Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-721/2026 07.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkünlüyü) Hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, Abdullayev Elşən Uğur oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Ərizəçi “xxxx” QSC tərəfindən verilmiş müvəqqəti təminat tədbiri barədə ərizə üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-16(4-11)- ****/**** nömrəli qərardadından ərizəçi “xxxx” QSC tərəfindən verilmiş şikayətin mümkünlüyünü yoxlayaraq qərara aldılar. Birinci instansiya məhkəməsindəki icraat
1. Iddiaçı “xxxx” QSC cavabdeh Maraqlı şəxs MMC-yə qarşı “qanunsuz istifadə edilməklə satılan məhsulların satışının dayandırılması və həmin məhsulların məhv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus 2017 **** nömrəli Oyal əmtəə nişanından qanunsuz istifadə edilməklə satılan məhsulların satışının dayandırılması və həmin məhsulların məhv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Hazırda e-*-*(*-**)-****/**** saylı iş Bakı Kommersiya Məhkəməsinin icraatındadır (hakim Ülkər Həsənova).
3. Ərizəçi “xxxx” QSC həmçinin müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə Maraqlı şəxs MMC-yə ərizəçiyə məxsus 2017 **** nömrəli Oyal əmtəə nişanından qanunsuz istifadə edilməklə satılan məhsulların satışının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-****/**** saylı qərardadı ilə ərizə təmin edilməmişdir.
5. Ərizəçi “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə şikayət təqdim edərək Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-****/**** saylı qərardadının ləğv edilməsini, ərizənin təmin olunması barədə qərardad qəbul olunmasını xahiş etmişdir.
Apellyasiya instansiya məhkəməsindəki icraat
Tətbiq edilən hüquq
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
363.1 və 363.1.1-1-ci maddələrində təsbit olunmuşdur ki, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
7. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun:
8-ci maddəsinə əsasən məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri 8.5. Iş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması və məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardaddan şikayət verilməsinə görə: 50 manat
Məhkəmənin mövqeyi
8. Məhkəmə şikayətin mümkünlüyünü yoxlayaraq hesab edir ki, ərizəçi tərəfindən verilmiş şikayət apellyasiya şikayətinin qanunvericiliklə müəyyən olunmuş mümkünlük şərtlərinə cavab vermədiyi üçün qeyri-mümkün hesab edilməlidir.
9. Belə ki, Mülki Prosessual Məcəllənin 108.1 və 108.1.6-cı maddələrinə görə iş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması, məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardadlardan şikayət verildikdə dövlət rüsumu ödənilir.
10. “Dövlət rüsumu haqqında” Qanunun 8.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması və məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardaddan şikayət verilməsinə görə dövlət rüsumu 50 (əlli) manat müəyyən edilmişdir.
11. “AZEMIS” elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə təqdim olunmuş şikayətdən görünür ki, ərizəçi tərəfindən dövlət rüsumu ödənilərək şikayətə əlavə edilməmişdir.
12. Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsində isə təsbit olunmuşdur ki, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
13. Qeyd olunan prosessual hüquq normasını rəhbər tutaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir.
14. Qeyd olunan prosessual hüquq normasını rəhbər tutaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir.
15. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 108 və 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-16(4-11)- ****/**** nömrəli qərardadından ərizəçi “xxxx” QSC tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.