Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-707/2026 15.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Gülməmmədova Səmaya İlyas qızı tərəfindən verilmiş müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizə üzrə (Açar sözlər: müvəqqəti təminat tədbiri) hakimlər X3 (sədrlik edən və məruzəçi), Qafarova Rəna Nazim qızı və X1 ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin **(*-***)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərardadından ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) maraqlı şəxs2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı Ərizəçiİlyas qızı cavabdehlər maraqlı şəxs1 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həcminin iddia tələbinin dəyişdirilməsinə dair ərizə verilərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozu (yeni qaydalarla: Bakı şəhəri, Maştağa qəsəbəsi, 22-ci Maştağa küçəsi) ərazisində yerləşən ona məxsus ev və həyətə dair edilən hər hansı maneələrin aradan qaldırılması, hər hansı bir müdaxilə edilməsinin qadağan edilməsi, tərəfindən inşa edilməklə bərpa edilmiş daş hasarın sökülməsi nəticəsində vurulan 100 manat pulun maraqlı şəxs1 alınaraq ona verilməsi, sökülən daş hasarın maraqlı şəxs1 hesabına bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Cavabdeh maraqlı şəxs2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın şər və böhtan, eləcə də heç bir sübuta söykənməməsi səbəbindən rədd edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh Gülməmmədova Səmaya İlyas qızı tərəfindən ünvan 1 ünvanında yerləşən, tərəfindən inşa edilməklə ona məxsus ümumi sahəsi 108 kv,m, 4 otaqdan ibarət ev və həmin evin həyətyanı torpaq sahəsinə sahiblik və istifadə hüquqlarına edilən müdaxiləyə son qoyulması, cavabdeh Gülməmmədova Səmaya İlyas qızına belə maneələrin törədilməsinin qadağan edilməsi, ünvan 1 ünvanında yerləşən, tərəfindən inşa edilməklə ona məxsus ümumi sahəsi 108 kv.m, 4 otaqdan ibarət evdəki əşyaların qarşılıqlı iddia üzrə cavabdeh Gülməmmədova Samaya İlyas qızının vəsaiti hesabına çıxarılmaqla evin boşaldılması, eləcə də iddia qaldırmaq üçün ödənilmiş 100 manat dövlət rüsumunun tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Daha sonra ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Ərizəçiİlyas qızının nümayəndəsi və vəkili vəkil2 müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin icraatında olan e-*(***)-****/**** nömrəli mülki işə baxıb yekunlaşana kimi cavabdehlər maraqlı şəxs2 və maraqlı şəxs1, həmçinin onların ailə üzvlərinə onun evi və həyəti ilə bağlı aparacağı təmir işlərinə etdikləri manələrin qadağan olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-**(*-***)-***/**** nömrəli, ##.##.2026cı il tarixli qərardadı ilə, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Ərizəçiİlyas qızının nümayəndəsi və vəkili tərəfindən verilmiş müvəqqəti təminat tədbiri barədə ərizəsinin rədd edilmişdir.
5. ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Ərizəçiİlyas qızı həmin qərardaddan ##.##.2026-cı il tarixdə şikayət verərək, qərardadın ləğv edilməsini, ərizəsinin təmin edilməsini, əks halda şikayətinə əsasən mülki iş materiallarının Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, evində müəyyən təmir işləri - evinə qış aylarında evi qızdırmaq üçün peç quraşdırmaq, evin dam örtüyündən içərisinə su axmasının qarşını almaq üçün və həmçinin evin pəncərəsini təmir etdirmək üçün usta çağırmış lakin, maraqlı şəxs2 və onun ailə üzvləri göstərilən işləri görmək üçün gəlmiş ustaların üzərinə hücum edərək onlara mane olmuşlar. Nəticədə Ərizəçiİlyas qızı qış aylarını soyuq otaqlarda yaşamalı olmuş, evin damından axan yağış sularının axması isə evin bəzi əşyalarının sıradan çıxmasına və yağışlar yağdığı zaman evə su danmasına gətirib çıxarmışdır. Sonuncu dəfə pəncərənin dəyişdirilməsi ilə bağlı usta gəlmiş və pəncərəni qoyarkən usta bir anlıq pəncərənin üzərinə gəlməsini görüb nə baş verməsini anlamamış, sonradan pəncərənin yerinə təkrar qoymaq istədikdə pəncərənin yenidən üstünə gəlməsini görüb arxadan qonşuluqda yaşayan maraqlı şəxs2 və onun nəvəsinin pəncərəni aşırtmaqla sındırmasını görmüşdür. Göründüyü kimi, o, yaşadığı evində normal həyat şəraiti qura bilməmiş, evdə yaşayış şəraitini yaxşılaşdırmaq istəsə də qonşuları maraqlı şəxs2 və onun ailə üzvləri mane olmaqla onun konstitusion hüquqlarını qəsdən pozurlar. Bakı şəhəri, Sabunçu Rayon məhkəməsinin e-**(*-***)-***/**** saylı, ##.##.2025ci il tarixli qərardadı onun Konstitusion hüquqlarının pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir.
7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-**(*-***)-***/**** nömrəli, ##.##.2026cı il tarixli qərardadı ilə şikayət təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-**(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilmiş; ərizə təmin edilərək mülki iş üzrə yekun məhkəmə aktı çıxarılanadək maraqlı şəxs2 və maraqlı şəxs1, həmçinin onların ailə üzvlərinə onun evi və həyəti ilə bağlı aparacağı zəruri təmir işlərinə etdikləri maneələr qadağan olunmuşdur. Məhkəmə mövqeyini onunla əsaslandırılmışdır ki, şikayətə əlavə edilmiş fotoşəkillərdən
8. və şikayətin məzmunundan görünür ki, ilkin iddia üzrə iddiaçı Ərizəçiİlyas qızı yaşadığı evdə zəruri təmir işlərinin aparılmasına cəhd göstərsə də, cavabdehlər tərəfindən həmin işlərə maneələr yaradıldığı, ustaların evə daxil olmasına və təmir işlərinin aparılmasına imkan verilmədiyi iddia olunur. Şikayətdə göstərilən hallardan, xüsusilə evin dam örtüyündən su axması, pəncərələrin yararsız vəziyyətdə olması və qış mövsümündə istilik sisteminin quraşdırılmasına maneçilik törədilməsi ilə bağlı dəlillərdən görünür ki, mövcud vəziyyət davam etdiyi təqdirdə iddiaçının yaşayış şəraiti daha da ağırlaşa, əmlakına əlavə zərər dəyə və sonradan hüquqlarının bərpası əhəmiyyətli dərəcədə çətinləşə bilər.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin **(*-***)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərardadından narazı qalan ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) maraqlı şəxs2 şikayət verərək qərardadın ləğv edilməsini və ərizənin rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
10. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə ərizəçinin müvəqqəti təminat tədbiri barədə tələbinin mahiyyət etibarilə əsas iddia tələbi ilə eyni məzmun daşımasına və tam üst-üstə düşməsinə, eləcə mübahisəli ev və torpaq sahəsi hazırkı iş üzrə birbaşa mübahisə predmetini təşkil etməsinə, bu baxımdan həmin əmlak üzərində aparılacaq hər hansı təmir və ya yenidənqurma işləri mövcud vəziyyətin dəyişdirilməsinə, sübutların vəziyyətinə təsir göstərilməsinə və nəticə etibarilə iş üzrə obyektiv araşdırmanın çətinləşməsinə səbəb ola biləcəyini nəzərə almadan, e-**(*-***)-***/**** nömrəli, ##.##.2026cı il tarixli qərardadı ilə müvəqqəti təminat tədbiri barədə ərizəni təmin etmişdir. Bununla da məhkəmə müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəni təmin etməklə faktiki olaraq işə mahiyyəti üzrə baxmadan və sübutları tam araşdırmadan iddia tələbini əvvəlcədən təmin etmişdir. Halbuki müvəqqəti təminat tədbirinin hüquqi təyinatı mübahisəni qabaqcadan həll etmək deyil, yalnız mövcud vəziyyətin qorunmasına, mümkün zərərin və ya hüquqların pozulmasının qarşısının alınmasına yönəlməlidir. İddia tələbi ilə eyni məzmun daşıyan tədbirin tətbiqi isə bu institutun mahiyyətinə zidd olmaqla yanaşı, məhkəmə baxışının nəticələrini faktiki olaraq əvvəlcədən müəyyənləşdirir və tərəflər arasında prosessual bərabərlik prinsipini pozur. Müvəqqəti təminat tədbirinin əsas məqsədi iddia tələbinin gələcəkdə icrasını təmin etmək olduğu halda, hazırkı qərardadda tələb olunan tədbir bu məqsəddən kənara çıxır. Qərardadda söhbət mümkün icranın təmin edilməsindən deyil, birbaşa olaraq mübahisənin predmeti olan hüququn həyata keçirilməsinin təmin olunmasından gedir. Bu isə müvəqqəti xarakterli tədbir deyil, iddianın mahiyyəti üzrə təmin edilməsidir.
11. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin **(*-***)-***/**** saylı, # #### 2026-cı il tarixli qərardadı ilə, cavabdeh maraqlı şəxs2 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, **(*-***)-***/**** saylı qərardadından verdiyi şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
12. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
Tətbiq edilən hüquq normaları:
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin
13. 10.8-1-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər
14. 157.1-157.3-cü maddələrinə əsasən, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər.
15. 157.6-cı maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.
16. 158.1.2 və 158.1.3-cü maddələrinə görə müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək və mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək növündə müvəqqəti təminat tədbirləri görülə bilər.
17. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, ... işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. ... İddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. ...Ən ümumi mənada isə mütənasiblik prinsipi mütləq olaraq özündə 3 əsas elementi nəzərdə tutur: bu prinsip insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələlərini tənzimləyir; hüquq ancaq qanunla məhdudlaşdırıla bilər; məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Belə ki, yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, müvəqqəti təminat tədbirləri mülki iş üzrə cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq, o cümlədən çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbirdir.
19. Məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən müvafiq tədbirlərin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı, tətbiq olunacaq tədbirin isə irəli sürülmüş tələbə mütənasib olub-olmamasına hərtərəfli qiymət verməli və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktını qəbul etməlidir.
20. Məhkəmə araşdırmasının göstərilən istiqamətdə aparılmasını təmin etmək üçün ərizəçi ərizənin kifayət qədər əsaslı olmasına dair ilkin sübutları təqdim etməli və özünün müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır. Bundan sonra ərizəçi verdiyi ərizədə mövcud vəziyyətin dəyişəcəyi halda onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi təhlükəsinin mövcud olduğu, bu təhlükənin nələrdə ifadə olunduğu və ya oluna biləcəyi konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır.
21. Hazırkı şikayətin dəlillərindən göründüyü kimi, şikayətçi tətbiq edilmiş müvəqqəti təminat tədbirinə etirazını onun əsas iddia tələbi ilə mahiyyətcə eyni məzmun daşıması və bununla da iddianın əvvəlcədən təmin edilməsi ilə əsaslandırmışdır. Həmçinin bildirmişdir ki, mübahisəli evdə və torpaq sahəsində təmir və yenidənqurma işlərinin aparılması mövcud vəziyyəti dəyişdirə, sübutların saxlanılmasına və işin hallarının obyektiv araşdırılmasına təsir göstərə bilər. Şikayətçinin qənaətinə görə, tətbiq edilmiş tədbir müvəqqəti təminat tədbirlərinin məqsədlərindən kənara çıxmış və tərəflərin prosessual bərabərliyini pozmuşdur.
22. Məhkəmə kollegiyası müvəqqəti təminat tədbirinin tətbiq edilməsinin zəruriliyi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşsa da, aparılmasına maneə törədilməsi qadağan olunan işlərin dairəsinin dəqiqləşdirilməsini zəruri hesab edir. Bu səbəbdən şikayət qismən təmin edilməli, qərardad həmin hissədə dəyişdirilməklə, e-*(***)- ****/**** nömrəli mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) iddiaçı Ərizəçiİlyas qızının Bakı şəhəri, Maştağa qəsəbəsi, 22-ci Maştağa küçəsində yerləşən mübahisəli evdə yalnız istilik sisteminin quraşdırılması, dam örtüyünün və pəncərələrin təmiri (və ya zəruri halda dəyişdirilməsi) ilə bağlı işləri aparmasına maneə törətmək ilkin iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) maraqlı şəxs2, maraqlı şəxs1 və onların ailə üzvlərinə qadağan olunmalıdır.
23. Belə ki, hazırkı halda müvəqqəti təminat tədbirinin məqsədi mübahisə həll edilənədək evin yaşayış üçün zəruri şəraitinin və mövcud fiziki vəziyyətinin qorunmasını təmin etməkdən ibarətdir. İstilik sisteminin quraşdırılması, dam örtüyünün və pəncərələrin təmiri ilə bağlı işlərin görülməsinə qarşı tərəfin mane olması həmin işlərin mübahisə yekunlaşanadək təxirə salınmasına və nəticədə iddiaçının yaşayış şəraitinin ağırlaşmasına, habelə evin fiziki vəziyyətinin daha da pisləşməsinə səbəb ola bilər. Belə riskin qarşısının alınması məqsədilə müvəqqəti təminat tədbirinin yalnız zəruri və təxirəsalınmaz işlərin görülməsi ilə məhdudlaşdırılması tərəflərin mənafeləri arasında ədalətli tarazlığın təmin edilməsinə xidmət edir.
24. Şikayətçinin tətbiq edilmiş tədbirin əsas iddia tələbi ilə eyni məzmun daşıması barədə dəlilinə münasibətdə kollegiya qeyd edir ki, tələb olunan hərəkətlərlə müvəqqəti tədbirin məzmununun müəyyən hissədə üst-üstə düşməsi özlüyündə mübahisənin mahiyyəti üzrə əvvəlcədən həll edilməsi demək deyildir. Bu baxımdan tədbirin məqsədi, həcmi və faktiki nəticələri qiymətləndirilməlidir. Hazırkı tədbir əmlak üzərində mübahisələndirilən hüquqların kimə məxsusluğunu müəyyən etmir və əsas iddianın əsaslılığı barədə yekun nəticə yaratmır; onun təyinatı məhkəmə müdafiəsinin gözlənildiyi müddətdə zəruri yaşayış şəraitinin və əmlakın qorunması ilə məhdudlaşır.
25. Bu səbəbdən də, müvəqqəti təminat tədbiri mübahisəli evdə və torpaq sahəsində qeyri-məhdud həcmdə təmir və yenidənqurma işlərinin aparılmasına imkan verən formada müəyyən edilə bilməz. Belə geniş müdaxilə mübahisə predmetinin faktiki vəziyyətini dəyişdirə və iş üzrə halların sonradan müəyyənləşdirilməsini, habelə mövcud sübutların qiymətləndirilməsini çətinləşdirə bilər. Belə ki, zəruri və təxirəsalınmaz hesab edilməyən digər işlərin görülməsi isə sübutların mövcud vəziyyətinin dəyişdirilməsi və bununla da tərəflərin sonradan öz mövqelərini əsaslandırmaq imkanlarının məhdudlaşdırılması riskini yarada bilər.
26. Bu baxımdan, müvəqqəti təminat tədbirinin yalnız zəruri və təxirəsalınmaz işlərin görülməsi ilə məhdudlaşdırılması bir tərəfdən ərizəçilərin müvəqqəti müdafiəsinin təmin edilməsinə, digər tərəfdən isə sübutların mövcud vəziyyətinin qorunmasına və qarşı tərəfin etirazlarını sübut etmək imkanının saxlanılmasına xidmət edir.
27. Bu baxımdan, dam örtüyünün və pəncərələrin təmiri, habelə istilik sisteminin quraşdırılması evin mövcud yaşayış şəraitinin təmin edilməsi və daha da yararsız vəziyyətə düşməsinin qarşısının alınması üçün zəruri həddə həyata keçirilməlidir. Tətbiq edilən tədbir evin sahəsinin artırılmasına, planlaşdırılmasının və əsas konstruktiv elementlərinin dəyişdirilməsinə, yeni tikililərin yaradılmasına və mübahisəli torpaq sahəsində digər işlərin aparılmasına icazə kimi şərh edilə bilməz.
28. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.
29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDI:
İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) maraqlı şəxs2 şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin **(*-***)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərardadı “aparılmasına maneə törədilməsi qadağan olunan işlərin dairəsi” hissəsində dəyişdirilsin. e-*(***)-****/**** nömrəli mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) iddiaçı Ərizəçiİlyas (Guilmamedova Samaia İlyas) qızının Bakı şəhəri, Maştağa qəsəbəsi, 22-ci Maştağa küçəsində yerləşən mübahisəli evdə istilik sisteminin quraşdırılması, dam örtüyünün və pəncərələrin təmiri (və ya zəruri halda dəyişdirilməsi) ilə bağlı işləri aparmasına maneə törədilməsi ilkin iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) maraqlı şəxs2, maraqlı şəxs1 və onların ailə üzvlərinə qadağan edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Rəna Qafarova Fuad Abdıyev