Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-723/2026 24.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X1 məruzəsi ilə, X2 və X3 ibarət tərkibdə, ərizəçi Ərizəçi MMC-nin müvəqqəti təminat tədbiri barədə ərizə üzrə Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-**(*-**)-****/**** saylı qərardadından Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, müəyyən e t d i: Ərizəçi Ərizəçi MMC müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbi üzrə (müqavilə üzrə yaranmış 17836 manat icarə haqqı borcu və 3210 manat ƏDV borcu, qaytarılmayan əmlakların dəyəri 33730 (+6071,4 manat ƏDV) manat, 5000 manat cərimə və 700 manat hüquqi yardım xərcinin cəmi 66547,4 manat) cavabdeh “xxxx” MMC-yə və cavabdeh2 məxsus və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə iddia tələbi həcmində həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026 tarixli e-**(*-**)-****/**** saylı qərardadı ilə Ərizəçi MMC-nin ərizəsi qismən təmin edilərək, cavabdeh1 MMC-nin mülkiyyətində olan 54.776 manat dəyərində olan daşınar və daşınmaz əmlakın özgəninkiləşdirilməsinin qadağan edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Məhkəmə qeyd edib ki, müvəqqəti təminat tədbiri barədə ərizənin cavabdeh2 aid hissəsinə münasibət bildirilməmişdir. Ərizəçi Ərizəçi MMC ##.##.2026 tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e**(*-**)-****/**** saylı qərardadına düzəliş edilərək ikinci cavabdehin də əmlakına həbs qoyulmasını və hər iki cavabdehin əmlakına AR MPM-nin 158.1 və 158.3-cü maddələrində müəyyən olunmuş növbəliliklə həbs qoyulmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026 tarixli e-**(*-**)-****/**** saylı qərardadı ilə Ərizəçi MMC-nin ərizəsi qismən təmin edilərək, cavabdeh2 mülkiyyətində olan 54.776 manat dəyərində olan daşınar və daşınmaz əmlakın özgəninkiləşdirilməsinin qadağan edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Ərizəçi Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edərək ərizənin tam təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadda “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 58.1.1 və 58.1.4-cü maddələrində nəzərdə tutulan əmlakların üzərinə həbs qoyulmasını müəyyən etməmişdir. Belə olan halda qərarın icra mərhələsində icra məmurları yalnız borclunun daşınar və daşınmaz əmlakını müəyyən edərək onların üzərinə həbs qoyulmasını təmin etmək məcburiyyətində qalır. Borclunun daşınar və daşınmaz əmlakı olmadığı təqdirdə isə qanunla müəyyən edilən digər əmlakların üzərinə həbs qoyulması mümkünsüz olur. Halbuki borclu hüquqi şəxs olmaqla tikinti işləri ilə məşğuldur və onun əksər hallarda daşınmaz əmlakı olmur, daşınar əmlakı olduğu halda isə həmin əmlak əsasən tikintini həyata keçirdiyi ərazilərdə (Əsasən də Qarabağ bölgəsində) olur. Belə olan halda da həmin əmlakların yerini müəyyən etmək mümkün olmur. Çünki, həmin ərazilərə giriş-çıxış sərbəst olmadığından icra məmuru bu imkanlardan demək olar ki, faktiki olaraq tam məhrum olur. Hansı ki, hazırkı işdə də borclunun hər hansı daşınar və ya daşınmaz əmlakının olması məhkəməyə və ərizəçiyə məlum deyil. Belə olduğu halda məhkəmə qərardadının icrası mümkünsüz olduğundan həmin qərar əhəmiyyətsiz hala düşür. Bundan sonra ərizəçi məcbur olub yenidən ərizə ilə məhkəməyə müraciət edərək borcluya məxsus digər əmlaklara həbs qoyulmasını tələb etmək məcburiyyətində qalır. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-****/**** saylı qərardadından ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya qeyd edir ki, ərizəçi Ərizəçi MMC tərəfindən verilmiş şikayət Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının ərizənin təmin edilməmiş hissəsində ləğv edilməsinə və ərizənin həmin hissədə təmin edilməsinə yönəlmişdir. Bununla yanaşı o da nəzərə alınmalıdır ki, ##.##.2026-cı il tarixli qərardadda müvəqqəti təminat tədbiri barədə ərizənin yalnız cavabdeh cavabdeh1 MMCyə aid hissəsinə münasibət bildirilmiş, ərizənin digər cavabdehə münasibətdə müvəqqəti təminat tədbirinin tətbiqinə dair hissəsi isə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026 tarixli e-**(*-**)-****/**** saylı “əlavə qərardad” mahiyyətli qərardadı ilə həll edilmişdir. Odur ki, hazırkı halda şikayət Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından verildiyindən məhkəmə kollegiyası həmin qərardadın əsaslılığını müvəqqəti təminat tədbiri barədə ərizənin cavabdeh cavabdeh1 MMC-yə münasibətdə təmin edilməmiş hissəsində qanuniliyini və əsaslılığını yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməməli və Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-**(*-**)-****/**** saylı qərardadı ləğv edilməli, cavabdeh cavabdeh1 MMC-yə aid hissədə ərizə qismən təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 158.1-ci maddəsinə əsasən aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1. cavabdehdə və ya arbitraj mübahisəsi tərəfində və ya digər şəxslərdə olan cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə məxsus əmlak üzərinə həbs qoymaq. 158.3-cü maddəsinə əsasən 158.3. Əmlak üzərinə həbs qoyulması aşağıdakı ardıcıllıqla həyata keçirilir: 158.3.1. birinci növbədə — cavabdehin və ya arbitraj mübahisəsi tərəfinin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə: 158.3.2. ikinci növbədə — hazır məhsul (əmtəə), habelə bilavasitə istehsalatda istifadə edilməyən və istifadəsi nəzərdə tutulmayan maddi sərvətlər; 158.3.3. üçüncü növbədə — daşınmaz əmlak obyektləri, habelə xammal və materiallar, dəzgahlar, avadanlıqlar, bilavasitə istehsalatda istifadəsi nəzərdə tutulan digər əsas vəsaitlər; 158.3.4. dördüncü növbədə — başqa şəxslərə verilmiş əmlak. Göründüyü kimi Azərbaycan Respublikası MPM-in 158.3-cü maddəsində cavabdehə məxsus əmlak üzərinə həbs qoyulmasının həyata keçirilməsi ardıcıllığı müəyyən edilmişdir. Həmin normaya əsasən cavabdehə məxsus əmlak üzərinə həbs qoyularkən ilk növbədə cavabdehin bilavasitə istehsalda iştirak etməyən əmlakı - qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə üzərinə həbs qoyulmalıdır. Birinci instansiya məhkəməsi göstərilən normanın tələblərini nəzərə almamış, qanunun tələblərinə əsasən birinci növbədə həbs qoyulmalı olan əmlaklara aid edilən əmlakların (o cümlədən bank hesablarında olan pul vəsaitlərinin) üzərinə həbs qoymadan sonrakı növbədən olan əmlakların özgəninkiləşdirilməsini qadağan etmiş, bununla da prosessual pozuntuya yol vermişdir. Bununla yanaşı kollegiya onu da qeyd edir ki, əmlakın özgəninkiləşdirilməsinin qadağan edilməsi növündə tədbir yalnız o zaman effektiv tədbir hesab edilə bilər ki, həmin tədbir daşınmaz əmlaka və ya rəsmi reyestrlərdə qeydiyyata alınan əmlaklara münasibətdə tətbiq edilsin. Belə ki, sözügedən tədbir reyestrə qeydə alınması tələb edilməyən daşınar əşyalara münasibətdə tətbiq edildiyi halda daşınar əşyaların hüquqi təbiəti və nəzarət prosedurunun olmaması səbəbindən tətbiq edilmiş qadağanın icra edilməməsi riski kifayət qədər yüksək olur. Odur ki, məhkəmə tərəfindən cavabdehin mülkiyyətində iddia tələbini təmin edəcək dəyərdə daşınmaz əmlaka, eləcə də rəsmi reyestrdə qeydiyyata alınan daşınar əmlaka malik olması müəyyən edilmədən daşınar və daşınmaz əmlakın özgəninkiləşdirilməsi növündə müvəqqəti təminat tədbirinin tətbiq edilməsinin məqsədlərinə nail olmaq üçün yetərli tədbir kimi dəyərləndirilə bilməz. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli, müvəqqəti təminat tədbiri barədə ərizə qismən təmin edilməli, müvəqqəti təminat tədbiri olaraq cavabdeh “xxxx” MMC-nin mülkiyyətində olan 54.776 manat həcmində əmlaklarının üzərinə həbs qoyulmalıdır. Qərardadın icrası mərhələsində cavabdehin əmlakı qismində bank hesablarındakı pul vəsaitlərinin üzərinə həbs qoyularsa həmin tədbir işçilərin əmək haqları və məcburi dövlət ödənişlərinin (vergi, sosial və s.) ödənilməsinə məhdudiyyət qoyulmadan həyata keçirilməlidir. Qalan hissədə ərizə rədd edilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Ərizəçi Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-**(*-**)-****/**** saylı qərardadı ləğv edilsin. Cavabdeh cavabdeh1 MMC-yə aid hissədə müvəqqəti təminat tədbiri barədə ərizə qismən təmin edilsin. Cavabdeh “xxxx” MMC-nin 54.776 manat həcmində əmlaklarının üzərinə həbs qoyulsun. Qərardadın icrası mərhələsində cavabdehin bank hesablarındakı pul vəsaitlərinin üzərinə həbs qoyularsa, həmin tədbir işçilərin əmək haqları və məcburi dövlət ödənişlərinin (vergi, sosial və s.) ödənilməsinə məhdudiyyət qoyulmadan həyata keçirilsin. Qalan hissədə ərizə rədd edilsin. Qərardad dərhal icra edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Leyla Əliyeva Təranə Mahmudova Ziya Şirinov
Məhkəmə qərarları › İş №e-16(3-6)-723/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-723/2026
24.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver