Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-708/2026 21.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin **(*-***)-***/**** saylı işi üzrə ## ###### 2026-cı il tarixli qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Işin halları və iş üzrə məhkəmə icraat(lar)ı Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, “tutduğu vəzifədən azad edilməsinin, öz arzusu olmadan iş yerinin dəyişdirilməsinin, habelə tutuduğu vəzifəyə görə ona təhvil təslim edilmiş xidməti otağından çıxarılmasının və xidməti zərurətlə əlaqədar ona təhkim edilmiş əmlakalrın ondan zorla alınmasının” SOCAR Azərbaycan Dövlət Neft Şirkətinə qadağan edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, hal-hazırda Bakı * saylı mediyasiya təşkilatında cavabdeh Socar Azərbaycan Dövlət Neft Şirkətinə qarşı əmək mübahisəsinə dair ərizəsi vardır. Məlumat üçün bildirir ki, Azneft- lB * saylı Neft Mədən Xüsusi Техnikа ldarasinda Personalın Uçotu Xidmətinin raisi vazifasinda çalışır. SOCAR-in ## ### 2026-cı il tarixli **- */*-*-** nömrəli "Əmlakın balansdan balansa verilməsi haqqında" sərəncamına əsasən çalışdığı * saylı INMXT-nin SOCAR Nəqliyyat Idarəsinin balansına verilməsi prosesinə başlanılmışdır. Həmin sərəncamın 4-cü bəndinə əsasən Azneft IB və Nəqliyyat idarəsi qeyd edilən nəqliyyat və xüsusi texnika vasitələrində çalışan və onlara xidmət göstərən işçilərin əmək münasibətlərinin yeni işə götürənlə davam etdirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi tapşırılmışdır. Lakin qeyd olunan sərəncamda onun vəzifəsi nəzərdə tutulmadığından tutduğu vəzifəsinə uyğun vakant iş yeri olmasına baxmayaraq yeni işə götürən onunla əmək münasibətlərini davam etdirmək istəmir və nəticə etibarı ilə hüqulqrından sui istifadə etməkdədir.Bununla bağlı Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: ##.##.2026 SOCAR rəhbərliyinə ünvanladığım müraciətinə cavab olaraq alınmış məktubunda sərəncamın tələblərinə əsasən yeni işəgötürənlə əmək münasibətlərinin davam etdirilməsi nəzərdə tutulan işçilərin siyahısına daxil edilmədiyi qeyd edılmişdir.Yeni yaradılmış strukturda vəzifəsinə oxşar vəzifə olduğu halda siyahıda işçilər arasında ayrı seçkiliyə yol verilərək onun adını əlavə edilməməsi əmək hüquqlarının məhdudlaşdırılaraq pozulmasına səbəb olmuşdur. Yeni işə götürən Nəqliyyat Idarəsinin rəisi Ələddin Məmmədov ona yaşayış yerindən uzaq və əmək haqqı az olan mühəndis yeri iş təklifi etmişdir. Halbu ki, yeni yaradılmış Departamentə onun vəzifəsinə oxşar vəzifə var.Eyni zamanda ailə vəziyyəti ilə əlaqədar olaraq bildirir ki, anası ankoloji xəstəlikdən əziyyət çəkir və müalicələri davam etdirlir Bu vəziyyətdə aşağı əmək haqqısı olan işə keçirilməyi onun səhhətinin pisləşməsi ilə nəticələnəcəkdir. Buna görə də, SOCAR-in ## ### 2026-cı il tarixli **-*/*-*-** nömrəli "Əmlakın balansdan balansa verilməsi haqqında" sərəncamın 4-cü bəndinin qanunsuz hesab edilərək onun kimi işçilərin əmək hüquqlarını kobud şəkildə pozduğuna görə həmin sərəncamın 4-cü bəndin qanunsuz hesab edilməsi, həmin bəndən əmək hüquqlarımı məhdudlaşdıran müdəaların çıxarılması, hazırda tutduğum vəzifə üzrə və aldığı aylıq maaşa uyğun və yaşadığı ünvana yaxın işlə təmin olunmağı haqqında cavabdehin üzərinə vəzifə qoyulması tələblə Bakı * saylı Mediyasiya təşkilatına müraciət edib. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin **(*-***)-***/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadı ilə ərizəçi Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizəsinin təmin olunmaması qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1, 157.2, 157.7 və 158-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə iş materiallarını və ərizəni araşdıraraq hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, ərizəçi bildirir ki, SOCAR-in ## ### 2026-cı il tarixli 14-2/3-2 ** nömrəli "Əmlakın balansdan balansa verilməsi haqqında" sərəncamın 4-cü bəndinin qanunsuz hesab edilərək onun kimi işçilərin əmək hüquqlarını kobud şəkildə pozduğuna görə həmin sərəncamın 4-cü bəndin qanunsuz hesab edilməsi, həmin bəndən əmək hüquqlarımı məhdudlaşdıran müdəaların çıxarılması, hazırda tutduğu vəzifə üzrə və aldığı aylıq maaşa uyğun və yaşadığı ünvana yaxın işlə təmin olunmağı haqqında cavabdehin üzərinə vəzifə qoyulması tələblə Bakı * saylı Mediyasiya təşkilatına müraciət edib. Belə olan halda işçinin işdən azad olunması, başqa vəzifəyə keçirilməsi, vəzifə maaşı almadığı müəyyən edilmir. Əmək münasibətlərinin yeni işəgötürənlə davam etdirilməsi nəzərdə tutulan işçilərin siyahısına Ərizəçi daxil edilmədiyi bəlli olan haldır. Lakin ona başqa iş təklif olunmasınıda bildirir. Belə olan hazırkı əmək münasibətləri çərçivəsində müvəqqəti təminat tədbiri olaraq tutuduğu vəzifədən azad edilməsinin qadağan olunması qeyri müəyyən olan vəziyyətdir.Yəni onun adının siyahıya salınmaması o demək deyil ki, həmin vəzifədən azad olunub. Bununla bağlı hər hansı bir əmir əlavə olunmayıb Digər tərəfdən öz arzusu olmadan iş yerinin dəyişdirilməsinin qadağan edilməsi ilə bağlı nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinə əsasən işçi – işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Əgər işçinin arzzusu yoxdursa iradəsinə ziddirsə iş yerinin dəyişdirilməsi təklifindən imtina edə bilər.Daha məcburi iş yerinin dəyişdirilməsi ola bilməz. Həmçinin tutuduğu vəzifəyə görə ona təhvil təslim edilmiş xidməti otağından çıxarılmasının və xidməti zərurətlə əlaqədar ona təhkim edilmiş əmlakalrın ondan zorla alınmasının” SOCAR Azərbaycam Dövlət Neft Şirkətinə qadağan edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, həm xidməti otaq, həmdə əmlaklar SOCAR Azərbaycan Dövlət Neft Şirkətinə məxsusdursa deməli mülkiyyətçi öz əmlakına dair istədiyi kimi sərəncam verə bilər.Bu qadağa təmin olunsa məhkəmə mülkiyyət hüquqlarını pozmuş olar. MPM-nin 157-ci və 158-ci maddələrinin məzmunundan görünür ki, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədi daşıyır. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - Ərizəyə əlavə edilmiş SOCAR-in ## ### 2026-cı il tarixli **-*/*-*-** nömrəli "Əmlakın balansdan balansa verilməsi haqqında" sərəncamın 4-cü bəndinə əsasən “Azneft” IB və Nəqliyyat Idarəsi qeyd edilən nəqliyyat və xüsusi texnika vasitələrində çalışan və onlara xidmət edən işçilərin əmək münasibətlərinin yeni işəgötürənlə davam etdirilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülməsi qeyd edilmişdir; - Ərizəyə əlavə edilmiş SOCAR-in ## ###### 2026-cı il tarixli cavab məktubundan qeyd edilir ki, sərəncamın tələblərinə və araşdırma zamanı müəyyən edilmiş hallara əsasən, əmək münasibətlərinin yeni işəgötürənlə davam etdirilməsi nəzərdə tutulan işçilərin siyahısına Ərizəçi daxil edilmədiyi müəyyən edilmişdir. Apellyasiya şikayəti, etiraz və məhkəmənin mövqeyi Ərizəçi qərardaddan şikayət verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-**(*-***)-***/**** saylı qərardadının ləğv edilməsi, ərizəçi Ərizəçi SOCAR-a qarşı tutduğu vəzifədən azad edilməsinin, öz arzusu olmadan iş yerinin dəyişdirilməsinin, xidməti otaqdan çıxarılmasının və xidməti əmlakların ondan alınmasının qadağan edilməsi barədə müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizəsinin təmin edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 6, 16, 77 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 158-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə əmlak mülkiyyətçisinin sərəncam vermək hüququnu əmək qanunvericiliyindən üstün tutmuşdur. Lakin: Əmək Məcəlləsinin 16-cı maddəsinə əsasən, əmək münasibətlərində hər hansı ayrı-seçkiliyə yol verilməsi qadağandır. Işəgötürənin mülkiyyət hüququ işçinin konstitusiya ilə təmin olunmuş əmək hüququnu və şərəf/ləyaqətini pozmaq, onu qanunsuz olaraq xidməti otaqdan və əmlakdan kənarlaşdırmaq üçün əsas ola bilməz. Işçi fərdi əmək mübahisəsinin həlli dövründə öz əvvəlki iş yerini və şəraitini saxlamaq hüququna malikdir. Məhkəmə qərardadında qeyd edir ki, “işçinin işdən azad olunması... haqqında hər hansı bir əmr əlavə olunmayıb” və “mülkiyyətçi öz əmlakına dair istədiyi kimi sərəncam verə bilər”. Bu yanaşma MPM-in 157.1 və 157.2-ci maddələrinin mahiyyətinə tamamilə ziddir. AR MPM-in 157.2-ci maddəsinə əsasən: Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Müvəqqəti təminat tədbiri artıq baş vermiş pozuşmanı deyil, baş vermə ehtimalı yüksək olan və gələcəkdə bərpası imkansızlaşacaq təhlükəni neytrallaşdırmaq üçün verilir. Əgər işəgötürən artıq işdən azad etmə haqqında əmr versəydi və ya xidməti otaqdan məcburi çıxarsaydı, təminat tədbiri öz əhəmiyyətini itirmiş olardı. Cavabdehin ##.##.2026-cı il tarixli cavab məktubu real təhlükənin (adın siyahıya salınmaması, faktiki olaraq kənarlaşdırma) mövcudluğunu sübut edir. Məhkəmə qeyd edir ki, “adın siyahıya salınmaması o demək deyil ki, həmin vəzifədən azad olunub və bununla bağlı hər hansı bir əmr əlavə olunmayıb”. Məhkəmə nəzərə almamışdır ki, müvəqqəti təminat tədbiri əmr verildikdən sonra deyil, əmrin verilməsi riskinin yarandığı mərhələdə tətbiq olunur. SOCAR-ın ##.##.2026-cı il tarixli sərəncamı və ##.##.2026-cı il tarixli cavab məktubu artıq işçinin yeni struktura keçirilmədiyini, yeni işəgötürən tərəfindən kənarda saxlanıldığını rəsmi olaraq sübut edir. Məhkəmə "əmr yoxdursa, təhlükə də yoxdur" məntiqi ilə yanaşaraq, restrukturizasiya prosesinin faktiki olaraq işçinin kənarlaşdırılması ilə nəticələnməsi halını araşdırmamışdır. Məhkəmə sadəcə olaraq “ona başqa iş təklif olunmasını da bildirir... işçinin arzusu yoxdursa imtina edə bilər” deyərək məsələni səthi bağlamışdır. Məhkəmə təklif olunan işin əməkhaqqı mütənasibliyini, vəzifə dərəcəsini və yaşayış yerindən məsafəsini araşdırmamışdır. Yeni yaradılmış strukturda oxşar vəzifə olduğu halda, işçinin niyə aşağı maaşlı və uzaq məsafədəki işə yönləndirildiyi (əmək hüquqlarının məhdudlaşdırılması və ayrı-seçkilik faktı) məhkəmə tərəfindən mühüm halara daxil edilməmişdir. Hakimin "xidməti otaq və əmlak SOCAR-a məxsusdursa, mülkiyyətçi istədiyi kimi sərəncam verə bilər" qənaəti əmək qanunvericiliyinin mahiyyətinə ziddir. Xidməti otaq və əmlak işçiyə fərdi istifadə üçün deyil, əmək müqaviləsi üzrə əmək funksiyasını icra etmək üçün təhkim olunmuşdur. Işçi işdən azad edilmədiyi və ya fəaliyyətinə rəsmi xitam verilmədiyi halda, onun xidməti otaqdan və əmlakdan məhrum edilməsi faktiki olaraq onun əmək funksiyasını yerinə yetirməsinə süni maneə yaratmaqdır. Məhkəmə bu halın mülkiyyət hüququ deyil, əmək şəraitinin birtərəfli pisləşdirilməsi olduğunu aydınlaşdırmamışdır. Məhkəmə iddiaçının Bakı * saylı Mediasiya Təşkilatında əmək mübahisəsi üzrə icraatda olduğunu qeyd etsə də, bunun hüquqi nəticələrini qiymətləndirməmişdir. Tərəflər arasında mediasiya prosesi davam etdiyi müddətdə cavabdehin iddia predmetini faktiki olaraq ortadan qaldıran və ya işçinin vəziyyətini çətinləşdirən hərəkətlər etməsi mediasiya institutunun məqsədini puç edir. Məhkəmə müvəqqəti təminat tədbiri ilə mediasiya prosesi bitənədək status-kvonu qorumaq zərurətini nəzərdən qaçırmışdır. Məhkəmə işçinin adının yeni işəgötürənlə əmək münasibətləri davam etdirilən şəxslərin siyahısına salınmamasının faktiki olaraq əmək münasibətlərinə xitam verilməsi riskini yaratdığını nəzərə almamış, rəsmi azadolma əmrinin olmamasını formal əsas gətirərək realıqda mövcud olan təhlükəni araşdırmamışdır. Xidməti otaq və əmlakların mülkiyyətçiyə məxsusluğu əsas gətirilsə də, onların işçinin əmək funksiyasını icra etməsi üçün zəruri vasitə olduğu və bu əmlakların alınmasının faktiki olaraq işçinin işləmək imkanını əlindən alması halı qiymətləndirilməmişdir." Məhkəmə qərardadda qeyd edir ki, “hazırkı əmək münasibətləri çərçivəsində müvəqqəti təminat tədbiri olaraq tutduğu vəzifədən azad edilməsinin qadağan olunması qeyri-müəyyən olan vəziyyətdir” və əmək münasibətlərinin davam etdirildiyini ehtimal edir. Məhkəmə işçinin adının siyahıya daxil edilməməsindən sonra onun faktiki olaraq öz əvvəlki əmək funksiyasını maneəsiz icra edə bilib-bilmədiyini araşdırmamış və sübuta yetirməmişdir. Restrukturizasiya (balansdan balansa vermə) prosesində işçinin adı yeni işəgötürənin siyahısında yoxdursa, onun faktiki olaraq işə buraxılıb-buraxılmadığı, əmək şəraitinin saxlanılıb-saxlanılmadığı məhkəmə tərəfindən heç bir sübutla (iş vaxtının uçotu cədvəli, işəgötürənin rəsmi mövqeyi və s.) təsdiqlənməmişdir. Məhkəmə təminat tədbirinin tətbiqinə lüzum görməmişdir. AR MPMin 157.2-ci maddəsinə əsasən, təminat tədbiri mövqe/vəziyyət dəyişəcəyi təqdirdə hüquqların bərpasının imkansızlaşmasının qarşısını almaq üçün tətbiq olunur. Məhkəmə təminat tədbiri verilmədiyi halda işçinin işdən çıxarılması və ya otaqdan çıxarılması nəticəsində ona bərpası mümkün olmayan mənəvi/maddi zərər dəyməyəcəyini sübut edən heç bir halı müəyyən etməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** saylı qərardadında hakimin gəldiyi nəticələrin işin faktiki hallarına tamamilə zidd olmasını və həqiqi vəziyyəti əks etdirməməsini aşağıdakı dəlilərlə əsaslandırmaq olar: Hakim qərardadda qeyd edir ki, “işçinin adının siyahıya salınmaması o demək deyil ki, həmin vəzifədən azad olunub, bununla bağlı hər hansı bir əmr əlavə olunmayıb, belə olan halda azad edilmənin qadağan olunması qeyri-müəyyən vəziyyətdir”. Işin halarına əsasən, SOCAR-ın ##.##.2026-cı il tarixli sərəncamı ilə * saylı INMXT-nin Nəqliyyat Idarəsinin balansına verilməsi prosesinə başlanılmış və ##.##.2026-cı il tarixli cavab məktubunda iddiaçının yeni işəgötürənlə əmək münasibətləri davam etdirilən işçilərin siyahısına daxil edilmədiyi rəsmən bildirilmişdir. Bu fakt göstərir ki, iddiaçı faktiki olaraq köhnə strukturda vəzifəsiz və işsiz qalmaq, yeni strukturda isə qəbul edilməmək riski ilə üz-üzədir. Məhkəmənin "rəsmi əmr yoxdursa, təhlükə də yoxdur" nəticəsi restrukturizasiya prosesinin yaratdığı real hüquqi və faktiki təhlükəyə tamamilə ziddir. Hakim hesab edir ki, “işçinin arzusu yoxdursa iradəsinə ziddirsə iş yerinin dəyişdirilməsi təklifindən imtina edə bilər, daha məcburi iş yerinin dəyişdirilməsi ola bilməz”. Işin halarından görünür ki, cavabdeh tərəf iddiaçının hazırkı vəzifəsinə oxşar vəzifə yeni yaradılmış strukturda olduğu halda, onu bilərəkdən siyahıdan kənarda saxlamış, əvəzində ona daha aşağı əməkhaqqı olan və yaşayış yerindən uzaq mühəndis vəzifəsini təklif etmişdir. Işçinin bu təklifdən imtina etməsi onun faktiki olaraq işsiz qalması deməkdir. Məhkəmə bu halı işçiyə verilmiş "azad seçim hüququ" kimi təqdim etməklə, işin mahiyyətində duran faktiki məcburetmə və əmək şəraitinin birtərəfli pisləşdirilməsi realığını təhrif etmişdir. Məhkəmə MPM-in 157-ci maddəsini sitat gətirərək təminat tədbirinin tətbiqinə lüzum görməmişdir. MPM-in 157.2-ci maddəsinə əsasən, təminat tədbirləri cavabdehin hərəkətləri nəticəsində mövcud vəziyyətin (status-kvonun) dəyişəcəyi və hüquqların bərpasının imkansızlaşacağı halların qarşısını almaq üçün tətbiq olunur. Işin haları - iddiaçının mediasiya mərhələsində olması, yeni işəgötürənin siyahısına salınmaması və otaqdan çıxarılma təhlükəsi mövcud vəziyyətin hər an dəyişə biləcəyini aydın göstərir. Məhkəmənin təminat tədbirini rədd etməsi cavabdehə imkan verir ki, məhkəmə və mediasiya baxışı bitənədək işçini faktiki olaraq işdən kənarlaşdırsın, bu da MPM-in 157-ci maddəsinin tələblərinə tam ziddir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin **(*-***)-***/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Konstitusiyasının Insan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipini müəyyən edən 24-cü maddəsinin III hissəsinə əsasən: Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun Tələblərinə əsasən: 1.2.Heç kəs öz hüquqlarından və azadlıqlarından sui-istifadə etməməlidir. Mülki Prosessual Məcəllənin müddəalarına əsasən: 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir; 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu; 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Məcəllənin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci il tarixli qərarına əsasən: Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası şikayəti araşdırıb Azərbaycan Respublikası Konstitusiyasının 24 (III), 80 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-164, 372, 385, 387, 395, 397-ci maddələrinə əsasən,birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, qərardadın dəyişdirilməsi və ya ləğv edilməsi üçün hər hansı əsaslar müəyyən edilmir. Belə ki, iddia edilən əsas tələbin mahiyyəti bəlli deyildir və müvafiq müvəqqəti təminat tədbirinin təyinatına (məqsədlərinə) uyğun əsaslandırma aprılmamış və irəli sürülən (sürüləcək) tələblə müvəqqəti təminat tədbiri arasında əlaqə müəyyən edilməmişdir. Qeyd edilməlidir ki, tələbin aydın olduğu təqdirdə onun məqsədlərinə müvafiq təmin edilməsinə yönəlik yeni müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsi istisna edilmir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395-403-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin **(*-***)-***/**** saylı işi üzrə ## ###### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №e-16(3-6)-708/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-708/2026
21.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver