Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-724/2026 23.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI müvəqqəti təminat tədbirinin görülməsinə dair ərizəçi “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ərizəsi üzrə (Açar sözlər: müvəqqəti təminat tədbiri, mütənasiblik prinsipi, iddia tələbinin əsaslılığına dair ilkin sübutlar) Hakimlər Mahmudova Təranə Nəriman qızı (sədrlik edən və məruzəçi), Abdullayev Elşən Uğur oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Ərizəçi Ərizəçi ASC tərəfindən verilmiş müvəqqəti təminat tədbiri barədə ərizə üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-16(4-11)- ****/**** nömrəli qərardadından ərizəçi Ərizəçi ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq qərara aldılar. Birinci instansiya məhkəməsindəki icraat və qəbul olunmuş məhkəmə akt(lar)ı
1. Iddiaçı Ərizəçi ASC cavabdehlər maraqlı şəxs7, maraqlı şəxs6, “xxxx” MMC-yə, maraqlı şəxs4 MMC-yə, maraqlı şəxs3 MMC-yə, maraqlı şəxs2, “xxxx” MMC-yə qarşı “borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər “xxxx” MMC, maraqlı şəxs3 MMC və maraqlı şəxs4 MMC “xxxx” MMC, X3 və X4 müştərək qaydada Ərizəçi ASC-nin xeyrinə ## #### 2024-cü il tarixli ***CRLN********-** nömrəli Əlavə Razılaşma üzrə əsas borc 508.426,19 manat, faiz borcu 14.551,15 manat olmaqla cəmi borc 522.977,34 manat; ## #### 2024-cü il tarixli ***CRLN********-** nömrəli Əlavə Razılaşma üzrə əsas borc 405.633,10 ABŞ dolları, faiz borcu 33.058,12 ABŞ dolları olmaqla cəmi borc 438.691,22 ABŞ dolları; ## #### 2024-cü il tarixli ***CRLN********-** nömrəli Əlavə Razılaşma üzrə əsas borc 529.161,75 manat, faiz borcu 9.077,43 manat olmaqla cəmi borc 538.239,18 manat; ## #### 2024-cü il tarixli ***CRLN********-** nömrəli Əlavə Razılaşma üzrə əsas borc 2.881.088,78 manat, faiz borcu 361.242,57 manat olmaqla cəmi borc 3.242.331,57 manat məbləğində borcun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 109,76 dövlət rüsumunun və 760 manat xidmət haqqının və iddiaya görə ödənilmiş 3316 manat dövlət rüsumunun və 33.16 manat xidmət haqqının tutulması, tutmanın X5 məxsus 1.30192 ha torpaq sahəsi və üzərində yerləşən 6107.5 kv.m., Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Məktəbli küçəsi, 4/Əmlak kompleksi kimi müəssisəyə, ünvan 6 ünvanında yerləşən 0.22962 ha torpaq sahəsi və üzərində yerləşən 2425.2 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinə, ünvan 5 ünvanında yerləşən mənzilə, ünvan 7 ünvanında yerləşən 0.7578 ha torpaq sahəsi və üzərində yerləşən 3369.1 kv.m əmlak kompleksi kimi müəssisəyə, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, ev 27A, giriş 4, mənzil 315 Yeni qaydalarla: AZ1025, ünvan 2 ünvanında yerləşən mənzilə, ünvan 1 316 Yeni qaydalarla: AZ1025, ünvan 3 ünvanında yerləşən mənzilə, “xxxx” MMCyə məxsus ünvan 8 ünvanında yerləşən 0.5979 ha torpaq sahəsi və üzərində yerləşən 2512.9 kv.m əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, həmin ipoteka predmetlərinin hərracda satılması və əldə olunan vəsaitin cavabdehlərin Ərizəçi ASC-yə olan borcunun ödənilməsinə yödənilməsi; hərracda satışdan əldə olunmuş vəsaitin borcun tam ödənilməsinə kifayət etmədikdə, borcun qalıq hissəsinin “xxxx” MMC, maraqlı şəxs3 MMC və maraqlı şəxs4 MMC “xxxx” MMC, X3 və X4 müştərək qaydada tutulması; tutmanın X5 məxsus 1.30192 ha torpaq sahəsi və üzərində yerləşən 6107.5 kv.m., Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Məktəbli küçəsi,4/Əmlak kompleksi kimi müəssisəyə, ünvan 6 ünvanında yerləşən 0.22962 ha torpaq sahəsi və üzərində yerləşən 2425.2 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinə, ünvan 7 ünvanında yerləşən 0.7578 ha torpaq sahəsi və üzərində yerləşən 3369.1 kv.m əmlak kompleksi kimi müəssisəyə, “xxxx” MMC-yə məxsus ünvan 8 ünvanında yerləşən 0.5979 ha torpaq sahəsi və üzərində yerləşən 2512.9 kv.m əmlak kompleksi kimi müəssisəyə yönəldikdə və həmin əmlaklar satıldıqda, ən geci 1 ay ərzində həmin əmlakların boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra ərizəçi Ərizəçi ASC müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, maraqlı şəxs6 məxsus Qazax şəhəri, Musavi küçəsində yerləşən ümumi sahəsi 143 kv.m təşkil edən fərdi yaşayış evi, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 0,12 ha torpaq sahəsi, Qazax şəhəri, Səməd Vurğun küçəsi, * saylı fərdi yaşayış evi, ****** nömrəli,##.##.2003-cü il tarixli şəhadətnamə ilə məxsus ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi, X6 məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,1 ha torpaq sahəsi, “xxxx” MMC-nə məxsus “Kamaz 53213 yük” markalı, **-AC- *** dövlət qeydiyyatı nişanlı nəqliyyat vasitəsi, “xxxx” MMC-nə məxsus “Tırsan yarımqoşqu” markalı, **-ZH-*** dövlət qeydiyyatı nişanlı nəqliyyat vasitəsi, “Daf yük” markalı, **-JO-*** dövlət qeydiyyatı nişanlı nəqliyyat vasitəsi, “Isuzu NKR55E yük” markalı, **-JK-*** dövlət qeydiyyatı nişanlı nəqliyyat vasitəsi, “Daf yük” markalı, **-JO-*** dövlət qeydiyyatı nişanlı nəqliyyat vasitəsi, “Tırsan yarımqoşqu” markalı, **-ZH-*** dövlət qeydiyyatı nişanlı nəqliyyat vasitəsi, “BMW 730LI minik” markalı, **-JK-*** dövlət qeydiyyatı nişanlı nəqliyyat vasitəsi, “Ford Tourneo connect minik” markalı, **-PX-*** dövlət qeydiyyatı nişanlı nəqliyyat vasitəsi, “Daf Fa 45220 yük” markalı, **-JO-*** dövlət qeydiyyatı nişanlı nəqliyyat vasitəsi, “Isuzu NKR55E yük” markalı, **-JK-*** dövlət qeydiyyatı nişanlı nəqliyyat vasitəsi, “Hyundai HD65 yük” markalı, **-AC-*** dövlət qeydiyyatı nişanlı nəqliyyat vasitəsi, “Isuzu NPR 75 yük” markalı, **-JG-*** dövlət qeydiyyatı nişanlı nəqliyyat vasitəsi, “Krone yarımqoşqu” markalı, **-ZJ-*** dövlət qeydiyyatı nişanlı nəqliyyat vasitəsi, “Hyundai HD120 yük” markalı, HO-21- 355 dövlət qeydiyyatı nişanlı nəqliyyat vasitəsi, “Daf yük” markalı, 90-JO674 dövlət qeydiyyatı nişanlı nəqliyyat vasitəsi, “Tırsan yarımqoşqu” markalı, **-ZH-*** dövlət qeydiyyatı nişanlı nəqliyyat vasitəsi, “Isuzu NKR55E yük” markalı, **-AC-*** dövlət qeydiyyatı nişanlı nəqliyyat vasitəsi, “Tırsan yarımqoşqu” markalı, **-ZH-*** dövlət qeydiyyatı nişanlı nəqliyyat vasitəsi, “Tırsan yarımqoşqu” markalı, **-ZH-*** dövlət qeydiyyatı nişanlı nəqliyyat vasitəsi, Mercedes Benz 1844 LS yük” markalı, **-JB-*** dövlət qeydiyyatı nişanlı nəqliyyat vasitəsi, “Tırsan yarımqoşqu” markalı, **-ZH-*** dövlət qeydiyyatı nişanlı nəqliyyat vasitəsi, “Tırsan yarımqoşqu” markalı, **-ZH-*** dövlət qeydiyyatı nişanlı nəqliyyat vasitəsi, “Isuzu NPR66L yük” markalı, HO-20-288 dövlət qeydiyyatı nişanlı nəqliyyat vasitəsi, “Tırsan yarımqoşqu” markalı, **-ZH-*** dövlət qeydiyyatı nişanlı nəqliyyat vasitəsi, “Isuzu NKR55E yük” markalı, **-JE-*** dövlət qeydiyyatı nişanlı nəqliyyat vasitəsi, “Krone SD yarımqoşqu” markalı, **-ZJ-*** dövlət qeydiyyatı nişanlı nəqliyyat vasitəsi, “Isuzu NPR66L-5J yük” markalı, **-AC-*** dövlət qeydiyyatı nişanlı nəqliyyat vasitəsi, “Hyundai Grandeur minik” markalı, **-NX-*** dövlət qeydiyyatı nişanlı nəqliyyat vasitəsi, “BMW X-5 minik” markalı, **-MS-*** dövlət qeydiyyatı nişanlı nəqliyyat vasitəsi, “xxxx” MMC-nin (VÖEN **********), “xxxx”xxxx“xxxx” MMC-də (VÖEN **********) və “xxxx” MMC-də (VÖEN **********) işrirak payları, maraqlı şəxs6 “X1”xxxx”X8 MMC-də (VÖEN **********), “xxxx” MMC-də (VÖEN **********), ”X2” MMC-də (VÖEN **********) və “xxxx” MMC-də (VÖEN **********) iştirak payları, X7 “xxxx” MMC-də (VÖEN **********), “xxxx”xxxx“EmCo Brevvery MMC-də (VÖEN **********) və maraqlı şəxs4MMC-də (VÖEN **********) iştirak payları üzərinə həbs qoyulması barədə qərardad qəbul olunmasını məhkəmədən xahiş etmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-****/**** saylı qərardadı ilə ərizə təmin edilməmişdir.
4. Həmin qərardaddan ərizəçi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-****/**** saylı qərardadının ləğv edilməsini, ərizənin təmin olunması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. 5.
6. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-****/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Apellyasiya şikayətinə etiraz
7. Şikayətə qarşı yazılı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
8. Maddə 157.1. Maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər.
9. Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir.
10. Maddə 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu.
11. Maddə 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.
12. Maddə 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir.
13. Maddə 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1. cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; 158.1.4. əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; 158.1.5. borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; 158.1.6. icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq.
14. Maddə 158.2. Məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər.
15. Maddə 264.0.5. Ayrıca akt şəklində qəbul edilən qərardadda məhkəmənin gəldiyi nəticələrin səbəbləri və məhkəmənin rəhbər tutduğu qanunlara istinad edilməsi göstərilməlidir.
16. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
Apellyasiya baxışının həddi
17. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
Işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
18. Qanunun mənasına görə müvəqqəti təminat tədbirləri, cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilən prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə müvəqqəti təminat tədbiri institutu, iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır.
19. Qanunverici tələb edir ki, müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair ərizə, mövcud vəziyyətin dəyişəcəyi halda ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi təhlükəsinin mövcud olduğuna dair dəlillər göstərilməklə, bu təhlükənin nələrdə ifadə olunduğu və ya oluna biləcəyi halları ilə əlaqələndirilib əsaslandırılmalıdır.
20. Qeyd olunmalıdır ki, ərizəçinin sadə, əsaslandırılmamış ərizəsi əsasında müvəqqəti təminat tədbirləri tətbiq edilə bilməz - ərizəçidən gözlənilən odur ki, o, hüquqlarının müdafiəsi üçün iddia icraatının nə üçün yetərli olmadığını, nəyə görə müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinə təcili ehtiyac yarandığını əsaslandırsın. Belə əsaslandırma məhkəmədə tam olmasa da, kifayət qədər elə bir qənaət formalaşdırmalıdır ki, mövcud vəziyyətin dəyişəcəyi halda ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər - ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır.Belə olan halda məhkəmədən gözlənilən odur ki, o, ərizəçinin təqdim (istinad) etdiyi sübutların onun iddia tələbinin əsaslılığına kifayət qədər dəlalət edib-etmədiyini aydınlaşdırsın və həmin araşdırma əsasında gəldiyi qənaət çərçivəsində müvafiq qərar versin.
21. Həmçinin qeyd olunmalıdır ki, müvəqqəti təminat tədbirləri tətbiq edilərkən ümumi hüquqi prinsip kimi mütənasiblik prinsipinin tələbləri də nəzərə alınmalıdır. MPM-in 157.6-cı maddəsindəki yeni tənzimləmələr tələb edir ki, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Bu yeni tənzimləmələr ona işarə edir ki, hətta digər əsaslara görə müvəqqəti təminat tədbirlərinin tətbiqi mümkün olsa belə, mütənasiblik prinsipi baxımından yol verilən hesab edilməyə bilər. Ona görə də, məhkəmələr belə ərizələr üzrə müvəqqəti təminat tədbirinin hansı növünün tətbiqi ilə bağlı seçim edərkən həmişə mütənasiblik prinsipinin tələblərini nəzərə almaqla qiymətləndirmə aparmalıdırlar. Mütənasiblik prinsipinə görə isə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüququ və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Bununla bağlı olaraq onu da nəzərə almaq lazımdır ki, "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2018-ci il ## #### tarixli qərarında da mütənasiblik prinsipinə xüsusi vurğu edilməklə belə bir hüquqi mövqe ifadə olunmuşdur ki, tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır və buna görə də, məhkəmələr belə ərizələrə baxarkən tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını yoxlamalı və müvafiq meyarlara istinadla qiymətləndirməlidirlər. Beləliklə, müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizələr o halda təmin oluna bilər ki, işə mahiyyəti üzrə baxılarkən qorunan mübahisə obyekti məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etməyə xidmət edə bilsin. Bu mənada kollegiyanın qənaətinə görə, ərizəçinin görülməsini istədiyi müvəqqəti təminat tədbiri, iddiasının təmin edilməsi halında qətnamənin icrasını təmin etmək, eləcə də onun icrasını gələcəkdə çətinləşdirən (qeyrimümkün22. edə bilən) halların aradan qaldırılması, yaxud hüquqlarının qorunması (təmin və ya bərpa edilməsinin) və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədinə xidmət edən tədbir kimi qiymətləndirilə bilməz.
23. Kollegiya hesab edir ki, məhkəmə şərh olunan meyarları və ərizəçinin dəlillərini araşdırmış, zəruri əsaslandırma apararaq müvafiq nəticəyə gəlmişdir.
24. Iş materiallarından görünür ki, iddia tələbinin obyektini 5.049.323,16 manat məbləğində pul təşkil edir, ipoteka predmetlərinin cəmi bazar dəyəri isə ipoteka müqavilələrinə əsasən tərəflər arasında 14.607.000 manat qiymətləndirilmişdir.
25. Beləliklə, iş materiallarından aydın olur ki, iddiaçının irəli sürdüyü borc tələbinin məbləği ipoteka müqavilələri ilə yüklü edilmiş əmlakların ümumi dəyərindən təxminən 3 dəfə azdır.
26. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, müvəqqəti təminat tədbirləri gələcək məhkəmə aktının icrasını təmin etmək məqsədilə tətbiq edilir. Müvəqqəti təminat tədbirinin tətbiqi üçün iddia tələbinin tam sübuta yetirilməsi tələb olunmur, ilkin baxış zamanı iddianın kifayət qədər əsaslı görünməsi və gələcək icranın çətinləşməsi riskinin mövcudluğu kifayət hesab edilir.
27. Hazırkı iş üzrə isə iddiaçı tərəfindən müvəqqəti təminat tədbiri tətbiq edilmədiyi halda gələcəkdə onun hüquqlarının qorunmasının və ya məhkəmə aktının icrasının mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi barədə konkret və inandırıcı ilkin sübutlar təqdim edilməmişdir.
28. Eyni zamanda kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin II hissəsinə əsasən hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.
29. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır.
30. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara a l d ı:
Ərizəçi Ərizəçi ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.