Məhkəmə qərarları › İş №e-16(3-6)-727/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-727/2026

07.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-727/2026 07.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X2 məruzəsi ilə, X4 və X3 ibarət tərkibdə, Ərizəçi Ərizəçi QSC-nin müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadından ərizəçi Ərizəçi QSC tərəfindən verilmiş şikayətin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında yoxlayaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC-dən, cavabdeh1 və cavabdeh2 müştərək (birgə) qaydada 47427.18 (qırx yeddi min dörd yüz iyirmi yeddi manat on səkkiz qəpik) manat əsas kredit borcunun, 4503.02 (dörd min beş yüz üç manat iki qəpik) manat əsas məbləğə hesablanmış faiz borcunun, 311.77 (üç yüz on bir manat yetmiş yetmiş yeddi qəpik) manat gecikdirmə faiz borcunun, ümumilikdə: 52.241.97 (əlli iki min iki yüz qırx bir manat doxsan yeddi qəpik) manat məbləğində kredit borcunun və 246.73 AZN (iki yüz qırx altı manat yetmiş üç qəpik) manat dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun Ərizəçi QSC-nin xeyrinə N-li va tutulması (ödənilməsi), habelə tutmanın "xxxx" MMC-yə məxsus olan «xxxx” QSC-dəki AZ61KABA00000000000006736475 AZ39KABA00000000000006736483 N-li hesablardakı, cavabdeh1 məxsus olan “xxxx QSC-dəki AZ19KABA00000000000006729568 N-li AZ56KABA00000000000007466102 N-li hesablardakı və "cavabdeh2 məxsus olan “X1 Azərbaycan» QSC-dəki AZ31KABA00000000000007466552 N-li hesablardakı olan (gələcəkdəki olacaq) 48.000 (qırx səkkiz min) manat məbləğində pul vəsaitlərinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş hazırda Bakı Kommersiya Məhkəməsinin icraatındadır (e-2-2(4-11)-4730/2026). Daha sonra, ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh cavabdeh1“xxxx” MMC-də (VÖEN:**********), “xxxx” MMC-də (VÖEN:**********), “xxxx” MMC-də (VÖEN:**********), “xxxx” MMC-də (VÖEN:**********), “xxxx” MMC-də (VÖEN:**********), “xxxx” MMC-də (VÖEN:**********), “xxxx” MMC-də (VÖEN:**********), “xxxx” MMC-də (VÖEN:**********) və “xxxx Ltd” MMC-də (VÖEN:**********), cavabdehcavabdeh2 “xxxx Ltd” MMC-də (VÖEN:**********), “xxxx” MMCdə (VÖEN:**********), “xxxx” MMC-də (VÖEN:**********), “xxxx” MMC-də (VÖEN:**********), “xxxx” MMC-də (VÖEN:**********) və “xxxx” MMC-də (VÖEN:**********) olan təsisçi payının özgəninkiləşdirilməsinə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadı ilə ərizə təmin edilməmişdir. ##.##.2026-cı il tarixdə ərizəçi “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə şikayət ilə müraciət edərək Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadının ləğv edilməsini və müvəqqəti təminat tədbiri barədə ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 396.1-ci maddəsinə görə şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Faktiki hallar və hüquqi dəyərləndirmə: -EMİS-dən çıxarışa əsasən müəyyən edilir ki, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadı ##.##.2026-cı il tarixdə ərizəçi Ərizəçi QSC-nin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməklə və sonuncuya həmin sistem vasitəsilə bu barədə məlumat “elektron ünvan 1” elektron poçtuna göndərilməklə rəsmi qaydada verildiyi halda ərizəçi tərəfindən həmin qərardaddan şikayət ##.##.2026-cı il tarixdə verilmiş, bununla da qərardaddan şikayət verilməsi üçün qanunla nəzərdə tutulmuş 10 günlük prosessual müddət buraxılmış (10 günlük prosessual müddət ##.##.2026-cı il tarixdə başlamış və ##.##.2026-cı il tarixdə başa çatmışdır), müddətin bərpası üçün vəsatət isə şikayətə əlavə edilməmişdir. Mülki Prosessual Məcəllənin 363.1 və 363.1.1-1-ci maddələrində isə təsbit olunmuşdur ki, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Qeyd olunan prosessual hüquq normasını rəhbər tutaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları şikayətin geri qaytarılması məsələsinə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 396.1 və 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərаrа аldı: Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadından ərizəçi Ərizəçi QSC tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. İş şikayətin geri qaytarılması məsələsinə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Leyla Əliyeva Ziya Şirinov Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar