**** nömrəli qərardadı mübahisəli mənzillərin üzərinə həbs qoyulması hissəsində ləğv edilməli, həmin hissədə müvəqqəti təminat tədbiri barədə ərizə təmin edilməməli, qərardad mənzillərin özgəninkiləşdirilməsinin cavabdeh3 MTK-ya qadağan edilməsi hissəsində isə dəyişdirilmədən saxlanılmalıdır.

38. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.

39. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara a l d ı:

Cavabdeh cavabdeh5 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı qismən, mübahisəli mənzillərin üzərinə həbs qoyulması hissəsində ləğv edilsin. ünvan 3, ev 16/A, mənzil 4; ünvan 3, ev 16/A, mənzil 5; ünvan 3, ev 16/A, mənzil 10; ünvan 3, ev 16/A, mənzil 13; ünvan 3, ev 16/A, mənzil 14; ünvan 3, ev 16/A, mənzil 16; ünvan 3, ev 16/A, mənzil 30; ünvan 3, ev 16/A, mənzil 31; ünvan 3, ev 16/A, mənzil 33; ünvan 3, ev 16/A, mənzil 45; ünvan 3, ev 16/A, mənzil 46; ünvan 3, ev 16/A, mənzil 47; ünvan 3, ev 16/A, mənzil 51; ünvan 3, ev 16/A, mənzil 52; ünvan 3, ev 16/A, mənzil 64; ünvan 3, ev 16/A, mənzil 68; ünvan 3, ev 16/A, mənzil 73; ünvan 3, ev 16/A, mənzil 78; ünvan 3, ev 16/A, mənzil 90; ünvan 3, ev 16/A, mənzil 93; ünvan 3, ev 16/A, mənzil 96; ünvan 3, ev 16/A, mənzil 100; ünvan 3, ev 16/A, mənzil 104; ünvan 3, ev 16/A, mənzil 108; ünvan 3, ev 16/A, mənzil 110; ünvan 3, ev 16/A, mənzil 111; ünvan 3, ev 16/A, mənzil 114; ünvan 3, ev 16/A, mənzil 116; ünvan 3, ev 16/A, mənzil 125-in üzərinə qoyulmuş həbs ləğv edilsin. Qərardad mənzillərin özgəninkiləşdirilməsinin cavabdeh3 MTK-ya qadağan edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal icra edilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar