Məhkəmə qərarları › İş №e-16(3-6)-722/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-722/2026

23.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-722/2026 23.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-**(*-**)-***/**** saylı qərardadından Cavabdeh QSC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC-nin mülkiyyətində olan HOWO ZZ3257V384GE1 yük avtomobili, dövlət qeydiyyat nişanı **-JC-***, HOWO ZZ3257V384GE1 yük avtomobili, dövlət qeydiyyat nişanı **-JC-***, HOWO ZZ3257V384GE1 yük avtomobili, dövlət qeydiyyat nişanı **-JC-***, HOWO ZZ3257V384GE1 yük avtomobili, dövlət qeydiyyat nişanı **-JC-***, HOWO ZZ3257V384GE1 yük avtomobili, dövlət qeydiyyat nişanı **-JC-***, HOWO ZZ3257V384GE1 yük avtomobili, dövlət qeydiyyat nişanı **-JC-***, HOWO ZZ3257V384GE1 yük avtomobili, dövlət qeydiyyat nişanı **-JC-***, MAN TGS 33.360 6X4BB-WW yük avtomobili, dövlət qeydiyyat nişanı **-JB-***, MAN TGS 33.360 6X4BBWW yük avtomobili, dövlət qeydiyyat nişanı **-JB-***, HOWO ZZ3257V384GE1yük avtomobili, dövlət qeydiyyat nişanı **-JC-***, EKSKAVATOR SANY SY 330H, dövlət qeydiyyat nişanı **-AC-***, SANY SY 330H EKSKAVATORU, dövlət qeydiyyat nişanı 10- AC-997, LİU GONG CLG6614E VƏRDƏNƏ, dövlət qeydiyyat nişanı ***-FB-*** texnikaların üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.. Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-**(*-**)-***/**** saylı qərardadı ilə ərizə qismən təmin edilmiş, Cavabdeh QSC-nin mülkiyyətində olan aşağıda adları qeyd edilən nəqliyyat vasitələrinin: HOWO ZZ3257V384GE1 yük avtomobili, dövlət qeydiyyat nişanı **-JC-***, HOWO ZZ3257V384GE1 yük avtomobili, dövlət qeydiyyat nişanı **-JC-***, HOWO ZZ3257V384GE1 yük avtomobili, dövlət qeydiyyat nişanı **-JC-***, HOWO ZZ3257V384GE1 yük avtomobili, dövlət qeydiyyat nişanı **-JC-***, HOWO ZZ3257V384GE1 yük avtomobili, dövlət qeydiyyat nişanı 77- JC-924, HOWO ZZ3257V384GE1 yük avtomobili, dövlət qeydiyyat nişanı **-JC-***, HOWO ZZ3257V384GE1 yük avtomobili, dövlət qeydiyyat nişanı **-JC-***, MAN TGS 33.360 6X4BB-WW yük avtomobili, dövlət qeydiyyat nişanı **-JB-***, MAN TGS 33.360 6X4BBWW yük avtomobili, dövlət qeydiyyat nişanı **-JB-***, HOWO ZZ3257V384GE1 yük avtomobili, dövlət qeydiyyat nişanı **-JC-***, EKSKAVATOR SANY SY 330H, dövlət qeydiyyat nişanı **-AC-***, SANY SY 330H EKSKAVATORU, dövlət qeydiyyat nişanı 10- AC-997, LİU GONG CLG6614E VƏRDƏNƏ, dövlət qeydiyyat nişanı ***-FB-*** texnikaların özgəninkiləşdirilməsinin qadağan edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. «Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-**(*-**)-***/**** saylı qərardadı ilə Ərizə təmin edilərək, Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadı ilə tətbiq edilmiş müvəqqəti təminat tədbirinin **-JC-*** dövlət qeydiyyat nişanlı “MAN” markalı TGS 26.400 6X4 BL SA Yük model nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin qadağan edilməsi hissəsində ləğv edilməsi qərara alınmışdır. Cavabdeh QSC ##.##.2026-cı il tarixdə Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərardadından şikayət verərək, Bakı Kommersiya Məhkəməsi 04.08.26 tarixli, e-**(*-**)-***/**** saylı qərardadının ləğv edilməsi və MTT ərizəsinin rədd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddia tələbinin 289.735 manat olmasına baxmayaraq məhkəmə 3 mln manat dəyəri olan əmlak üzərinə həbs qoyub. Təkcə “HOWO ZZ5257GSS4620E” markalı avtomobilin hər birinin dəyəri 250000 manatdan yuxarıdır. EKSKAVATORların birinin dəyəri minimum 450000 manatdır. Məhkəmə ən yuxarı halda 289735 manat dəyərində əmlak üzərinə həbs qoya bilərdi. Buna baxmayaraq məhkəmə hər hansı ardıcıllıq müəyyən etmədən cavabdehin bütün əmlaklara həbs qoyulmuşdur. Bu isə işimizin lüzumsuz çətinləşməsinə gətirib çıxarır. Məhkəmə ən yaxşı halda iddia tələbi həcmində əmlaklara həbs qoya bilər. Hazırkı halda məhkəmə qəsdən bütün əmlaklara həbs qoyub. MTT ərizəsi iş icraatında olan məhkəməyə verilə bilər. Bakı Kommersiya Məhkəməsinin icraatında bu iş yoxdur və ##.##.2026 tarixli qərardad qəbul edilərkən yox idi. MPM 157 maddəsinə uyğun olaraq formalaşmış məhkəmə təcrübəsinə əsasən MTT ərizəsi işə baxılan məhkəməyə verilməli idi. Bakı Kommersiya Məhkəməsi ərizəyə baxmaqda səlahiyyətsizdir. Oxşar iş üzrə Bakı Apellyasiya Məhkəməsinin **(*-*)- ***/**** saylı, ##.##.2026 tarixli qərardadını qeyd etmək olar. Həmin iş Bakı Apellyasiya Məhkəməsinin icraatında olduğu üçün MTT Bakı Apellyasiya Məhkəməsi tətbiq edib (“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin əmlaklarında həbs qoyub, Bakı Kommersiya Məhkəməsi imtina edib.Niyə hazırkı işdə məhkəmə bu hüquqi mövqedən fərqli mövqe nümayiş etdirib? İş üzrə Bakı Kommersiya Məhkəməsinin 2025-ci il # ###### tarixli e-2- *(***)-****/**** nömrəli qətnaməsi artıq ##.##.2026 tarixdə Ali Məhkəmədə qanuni qüvvəsini almışdır. Bu mərhələdə əlmaka həbs qoymaq yolverilməzdir.sənədləri və sürücülərin yol xərcləri üzrə ödənişlərin məhdudlaşdırılmaması zəruridir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.4-ci maddəsinə iddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə görə, müvəqqəti təminat tədbirləri qismində cavabdehə müəyyən hərəkətləri etmək qadağan edilə bilər. Məhkəmə qeyd etmişdir ki, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçininn hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir (MPM- 157.2). Müvəqqəti təminat tədbirləri tətbiq edilərkən o mövqedən çıxış edilir ki, baxılan mübahisə ilə həmin tədbir arasında əlaqə mövcud olsun, görülən tədbir məhz ərizəçinin hüquqlarının qorunmasının təmin edilməsinə yönəlsin. Bu tədbirin görülməsi üçün ərizə ilə pozulmuş və ya mübahisəli hüququn mövcudluğunu təsdiq edən sübut məhkəməyə təqdim olunmalıdır. Müvəqqəti təminat tədbirinin tətbiqinin zəruriliyi üçün irəli sürülən dəlillərə qiymət verilərkən həmin dəlillərin ağlabatan olması və əsaslılığı, bu tədbir görülmədikdə ərizəçinin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalı və işdə iştirak edən digər şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməsi nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 14.03.20949-ci il tarixli Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Konstitusiya Məhkəməsinin həmin Qərarda əks olunan hüquqi mövqeyinə görə, “İddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Lakin iddianı təmin etmək haqqında ərizə ilə müraciət edən şəxsin üzərinə sübutların təqdim edilməsi ilə bağlı həddindən artıq vəzifə də qoyulmamalıdır. Sadəcə olaraq, hakim belə bir qənaətə gəlməlidir ki, işdə iştirak edən şəxsin ərizəsində göstərilən dəlillər belə tədbirlərin görülməsi üçün əsasların olmamasını deyil, daha çox mövcudluğunu sübut edir. Belə sübutlara cavabdehin vicdansızlığına dəlalət edən istənilən məlumatları, məsələn tərəflərin yazışmalarını, cavabdehin prosesi aşkar surətdə uzatmağa yönəlmiş hərəkətlərini, əmlak və maliyyə vəsaitlərini digər şəxslərin üzərinə rəsmiləşdirməyə yönəlmiş hərəkətlərini, əmlakın satışı barədə elanların verilməsini və s. aid etmək olar.” Qanunun mənasına görə cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə müvəqqəti təminat tədbirləri tətbiq edilir. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarına əsasən iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə iddia tələbi təmin edilərək ## ### 2022-ci il tarixli müqavilə üzrə 289.734 (iki yüz səksən doqquz min yeddi yüz otuz dörd) manat 90 (doxsan) qəpik məbləğində pulun, dövlət rüsumunun əvəzi olaraq 581 (beş yüz səksən bir) manat məbləğində pulun Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq “"xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin *-*(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-2-2(113)-7458/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin *-*(*-*)-***/**** saylı ##.##.**** saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2026-cı il tarixli, 2- *(*-*)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh QSC tərəfindən verilmiş kassasiya şikayətinin verilməsi üçün müddətinin bərpası barədə ərizəsi təmin edilməmiş və kassasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh Cavabdeh QSC-nin Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## #### tarixli *-*(*-*)-***/**** nömrəli qərardadından kassasiya şikayətinə baxılması üçün iş hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının icraatındadır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab etmişdir ki, gələcəkdə qətnamənin icrasının qeyri-mümkün olmaması üçün Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin adına qeydiyyata alınmış nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi qadağan edilməlidir. Kollegiya qeyd edir ki, cavabdeh şikayətinin dəlillərində göstərdiyi hallarla-yəni texnikaların və yük avtomobillərini dəyərləri ilə bağlı hər hansı sübut əlavə etməmişdir. Kollegiya hesab edir ki, ərizəçi tərəfindən verilmiş müvəqqəti təminat tədbiri barədə ərizənin qismən təmin edilməsi barədə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Şikayətlərin dəlilləri qərardadın ləğvinə əsas vermir. Ona görə də, “AZMZ YOL GROUP” QSC tərəfindən verilən şikayət təmin edilməməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-159, 163, 263-264, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh QSC şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-16(4-11)-949/2026 -cı il tarixli nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar