Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-715/2026 21.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X6 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin **(*-***)-***/**** saylı işi üzrə ## ###### 2026-cı il tarixli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Işin halları və iş üzrə məhkəmə icraat(lar)ı Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun ##.##.2014-cü il təvəllüdlü X3 və ##.##.2018 ci il təvəllüdlü X1 adlı övladları ilə hər həftənin çərşənbə axşamı və cümə günləri səhər saat 11.00-dan 17.00-a qədər maneəsiz və sərbəst şəkildə cavabdehin iştirakı olmadan ünsiyyət hüququn müəyyən edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Cavabdeh ilə cavabdeh Ərizəçi arasında bağlanmış nikaha xitam verilməsi, tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan uşaqlar - ##.##.2014-cü il təvəllüdlü X3 və ##.##.2018-ci il təvəllüdlü X1 iddiaçı ana Cavabdeh himayəsində saxlanılması, birgə nikahdan olan ##.##.2014-cü il təvəllüdlü X3 və ##.##.2018-ci il təvəllüdlü X1 18 yaşınadək saxlanılması üçün hər birinə 500 manat alimentin mediasiya barədə arayışın tərtib olunduğu (##.##.2026-cı il) tarixdən hesablanmaqla Ərizəçi tutularaq Cavabdeh ödənilməsi, mediasiya üçün ödənilmiş 60 manat pulun və hüquqi yardım göstərilməsi barədə müqaviləyə görə ödənilmiş 300 manat, ümumilikdə 360 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Nikah münasibətləri faktiki 2026-cı ilin fevral ayından pozulduqda Cavabdeh uşaqları evdə qoyub çıxıb getmişdir, həmin vaxtdan uşaqlar mənim yanında idilər, onlara o baxırdı, hətta işdən çıxdı ki, uşaqlara lazımi səviyyədə baxsın. Lakin bu yaxınlarda (1 həftə əvvəl) Cavabdeh anama müraciət edərək onun mənzilə buraxılmasını xahiş etmiş, bildirmişdir ki, qalmağa yeri yoxdur, anası da onu mənzilə buraxmışdır, bundan sonra Cavabdeh evdə ərizəçi ilə münaqişə salaraq 102 çağrı xidmətinə zəng etmiş, o, polis bölməsində izahat verərkən azyaşlı uşaqları evdən götürərək naməlum istiqamətdə getmişdir. Hal-hazırda mən uşaqlardan nigarandır, bilmir onların vəziyyəti necədir, harda qalırlar, Cavabdeh isə onu öz övladları ilə görüşməyə qoymur. Hesab edir ki, belə hal azyaşlı uşaqların psixoloji vəziyyətinə mənfi təsir göstərir. Çünki uşaqlar 2026-cı ilin fevral ayından fasiləsiz onunla yaşamışlar, o, onların qayğısına qalmış, aralarında emosional bağlılıq çox güclüdür. Odur ki, uşaqla ünsiyyət hüququn təmin edilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmək niyyətindədir. Bunun üçün mediasiya təşkilatına müraciət etməli, bu və sənədlərin hazırlanaraq məhkəməyə təqdim edilməsi müəyyən müddət tələb edir, odur ki, məhkəmədə iddia qaldırana qədər uşaqlarla bağlılığın itməməsi üçün hesab edir ki, uşaqla ünsiyyətdə olmaq qaydası müəyyən edilməlidir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin **(*-***)-***/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadı ilə ərizənin qismən təmin edilməsi, ərizəçi Ərizəçi ##.##.2014-cü il təvəllüdlü X3 və ##.##.2018-ci il təvəllüdlü X1 adlı övladları ilə hər həftənin cümə günü səhər saat 11.00dan 15.00-a qədər Cavabdeh iştirakı olmadan ünsiyyətdə olmağının müəyyən edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi, Qərardad 1(bir) ay ərzində qüvvəDə olması və ##.##.2026-cı il tarixdə müvəqqəti təminat tədbirinin qüvvədən düşməsi qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## ####### 2011-ci il tarixli “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-157.5, 157.7-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə hesab edir ki, aşağıdakılara əsasən müvəqqəti təminat tədbiri haqqında ərizənin qismən təmin edilməsi məqsədə müvafiqdir. Müvəqqəti təminat tədbirinin məqsədi məhkəmə çəkişməsi dövründə azyaşlılarla onlardan ayrı qalan valideynin mənəvi bağlarının qopmamasına xidmət etməkdir. Məhz bu məqsəddən yanaşaraq məhkəmə aşağıda qeyd edilən formada müvəqqəti görüşü uyğun hesab edir. Məhkəmə bu nəticəyə gələrkən azyaşlıların yaşına uyğun keçirdiyi həyat tərzini, eləcə də tərəflərin hüquq və mənafelərini əsas tutur. Bununla da, məhkəmə müvəqqəti təminat tədbiri barədə ərizəni və iş materiallarını araşdıraraq, habelə uşaqların hüquq və mənafelərini nəzərə alaraq hesab edir ki, ərizə qismən təmin olunmalı, ərizəçi Ərizəçi ##.##.2014-cü il təvəllüdlü X3 və ##.##.2018-ci il təvəllüdlü X1 adlı övladları ilə hər həftənin cümə günü səhər saat 11.00-dan 15.00-a qədər Cavabdeh iştirakı olmadan ünsiyyətdə olmağı müəyyən edilməlidir. Iddia ərizəsi məhkəməyə verilmədikdən, müvəqqəti təminat tədbirlərinin müddəti 1 ay kimi müəyyən edilməlidir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ##.##.2021-ci il tarixli, AZ-IV seriyalı ****** nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X3 (atası Ərizəçi, anası Cavabdeh) ##.##.2014 cü il tarixində Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında ##.##.2014-cü il tarixində 2018 nömrə ilə qeyd edilmişdir; - * saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ##.##.2018-ci il tarixli, AZ-IV seriyalı ****** nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X1 (atası Ərizəçi, anası Cavabdeh) ##.##.2018-ci il tarixində Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında ##.##.2018-ci il tarixində 5303 nömrə ilə qeyd edilmişdir. Apellyasiya şikayəti, etiraz və məhkəmənin mövqeyi Cavabdeh qərardaddan şikayət verərək, Azərbaycan Respublikası MPM-in 398.0.3-cü maddəsinə əsasən Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e **(*- ***)-***/**** nömrəli qərardadının ünsiyyətin “Cavabdeh iştirakı olmadan” həyata keçirilməsinə dair hissəsinin ləğv edilməsini və qərardadla həll edilməli olan məsələ apelyasiya instansiyası məhkəməsi tərəfindən həll edilərək, ərizəçi Ərizəçi ##.##.2014-cü il təvəlüdlü X3 və ##.##.2018-ci il təvəlüdlü X1 ilə ünsiyyətinin ana Cavabdeh iştirakı ilə həyata keçirilməsinin müəyyən edilməsini; bu mümkün hesab edilmədikdə - ünsiyyətin polis əməkdaşlarının iştirakı ilə, uşaqların yaşayış yeri üzrə polis orqanının binasında və ya onun müəyyən etdiyi neytral və təhlükəsiz yerdə, habelə qəyyumluq və himayə orqanının nümayəndəsinin (uşaq psixoloqunun) iştirakı ilə həyata keçirilməsinin müəyyən edilməsini; hər bir halda görüşün keçiriləcəyi konkret yer, uşaqların təhvil verilməsi və görüş başa çatdıqdan sonra ana Cavabdeh geri qaytarılması qaydasının qərardadda dəqiq müəyyən edilməsini, cavabdehə uşaqları müəyyən edilmiş yerdən kənara çıxarmağın və müəyyən edilmiş vaxtda geri qaytarmamağın qadağan edilməsini; Yuxarıdakı tələblər təmin edilmədikdə - MPM-in 398.0.2 və 398.0.3-cü maddələrinə əsasən qərardadın tam ləğv edilməsini və ünsiyyət qaydasının müəyyən edilməsi məsələsinin əsas iş üzrə təyin edilmiş məhkəmə-psixoloji ekspertizanın rəyi və qəyyumluq və himayə orqanının rəyi alındıqdan sonra həll edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikasının Konstitusiyasının 17, 27; Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 50.1, 50.3, 51.4, 51.6, 52, 60.2, 61.1, 61.3; BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 3 cü, 9.3cü və 19-cu maddələrinə; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli *-*/**** nömrəli Qərarının 7.1, 7.3, 7.4 və 7.5-ci bəndlərinə; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2011-ci il tarixli */**** nömrəli Qərarının 2.6-cı bəndinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 97.1, 101, 122.1, 157.2, 157.6, 158.2, 159.3, 160.1, 163.2, 217, 218, 255-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin icraatında iddiaçı Cavabdeh cavabdeh Ərizəçi qarşı nikahın pozulması, yetkinlik yaşına çatmayan uşaqların ananın himayəsində qalması və aliment tələbinə, habelə cavabdehin qarşılıqlı iddiasına dair e-*(*-***)-****/**** nömrəli mülki iş baxılır. Tərəflər ##.##.2014-cü il tarixdə rəsmi nikaha daxil olmuş (AZ-İ № ******), birgə nikahdan iki yetkinlik yaşına çatmayan uşaq dünyaya gəlmişdir: ##.##.2014-cü il təvəlüdlü X3 (FIN: 8YJ0K1H) və ##.##.2018-ci il təvəlüdlü X1 (FIN: 8H4SWAV). ##.##.2026-cı il tarixdə cavabdeh Ərizəçi şikayət verən şəxsə qarşı fiziki zorakılıq törətmiş, telefonu onun üzərinə ataraq gözünün altına xəsarət yetirmiş, boğazından tutub boğmuş, mətbəx bıçağını götürərək bıçağı sağ qoluna dirəyib onu və övladlarını öldürəcəyi ilə hədələmişdir. Bu hallar aşağıdakı rəsmi sənədlərlə təsdiq olunur: 1. Xətai RPInin 35-ci Polis Şöbəsinin ##.##.2026-cı il tarixli, HK-*-*** nömrəli toplanmış materialı; 2. Patoloji Anatomiya Birliyi X4 ##.##.2026-cı il tarixli, *** saylı məhkəmə-tibbi ekspertiza rəyi;
3. şikayət verən şəxsin bədənində bərk küt əşyaların təsirindən törənmiş çoxsaylı qançırlar (sol gözaltı nahiyədə 1×0,6 sm; sağ saidin orta 1/3-nin bayır səthində 1×0,7 sm; sol bazunun yuxarı 1/3-nin bayır səthində 4×2, 2×2 və 2×1 sm ölçülərdə) müəyyən edilmiş, xəsarətlərin əmələ gəlmə müddəti ##.##.2026-cı il tarixinə uyğun gəldiyi təsdiqlənmişdir; 4. Xətai RPInin 35-ci PŞ-nin təhqiqatçısı, R S.Məmmədli tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli qərar - cinayət işinin başlanması rədd edilsə də, həmin qərarla cavabdeh barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcələsinin 157-ci maddəsi (məişət zorakılığı) ilə inzibati tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə göndərilmişdir; 5. Bakı ** saylı Mediasiya Təşkilatının ##.##.2026-cı il tarixli, MŞB/**/****-***** nömrəli arayışı - cavabdeh mediasiyada iştirakdan yazılı şəkildə imtina etmişdir. Beləliklə, cavabdehin şikayət verən şəxsə - uşaqların anasına qarşı fiziki zorakılıq törətməsi və həm onu, həm də bilavasitə uşaqları öldürməklə hədələməsi faktı ehtimal deyil, rəsmi dövlət sənədləri və ekspert rəyi ilə təsdiq olunmuş haldır. Zorakılıq hadisəsi uşaqların yaşadığı mənzildə baş vermiş, 11 yaşlı Mələk hadisənin bəzi anlarının şahidi olmuşdur. Fevral ayından iyun ayınadək uşaqlar cavabdehin faktiki nəzarətində saxlanılmış, cavabdeh ananın övladları ilə görüşünə, hətta telefon danışığına belə maneə yaratmışdır. Məhz bu səbəbdən Suraxanı rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrəli qərardadı ilə ananın uşaqlarla hər həftənin şənbə günü saat 11:00-dan 15:00-dək görüşməsi və həftənin üç günü telefon ünsiyyəti müvəqqəti təminat tədbiri qismində təmin edilmişdir. Diqqətəlayiqdir ki, həmin qərardadda məhkəmə görüşün yerini (konkret ünvanı) və uşaqların təhvil-təslim qaydasını dəqiq müəyyən etmişdi. Hazırda hər iki uşaq faktiki olaraq ananın - şikayət verən şəxsin yanında yaşayır, onun gündəlik qayğısı, tərbiyəsi və nəzarəti altındadır. Uşaqların təhsili, gündəlik rejimi və məişət şəraiti ana tərəfindən təmin edilir. Əsas iş üzrə icraat dayandırılmış, məhkəmə tərəfindən uşaqların həqiqi rəyinin və psixoloji vəziyyətinin müəyyən edilməsi üçün məhkəmə psixoloji ekspertizasının təyin edilməsi və Suraxanı Rayon Icra Hakimiyyəti yanında qəyyumluq və himayə orqanının (Komissiyanın) rəyinin alınması qərara alınmışdır. Məhz bu şəraitdə - məhkəmə-psixoloji ekspertiza rəyi alınmamış, qəyyumluq və himayə orqanının rəyi məhkəməyə təqdim edilməmiş halda birinci instansiya məhkəməsi mübahisələndirilən ##.##.2026-cı il tarixli qərardadı ilə atanın uşaqlarla hər həftənin cümə günü saat 11:00–15:00 arasında ünsiyyətini, üstəlik “ananın iştirakı olmadan” müəyyən etmişdir. Xüsusi olaraq vurğulayırıq: şikayət verən şəxs - ana Cavabdeh atanın övladları ilə ünsiyyət hüququnun özünə qarşı çıxmır və uşaqları atadan təcrid etmək niyyətində deyil. Şikayət qərardadın yalnız bir hissəsinə - ünsiyyətin “ananın iştirakı olmadan” və heç bir qoruyucu mexanizm nəzərdə tutulmadan müəyyən edilməsinə yönəlmişdir. Belə ki, cavabdeh tərəfindən ana və uşaqlar üzərində psixoloji təzyiq bu günədək davam edir. Cavabdeh öz nömrəsindən şikayət verən şəxsin nömrəsinə təhdid xarakterli mesajlar göndərmiş, həmin yazışmaların surətləri iş materialarına təqdim edilmişdir. Cavabdeh uşaqları anaya qarşı qoymaq, onlarda ananın əleyhinə mövqe formalaşdırmaq üçün psixoloji təlqin və manipulyasiya tətbiq etmiş, uşaqlar isə atanın təsiri altında kənar şəxslərin yanında qorxu ilə şərtlənmiş mövqe nümayiş etdirmişlər. Uşaqların ataya münasibətdə hiss etdikləri məhz qorxu hissidir və bu, iş üzrə təyin edilmiş məhkəməpsixoloji ekspertizanın araşdırma predmetidir. Ananın iştirakı olmadan, üstəlik görüş yeri və təhvil-təslim qaydası müəyyən edilmədən keçiriləcək görüş: (i) uşaqları zorakılıq törətmiş və onları öldürməklə hədələmiş şəxslə nəzarətsiz şəkildə tək qoyur; (i) uşaqlar üzərində davam edən psixoloji təzyiq və manipulyasiya üçün açıq imkan yaradır - həm də ekspertiza tam məhz bu təsirin mövcudluğunu araşdırdığı bir dövrdə; ( i) uşaqların geri qaytarılmaması riskini yaradır, çünki cavabdeh əvvələr dörd aydan artıq müddətdə uşaqları ananın yanına buraxmamış və onlarla ünsiyyəti qəsdən kəsmişdir. Birinci instansiya məhkəməsi barəsində məişət zorakılığına görə IXM-in 157-ci maddəsi ilə tədbir görülməsi göstərişi verilmiş və uşaqları öldürməklə hədələmiş valideynə uşaqlarla nəzarətsiz, ananın iştirakı olmadan ünsiyyət imkanı yaratmaqla dövlətin himayə və nəzarət funksiyasını həyata keçirməmişdir. Cavabdeh tərəfindən uşaqların öldürülməsi ilə bağlı konkret hədə edilmiş, bu hədə *** saylı məhkəmə-tibbi ekspertiza rəyi və Xətai RPI-nin ##.##.2026-cı il tarixli qərarı ilə təsdiqlənən zorakılıq hadisəsi ilə eyni vaxtda səsləndirilmişdir. Məhkəmə uşaqların həyat və sağlamlığının qorunması üçün heç bir qoruyucu şərt (görüş yeri, nəzarət, müşayiət) müəyyən etməmişdir. Uşaq valideynləri ilə ünsiyyətdə olmaq hüququna malikdir; valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir; uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna malikdir. Şikayət verən şəxs bu hüququ mübahisələndirmir. Lakin ünsiyyət hüququ uşağın hüququdur və onun həyata keçirilmə forması uşağın təhlükəsizliyini təmin edən qaydada müəyyən edilməlidir. Məhkəmə hüququn mövcudluğu ilə onun həyata keçirilmə formasını eyniləşdirmiş, formanın təhlükəsizlik meyarı üzrə seçilməsi vəzifəsini yerinə yetirməmişdir. Iş materialarında uşaqların həyat və sağlamlığı üçün təhlükənin mövcudluğuna dair rəsmi sənədlər (MTE-nin *** saylı rəyi, HK-*-*** nömrəli material, IXM-in 157-ci maddəsi üzrə tədbir göstərişi) olduğu halda məhkəmə qoruyucu tədbir görmək əvəzinə nəzarətsiz ünsiyyət rejimi müəyyən etmişdir. Uşaq onun maraqlarına toxunan istənilən məsələnin həli zamanı öz fikrini bildirmək, məhkəmə araşdırması gedişində dinlənilmək hüququna malikdir; onun maraqlarına zidd olan halar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. X3 11 yaşındadır. Ünsiyyətin forması və şərtləri barədə qərardad qəbul edilərkən onun fikri öyrənilməmiş, dinlənilməmiş, qərardadda bu barədə heç bir mülahizə yürüdülməmişdir. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər; uşaqların tərbiyəsində qəddarlığa və kobudluğa yol verilə bilməz. Anaya qarşı bıçaqla hədə və boğma kimi hərəkətlər törətmiş, bu zaman uşaqları da öldürməklə hədələmiş valideynin uşaqlarla nəzarətsiz ünsiyyəti bu maddənin tələbləri baxımından qiymətləndirilməli idi. Qərardadda belə qiymətləndirmə yoxdur. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Ünsiyyət qaydası ilə bağlı mübahisə qəyyumluq və himayə orqanının iştirakı olmadan həl edilmişdir. Halbuki həmin orqanın (Suraxanı RIH yanında Komissiyanın) rəyinin alınması elə eyni məhkəmə tərəfindən əsas iş üzrə artıq qərara alınmışdır. Uşaqla bağlı mübahisələr həll edilərkən valideynlərin mənəvi və şəxsi keyfiyyətləri, uşaqla münasibətləri qiymətləndirilməli, qəyyumluq və himayə orqanı işə cəlb edilməli, uşağın fikri pedaqoq, uşaq psixoloqu və ya qəyyumluq və himayə orqanının nümayəndəsinin iştirakı ilə öyrənilməli, zərurət olduqda məhkəmə-psixoloji ekspertizası təyin edilməlidir. Birinci instansiya məhkəməsi bu tələblərin heç birini yerinə yetirmədən, üstəlik elə həmin iş üzrə təyin edilmiş məhkəmə-psixoloji ekspertizanın rəyi alınmamış ünsiyyətin formasını müəyyən etmişdir. Məhkəmələr uşaqların valideynləri ilə ünsiyyət forması kimi şəxsi görüşdən əlavə digər ünsiyyət formalarının (yazışma, telefon danışıqları, video-əlaqə və texnologiyaların imkan verdiyi digər vasitələr) tətbiqini də nəzərdən keçirməlidirlər. Məhkəmə ünsiyyətin təhlükəsiz və uşaqların mənafeyinə uyğun alternativ formalarını (üçüncü şəxsin iştirakı ilə görüş, neytral məkanda görüş, texniki vasitələrlə ünsiyyət) ümumiyyətlə müzakirə etməmişdir. Məhkəmə aktı qanuni və əsaslı olmalı, məhkəmə hər bir tələbə dair müstəqil hüquqi qiymət verməli, sübutlar üzrə mövqeyini açıqlamalıdır. Qərardadda ünsiyyətin məhz “ananın iştirakı olmadan” müəyyən edilməsinin səbəbi ümumiyyətlə əsaslandırılmamışdır. Iş materiallarında olan MTE-nin *** saylı rəyinə, Xətai RPI-nin HK-*-*** nömrəli materialına, IXM-in 157-ci maddəsi üzrə tədbir göstərişinə və uşaqlara ünvanlanmış qətl hədəsinə heç bir hüquqi qiymət verilməmişdir. Əsaslandırılmamış məhkəmə aktı qanunsuzdur. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə sübutlara obyektiv, hərtərəfli və tam baxdıqdan sonra qiymət verir. Ünsiyyətin ananın iştirakı olmadan təhlükəsiz keçəcəyinə dair iş materialarında heç bir sübut yoxdur. Əksinə, mövcud sübutlar bunun əksini göstərir. Məhkəmə mövcud sübutları qiymətləndirməmiş, ziddiyyətli halları aradan qaldırmamışdır. Müvəqqəti təminat tədbirləri mövcud vəziyyətin dəyişəcəyi təqdirdə hüquqların qorunmasının mümkün olmayacağının qarşısını almaq məqsədilə tətbiq edilir. Müvəqqəti təminat tədbiri institutu qoruyucu təyinata malikdir. Hazırkı halda tətbiq edilmiş tədbir isə əks nəticə doğurur: uşaqları nəzarətsiz şəkildə zorakılıq törətmiş şəxsə təhvil verməklə, uşaqların geri qaytarılmaması və əsas iş üzrə gələcək qətnamənin icrasının çətinləşməsi riskini yaradır. Cavabdehin fevral–iyun aylarında uşaqları ananın yanına buraxmaması bu riskin real olduğunu göstərir. Müvəqqəti təminat tədbirləri məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Mütənasiblik həm tədbirin özünə, həm də onun həyata keçirilmə formasına aiddir. Atanın ünsiyyət hüququna nail olmaq üçün uşaqları nəzarətsiz qoymaq zəruri deyildi: ananın, ananın yaxın qohumunun, qəyyumluq və himayə orqanı nümayəndəsinin, psixoloqun və ya polis əməkdaşının iştirakı ilə görüş eyni məqsədə uşaqların təhlükəsizliyini pozmadan nail olmağa imkan verirdi. Məhkəmə daha mülayim və eyni zamanda qoruyucu variantları nəzərdən keçirməmişdir. Məhkəmə zəruri halarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər və bir neçə tədbiri birlikdə tətbiq edə bilər. Məhkəmə bu səlahiyyətdən istifadə edərək ünsiyyəti müşayiətli (nəzarətli) formada müəyyən edə, görüşün yerini və təhvil-təslim qaydasını göstərə, cavabdehə uşaqları müəyyən edilmiş yerdən kənara çıxarmağı və müəyyən edilmiş vaxtda geri qaytarmamağı qadağan edə bilərdi. Bu imkanlar ümumiyyətlə müzakirə edilməmişdir. Məhkəmə aktı icra oluna bilən, konkret və birmənalı olmalıdır; müvəqqəti təminat tədbirləri haqqında qərardad dərhal icra edilir. Qərardadın nəticə hissəsində görüşün yeri, uşaqların kim tərəfindən, harada və hansı qaydada təhvil verilib geri qaytarılacağı göstərilməmişdir. Halbuki eyni məhkəmənin ##.##.2026-cı il tarixli, e-16(5 ***)-***/**** nömrəli qərardadında bu məsələlər konkret ünvan göstərilməklə həll edilmişdi. Bu qeyri-müəyyənlik qərardadın icrasını mümkünsüz edir və icra prosesində yeni münaqişə mənbəyi yaradır. Qəbul edilmiş qərardad barədə işdə iştirak edən şəxslərə dərhal xəbər verilir; qərardad şikayət verən şəxsə xəbər verilmədən çıxarılmışsa, şikayət müddəti qərardadın ona məlum olduğu gündən hesablanır. Qərardad şikayət verən şəxsin iştirakı olmadan qəbul edilmiş və ona rəsmi qaydada verilməmişdir; onun məzmunu yalnız icra vərəqəsi vasitəsilə məlum olmuşdur. Buna görə şikayət müddəti qərardadın məlum olduğu gündən hesablanmalıdır. Əsas iş üzrə icraat məhkəmə-psixoloji ekspertizanın təyin edilməsi ilə əlaqədar dayandırılmışdır. Uşaqların ataya münasibətdə qorxu hissi keçirib-keçirmədiyi, atanın onlar üzərində psixoloji təsirinin (manipulyasiya, özgəninkiləşdirmə) mövcud olub-olmadığı məhz təyin edilmiş ekspertizanın suaları sırasındadır. Ünsiyyətin forması bu sualara cavab verilməzdən əvvəl müəyyən edilməklə, məhkəmə faktiki olaraq ekspertizanın nəticəsini qabaqlamış, üstəlik ekspertizanın obyektivliyinə təsir göstərə biləcək şərait yaratmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin **(*-***)-***/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Konstitusiyasının Insan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipini müəyyən edən 24-cü maddəsinin III hissəsinə əsasən: Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının Insan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipini müəyyən edən 24-cü maddəsinin III hissəsinə əsasən: Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun Tələblərinə əsasən: 1.2.Heç kəs öz hüquqlarından və azadlıqlarından sui-istifadə etməməlidir. Mülki Prosessual Məcəllənin müddəalarına əsasən: 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir; 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu; 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Məcəllənin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci il tarixli qərarına əsasən: Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası şikayəti araşdırıb Azərbaycan Respublikası Konstitusiyasının 24 (III), 80 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-164, 372, 385, 387, 395, 397-ci maddələrinə əsasən, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni onun qəbul edildiyi prosessual zamana münasibətdə qanuni və əsaslı hesab edir, qərardadın dəyişdirilməsi və ya ləğv edilməsi üçün hər hansı əsaslar müəyyən edilmir. Belə ki, şikayətin dəlilləri subyektiv mənada əsaslı olsa belə şikayətə apellyasiya icraatında baxılan zaman qəbul edilmiş qərardad qanuni qüvvəsini itirmiş və elektron məhkəmə sisteminə baxış zamanı onun uzadılması barədə vəsatətin verildiyi müəyyən edilməmişdir. Şikayətdə qeyd olunan digər məsələlərə (görüş yeri və vaxtı) münasibətdə isə kollegiya qeyd edir ki, müvəqqəti təminat tədbirinin uzadıldığı halda belə onlar icra icraatı zamanı baxılan məsələlərə aid olunduğundan, bu hallar da qərardadın ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395-403-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin **(*-***)-***/**** saylı işi üzrə ## ###### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.