Məhkəmə qərarları › İş №e-16(3-6)-714/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-714/2026

15.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-714/2026 15.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizə üzrə (Açar sözlər: müvəqqəti təminat tədbiri) hakimlər X2 (sədrlik edən və məruzəçi), Qafarova Rəna Nazim qızı və X1 ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, 16(5-93)- 401/2026 saylı qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. Ərizəçi Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK tərəfindən inşa edilən Bakı şəhəri, “Ağ şəhər” Park kvartalı, Cavabdeh, “Majestic Tower” yaşayış binasında blok 1, mərtəbə 5, ** saylı 4 otaqlı, brüt sahəsi 162,8 kv.m olan mənzilin, həmin mənzilə dair “Majestic Tower”, 13 B saylı dayanacaq yerinin; blok 1, mərtəbə 5, ** saylı 3 otaqlı, studio brüt sahəsi 98,88 kv.m olan mənzilin, həmin mənzilə dair “Majestic Tower”, 14 B saylı dayanacaq yerinin müqavilələrinin hər hansı formada və birtərəfli qaydada ləğv edilməsi, müqavilələrə xitam verilməsi, həmçinin həmin daşınmaz əmlakların istənilən şəkildə şirkətdaxili rəsmiləşdirmə ilə digər şəxslərin adına özgəninkiləşdirilməsi Cavabdeh MTK-ya və digər şəxslərə qadağan edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, müqavilə ilə Cavabdeh MTK-dan 4 daşınmaz əmlak əldə etmişdir. 1. Müqavilə № **, ## ###### 2024-cü il tarixli, Bina “Majestic Tower”, blok 1, mərtəbə 5, mənzilin №-si 13, otaqların sayı 4, Brüt sahə 162,8 kv.m, ümumi dəyəri 569.800 manat 2. Müqavilə № ** b, ## ###### 2024-cü il tarixli, Bina “Majestic Tower”, mənzilin №-si 13, dayanacaq №-si 13 B, ümumi dəyəri 35.000 manat 3. Müqavilə № **, ## ###### 2024-cü il tarixli, Bina “Majestic Tower”, blok 1, mərtəbə 5, mənzilin №-si 14, otaqların sayı 3 otaq studio brüt sahəsi 98,88 kv.m, ümumi dəyəri 365.856 manat 4. Müqavilə № ** b, 26 fevraql 2024-cü il tarixli, Bina “Majestic Tower”, mənzilin №-si 14, dayanacaq №-si 14 B, ümumi dəyəri 40.000 manat ##.##.2024-cü il tarixli 4 müqavilə şərtlərinə paralel olaraq tərəfimdən 20 ay müddətində tam, davamlı və qüsursuz şəkildə əməl edilmişdir. Belə ki, ** saylı mənzilə dair müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavəsindən görünür ki, müqavilənin “3.2”-ci bəndinə əsasən ##.##.2024-cü il tarixdə 50.000 (əlli min) manat, ##.##.2024-cü il tarixdən başlayaraq isə hər ay mütəmadi olaraq 14.500 (on dörd min beş yüz) manat (halbuki müqavilə ilə daha az, 14.438 manat nəzərdə tutulub) tərəfindən MTK-ya ödənilmişdir. 13 B saylı dayanacaq yerinə dair müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavəsindən görünür ki, müqavilənin “3.2.”-ci bəndinə əsasən ##.##.2024-cü il tarixdə 5.000 (beş min) manat, ##.##.2024-cü il tarixdən başlayaraq isə hər ay mütəmadi olaraq 850 (səkkiz yüz əlli) manat (halbuki müqavilə ilə daha az, 833 manat nəzərdə tutulub) tərəfindən MTK-ya ödənilmişdir. ** saylı mənzilə dair müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavəsindən görünür ki, müqavilənin “3.2.”-ci bəndinə əsasən ##.##.2024-cü il tarixdə 40.000 (qırx min) manat, ##.##.2024-cü il tarixdən başlayaraq isə hər ay mütəmadi olaraq 9.100 (doqquz min) manat (halbuki müqavilə ilə daha az, 9.051 manat nəzərdə tutulub) tərəfindən MTK-ya ödənilmişdir. 14 B saylı dayanacaq yerinə dair müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavəsindən görünür ki, müqavilənin “3.2.”-ci bəndinə əsasən ##.##.2024-cü il tarixdə 5.000 (beş min) manat, ##.##.2024-cü il tarixdən başlayaraq isə hər ay mütəmadi olaraq 850 (səkkiz yüz əlli) manat tərəfindən MTK-ya ödənilmişdir. Lakin, MTK tərəfindən tikinti işləri gecikdirildiyindən, 2026-cı ilin yanvar ayından ödənişləri dayandırmışlar. Belə ki, müqavilə üzrə 16 ay ərzində aylıq ödənişlərinin icra edilməsi nəzərdə tutulduğu halda, MTK tərəfindən 16 ay ərzində 20 mərtəbəli binanın yerdə qalan 16 mərtəbəsinin dəmir beton karkas – montaj, hörgü, fasad, pəncərələr, həyət, abadlıq, qaraj, daxili və xarici kommunikasiya və s. işlərinin tamamlanması gözlənilir ki, bu da hazırki vəziyyətə görə real görünmür. Ona görə də, tikintinin davam etdirilməsi ilə, ödənişlərin aparılmasının paralel baş verməsi üçün ödəmələri dayandırmışlar. Daha sonra Cavabdeh MTK-nın əməkdaşı son günlər mütəmadi olaraq telefon və “What’s up” proqramı vasitəsilə onunla əlaqə saxlayaraq, arasında olan ## ###### 2024-cü il tarixli 2 ədəd mənzil və 2 ədəd dayanacaq yerinə (qaraja) dair müqavilə şərtlərinə guya tərəfindən əməl olunmaması, qısa zaman ərzində hər mənzil üçün 50.000 (əlli min) manat məbləğində ödəniş edilməsinin vacibliyi, əks halda müqavilələrin birtərəfli qaydada ləğv edilməsi və daşınmaz əmlakların təkrar satışa çıxarılacağı barədə şifahi “xəbərdarlıq” etmişdir. Həmin şifahi xəbərdarlığa tərəfindən ##.##.2026-cı il tarixli pretenziya məktubu ilə rəsmi cavab verilmişdir. Lakin, pretenziya məktubuna MTK tərəfindən qarşılıqlı cavab verilməmişdir. Əvəzində, ##.##.2026-cı il tarixli, **/** saylı məktub göndərilmişdir. Həmin məktubda onun ##.##.2026-cı il tarixli pretenziyaya istinad olsa da, mahiyyəti üzrə cavab verilməmişdir. Halbuki, pretenziya məktubunda ödənişlərin nə üçün dayandırılması tam əsaslandırılmış, arasındakı mübahisənin danışıqlar yolu ilə həll olunmayacağı halda məhkəməyə müraciət ediləcəyi göstərilmişdir. MTK-nın ##.##.2026-cı il tarixli məktubunda göstərilir ki, ** saylı mənzilə görə 102.888 manat borc və gecikmə faziləri, ** saylı mənzilə görə 62.426 manat borc və gecikmə faizləri, 13 B saylı dayanacağa görə 5.508 manat borc və gecikmə faizləri və nəhayət 14 B saylı dayanacağa görə 9.122 manat və gecikmə faizləri mövcuddur. Həmçinin məktubda qeyd olunur ki, 3 gün ərzində 179.944 manat və gecikmə faizləri MTKya ödənilmədiyi halda, yuxarıda qeyd edilən müqavilələr birtərəfli qaydada və əlavə xəbərdarlıq edilmədən xitam veriləcək. Müqavilənin birtərəfli qaydada xitam edilməsi (ləğv olunması) qeyri-qanunidir. Belə ki, tərəfindən binaya baxış keçirilmiş və şəkilləri çəkilmişdir. ##.##.2026-cı il tarixə 20-mərtəbəli binanın cəmi 4-cü mərtəbəsinin dəmir beton montaj işləri yekunlaşmış vəziyyətdə olmuşdur. Eyni zamanda ##.##.2026-cı il tarixdə "Majestic Torwer" binası üzrə tikinti işlərinin ümumiyyətlə aparılmadığı, tam dayandığı məlum olmuşdur. Belə ki, həmin vaxt qonşuluqdakı digər 6 binada sürətli olaraq tikinti işləri icra edilirdi. Təəssürat yaranır ki, səlahiyyətli orqanlar tərəfindən və ya hansısa maliyyə sıxıntısına görə "Majestic Torwer" binasında işlər dayandırılmışdır. Bu isə müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyi anlamına gəlir. Bundan əlavə MTK tərəfdən binanın qarşısında, giriş hissəsində asılan məlumat lövhəsində də göstərilib ki, 20mərtəbəli binanın tikintisinin başlama vaxtı 2024, qurtarma vaxtı isə 2027, yəni 36 ay müəyyən edilmişdir. Hazırda tərəfindən müqavilənin dəyişdirilməsi, ödəniş qrafikin müddətinin uzadılması, eləcə də, MTK tərəfindən binanın tikilib təhvil verilməsi üçün son müddətin təyin olunmasına dair məhkəməyə iddia ərizəsi hazırlanır. İddia tələbi hazır edilib məhkəməyə təqdim olunanan vaxta kimi, müvəqqəti müdafiə tədbirinə dair ərizə ilə məhkməyə müraciət edilə bilər.

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin **(*-**)-***/**** nömrəli # #### 2026-cı il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək, ##.##.2026-cı il tarixdə qüvvədən düşmüş hesab edilməklə, Cavabdeh MTK tərəfindən inşa edilən Bakı şəhəri, “Ağ şəhər” Park kvartalı, Cavabdeh, “Majestic Tower” yaşayış binasınd blok 1, mərtəbə 5, mənzilin №-si 13, otaqların sayı 4, brüt sahə 162,8 kv.m olan mənzilin, həmin mənzilə dair “Majestic Tower”, 13 B saylı dayanacaq yerinin, blok 1, mərtəbə 5, mənzilin №-si 14, otaqların sayı 3 otaq studio brüt sahəsi 98,88 kv.m, olan mənzilin, həmin mənzilə dair “Majestic Tower”, 14 B saylı dayanacaq yerinin özgəninkiləşdirilməsi Cavabdeh MTK-ya və digər şəxslərə qadağan edilməsi növündə müvəqqəti təminat tədirinin tətbiq edilməsi qərara alınmışdır.

4. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hazırki vəziyyətdə ərizənin tam təmin olunması mülkiyyətçinin mülkiyyətində olan əmlakdan sahiblik və istifadə hüququnun lüzumsuz məhdudlaşdırılmasına, həmçinin avtomobilin müvəqqəti dayanacağa yerləşdirilməsi nəticəsində iddia tələbi üzrə yekun qərar qanuni qüvvəyə minənədək istismar olunmaması onun dəyərinin aşınması və istifadəyə yararsız vəziyyətə düşməsi ilə nəticələnəcəkdir.

5. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1, 157.2, 157.6, 158.1.1 -158.1.3-ci maddlərinə istinadla əsaslandırmışdır.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

6. Qərardaddan ərizəçi Ərizəçi şikayət verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin **(*-**)-***/**** nömrəli # #### 2026-cı il tarixli qərardadının ləğv edilməsini və ərizənin rədd edilməsini xahiş etmişdir.

7. Şikayət onunla əsaslandırılmışdır ki, ərizənin birinci hissəsi tərəfindən əldə edilən daşınmaz əmlakların müqavilələrinin bir tərəfli qaydada ləğv edilməsi və ya onlara xitam verilməsi Cavabdeh MTK-ya qadağan edilməsini etiva edirdi. Lakin, hazırki vəziyyətə görə cavabdeh şəxs əlində olan imkan ilə, qanunsuz şəkildə ərizəçinin daşınmaz əmlaklarının onun əlindən alınmasına çalışır. Məhkəmə müdafiəsi hüququ cavbdehin bu kimi qanunsuz hətərkətlərinin qarşısını almalı idi və daşınmaz əmlakların müqavilələrinin birtərəfli qaydada ləğv edilməsi və ya onlara xitam verilməsi qadağan olunmalı idi. Belə ki, ##.##.2026-cı il tarixdə ərizə məhkəməyə göndərilib. Daha sonra ##.##.2026-cı il tarixdə qərardad qəbul edilərək, qismən təmin edilib. Aşağıdakılara görə ərizə tam təmin edilməli idi. e-**(*-**)- ***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadda ərizənin birinci hissəsinin, yəni müqavilələrin birtərəfli qaydada ləğv edilməsinin və ya onlara xitam verilməsinin Cavabdeh MTK-ya qadağan edilməsinin rədd edilməsi əsaslandırılmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Özünün mahiyyəti etibarilə müvəqqəti təminat tədbiri institutu, iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. Cavadehin yazdığı № **/** saylı, ##.##.2026- сı il tarixli məktubdan görünür ki, ##.##.2026-cı il tarixə kimi 179.944 manat, həmçinin əlavə olaraq “gecikmə faizləri” tərəfindən Cavabdeh MTK-ya təqdim edilmədiyi halda,onlar birtərəfli qaydada müqaviləni ləğv edəcəklərini bildirirlər. Halbuki, aralarında olan müqavilə şərtlərinə tərəfindən əməl edilib, lakin, qarşı tərəf binanın inşaasını davam etdirmir və müqavilə şərtlərinə əməl etmir. Belə olduğu halda məhkəmə müdafiəsi hüququ yaranmış və pozulmuş hüququmun bərpası üçün ərizənin tam təmin edilməsi zərurəti ortaya çıxmışdır. Cavabdeh yazdığı **/** saylı, ##.##.2026-cı il tarixli məktubda da bildirmək istəmişdir ki, (##.##.2026-da ona whats up vasitəsilə göndərilib) müqavilələrə birtərəfli qaydada xitam verilmişdir. Halbuki, bu qanunsuz hərəkətin ona qadağan edilməsinə dair tərəfindən ##.##.2026-cı il tarixdə elektron qaydada məhkəməyə ərizə ilə müraciət olunub və həmin müraciətdən cavabdehin məlumatı olub. Cavabdeh tərəfindən ona ünvanlanan **/** saylı, ##.##.2026-cı il tarixli (##.##.2026) məktubda müqavilələrə bir tərəfli qaydada xitam verilməsi göstərilsə də, həmin xitamın hansı formada və qaydada rəsmiləşdiriməsi, ümumi yığıncağın qərarı, təsisçilərin yetərsay ilə mövcud mübahisəni müzakirə edib – etməməsi və həmin sənədin bir surətinin mənə təqdim olunması icra edilməmişdir. Bu isə onu deməyə əsas verir ki, ümumiyyətlə, müqaviləyə xitam verilıməsi gerçəkləşdirilməmiş, sadəcə ona məktub yazılmaqla təsir etmək imkanları ortaya qoyulmuşdur. Halbuki, barəsində qəbul edilən qərarın qəbul edilməsi üçün MTK-nın təsisçiləri tərəfindən çağırılan iclasda iştirakı təmin edilməli və iradə ifadəsi öyrənilməli idi. Cavabdeh MTK təşkilatı hüquqi formasına görə Mənzil Tikinti Kooperatividir, o da bu kooperativin üzvüdür. Bundan əlavə ##.##.2026-cı il tarixli məktub ona ##.##.2026-cı il tarixdə telefon üzərindən göndərilib, rəsmi olaraq çatdırılmayıb. Həmin tarixdə isə məhkəmənin qərardadı olmuşdur ki, daşınmaz əmlakların başqa şəxslərin adına özgəninkiləşdirilməsi Cavabdeh MTK-ya qadağan edilmişdir. Belə olduğu təqdirdə MTK tərəfindən müqavilələrə xitam verilməsinin tarixi mübahisə yaradır və ya ümumiyyətlə MTK-nın belə bir addım atmasının əhəmiyyəti olmur. Başqa sözlə desə, MTK bu kimi qanunsuz hərəkətlərlə ona basqı və təsir etmək istəyir ki, o da ondan müdafiə olunmaq üçün məhkəməyə müraciət etmiş və xahiş etmişdir ki, aralarındakı mübahisə yekunlaşana kimi, cavabdehin qanunsuz hərəkətlərinin qarşısı məhkəmə tərəfindən alınsın. Lakin, məhkəmə ərizəni qismən təmin etməklə, MTK-ya qanunsuz hərəkətlərini davam etdirməyə imkan yaratmışdır. 6. ##.##.2026-cı il tarixdə pretenziya ilə Cavabdeh MTK-ya müraciət etmişəm. Lakin pretenziyaya cavab verilməyib. Eləcə də, istinad etdiyi arqumentlərə münasibət bildirilməyib.

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı ## #### 2026-cı il tarixli qərardadı ilə, şikayət təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

9. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

Tətbiq edilən hüquq normaları

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin

10. 10.8-1-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər

11. 157.1-157.2-ci maddələrinə əsasən, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir.

12. 157.5-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı və iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu əsaslandırılmalıdır.

13. 157.6-cı maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.

14. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. ...Ən ümumi mənada isə mütənasiblik prinsipi mütləq olaraq özündə 3 əsas elementi nəzərdə tutur: bu prinsip insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələlərini tənzimləyir; hüquq ancaq qanunla məhdudlaşdırıla bilər; məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları ilə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, müvəqqəti təminat tədbirləri mülki iş üzrə cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq, o cümlədən çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbirdir. Məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən müvafiq tədbirlərin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı, tətbiq olunacaq tədbirin isə irəli sürülmüş tələbə mütənasib olubolmamasına

16. hərtərəfli qiymət verməli və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktını qəbul etməlidir.

17. Məhkəmə araşdırmasının göstərilən istiqamətdə aparılmasını təmin etmək üçün ərizəçi ərizənin kifayət qədər əsaslı olmasına dair ilkin sübutları təqdim etməli və özünün müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır. Bundan sonra ərizəçi verdiyi ərizədə mövcud vəziyyətin dəyişəcəyi halda onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi təhlükəsinin mövcud olduğu, bu təhlükənin nələrdə ifadə olunduğu və ya oluna biləcəyi konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. Belə ki, məhkəmə müvəqqəti təminat tədbirini tətbiq etmədən iddiaçı tərəfindən irəli sürülən (sürüləcək) tələbin uğurlu, mövqeyinin əsaslandırılmış olubolmamasına

18. dair məsələlər ətrafında araşdırma və qiymətləndirmə aparmalıdır. Daha sonra isə təqdim edilmiş ilkin sübutların iddia tələbinin əsaslılığına kifayət qədər dəlalət etməsi məsələsinə münasibət bildirməlidir. Məhkəmə müvəqqəti təminat tədbiri tətbiq edə bilmək üçün elə bir qənaətə gəlməlidir ki, həmin anda iddiaçının (ərizəçinin) təqdim etdiyi sübutlara əsasən iddia icraatı böyük ehtimalla uğurlu görünsün. Sözügedən böyük ehtimal isə o zaman mövcud olur ki, iddiaçının bildirdiyi faktiki halların və təqdim etdiyi ilkin sübutların məcmusunun qiymətləndirilməsi nəticəsində məhkəmədə icraatın həmin mərhələsində (verilmiş və ya veriləcək) iddianın əsaslılığına dair güman yaranmış olsun.

19. Belə qiymətləndirmə aparılmadan yalnız ehtimallara əsasən təminat tədbirinin tətbiqi MPM-in 157-ci maddəsinin məqsədinə uyğun hesab edilə bilməz.

20. Yuxarıda qeyd edilənlərdən isə görünür ki, ərizəçi tərəfindən irəli sürüləcək iddia tələblərinin kifayət qədər əsaslı olmasına dair ilkin sübutlar təqdim edilməmiş, müvəqqəti təminat tədbirinin tətbiqini zəruri edən təhlükənin nədən ibarət olduğu, həmin təhlükənin real xarakter daşıdığı və reallaşacağı təqdirdə hansı əmlak hüquqlarının qorunmasının mümkünsüz və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi əsaslandırılmamışdır.

21. Birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəyə baxarkən ərizəçinin təqdim etdiyi dəlillərin MPM-in 157-ci maddəsində nəzərdə tutulmuş şərtlərin mövcudluğunu təsdiq edib-etmədiyini hərtərəfli araşdırmış və onlara lazımi hüquqi qiymət vermişdir.

22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, irəli sürüləcək iddia tələbi ilə tətbiq edilməsi xahiş edilən digər müvəqqəti tədbirlər arasında zəruri hüquqi əlaqənin mövcudluğu müəyyən edilməmişdir. Həmçinin, həmin tədbirlərin tətbiq edilməsinin gələcəkdə qəbul ediləcək məhkəmə aktının vaxtında, tam və düzgün icrasına necə xidmət edəcəyi əsaslandırılmadığından, onun MPMin 157-ci maddəsinin məqsədinə uyğun olduğu, eləcə də həmin maddədə nəzərdə tutulmuş zərurət və proporsionallıq meyarlarına cavab verdiyi qənaətinə gəlmək mümkün deyildir.

23. Beləliklə kollegiyanın gəldiyi qənaətə görə, şikayət əsassız olduğundan təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

24. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

25. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 157, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə

QƏRARA ALDI:

Ərizəçi Ərizəçi nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin **(*-**)-***/**** nömrəli # #### 2026-cı il tarixli qərardadı apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Rəna Qafarova Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar