Məhkəmə qərarları › İş №e-16(3-6)-706/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-706/2026

03.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-706/2026 03.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Babayev Fuad Fikrət oğlu və Bəhrəmzadə Sabit Xanlar oğlundan ibarət tərkibdə, MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi cavabdeh Cavabdeh MMC-yə qarşı “təmir işlərinin aparılmasının cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi” tələbinə dair müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən ünvan 1ndə tikilən “MY HOME” yaşayış kompleksində “D” bloku, 4-cü mərtəbə, ümumi sahəsi 77.7 kvadrat metr olan, 2 otaqlı, * saylı mənzildə təmir işlərinin aparılmasının Cavabdeh MMCyə və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ##.##.2026-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, məhkəmənin icraatında olan e-*(*-**)-****/**** saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək ünvan 1 ünvanında inşa edilmiş “MY HOME” yaşayış kompleksinin “D” blokunun, 4-cü mərtəbəsində yerləşən və ümumi sahəsi 77.7 kv.m olan 2 otaqlı, * saylı mənzildə təmir işlərinin aparılmasının Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti və qeyrilərinə (üçüncü şəxslərə) qadağan edilməsi qərara alınmışdır. İsmayılov Əhriman Əsəd oğlu Bakı şəhəri Nizami rayon Məhkəməsinin qərardadından şikayət verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ##.##.2026-ci il tarixli qərardadının ləğv edilərək müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ##.##.2026-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ##.##.2026-ci il tarixli qərardadından İsmayılov Əhriman Əsəd oğlu tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılmışdır. Maraqlı şəxs İsmayılov Əhliman Əsəd oğlu məhkəməyə ərizə təqdim edərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadından şikayətin verilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ##.##.2026-ci il tarixli qərardadı ilə maraqlı şəxs tərəfindən verilmiş şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmişdir. Məhkəmə Kollegiyası mülki iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatında daxil olmuş mülki iş üzrə yekun məhkəmə aktı çıxarılmış, həmin aktdan şikayət verilmiş, şikayət geri qaytarılmış, maraqlı şəxs tərəfindən şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmiş, maraqlı şəxs həmin qərardaddan şikayət verməmişdir. Göründüyü kimi, Məhkəmə Kollegiyası tərəfindən baxılması üçün göndərilmiş mülki iş üzrə elektron məhkəmə informasiya sistemində şikayət mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.5-ci maddəsinə əsasən mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Beləliklə də, apellyasiya instansiyası məhkəməsinə yekun məhkəmə aktından şikayət verilməyən iş daxil olması müəyyən edildiyindən həmin mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsini rəhbər tutaraq Məhkəmə Kollegiyası Q Ə R A R A A L D İ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı mülki iş həmin məhkəməyə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar